Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | MƏN BU QIŞDAN ÇOX ZƏRƏRLİ ÇIXIRAM... Adalet.az | MƏN BU QIŞDAN ÇOX ZƏRƏRLİ ÇIXIRAM... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MƏN BU QIŞDAN ÇOX ZƏRƏRLİ ÇIXIRAM...

17528    |   2008-01-28 13:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bir ölkənin AZAD, bir məmləkətin MSTƏQİL OLMASI üçün onun insanlarının yüzdə altımışının VİCDANLI,İNSAFLI,MƏDƏNİ, GZTOX olması lazımdır.
   
   ***
   
   Bizlərdə bir söz var: qışın oğlan çağı... Vallah, mən bunu dəqiq deyə bilmərəm ki, qışın oğlan çağı nə zaman olur, bəlkə elə Kiçik çilə deyilən bir vaxt qışın oğlan çağıdır və mən bu sətirləri yazdığım günlərdə, yəni yanvar ayının 18-də qışın hansı vaxtı olduğunu dəqiq bilmirəm.Kiçik çilə giribmi,çıxıbmı, qışın oğlan çağı olubmu,olacaqmı... Amma bir şey mənə məlumdur: MƏN BU QIŞDAN ÇOX ZƏRƏRLİ ÇIXIRAM.YƏNİ QIŞ HƏLƏ İRƏLİDƏDİR. AMMA BU GNƏ QƏDƏR ÇOX ZƏRƏRLİ GNLƏRİM KEÇDİ...
   
   Molla ölü hayında,zurnaçı toy hayında olduğu kimi məncə, bu çilingərlər də, ana dilmizdə desək, bu slesarlar da məhz qışın oğlan çağının gəlməsini çox istəyirlər, çünki onların şəxsən özlərindən aldığım bilgilərə görə qışın oğlan çağı çox uzun keçməsə də, bir neçə gün ərzində baş verən şaxtalarda turbalar (borular) donur və bütün turbalarda partalamalar əmələ gəlir ki,onların da işi başından aşır.Məhz elə bu trubaların don vurması üzündən mən də bu qışdan çox zərərli çıxıram.
   
   Doqqquuuzzzzzuncuuuuuu (KORREKTORUN DİQQƏTİNƏ: bilərəkdən belə yazılır) mərtəbədə yaşadığımdan normal su axınına həsrətik.Bir su çənim başımın üstündə daş kimi,dəmir kimi yaşayır və onun da neçə-neçə turbası var və turbalar da bir aləm ki, gəl görəsən. Və elə bu baxımdan bu Yanvar mənim üçün sözün əsl mənasında Qara Yanvar kimi gəldi üstümə.Əslində xalqımız üçün və hər bir azərbaycanlı üçün Yanvar - Qara Yanvardır. Amma bir sıra xırda şeylər adamı elə hövsələdən çıxarır ki,az qala bu böyük dərdi unudasan.(Deyəsən elə unuduruq yavaş-yavaş.Qara Yanvar QARALIQDAN çıxır: əvvələr küçələrdə 20 yanvarda məncə, QARA BAYRAQLAR asılardı. İndi 20-si sabahı baxıram ki,həyat heç nə olmamış kimi davam edir).
   
   Bəli, bu şaxtalardan sonra hər dəfəsində doqquzuncu mərtəbədən dama çıxıb bu turbaları bir-bir yoxlamaq görün nə deməkdir və üstəlik də mənim kimi narahat birisi üçün.Atam-qardaşım, nədən narahat olmayım: həmin "şaxtalı-boranlı qış axşamı"larının birində keyf ilə bakın suyunu açanda gördüm ki, evi sel-su aparır.Mən ha eləyib dama çıxana və partlayan turbanın ağzını əlimlə qapayıb onun dərdini tapana kimi mənimki mənə gəldi.Beləliklə, qaldım yaşadığım doqquzuncu mərtəbə ilə damın arasında.
   
   Təbii ki, belə vaxtda bir usta tapmalıyam və bizim Evlər idarəsində çalışan iki qardaş var,ustadılar.Çox üzr istəyirəm, mənim qadınımın illər öncəsi yaşadığı Zəngilan rayonundan, onların qonşu kəndlərindən və beləliklə, qadınım tərəfdən mənim yerlim olurlar.
   
   Mən öncə onlardan birinə müraciət etdim, gəldi bir uqolnik,bir kran dəyişdi. Nə qədər verəcəm dedim? Adam 20 manat dedi.
   
   Baxın, mənim kimsəni qınamaq fikrim yoxdur.Yalnız bir millət olaraq biz heç zaman insanlaşa və millət olaraq insaflaşa bilmirik.Bu iki iş üçün məndən 20 manat alan usta başını alıb getdi.Səhərisi elə eynən həmin yerlərdən şırhaşır sular axmağa başladı. Bu bəlkə də onun günahı deyildi.Amma məhz onun təmir elədiyi yerdən partlama verdi.
   
   Telefon açıram: bir saata gəlirəm.Yox.Bir də telefon açıram : gəlirəm.Yenə yox. Və qaranlıq yavaş-yavaş düşür.Telefon qapalı.O biri qardaşa müraciət edirəm. "Yas yerinə gedib"- deyir qardaşı.
   
   Bu da bir başqa müsəlmançılıq.Aman qardaşım, o zaman siz gəlin deyirəm.Gəlir.Eynən həmin işi görür və eynən həmin pulu alıb gedir.
   
   Bu sətirləri yazdığım saatlarda hələ ki, bir hadisə baş verməyib.Amma inanın ki, fikrim yenə də damdadır.Damdabaca oyunu oynayırıq.
   
   Burada mən çox zərif bir detalı qeyd etmək istərdim.ncədən çox üzr istəyirəm.Bir az yekəxana çıxmasın, amma deməliyəm: bu iki qardaş Zəngilan qaçqını və mənim üçün maraqlı olan nə? Düşünürəm: Zəngilan əldən getməyib və bu iki qardaş yenə də öz kəndlərində yaşamağa davam edirlər və mən də bir yazar (baxın yenə də deyirəm: üzr istəyirəm YAZAR ifadəsi üçün.Amma az olmadı mənim məhz yazar kimi oralara getməyim:Rəhmətlik,unudulmaz şairimiz Eldar Baxışla, gözəl şairimiz Vaqif Səmədoğlu ilə... ) kimi oralara getmişəm. Onların kəndi olan Cahangirbəyliyə. Raykom Katibinin göstərişiylə bizi qəbul ediblər...
   
   Və düşünürəm ki, ən azından onlar mənə bir ayrı cür yanaşardılar.Düşünürəm, bəlkə lap mənə yanaşmağa cürət etməzdilər və hətta qonaq da çağırardıar.Amma indi gəlib oturublar qulağımın dibində və əllərindən bir iş gəlir və bu iş üçün naz-qoz eləyirlər.
   
   MƏN BİR İNSAN OLARAQ DNYADA BİR ÇOX SYŞLƏRİ QƏBUL EDƏ BİLƏRƏM.YALNIZ YALANDAN BAŞQA.VƏ Z DƏ BTN GN ƏRZİNDƏ GZLƏYƏSƏN VƏ SONUNDA SƏNƏ DEYƏLƏR Kİ, YASA GEDİB.(HARASA GEDİB).
   
   Amma indi nə eləmək olar, indi onlar mənim başımın üstündə və mənim onlara işim düşür... Allahım, bir də məni bu adamlara ürcah eləmə...
   
   Bu sətirləri yazıram.Çöldə sulu qar yağır. Sular donmaz, inşallah. Və mən də nəhayət doqquzuncu mərtəbə ilə damın arasında bitib qalmaram.
   
   Yaşasın qələm və yazıçılıq... üstə gəl ziyalılıq...
   
   Amma ay dedim ha........ qardaşım, nə qələm, nə yazıçılıq, təki cibə ziyan olmasın.
   
   Düşünürəm: insanlarımızın bu tərbiyəsi hardan qaynaqlanır? Bunları bir öyrədən varmı? Bəlkə bu müstəqil respublikanı bu insanlar bu cür pisikdirə- pisikdirə ona nifrət yaratmaq istəyirlər.Bəlkə bunları bir öyrədən var.Bu ZBAŞINALIQ hardan qaynaqlanır? Niyə insanlarımız biri-birini bu qədər incidir? Bunun bir cəzası olacaqmı? Yox, VİCDAN VƏ TƏRBİYƏ burada bir iş görə bilmir.
   
   Cəza lazımdır.
   
   Cəza!!!!!!!
   
   Düşünürəm: bəlkə keçmişə ən gözəl qayıdış yolu, səssizcə qayıdış yolu elə bu narazılıqlar və bu görünməz əllər tərəfindən verilən əzablardan başlayır, yəni müstəqil bir ölkənin başında bunlar varsa o ölkə nədən yenidən müstəmləkə olmağa meylli olmasın.Bəlkə qayıdış yolunu belə seçirlər və mən belə güman edirəm ki, nə zamansa Sovetlər geri gəlsə, heç kəs ona müqavimət götərməz.Heç kəs bu ölkənin azadlığı uğrunda daha ayağa qalxmaz.Ayağa qalxarlar: yalnız bu ölkəni qoyub qaçmaq üçün.
   
   
   
   DAHA MƏNƏ İNANMA, ELÇİN SƏLCUQ...
   
   
   
   Elə bu qış soyuqlarının canımı üzdüyü bir məqamda böyük sayğı duyduğum, vaxtilə yayınlatdığı qəzetdə İstanbuldan yazılarımla çıxış etdiyim, gözəl qələm sahibi və jurnalistikada öz sözü,öz istiqaməti olan yazar Elçin Səlçuq AZADLIQ qəzetində çox maraqlı bir yazı ilə çıxış etdi.Adı beləydi: "TOFİQ ABDİNİ YERALTI ADAMLA HEÇ NƏ BİRLƏŞDİRMƏSƏ DƏ..."
   
   ncə yazıdan mənə aid sətirlər: "Sayğılı Tofiq Abiyə ( Tofiq Abdinə) hələ "Ulduz" jurnalında işlədiyi vaxt bu barədə (Yazıçılar Birliyinin kitab köşkündə ALATORAN və YENİ NƏFƏS nəşrlərinin satışının qadağan olunması barədə) deyəndə, sayğılı qardaşımızın gözləri bərələsə də, bunları deməyə güc tapdı: "Mən inanmıram ki, AYB sədri və onun katiblərinin bu işdən xəbəri var. Sadəcə aşağı səlahiyyətləri mənimsəyənlər öz yerlərini isti salmaq,rəhbərliyə xoş gəlmək üçün bu cür anormal addımlar atırlar. "Heyif,səd heyif!Tofiq abi!Siz yanılırsınız.Bu gün sizə də o qurumda çalışmaq yasaq olunub.Deməli, heç nə YUXARILARIN iradəsindən kənarda baş vermir. SİZ Kİ, BUNLARI BİLMƏLİYDİNİZ. BİLİRDİNİZSƏ, BİZLƏRİ MƏRHƏLƏ-MƏRHƏLƏ ALDATMISINIZ. BİLMİRSİNİZSƏ ÇOX SADƏLVH OLMUŞSUNUZ, YAZIQLAR SƏNƏ, ADINI DAİMA BYK HƏRFLƏRLƏ XATIRLADIIM QARDAŞ" (AYRINTI BİZİMDİR.t.a.)
   
   Doğru, əzizim Elçin! Əslində bu yazını elə sənin yazının üstündə qurmalıydım.Amma inan ki, soyuqlar o qədər iliyimə işlədi ki,evdə də dünya qarışdı bir-birinə. Amma gənc həmkarım "525-ci qəzet"in redaktor müavini Aydın Bağırov sənin yazın haqqında mənə deyəndə mən bir öncə gün görüşümüzü düşündüm və dedim ki, vay dədəm vay, Elçin Səlçuq bizim Tərcümə Mərkəzinə gəlmişdi və mən onu gözləsəm də, görə bilmədən getdim və güman ki, Elçinin xətrinə toxunmuşam.
   
   Mənim hələ də bu dünyayla bir bağlılığım olmadığı kimi, yeraltı dünya və onların insanlarıyla da bağlılığım yox.
   
   Nə eləmək olar, əzizim Elçin Səlçuq, böyük yazar Elçin Hüseyinbəyli bizim bu yazılarımızı çukça yazıları adlandırsa da, olsun. Sənin böyük bir həyəcanı xatıraladan o yazın da, məndə çox qərib hisslər yaratdı və mən sənə yalnız bunu deyə bilərəm: DAHA MƏNƏ İNANMA, əzizim ELÇİN SƏLCUQ!!!!!!!!!!!!
   
   NOT: Çox hörmətli baş redaktorun mərhəmətinə sığınıb, bəlkə də çox şəxsi,bəlkə də şəxsi olmayan bir not əlavə etmək istərdim: bu qışdan zərərli çıxmağıma baxmayaraq, elə bu çətinliklərdə mənə minnətsiz əl uzadan qonşularım VAQİF MƏLLİMƏ VƏ AYDIN BƏYƏ təşəkkür edirəm. Məndən xəbərsiz ailəmə elədikləri yardımı mən bir xeyirxahlıq hesab edirəm. Demək hələ dünyanın sonu deyil!!!!!!!!!!!


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK