ORALARDA KiMLƏR VAR?

TOFİQ ABDİN
14410 | 2008-01-25 12:55
MURATHAN MUNQAN kimdir?
   
   
   
   1955-ci ildə İstanbulda doğuldu.Orta məktəbi Mardin Lisesində oxudu. Ali təhsili Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsində Teatr Bölümündə tamamladı. Dövlət teatrlarında dramaturq olaraq çalışdı. İlk tamaşası "Mahmud ilə Yezidə"ylə Türkiyə İş Bankasının keçirdiyi yarışmada ikincilik mükafatını alan Muradhan Munqan "Şahtiyan" adlı bir şeirilə də "Göstəri" dərgisinin 1981-ci il yarışma mükafatını qazandı. Və bir sıra başqa mükafatları da var.
   
   Əsərləri: Dramları: Mahmud ilə Yezidə (1980), Başsağlığı (1982), Bir qərib Orxan Vəli (1993)
   
   Hekayələri: Son İstanbul (1995), Qırx otaq (1987), Lal nağıllar (1989), Qaf dağının önü (1994)
   
   Şeir kitabları: Osmanlıya dair hekayət (1981), Qum saatı (1984), Yaz kinoteatrları (1989), Əski 45-lik vallar (1989), Yaz keçər (1992), Başqaların gecəsi (1997), Muradhan-95, seçmə şeirlər
   
   
   
   AŞİQ OLMAQ DA İŞƏ ADAM ALMAQ KİMİ...
   
   
   
   Şirin Severdən uyğulama
   
   
   
   Biz daha oxumağa macal tapmamış o, bir-birinin ardınca kitab yazır. 2007-ci ildə çıxardığı dördüncü kitabını - YEDDİ QAPILI QIRX ODAnı əlüstü də tanıtdı! Bu kitab vəsiləsiylə evində görüşdük Murathan Munqanla; kitabını, həyatını, Türkiyənin keçirdiyi çətin günləri və əlbəttə Eşqi danışdıq.
   
   
   
   (Əvvəli 16 yanvar
   
   tariximizdə)
   
   
   
   - Əslində iki sənə öncə çox xoşbəxtdim, çünki sabahları erkən qalxırdım; öncə ispanca dərs alırdım,sonra yoq dərslərinə gedirdim.Həyatda ən çox qibtə etdiyim şeydir sabah erkən qalxmaq. Bir az sağlıqla bağlı sıxıntılarım da oldu, şəkər tapdılar məndə, ona görə həyatımı qururam.Belə olduğu zaman bədəninizlə bir sözləşmə bağlayırsınız, sadəcə gənclik, gözəllik dərdindən deyil. Təbii bir də genetik bağların da sizə ərməğan etdiyi şeylər var.Anam da,atam da xərcəngdən öldülər. Buna görə içinizdə həmişə bir təlaş var. Mənim də başımda bu olarmı, olmazmı...
   
   - Son çap etdirdiyiniz "Yeddi Qapılı Qırx Oda" kitabını hazırlayana qədər çox yorulduğunuzu və əziyyət çəkdiyinizi söyləmişdiniz.
   
   - Bəli, inşallah, oxucu da eyni şeyi hiss etməz (gülür). Kitab üzərində çox çalışdım.Çıxmazdan bir neçə ay qabaq kitabın son hekayəsini dəyişdirdim, çünki bir rahatsızlığım vardı son hekayəylə bağlı, amma nə olduğunu bilmirdim. Bir kitabla yaşamaq, əslində birisiylə eşq yaşamaq kimi.Aranızda nələr olduğunu da heç başa düşə bilmirsən.Onun haqqında tələsik bir nəticəyə gəlmək yanlış yerlərə apara bilər, özünüzü də, başqalarını da incidə bilərsiniz.Son hekayə mənim narahatçılığımdır.
   
   - Murathan Munqan kitablarının hər zaman alıcısı var, çox oxunur. Burada tərəddüdünüz varmı?
   
   - Tərəddüd deməyək; oxumaq üçün oxucudan diqqət və əmək istəyən bir kitab bu!
   
   - "Yeddi Qapılı Qırx Oda" necə bir kitab?
   
   - Bu, 40 hekayə olacaq, 40 otağı tamamlayacağam və günün birində bunları Qırx Otaq adıyla tək cilddə toplayacam, belə bir məqsədim var.Nağıllarla olan bağlılığm da mənim özümün "Min bir Gecəm". Hər kəs dünyada var olmaq üçün bir qapı arar, mən də bu kitabda, hələ tam sümükləşmiş bir tərzi olmayan yazar olaraq öz yazımın var olmasının qapılarını açmaq istəyirəm.
   
   - "Murathan Munqan dilinin şouyla məşğuldur deyə bilərikmi?
   
   - Şou sözü burada yerində səslənmir, məni nəticə maraqlandırır!
   
   - Kitabın tanıtımı da diqqət çəkiciydi. Yeddi ünlü insan yeddi ayrı pasaj oxudu kitabdan. Bu üsul kitabların populyar olmasınamı dəlalət edir?
   
   - İstədim ki, kitab həm görülsün, həm eşidilsin, həm ifaçıların səsi və bədən diliylə ifadə edilsin və orada olanlar sadəcə kitabın varlığından deyil, içindən də xəbərdar olsun. Bir də axır zamanlarda çox kitab çıxır.Bir kitab sadəcə başqa kitabı oxuma zamanınızla rəqabətə girmir.O kitaba ayrılan zamanın qarşısında internet, DVD, TV var! Bir şəkildə kitab özünü göstərmək üçün bir yol tapmalıdır.
   
   -Türkiyə çətin günlər keçirir. Sağlam fikrə, şairlərimizə, yazarlarımıza ehtiyacımız var. Amma bir səssizlik var o cəbhədə, nədən?
   
   - Çox böyük bir dağıntı var, ümidsizlik var, müxalifət dalğası arxadan gələn nəsil tərəfindən kifayət qədər bəslənmədi. Mən həyatın heç bir dönəmində bu qədər ümidsiz olmamışdım! Kimsə çox fağır göstərməyə çalışmasın, bu zorluqda hər kəs daha çox işlər görməlidir. Bu qədər özündən çıxarılmış bir toplumdan sağlam bir şey gözləmək çox çətindir.Əslində sözünü etdiyiniz aydınlar və sənətçilər hiss eləyirlər, onlar heç bir şey eləyə bilməzlər.
   
   - İntellektual vicdan qalmadı deyəsən?
   
   - Çünki bir qismi başlarını itirdilər, bir qismi zatən günün, dönəmin əyrilərinə görə solçuydu , aydındı, iqtidar heyranları vardı, başqa yerə keçdilər... Bir dönəmin vurğunlarının çoxu yeni sağın təmsilçisi... Məsələn, adam əslində faşist, amma özü bunu bilmir sanki!
   
   - Nədən sağlam fikir insanları susurlar, ancaq düşmənçilik salanlar danışırlar?
   
   - Türkiyə üç dəfə ciddi hərbi çevriliş keçirmiş, gerçək savaş tərbiyəsindən keçməmiş bir toplum. Əsas düşüncəsi qadağa, gizlətmə, üstünü örtmə. İçində olduğumuz çağ isə onun qabığını soymaq istəyir. Türkiyə bu sancılı dövrdə toplumu tərbiyə etmək yerinə toplumu sürəkli sakitləşdirir, topluma sürəkli yalan söylədi. Dediyinizi anlayıram; bir qəhrəman ehtiyacı var, amma məsələlər qəhrəmanlarla bitmir, toplumun özünün əliylə yollar tapılacaq. Yəni intellektual vicdanı anlayıram, amma daha geniş anlamda bu qədər vicdanını itirmiş bir toplumdan fərqli bir şey gözləmək olmaz.
   
   - Sizcə, biz vicdanını itirmiş bir toplumuz?
   
   - Bəli, eləyik. Ayrıca, ciddi anlamda bilgisi olmayan, təhsili olmayan, amma qabaqcadan hökm çıxaran, dəhşətlər törədən,intiqam hissi ilə coşan bir toplumuz.Bu anlamda başqa bir yerdən danışamq lazım.Bu anda Türkiyənin ən çox ehtiyacı olan şey ciddi anlamda təşkilatlanmış bir qeyri-hökumət etiraz platformudur. Müxalifət zəminli bir platform.
   
   - Sən özünü qorumasan başqası səni qorumur- deyəmi düşünürsünüz?
   
   - Qorumur təbii! Ağzından çıxan hər söz başqa mənada dəyərləndirilir.Danışdığımız şeylər çox insafsızcasına dəyişdirlir.Az danışıramsa,bu heç də bir çox şeyləri az bildiyimdən və ya bilmədiyimdən deyil.Buradan çıxan bir mübahisənin səni götürəcəyi yer bir daha çıxa bilməyəcəyin bir bataqlıq.
   
   - Yəni 301-ci maddə?
   
   - Bəli!
   
   - Hələ bir ayağım əski meydanlarda, sol yumruğum havada - deyirsiniz, amma...
   
   - Amma bunlar yazılarımla və sənətimlə bağlı şeylər; mən aktivist deyiləm. Bunu deyə bilərəm: Türkiyənin son 30 ili üzərinə çox şeylər yazdım.Bütün bu vaxtı daha geniş, daha əhatəli, güclü, qalıcı kitablar düşünürəm; əsl barıtımı və silahlarımı deyəsən geriyə saxlayıram.
   
   
   
   
   
   MURATHAN MUNQANIN ƏN ÇOX SEVDİKLƏRİ:
   
   
   
   - Türkiyədə?
   
   - Buna toxunmayaq.
   
   - Ən sevdiyiniz şəhər?
   
   - Madrid! 2008-ci ildə bir neçə illiyinə Madridə yerləşməyi düşünürəm, İspanca öyrənirəm.

TƏQVİM / ARXİV