CüRƏTLi VƏ ETiRAF DOLU ŞEiRLƏR

TOFİQ ABDİN
29102 | 2008-01-24 11:50
Mənim tanıdığım ədəbi camiənin insanları arasında Elnur Astanbəylinin istedadına şübhə edən adamlar da var,onun istedadını yerli-dibli rədd edən insanlar da.Bu da məncə ondan qaynaqlanır ki, Elnur Astanbəyli acı yazılar yazır və açıq-saçıq hücumlar edir.Sözün müstəqim mənasının (bunu mən heç vaxt sevmədim) itdiyi bir cəmiyyətdə, sözü necə deməyi artıq unutmağa doğru gedən bir ədəbi camiədə məncə onun tutduğu yolda da bir həqiqət var.Və ya onun içindəki bir çox acılar onu bu cür yazmağa sövq edir: bu dediklərim Elnur Astanbəylinin köşə yazıları və publisistikasına aiddi.Hələlik mən onun uzun nəsr əsərini oxumamışam və orta yaşlı yazarların ən danlaq yeri də budur ki, onlar hələ ortaya heç bir şey qoymayıblır, amma yekə-yekə danışırlar.Bu yanaşma üsulunu mən qətiyyən alqışlamıram, yəni ədəbiyat haqqında bir söz demək üçün heç də yekə-yekə şeylər yazmaq, cild-cild kitablar ortaya qoymaq vacib deyil.Və bunu mən Amerika kəşf etmiş kimi söyləmirəm.Şayət, ədəbiyyatda publisistika deyilən bir janr varsa və indiki vaxtda dünyanın bir çox tanınmış yazarları məhz publisistikadan iri həcmli əsərlər yazmağa keçibsə, nədən bu orta yaşlı yazarların sinələrinə çöküb bir iş görməyiblər deyə dimdikləməyimiz bizim ədalətsizliyimizdir.Məhz "bunlar bir iş görməyiblər" deyəndə, mən hələ də bilmirəm iş nəyə deyilir.İş 500-600 səhifəlik qarmaqarışıq şeylər yazmaqsa, bu yazarlar yazı texnikasını bildiyi üçün inanın ki,500-600 səhifəlik bir şeylər də yaza bilərlər.Amma onlar ağıllıdır, onlar bilirlər ki,indi klassik azəri romanlarının vaxtı deyil.Yox, heç vaxtı deyil.Və mən bilən Allah onlara ömür verəcək,onlar mütləq bu giley-güzar edənlərin də qarşısına sıxacaq. Bəzən onları lap "ədəbsizlikdə" günahlandırırlar.Belə vaxtlarda insan artıq dözə bilmir və mən heç zaman nümunələr vermək iddiasında olmadım, çünki ədəbiyyatda ədəbsizlik deyilən bir şeyin nə olduğunu hələ özüm üçün tam aydınlaşdırmamışam. Və elə çıxmasın ki,ədəbsizliyin tərəfindəyəm.Mən yazmıram deyə kimsə də yazmamalıdı deyə bir şey də yox.
   
   Və ədəbi camiəmizdə çox ədəbli yazarlarımız var ki,onlar teleməkanları və teleşouları zəbt ediblər.Onlara heyran olan teleyazarlar və telejurnalistlər uuzzun uzun romanlar yazan bu qələm sahiblərini artıq teleulduz eləyiblər.Ədəbli-ədəbli də danışırlar. MƏNdən başqa əvəzlik də tanımırlar.Baxın, biz müsəlmanıq və burada mənim qulağımın dibində bir səs pıçıldayır: Tofiq paxıllıq eləyir.Yox, vallah, mənim artıq kiməsə paxıllıq eləmək vaxtım deyil.Mən gəncliyimdən bəlkə paxıllıq edə bilərdim,indi artıq çox gecdir.Başımı aşağı salıb elə o zamandan öz işimi görmüşəm və zamanımı gözləmişəm.Bu yazarlar ki, bizlər onları dışlayırıq, onların istedadına inanmırıq və onları hərc-mərclikdə qınayırıq,onları iri bir əsəri yox ki, ortaya qoysunlar kimi iddialarla zəhərləyirik, bu çox aptal və insafsız yanaşmadır.
   
   Və hətta şifahi danışıqlarda da mən onlara ədalətli yanaşmağı tövsiyə edəndə hər dəfəsində turşumuş üzlərlə qarşılaşmışam və bu mənə heç toxunmur da.Bu yazarlar ki, indi onlar daha çox publisistika meydanında söz deyirlər, onlar istedadlı insanlardır və Azərbaycanın onlara ehtiyacı var.Nə qədər acı və nə qədər açıq-saçıq, nə qədər ürək ağrıdıcı şeylər yazsalar da, bizim onlara çox böyük ehtiyacımız var.Ən azından onlar bizi kifləşməyə qoymurlar,onlar bizi formda saxlayırlar,onlar bizə ədəbiyyatın hansı səmtdə getməsi barədə yol göstərirlər və biz bu yolu tutmasaq da o yolun olduğunu hiss edirik və gec-tez o yol bir yerə çıxmalıdır.
   
   Elnur Astanbəyli bir neçə dəfə mənə dedi ki,bəs sizə yeni şeirlərimi vermək istəyirəm, ƏDALƏT qəzetində öz səhifəndə verərsən.Mən bu təklifə çox sevindim və gözlədim.Amma Elnur şeirlərini özü çalışdığı ALMA qəzetinə verməyi üstün tutdu.Həmin şeirləri ALMA qəzetində oxudum, mən həm də ALMA qəzetinə abunəçiyəm.
   
   Təbii ki, bu, Elnurun öz seçimidir.Çünki hər qəzetçi öz qəzeti üçün yaxşı yazı axtarır və yaxşı şeyləri çap eləmək istəyir.Mənim şeirə artıq bir alerjim var, bəlkə də yaşdan gəlmədi.Mən bir dəfə də yazmışam: indi sevgi şeirləri zamanı deyil və mən də mütəfəkkir ola bilmirəm ki, filosofanə şeirlər yazım.İçimdəki uşaqlıq məni mütəfəkkir olmağa qoymur.
   
   Amma Elnur Astanbəylinin şeirləri də məhz bu baxımdan, yəni mütəfəkkirsizlik və sevgisizlik,DİDAKTİKSİZLİK baxımından diqqətimi çəkdi.Bunlar bizim şeirimizin ölməz mövzularıdır.B

TƏQVİM / ARXİV