ORALARDA KiMLƏR VAR?

TOFİQ ABDİN
13370 | 2008-01-16 01:32
MURATHAN MUNQAN kimdir?
   
   
   
   1955-ci ildə İstanbulda doğuldu.Orta məktəbi Mardin Lisesində oxudu. Ali təhsili Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsində Teatr Bölümündə tamamladı. Dövlət tearlarında Dramaturq olaraq çalışdı. İlk tamaşası "Mahmud ilə Yezidə"ylə Türkiyə İş Bankasının keçirdiyi yarışmada ikincilik mükafatını alan Muradhan Munqan "Şahtiyan" adlı bir şeirilə də "Göstəri" dərgisinin 1981-ci il yarışma mükafatını qazandı. Və bir sıra başqa mükafatları da var.
   
   Əsərləri: Dramları: Mahmud ilə Yezidə (1980), Başsağlığı (1982), Bir qərib Orxan Vəli (1993)
   
   Hekayələri: Son İstanbul (1995), Qırx otaq (1987), Lal nağıllar(1989), Qaf dağının önü (1994)
   
   Şer kitabları: Osmanlıya dair hekayət (1981), Qum saatı (1984), Yaz kinoteatrları (1989), Əski 45-lik vallar (1989), Yaz keçər (1992), Başqaların gecəsi (1997), Muradhan-95, seçmə şeirlər
   
   
   
   AŞİQ OLMAQ DA İŞƏ ADAM ALMAQ KİMİ...
   
   
   
   Şirin Severdən uyğulama
   
   
   
   Biz daha oxumağa macal tapmamış o, bir-birinin ardınca kitab yazır.2007-ci ildə çıxardığı dördüncü kitabını - YEDDİ QAPILI QIRX ODAnı əlüstü də tanıtdı! Bu kitab vəsiləsiylə evində görüşdük Murathan Munqanla; kitabını, həyatını, Türkiyənin keçirdiyi çətin günləri və əlbəttə Eşqi danışdıq.
   
   
   
   
   
   - Sürəkli yazırsınız, bir ildə dörd kitab çap etdirmisiniz.Xeyir olsun,hara belə tələsirsiniz?
   
   - Bir kərə özümü saxlaya bilmirəm! Bir tərəfdən də insanın özünə elədiyi yatırım deyə bir şey var. Türkiyədə və dünyada nə olursa-olsun, bunların qeydini tutub, duyarlılığını yaşayıb, işimi görərkən heç bir şey olmayırmış kimi öz içimə qapanmaq kimi bir xasiyyət qazandım.Şəxsi həyatımda, ya da cəmiyyətdə nə yaşanırsa yaşansın, mən işimlə məşğulam; işimlə, yəni sənətlə, mədəniyyətlə və ədəbiyyatla. Bunlarla qurduğum bağlılıqda ən kiçik bir axsama-maxsama,azalma duyğusu yaşamıram. Bu tərəfimi də sevirəm.Yəni hələ yeni başlamış bir insan kimi dünyanı izləyir, təqib edirəm.
   
   - Neçə ildi yazıyla məşğulsunuz?
   
   - İlk imzamla bir qəzetdə yazımın çıxma tarixi 1975-dir.
   
   - Və heç bir yorğunluq, bezmək yox, eləmi?
   
   - Sifətimdən belə bir şey görünürmü?
   
   - Xeyr, amma maraqlıdır! Bir tərəfdən şeir, bir tərəfdən hekayə, digər yandan roman, hətta mahnı sözü yazmaq, albomlar buraxmaq ... Bunlar nədir belə?
   
   - Bir iç enerjisi, bəlkə bir ruhi yetkinlik... Yəni bu qədər illər keçəndən sonra desəm, məncə, ayıb olmaz, istedad deyə bir şey var, bunu danmaq olmaz.Bir də istedadsız elədiyiniz işlər var.Mən bunu həm yazdım, həm söylədim; Türkiyə istedadlar məzarlığı, Türkiyə insan qorumayan bir ölkə. Bir insanın, bir sənətçinin,bir elm adamının yetişməsi bir çiçək kimi.Çox çörək, çox oksigen, çox su istəyir.Açıq desək, mədəni həyatımızda da, sənət həyatımızda da artıq adamlar çoxdur.Hər kəs eyni gücdə deyil.
   
   - Bəs bu qədər yazmağa nə ehtiyac var?
   
   - Bu, hər zaman baş vermir və hər il beş kitab çap etdirmək olmaz.Ulduzun parladığı anlar vardır. Ədəbiyyatla, sənətlə, mədəni sosiologiya ilə bağlı hər gün əsas qidamı alıram.Və kənara bir şeylər də qoyuram.Hər gün kənara bir quruş qoysanız ilin sonunda 365 quruş eləyir.Çox zaman belə bir mənzərə düşünürəm: "Titanik"dəyəm, gəmi ortadan yarılmış, batmaq üzrə və mən hələ yazı masasında çalışıram! Bu rəsm mənə güc verir.
   
   - Bu qədər məşğul olduğunuz halda düşünmürsünüzmü, yaşamaq yaddan çıxıb?
   
   - Zatən həyat nə zamansa bitən bir şeydir.(gülür), nə eləyirsən elə onu tutub saxlamaq olmaz.

TƏQVİM / ARXİV