ANA SƏHİFƏ / YAZARLAR

Novruz küləyi

Və... sevinmək səlahiyyəti

44340    |   2014-03-20 00:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəzən elə illər olub ki, ilk baharın nə vaxt gəlib keçdiyini hiss edib yaşaya bilməmişəm. Təbiətin ilıq nəfəsli ən gözəl günlərini - çöllərin yaşıla bürünməsini, ağacların çiçək gözlərini, quşların sevinc nəğmələrini haradasa unudub itirmişəm. Bir də o vaxt ayılmışam ki, ilk baharın ən dadlı günləri artıq ötüb keçibdir - mən öz payımı ürəyimcə götürə bilməmişəm.
Belə hallar əhval-ruhiyyə məsələsidir, təbii ki.
...Novruz bayramına da əvvəlkilərtək qovuşa bilmirəm. Uşaqlar kimi sevinmək istəyirəm, uşaqlar kimi tonqal ətrafında dolanmaq istəyirəm, bacarmıram. Yaşmı öz sözünü deyir, yoxsa başqa bir səbəb? Onda bəs ənənə, min illərin yaddaş kodları?
Bütün bunların səbəblərini özümdə axtarmalıyam.
Ümumi əhval-ruhiyyəni fərqli yaşamaq anlaşılmaz yanaşmadır.
Sevinmək lazımdır! Yerə, göyə, insanların şənliyinə sevinmək lazımdır!
Sevinirəm, ilk bahara, Novruzun gəlişinə mən də sevinirəm. Lap uşaqlıq illərində olduğu kimi sevinirəm. Bayaqki əhval-ruhiyyədən də qurtuluram elə bil.
Və üz tutub bütün doğmalarımı, dost-tanışlarımı, həmkarlarımı, oxucularımı Novruz bayramı münasibətiylə ürəkdən təbrik edirəm.
Elə bumu? Xeyr.
Başqaları da var. Keçmiş dostlar, tanışlar... Bir zamanlar əbədi dostluqdan, qardaşlıqdan söz açdığımız, səmimi, mehriban yaşadığımız, sirdaş olduğumuz insanlar da var. Pisimlə, yaxşımla, inamsızlığımla, comərdliyimlə... mən də varam. Ancaq nədənsə bəxtimə haqsızlıqlar daha çox yol açıb, özüm də hiss etmədən üstümə yüyürüb. Hətta laqeydliklər, arxadan zərbələr də olub. Çat verən dostlar da... Həmkarım və şairim Əbülfət Mədətoğlundan xahiş edirəm ki, bu köşəyə şer həsr etməsin. Çünki bu bir az başqa cür ovqatdır. Bəli, əzizim, "çat verən dostlar" hərdən məni yamanca pərt ediblər. Bu əhvalatların hələ ən qısa xronologiyasını yazsam belə, inanılmaz görünəcək. Çünki bunlar qeyri-adi adekvatlardır. Sən sonadək etibarlı və cəfakeş olursan, hətta bütün gələcəyini, sağlamlığını risqə alırsan, o isə məqsədinə çatdıqdan sonra bunları unudur. Sən intihar etmək istəyənin əlindən "silahı" alıb ona arxa durursan, o isə səni elə... arxadan vurur. Nə olsun ki, əlindəki silahla atəş açmır-xəyanətlə güllələyir.
Bəli, əzizim, mən bu dəfə "çat verən dostları" da bağışlayıram. Hətta onların da Novruz bayramını təbrik edirəm. Qoy Tanrı onları...
...Yazını bura qədər qarışıq ovqatla gətirmişəm. Siz də görürsünüz, çöldə külək dəlilik edir. Bəlkə elə dəli mart buna deyirlər. Sanki nəhəng bir skripka orkestri Verdinin "Atilla"sını dördnala "çapdırır". Bəlkə də skripkaların külək kimi vahiməli uğultuya çevirdiyi bu təlatüm heç qorxu deyil, ruh yaradır? Mübarizlik, mətnlik ruhu yaradır...
Ah, skripka! Bu dəli külək mövzunun da səmtini dəyişdi. Bəlkə belə yaxşıdı? Belə bir məqamda tərəddüd içindəyəm. Ancaq Novruz mövzusunu da elə bitirmək üzrəydim.
Bəs indi düşündüklərim, bir az mistikaya bənzər o xatirələrim necə olsun? Yazımmı, yazmayımmı? Bu skripka məsələsi məni xatirələrim və yaddaşımla birlikdə ovsunladı, qərib bir sehrə saldı.
Mən heç bilmirəm şərqlilərin kaman dediyi bu möcüzə musiqi aləti nə vaxt icad olunub, ilk dəfə harada səslənib. Bu mənada bu andaca düşündüklərimi səfləyib yazmağa çalışacağam. Çünki həmin bu "külək-orkestri" dinlədikcə üç nəhəng əfsanə sənətkarı da xatırlamamaq mümkün deyil. Həm də mənim bu yanaşmam heç stsientizm də deyil, diqqətlə yanaşılsa. Çünki mistika ilə təbii-elmi idrakın yan-yana dayanmasının özü də qeyri-adilik mənasını simvollaşdıra bilər.
...Hər şey ondan başladı. Hər şey ondan başladı ki, bu dünyada bir Antonio Stradivari də yaşadı. Dünyanın ən mükəmməl və gözəl skripkalarını yaradan bu dahi insanın doğulduğu il də hələ dəqiqləşməyib. 1943-cü illə 1649-cu illər arasında "axtarılır".
Daha sonra qeyri-adi xarici görkəmi və coşqun həyat tərzi ilə fərqlənən məşhur italyan skripkaçısı və bəstəkarı Nikkolo Paqanini. Qeyri-adi virtouzluğu ilə dinləyiciləri heyran edən Nikkolo Paqanini!
Nəhayət, həmin o Cüzeppe Verdi.
Bu dahi insanlar haqqında, onların yaradıcılıqları haqqında o qədər məlumatlar var ki, bu barədə geniş söhbət açmaq ciddi görünməz də. Ancaq onlar barədə bir məsələ məni həmişə həm təbii, həm də mistik mənada düşündürməkdədir. XVII əsrin ortalarından başlayaraq XIX əsrin sonlarınadək, daha dəqiqi 1901-ci ilədək bu dünyada bir-birini əvəzləyib yaşayan bu böyük sənətkarlar həm skripkanı şöhrətləndirib, həm də skripkadan şöhrətləniblər. Və bu da məlumdur ki, onlar üç əsr aralığında eyni ölkədə - məhz İtaliyada yaşayıb yaradıblar.

P.S. Bizlərdən yarı yolda ayrılıb başqa səmtə üz tutanlar, var-dövləti, mənsəbi ən böyük xoşbəxtlik, bəlkə də əbədiyyət kimi düşünənlər, inanmıram ki, Novruzqabağı küləkdən belə bir "orkestr" yarada bilsinlər. Bacarsaydılar necə də gözəl olardı...
Hamımızın Novruz bayramı mübarək!


YAZARIN ARXİVİ

2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-01-19
2018-01-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (73.33%)
Yox (26.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Mollaya xəbər verirlər ki, qayınanasını su aparıb. Molla gəlib girir çaya, başlayır su yuxarı axtara-axtara getməyə. Görənlər soruşurlar ki:
- Ay Molla, bu necə axtarmaqdı? Cənazə su axan tərəfə gedər, ya yuxarı dırmaşar?
Molla deyir:
- Siz onu tanımırsınız. O, elə bir tərs adam idi ki, hökmən yuxarı gedib. Sizin işiniz olmasın, mən bu saat onu tapacağam.




digər lətifələr
ARXİV
FACEBOOK