...Heç bu dünyanın işlərindən baş açmaq mümkün deyil. Bir də görürsən ki, hər hansı adam üçün "gözünün yağını" yedizdirirsən, yenə ağzını əyir və səndən narazı qalır. Gözləyirsən ki, bəlkə səhvini başa düşdü, verdiyin çörəyin qədrini bildi. Amma hər şeyin zaman keçdikcə əksini görürsən. Görürsən ki, əl tutub arxa durduğun, yıxılanda dayaq olduğun adam heç dəyişməyib. Dəyişən bircə onun əyin-başı olur. Elə bu əyin-başı da sənin verdiyin pul hesabına alıb...g
Allah ölənlərinizə rəhmət eləsin, mənim rəhmətlik atam deyərdi ki, biri bir stəkan çay qonaqlığı verəndə heç vaxt onu yaddan çıxarmayın. Çünki içilən çay, kəsilən çörək həmişə müqəddəs olub. Çalışın o müqəddəsliyi, o saflığı, o incəliyi qoruyun. Heç vaxt çörəyi dizinin üstündə olmayın. Çörəyi itirmək, haqqı yaddan çıxarmaq o qədər də yaxşı nəticə vermir. Düzdür, o çörək verən adam, əl tutan insan sənə bir şey demir, amma Ulu Yaradan hər şeyi görür və bilir...
İndi nəinki bir stəkan çayını içənlər, çörəyini yeyənlər hər şeyi unudurlar, hətta barmağının beşini bala batırıb onların ağızlarına dürtsən də yenə deyəcəklər ki, zəhərdi. Çünki onların mənəviyyatı, içi yoxdur. Və mənəviyyatı, içi olmayan adam heç vaxt barmağının beşini də bala batırıb ağzına dürtsən səndən razı qalmayacaq. Fürsət tapan kimi başlayacaq səndən qeybət eləməyə. Ağzını əyə-əyə elədiyin yaxşılıqların hamısını unudacaq və dişinin dibindən çıxanları sənin ünvanına yağdıracaq. Təbii ki, onun yanındakı adam da belə söz-söhbətə çox maraqla qulaq asacaq. Guya həmin adamın ağzından bal tökülür...
Müqəddəs kitabımızda buyrulur ki, sənə yamanlıq eləyənə də yaxşılıq elə. Əgər o yamanlığından qalmırsa, sən niyə yaxşılığından əl çəkəsən. Çox müqəddəs və çox müdrik kəlamlardır. Bu kəlamları təəssüf ki, yaxşılığı başa düşməyən adamlar heç vaxt anlamazlar. Onların zəhər tuluğu heç də kobradan fərqlənməz. Yüz dəfə yaxşılıq eləyərsən, bir dəfə əl tuta bilmərsən bax, onda başlayarlar sənin "əl-ayağını yeməyə". Belə adamlara deyin görək yaxşılıq eləmək nə dərəcədə düzdür?
... Yaxın dostlarımdan biri yaxşılıqla bağlı yazı qələmə aldığımı bilib bir əhvalat danışdı. Həmin əhvalatı eşidəndən sonra tüklərim biz-biz oldu. Belə ki, dostumuz çox çətin vəziyyətdə və maddi sıxıntılar içində boğulan yaxın qohumuna arxa durur. Onu evinə gətirib təhsil verir, oxudur və toy edir. İllər keçəndən sonra həmin gənc böyüyür və dostumuzun hesabına vəzifə də tutur. Bir sözlə, var-dövlət başından aşır.
Qısa zaman ərzində o gənc hər şeyə nail olur, amma ona yaxşılıq eləyən, çətin gündə arxa duran və çörək verən adamı yaddan çıxarır. Hətta çörək verən insan ağır xəstəliyə tutulsa da bir dəfə də olsun bu gənc oğlan ona baş çəkərək hal-əhval tutmur.
Dostum deyir ki, elə oldu ki, günlərin birində həmin gənci işdən çıxardılar və barəsində də həbs-qətiimkan tədbiri seçildi. Yəni gənc vəzifə səlahiyyətlərini aşdığına görə və külli miqdarda dövlət vəsaitini mənimsədiyi üçün həbs olundu. Onun məndən başqa digər tanışları da, dostları da, yaxınları da var idi. Amma biri dar gündə qapısını açmadı. Tanış adamlardan birinin vasitəsilə mənə məktub göndərmişdi. Yalvarırdı ki, dəymiş ziyanı mən ödəyim və o da həbsxanadan çıxsın. Ancaq evdəki xanımım mənim ürəyiyumşaqlığımı hiss edib dedi ki, bu dəfə bu çaqqal gədəyə əl tutma. Qoy canı türmədə çürüsün. Amma ürəyim yenə dözmədi. Uşağın balaca vaxtları yadıma düşdü, "ata" deyib qucağıma tullandığı anlar gözümün önünə gəldi və özümü saxlaya bilməyib gözlərim doldu. Bunu həyat yoldaşım da görürdü. O bilirdi ki, mənim ürəyim uşaq ürəyi kimidi, yaxınlarımın, qardaşlarımın, bacılarımın heç birinin pis gününə dözə bilmərəm. O uşağı da balam kimi böyütmüşdüm. Çox çətinliklə onu türmədən çıxartdırdım, dəymiş ziyanı ödətdirdim və başqa bir yerdə işə düzəltdim.
... O uşaq gözləyirdim ki, dəyişəcək və səhvini başa düşəcək, amma o uşaq dəyişmədi və səhvini da başa düşmədi. Öz tutduğu yolla getdi. Axırda da günlərin birində idarə etdiyi avtomobildə qəzaya düşdü və dünyasını dəyişdi. Bütün yas məclislərini də özüm düzüb-qoşdum. Qəbirüstü abidəsini düzəltdim. Bu mənim sonuncu borcum idi. Amma Allah-Təala mənim elədiyim yaxşılıqların əvəzini başqa yolla qaytarırdı. Buna görə də Ulu Yaradana minnətdaram.
Dostumuzun hadisələri danışmasından sonra bir daha yəqin etdik ki, hər hansı adam dünyaya necə gəlirsə elə o xislətdə, o əqidədə yaşayır. Yəni insanları heç cür dəyişdirmək mümkün deyil. Əgər onun xislətində pislik, mərdməzarlıq, başqalarına yamanlıq etmək fikri varsa, belələrini heç cürə düz yola qaytarmaq mümkün deyil. Bax, bizim o dostumuz da saf, duru və təmiz adam olduğu üçün heç vaxt yaxşılığından qalmayıb. Hətta o qədər yaxşılığın müqabilində böyüdüb boya-başa çatdırdığı o gənc oğlandan dəfələrlə pislik görsə də yenə ona yaxşılıq eləməkdən və arxa durmaqdan çəkinməyib. Deməli, bu insana da Allah belə bir ürək verib...
Çörəyi dizinin üstündə olan adamlar bu danışdığımız hadisədən bəlkə bir nəticə çıxara. Çünki istənilən qohum-əqrəbada, istənilən yerdə bu cür insanlar var. Onlar bəzən elə fikirləşirlər ki, hamı bu insanlara borcludur. Yəni onun xeyrinə-şərinə yaramalıdır, yıxılanda qolundan tutub qaldırmalıdır, arxa durmalıdır. Sanki hamının onların dədəsinə borcu var. Amma sadəcə olaraq bu cür düşünən insanlar heç olmasa bir dəfə vicdanlarının qarşısında hesabat versinlər: desinlər ki, filankəs mənə bu qədər yaxşılıq edib, onun yaxşılığının müqabilində mən hansı yolu tutmuşam? Viktor Hüqonun gözəl bir kəlamı var: "Vicdan insanın Allahıdır". Əgər çörəyi dizinin üstündə olan adamlar bu Allahın səsini eşitmirlərsə, deməli, onların insanlıqdan və adamlıqdan bir qram da payı yoxdur...
Faiq QİSMƏTOĞLU
[email protected]