adalet.az header logo
  • Bakı 20°C

ORALARDA KiMLƏR VAR? FAZiL SAY

TOFİQ ABDİN
13536 | 2007-12-19 05:00
Türkiyənin dünya çapında çox böyük bir pianoçusu Fazil Say keçdiyimiz günlərdə Almaniyada konsert sonrası təşviş doğuran bir açıqlama vermişdir.Açıqlamada deyilir:
   
   "Azınlıqda qaldıq, artıq BİZƏ XOR BAXIRLAR.Bakanların xanımları türbanlı.İslamçılar hakimiyyətdə.Cankaya Köşkünə belə çağrılmadım. Türkiyəni tərk edə bilərəm".
   
   Türkiyənin bütün qəzetləri 15 dekabr sayında bu xəbəri manşet olaraq verdi.
   
   Bu açıqlamanın ardınca Cümhurbaşkanı Abdullah Gül: "Belə bir şey yox.Biz dəvət etdik, gəlmədi"- deyə həmən cavab vermişdir.Fazil Say şöhrətli pianoçumuzdur".
   
   AKP Genel Başkan Yardımcısı Fırat: "Çox üzücü bir xəbər olduğunu düşünmürəm." O, hətta Fazil Saya qapını göstərmişdir: İstədikləri ölkədə yaşaya bilərlər."
   
    Kültür Bakanı Günay da Sayı həm tərifləmiş, həm də "Bir sənətçinin öz toplumuna yabancılaşmasına üzülürəm"-demişdir.
   
   Fazil Say kimdir? Lütfən aşağıdakı yazını oxuyun. ARXİV
   
   
   
   Mən bu yazını həmin konsertin səhərisi yazıram və yazı çap olunanda dünyaca ünlü türk pianoçusu FAZİL SAY artıq dünyanın hansı ölkəsində olacaq bunu bilmirəm.
   
   Şəxsən mənim bu konsertə duşmək imkanım artıq tükənmişdi və o konsertin səhərisi mən Türkiyə Cümhuriyyəti Bakı Səfirliyi Mədəniyyət və Tanıtma Müşaviri, dosent, doktor çox hörmətli, çox sevgili Fethi Gedikli bəy əfəndidən belə bir mesaj almışdım:
   
   "Hürmetli Tofig Bey, yeni yılınızı ailecek sağlık, saadet içinde geçirmenizi içten arzular, uğurlar dilerim. Fethi Gedikli."
   
   Yazı-sonrası: "Fazıl Say konserine devetname talebimiz maalesef karşılanmadı; birkaç kere telefonla görüşmeme rağmen, müsbet bir netice alamadım. Hürmet ve muhabbetle. F.G."
   
   Və sonra çox hörmət etdiyim "525-ci qəzet"in baş yazarı Rəşad Məcid bəy əfəndi tamam unutduğum bir məqamda mənə telefon açdı və dedi: "Tofiq bəy, bəs sizin dəvətnamə məndədi və filarmoniyanın qabağında görüşək".
   
   Təbii ki, bu dəvəti qətiyyən rədd eləmək mümkün deyildi, çünki bu gecəki konsertdə elə bir ifaçı, elə bir sənətkarla üz- üzə olacaqdıq ki, gənc yaşına rəğmən, artıq bütün dünyada sayılan və bütün fortepiano ustaları tərəfindən qəbul olunan bir ifaçı idi o.
   
   Bu ifaçı FAZİL SAYdı.
   
    Təbii ki, onun şansı güman edirəm ki, elə soyadından başlamış ki,çox lakonik və çox ifadəlidir.Bu lakoniklik onun ifaçılığının başlıca meyarı olmasa da, amma o gecəki konsertdə birinci hissədəki, iki klassik əsəri çıxmaqla (J.S.Vash Vusoni "Shassonne"Re minor və L.V.Beetoven "Sonata Apposionata" Fa minor op57) təxminən 90 dəqiqəlik (və üstə gəl alqışlarla iki yeni ifa) iki hissəli konsertdə bu ifçının çaldığı əsərlər çox lakonik və çox qısa olmaqla həddən ziyadə zövqə və cana yaxın əsərlər olduğundan, təkcə onlar adı ilə yox, məhz ifaçılıq yönüylə də dinləyicilərə çox doğma və əziz göründü.
   
   Təbii, mən bu konsert haqqında bir musiqişünas kimi yazmağa heç də hökmlü deyiləm.Yəni bu gözəl ifanın texniki tərəflərini mən yazmaqdan mərhumam, çünki dediyim kimi musiqişünas deyiləm və o konsertin yalnız emosional tərəfi və mənə olan təsir gücünü ifadə etməkdən başqa mənim heç bir iddiam yox.
   
   

TƏQVİM / ARXİV