ORALARDA KiMLƏR VAR? MUSTAFA KARA

TOFİQ ABDİN
22676 | 2007-12-05 00:27
Təsəvvüf və təsəvvüf tarixinə aid bir-birindən önəmli əsərlər müəllifi Prof. Dr. Mustafa Kara ilə bu günlərdə daha böyük dəyər kəsb edən bu dünyəvi elm haqqında danışdıq.
   
   
   
   Prof.Dr. MUSTAFA KARA kimdir?
   
   
   
   1951-ci ildə Rizədə doğulub. Kayseri Yüksək İslam İnstitutu məzunu. Şəbinkarahisar və İspir Lisesində müəllimlik eləyib.1977-ci ildən Bursa Yüksək İslam İnstitutu Təsəvvüf Tarixi araşdırmaları bölümündə asissent olub.1989-cu ildə dosent adını alıb, 1994-cü ildə professorluğa yüksəlib. İlk yazısı 1971-ci ildə "Harəkət" dərgisində çap olunub. Sonrasında "Dərgah", "Nəsil", "Yönəlişlər", "Mavera", "Türk Ədəbiyyatı", "Yeddi İklim" dərgilərində çıxış etməyə başlayıb. "Çağdaş Təsəvvüf Hərəkətləri" adlı əsəriylə 2002-ci ildə Türkiyə Yazarlar Birliyi araşdırma mükafatını alıb. Mustafa Karanın başlıca əsərləri bunlardır: "Din, Həyat, Sənət baxımından Təkkələr və Zəviyələr", "Təsəvvüf və Təriqətlər Tarixi", "Bursada Təriqətlər və Təkkələr", "Mətnlərlə Çağdaş Təsəvvüf Hərəkətləri", "Mətnlərlə Osmanlılarda Təsəvvüf və Təriqətlər", "Türk Təsəvvüf Tarixi Araşdırmaları", "Dərvişin Həyatı, SəfanIn Kəlamı"...
   
   
   
   Böyük insanların bir nəsihəti, bir xəbərdarlığı, bir söhbəti, hətta bir jest və mimikası belə önəmli rol oynaya bilər. Və bizim gözlərimizin önündəki pərdələri yırta bilər. Bu dəyişimin ola bilməsi üçün görüləcək ilk iş heç bir "hesabın" ardınca düşmədən könlümüzün qapılarını, ruhumuzun pəncərələrini sonuna qədər açmaqdır. Bunlar olduğu zaman yeniliklərin və səmimiyyətin bərəkəti bizim həyatımızı canlandıracaq, iç dünyamızı aydınladacaqdır. O zaman aradığımız hüzur və səadətin uzaqlarda olmadığını kəşf edəcəyik.
   
   Dinlər insanın inkişafı üçün yaranmışdır.Əsas hədəf "Allaha qulluq, qullara insanlıqca yanaşmaqdır". Bunun üçün "Quran-i Kərim"də sıralanan insan üçün zərərli fikirləri diqqətə alaraq, insan öz dünyagörüşünü inkişaf etdirməlidir.Həqiqi dini elm budur.Din təhsili bəzilərinin zənn etdiyi kimi bir şeyləri əzbərləmək deyildir.Din elmi bir şüur və iradə məsələsidir.Din elmi bir ruh və könül məsələsidir.Çünki dinin əsas təlimi imandır, imanın da yeri ürəkdir.Ürəyin tərbiyəsi, ağlın tərbiyəsi gerçəkləşmədən heç bir şey yaranmaz.
   
   ***
   
   Xocam, uzun illərdir siz təsəvvüf və təsəvvüf tarixi ilə məşğulsunuz.Bugünkü modern dünyada, dinin xüsusilə, insan ilə Allah arasındakı bir bağdan ibarət olduğunun söylənildiyi bir dünyada, təsəvvüfün insanlığa gətirə biləcəyi şeylər yeni bir çıxış ola bilərmi? Sizcə, məna və mənəviyyat qavramlarını-tarixi inkişafına da baxdıqca- təsəvvüf ilə dəyərləndirmək və izah etmək nə qədər mümkündür?
   
   -Tarix boyunca insanların bir qismi dindar olmuş, bir qismi ola bilməmişdir.Cəmiyyətlərin bir qismi mənəvi-ruhi dəyərləri baş tacı etmiş, bir bölümü də bunları inkar etmişdir.Fəqət insanlığın bu əsrdəki qədər danışdığımız dəyərlərdən uzaq qaldığı bir dövr olduğunu düşünə bilmirəm.Xüsusilə, qərb insanlarını bezdirən və sıxan kilsə təsiri üzündən ortaya çıxan acılar insani münasibətləri alt-üst etmişdir. Batı media gücü ilə bütün dünyanı təsirinə salaraq əlində saxladığı üçün bu materialist və kapitalist anlayışı ruhi-mənəvi dünyanı sıxışdırmış və və susdurmuşdur. Bununla birlikdə insanın genlərində mənanın və mənəviyyatın kökləri vardır,bunları yox etmək mümkün deyildir. İnsan oğlu gec-tez əslinə dönəcək, itirdiklərini axtarmaq sevdasına düşəcəkdir.
   
   Bax, elə buna görə də təsəvvüfi təcrübə işə yarayacaqdır. Qurtuluş axtaranlar üçün bu möhtəşəm təcrübə səbrlə gələcəyi gözləməkdir."Susuzlar suyu arar, su da susuzları arar, sorar" hikməti gerçəkləşəcəkdir. Çünki indiki gedişat insanın fitrətinə uyğun deyildir. Adı "sənaye cəmiyyəti", "bilgi cəmiyyəti" kimi məsum kəlmələr olsa da, bu gediş gediş deyildir.Dinə gələnlər təsəvvüfün canlı və təsirdici əlini hiss edəcəklər.
   
   Əmir Sultan, İsmayıl Hakkı Bursəvi, Üftadə, Yunus Əmrə, Mövlana, Niyazi-i Mısra, Əşrəfoğlu Rumi, İbn-i Arabi kimi təsəvvüf böyüklər yaxından tanınır, bu şəxsiyyətlərin həm dinə,həm də başqa yöndə cəmiyyətə olan münasibətlərini bilirsiniz. Dinimizin və millətimizin birliyində, dirliyində belə mənəvi böyüklərinin yardımı necə olmuşdur? Bu gün üçün eyni mənəviyatı, eyni təmiz həyatı yaşayan, eyni qaynaqlardan qidalanan və cağımızın insanları üçün aradığı "səadəti, hüzuru" göstərə biləcək məna əhli böyüklərə toplum olaraq, insanlıq olaraq ehtiyacımız varmı?
   
   -İnsan oğlu doğulduğu zaman bir şey bilmir. Bilməsi və var olması üçün uzun bir zamana və yorulmadan çalışmağa ehtiyac vardır.

TƏQVİM / ARXİV