ORALARDA KiMLƏR VAR? SEBAHETTiN ALi

TOFİQ ABDİN
21470 | 2007-11-28 03:13
SEBAHETTİN ALİ KİMDİR
   
   
   
   26 fevral 1907-ci ildə bu gün Bolqarıstanın sərhədləri içərisində qalan Gümülcə qəzası, Əyridərə kəndində doğulmuşdur.Balıkəsir və İstanbul Muallim məktəblərində bir müddət təhsil aldıqdan sonra Yozqatda müəllimlik etmişdir.Sonra imtahana girmiş və qazanmış, Almaniyaya getmiş, Potsdam və Berlində təhsil almışdır.Oralardan qayıtdıqdan sonra müxtəlif yerlərdə müəllimlik etmiş,Dövlət Konservatoriyasında dramaturuq olmuşdur.1932-ci ildə bölücülüklə məşğul olub deyə üç ay cəza almışdır.Qayıtdıqdan sonra təkrar tutulmuş,mühakimə olunmuş və cəza evinə göndərilmişdir.Cümhuriyyətin 10-cu ildönümü ərəfəsində bir əfvdən yararlanmış və buraxılmışdır.1945-ci ilə qədər müxtəlif yerlərdə çalışmışdır.İşsiz qaldığı bir dönəmdə Əziz Nesinlə birlikdə "Marko Paşa" və onun davamı olan "Mizah" dərgisini buraxmışlar.Bu dərgilərdəki yazılarında bir çox təbəqələri təhqir etdiyi iddiasıyla mühakimə olunmuş və tutulmuş. 2 aprel 1948-ci ildə yurtdan qaçmaq üçün anlaşdığı və qaçmağına yardımçı olan Ali Ertəkin tərəfindən Bolqarıstan sərhədləri yaxınlığıda Sazara kəndinin meşəlliklərində öldürülmüşdür. Şerlər,hekayələr, romanlar yazmış,tərcümanlıq eləmişdir.İlk yazıları Balıkəsir "İrmaq" dərgisində çıxdı.(1925/1926). 1930 cu illərdə hekayə janrına bir həyatilik, gerçəklik və yeni bir nəfəs gətirdi. Hekayələrindən insan duyğuları ustalıqla anladılır.İnsanın zavallılığı və gücsüzlüyünü eyni ustalıqla zaman-zaman nağılvari və dastan üslubunda təsvir etməyi bacarmışdır.
   
   
   
   Azərbaycan oxucuları arasında heç zaman birmənalı qarşılanmayan unudulmaz türk şairi SEBAHETTİN ALİnin 100 YAŞI tamam oldu.Hələ tələbəlik illərindən şeirlərinə bələd olduğum Sebahettin Alinin ölüm nədəni bəlli olsa da, amma uğrunda öldürüldüyü nədən həmişə mübahisə doğurmuşdur.Təbii ki, bizim anlamda bir az da türklüyə qarşı olan bu ölüm nədəni indinin özündə də insanların içində bir etiraz və bir çəkici yanaşma ilə çevrələnmişdir. Amma nə cür yozulursa-yozulsun onun adı türk şerinin ilk sıralarında gələn bir isimdir və 60-cı illərdən hafizəmizə necə çökmüşsə, ən tez yada düşən bir şəxsiyyətdir Sebahettin Ali.Və bu gün onun yaşının 100 olması da bir az şəxsən mənim içimin nostoljisi ilə bağlıdır. Çünki 60-lardan bu yana həmişə yaddaşımda olan bir ad və soyaddır bu.

TƏQVİM / ARXİV