ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
13758 | 2007-11-07 02:57
Mehmet Aycı 1971-ci ildə Adanada Saimbəylidə doğuldu. Eskişəhər TCDD Məslək Litseyindən (1990) və Anadolu Universiteti İqtisad Fakültəsindən (1996) məzun oldu. Bir müddət idarəçi olaraq çalışdı.1990-cı ildən bu yana dərgilərdə yazı və şeirləri çap olunan Aycı, Ankarada yaşıyır.
   
   Kitabları: Mor Kitab (1997), Eşq bir dəniz röyası(1999) Nəsrəddin Xoca (Səmərqənd çapı, 2006), Sərkisov əhbabım olur(2006), İçindən qatar keçən Şeirlər ( 2005), Zəhərli Ağaclar Albomu, (2007)
   
   Şair Mehmet Aycı mənim ilk tanıdığım şairlər arasında. Şeirlərini uzun illərdir izləyirəm. Unutmadığım ilk kitabı Mor Kitabdan (1997) bu günə həmişə əlində qələm yazdı və şeir dünyamıza neçə önəmli şeirlər bəxş etdi.Yazdığı şeirlərlə bərabər həm də günlük ədəbi yazıları ilə də diqqətdə oldu.Bu xüsusiyyətiylə də ən çalışqan şairlər arasında yer alır. Sevgili Mehmet Aycı ilə bir sürə əvvəl ardbard çıxan "Yanğı" şeirlər kitabı, "Zəhərli ağaclar albomu" və "Mürəkkəb tən", araşdırama kitabları barədə danışdıq.
   
    "Eşq bir dəniz röyası" adlı şeir kitabınızdan sonra (1999) bir çox dərgidə yeni şeirlərinizi çap etdirdiniz,amma bunları kitab halında çap etdirməyə tələsmədiniz.Bunun xüsusi bir səbəbi vardımı?
   
   Məndən asılı olan bir vəziyyət deyil bu.Qaldı ki, o kitabdakı şeirlər də 96-97-ci illərdə yazılmış şeirlərdir. 93-95-ci illərdə yazdığım şeirlər bilirsiz MOR KİTABda toplanmışdı. İndi, üç şeir kitabım var,bu kitablarda yer alan şeirlərin sayı əllidən az. Doxsandan bu yana şeir yazdığım düşünülürsə, ildə ancaq üç şeir kitaba daxil olmuşdur.Bir də bu tərəfi də var işin.Bu ana qədər, bir nəşriyyata gedib də qardaş,bax bu mənim şeir dosyam, lütfən bunlara baxın,- demədim. Hər üç kitabın çapını da məndən nəşriyyatçılar istəmişdir.Yalnızca şeir kitablarında deyil,başqa kitablarımda da belə olmuşdur.Elə düşünmək lazım deyil ki,çap olunacaq şeirlərim yoxdur.Əlbət də var. Vaxtı, zamanı gəlincə nəsib olursa çap olunacaq.Bir də, dərgilərin haqqı olan, dərgilərdə qalması gərəkən yazılar, şeirlər var. Bir az dərininə getsən, elə bir xüsusi səbəbi yoxdur bu qədər gecikmənin. Doğrusu umacağım bir şey də yox.Hər şey öz-özündən yoluna düşür.Dərgilərdə yazıram.Bir nəşriyyat sahibi vəya bir çap evi bu yazıları kitab kimi çap eləmək istəyir və mən də, ey vallah deyib, razılıq verirəm.Bu qədər.
   
   Mehmet Aycı imzasını bir çox dərgidə görürük. Bu dərgilərin bəzilərinin sənin şeirlərindən aşağı səviyyədə olduğunu düşünürəm.İmzanın həddən artıq göründüyünü düşünürsənmi?
   
   Düşünürəm. Son on beş ildə hardasa yüzə yaxın ədəbiyyat dərgisində çıxış eləmişəm.Hələ yazıram da.Etiraf edək, mənə müraciət olunan üç beş dəriginin arzusunu həyata keçirə bilirəm.Bu çoxmu? Bunun həddi nə? Hansı hududu saxlayaq bilmirəm?Deyəlim ki, mərkəzdə çap olunan dərigiləri bir qırağa qoyaq,əyalətdə oxunan ədəbiyyat dərgiləri mənə müraciət edir və bir şeylər yazmağımı xahiş edirsə və mən də yazıramsa,o zaman mənim oxucu auditoriyamın üfüqləri genişlənmiş olur. Bir dərgi, səndən olduğu kimi məndən də yazı,şeir istəyir. Başqaları naz eləsələr də,mən buna çox təbii baxıram.Bu qədər.Yoxsa, mənim buna heç bir ehtiyacım yox, vallah.O dərgilərdə, "yalnızca mənim yazılarım,şeirlərim oxuna bilər kimi" bir düşüncəm də olur.Yalnız bunu özüm-özümə deyirəm.Bir şeylər olunmağa çalışılır.Əyər elənmirsə bu eləməmək anlamına gəlməməlidir.Gələcəyin bir yaxşı şairinə,bir ədibinə yol aça bilir. Ümid deyil bu, belə olur bunlar. Belə bir sorğulama olacaqsa, hər kəsin özünə baxmasını, əvvəla haralarda yazdığını, ilk yazısının yerli qəzetdəmi, yoxsa məktəb qəzetindəmi, yoxsa bilmirəm hansı qəzetin üçüncü sinif əlavəsindəmi çıxdığını xatırlamasını məsləhət görürəm ayrıcagBir də, bu məsələyə geçici baxmamaq lazımdır. Bu gün bu məsələ bir az çətin görünə bilər. Amma yaxşı olan nə varsa o qalacaqdır.Lap Yapdıməli qezətində çap olunsa da belə.Zarafat bir yana, heç bilmirəm belə bir qəzet çıxırmı- çıxmırmı təbiig
   
   - "Sərkisof Əhbabım Olur" və yeni çıxan "Mürəkkəb Tən" və "Zəhərli Ağaclar Albomu" kitablarında araşdırma yazılarını çap etdirdin. Ancaq bir şair üçün başqa yazıların onun şairliyinə mane olduğu söylənilir.Sən nə düşünürsən bu barədə?
   
   -O ayrı bu ayrı. Bunu söyləyənlərin öz işidir bu.Başqa cür desək,o zaman onlar özləri seçsinlər : ya şairlik eləsinlər,ya da eləməsinlər.Mənə görə bunların biri-birini tamamlayan tərəfləri var.Necə yəni,CEMAL SÜREYYA ONLARLA PUBLİSİSTİK YAZILAR YAZDI, ŞAİRLİYİNƏ XƏLƏL GƏLMƏDİ.ALIN SİZƏ SEZAYİ BEY KARAKOÇU. HƏLƏ

TƏQVİM / ARXİV