ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
21461 | 2007-10-24 06:22
Senar Kimdir
   
   
   
   Türk Sənət Musiqisinin ünlü səsi Müzəyyən Senar 1919-cu ildə Bursada dünyaya gəldi. Musiqi təhsilini Anadolu Musiqi Cəmiyyətində kamança ustadı Kemal Niyazi Ceyhun Bəy və ud ustası Hayriyə xanımdan aldı. Dinləyicilərdə heyranlıq yaradan bir səsə sahib olan bu istedadlı qızcığazın səs-sorağı yayıldıqca o zamanın Sadettin Kaynak, Selahettin Pınar, Lemi Atlı, Mustafa Nafiz İrmak kimi çox şöhrətli musiqi sənətçiləri ona dərslər verdilər. Zamanın sevilən mahnılarını təqdim edən Senar bu mahnılarla birlikdə həmin musiqiçilərin ən çox tanınan əsərlərini də proqramına aldı.
   
   Kemal Niyazi Bəy və Hayriyə xanımın dəstəyilə İstanbul Radiosunda çalışmağa başlayan Senar cümə axşamı günləri böyük maraqla izlənən bir verilişə daha çox dəvət olunur.Senarı bu proqramda dinləyənlər arasında İstanbulun ən məşhur musiqi səhnələrindən biri olan 10-cu il Belvü Kazinosunun sahibi İbrahim Dərvişzadə də olar və kazinonun 1933-cü il yaz sezonunun Ulduzlar proqramına Müzəyyən Senarı da dəvət edər. Senar sonraki illərdə İstanbulun tanınmış daha başqa konsert salonlarında çıxışlar etməyə başlar.
   
   Müzəyyən Senarın istedadı Cümhuriyyətin qurucusu və Türk sənət musiqisinin böyük heyranı Atatürkün də diqqətini çəkər və sənətçi həmin vaxtdan dəfələrlə onun hüzurunda və ona aid xüsusi məclislərdə iştirak edər.
   
   Müzəyyən Senar 1938-ci ildə Ankara Radiosunda ilk çıxışlarını etmiş və 1941-ci ildək davam edən bu çıxışlarla ölkənin ən ucqar yerlərində belə məşhurlaşmağa başlamışdır.
   
   Türkiyənin məşhur konsert salonlarındakı proqramlarıyla şöhrət qazandıqdan sonra vallar yazdırmağa başlar və musiqişünasların fikrincə, türk musiqisinə yeni bir nəfəs gələr.1983-cü ildə İstanbul Bəbək Konsert Salonunda ilk solo konsertini verər,bu tarixdən sonra yalnızca ən böyük konsertlərdə və musqili toplantılarda çox xüsusi dəvətlərlə çıxışlar edər.
   
   Türk Sənət musqisinin böyük səsi,Dövlət Sənətçisi Müzeyyen Senarın sənət həyatı, konsert və albomlarla davam edir.
   
   Keçdiyimiz günlərdə səhhətində yaranan rahatsızlıq üzündən xəstəxanaya aparılan böyük səs sənətçisi Müzəyyən Senara Allahdan şəfalar diləyirik və bizim oxucularımız üçün daha aydın olsun deyə, onu müqayisə etmədən böyük müğənnimiz Şövkət xanım Ələkbərovaya bənzədə bilərik.
   
   
   
   "KEŞKƏ MÜZƏYYƏN SENAR OLMASAYDIM DA,
   
   BİR AİLƏM OLSAYDI..."
   
   
   
   (əvvəli keçdiyimiz çərşənbə)
   
   
   
   
   
   Yaxşı bəs atanız kim olub?
   
   - Qəhvəçiydi. Doktor çantası da vardı, heç unutmuram, ilk dişimi o çəkdi. Bax, bu dişimi. Eyni zamanda cərrahlığı da vardı.Yunanlara baxardı. Onların cinsəl xəstəliklərini müalicə edərdi. O qədər qızılı vardı ki... Arvadları evini yıxdı o qızılların. Sonra səfil gününə düşdü. Anam qaçdı, mən də anamı axtarmağı başladım.
   
   Niyə qaçdı ki ananız?
   
   - Çünki atamı şəxsən özü yatağında bir başqa qadınla yaxaladı. 28 sənə babama dözüb yaşamış anam "buraya qədər" demiş və atamı tərk etmiş. Mən də təbii anamın axtarışına çıxdım. İstanbulda başladıq bu işlərə.
   
   Gənc Müzəyyən necə bir qadın idi? Dəli-dolu, çılğın, qayda-qanun tanımaz və özünə güvənli bir qadınmı?
   
   - Dəli-dolu olduğum doğru.

TƏQVİM / ARXİV