ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
14844 | 2007-10-17 03:11
Müzəyyən Senar Kimdir
   
   
   
   Türk Sənət Musiqisinin ünlü səsi Müzəyyən Senar, 1919-cu ildə Bursada dünyaya gəldi. Musiqi təhsilini Anadolu Musiqi Cəmiyyətində, kamança ustadı Kemal Niyazi Ceyhun Bəy və ud ustası Hayriyə xanımdan aldı. Dinləyicilərdə heyranlıq yaradan bir səsə sahib olan bu mstedadlı qızcığazın səs-sorağı yayıldıqca o zamanın çox şöhərtli musiqi sənətçiləri Seadettin Kaynak, Selahattin Pınar, Lemi Atlı, Mustafa Nafiz İrmak kimi ona dərslər verdilər. Zamanın sevilən mahnılarını təqdim edən Senar bu mahnılarla birlikdə həmin musiqiçilərin ən çox tanınan əsərlərini də proqoramına aldı.
   
   Kemal Niyazi Bəy və Hayriyə xanımın dəstəyiylə İstanbul Radiosunda çalışmağa başlayan Senar, cüməaxşamı günləri böyük maraqla izlənən bir verilişə daha çox dəvət olunur.Senarı bu proqramda dinləyənlər arasında, İstanbulun ən məhşur musiqi səhnələrindən biri olan 10-cu il Belvü Kazinosunun sahibi İbrahim Dərvişzadə də olar və kazinonun 1933-cu il yaz səzonunun Ulduzlar proqramına Müzəyyən Senarı da dəvət edər.Senar, sonraki illərdə İstanbulun tanınmış daha başqa konsert salonlarında çıxışlar etməyə başlar.
   
   Müzəyyən Senarın istedadı Cumhuriyətin qurucusu və Türk sənət musiqisinin böyük heyranı Atatürkün də diqqətini çəkər və sənətçi həmən vaxtdan dəfələrlə onun hüzurunda və ona aid xüsusi məclislərdə iştirak edər.
   
   Müzəyyən Senar, 1938-ci ildə Ankara Radiosunda ilk çıxışlarını etmiş və 1941-ci ildək davam edən bu çıxışlarla ölkənin ən ucqar yerlərində belə məhşurlaşmağa başlamışdır.
   
   Türkiyənin məhşur konsert salonlarındakı proqramlarıyla şöhrət qazanıdqdan son vallar yazdırmağa başlar və musiqişünasların fikrincə türk musiqisinə yeni bir nəfəs gələr.1983-cü ildə İstanbul Bəbək Konsert Salonunda ilk solo konsertini verər,bu tarixdən sonra yalnızca ən böyük konsertlərdə və musqili toplantılarda çox xüsusi dəvətlərlə çıxışlar edər.
   
   Türk Sənət musqisinin böyük səsi,Dövlət Sənətçisi Müzeyyen Senarın, sənət həyatı, konsert və albomlarla davam edir.
   
   Keçdiyimiz günlərdə səhhətində yaranan rahatsızlıq üzündən xəstəxanaya aparılan böyük səs sənətçisi Müzəyyən Senara, Allahdan şəfalar diləyirik və bizim oxucularımız üçün daha aydın olsun deyə, onu müqayisə etmədən böyük müğənnimiz Şövkət xanım Ələkbərovaya bənzədə bilərik.
   
   "KEŞKƏ MÜZƏYYƏN SENAR OLMASAYDIM DA, BİR AİLƏM OLSAYDI..."
   
   
   
   O bir Müzəyyən. O bir əfsanə. O bir abidə. Adı çəkiləndə hərkəsin bir an səssiz qaldığı, ona olan hörməti gizlətmədiyi bir isim. Bir məktəb. Bir qırtlaq.
   
   Bir səs. Bir şöhrət. Nələr, nələr gördü 1918-ci ildən bu yana. Baxınız,Türkiyə Cumhüriyyətindən daha yaşlı bir sənətçi.Amma "Belə bir gözəl ömür yaşamış bir qadının, bir sənətçinin daha nəyi əksik ki,-deyə düşünə bilərsiz... amma, yox yanılırsınız,çox,yanılırsınız. O qədər başqalarına bənzəmir ki, "Burax bu tərifləri- deyir. "Şöhrət, para, pul, imarət, hamam, blok-blok evlər- bunlar hamısı gəldi gedərdi.Keşkə bir adam olsaydı həyatımda, onunla birlikdə yaşlana bilsəydim..."
   
   Bəlkə də bu üzdən Müzəyyən Senar çox həlim xasiyyətli bir insan. O, alqış heyranlarından deyil. O üzdən də heç zaman kiminsə paxıllığını çəkməmiş.Heç bir kompleksi yox. Zatən, anlatdıqlarına baxsanız, bu möcüzəvi səsin sahibinin yaşadığı hər şey, ona itaət etmiş.Səhnəyə çıxmaq üçün onun-bunun yanına getməmiş,səsi fövqalədə gözəl olduğu üçün onu çağırmışlar.Ta ki, Müzəyyən oluncaya qədər. Sonra da, bir ömür beləcə keçmiş. İnsanın ovqatı,əhval-ruhiyyəsi düzəlir, hərkəsin beləcə yaşlanmaq şansı ola biləydi deyə düşünürsən.Son dərəcə gözəl bir vücudu var. Bir də çox zarafatcıl.Reportaj əsnasında suallara cavab verməzdən öncə rakıdan bir udum içir və başlayır : "Bir yerdə dostluq varsa, orada rakı da vardır"- deyir. Çərşənbə axşamı "Rakı Klubunda Daş vallar gecəsi"ndə Sənətçilər qəsrində səhnəyə çıxır. Əfsanəyi bir konsert və getməyə tələsin, vaxt çox qalmayıb onu səhnədə görmək şansına...
   
   Uşaqlığınız necə keçib? Necə bir ailəniz vardı? Sizə dəstəkmi oldular, yoxsa manemi?
   
   - Ay səndəmi, bunları soruşdun məndən? Çox anlatmışam axı.Kitablar yazıldı bu barədə. Qəzetçilər yazdı. Mən bezdim vallah, onlar soruşmaqdan bezmədi. Deyirlər ki, "Yeni nəsl səni tanımaya bilər, qoy tanısınlar!" Haydaaa, təkrar-təkrar al başdan: Bu işlərə uşaqlıqdan başladım. 12 yaşında. Mən kəkələyirdim.
   
   Həyatınızla bağlı neçə reportaj vermisiz?
   
   - Min dəfə, min dəfə!
   
   Elə hey eyni şeylərimi soruşdular?
   
   - Təbii. Nə soruşacaqsız ki... Cəmiyyət həyatım yox, siyasi həyatım yox, dostum, sevgilim yox. Dedi-qodu bilmərəm. Nə danışaq? Fırladıb, fırladıb eyni suaları verirlər.Boş ver, sən də soruş, nə soruşacaqsan, mən də cavab verim...
   
   "Bir ömürdə 10 min ömür yaşadım"- demisiz.
   
   - Bəli,yaşadım. 70 yaşında oğlum var, sən bilirsən. Nəvənin nəvəsini görmək neçə insana nəsib olub? Hər şeyi daddım. Kasıbçılığı da, zənginliyi də. Həmişə eyni qaldım,heç dəyişmədim. Zənginliyi və iqtidarı həzm edə bilməyənlər çoxdur.
   
   Siz bunu necə başardınız?
   
   - Bir şəxsiyyəti var insanın. Gücün çatacaqsa, bacaracaqsan. Çünkü şəxsiyyət dəyişməz. Mən beləyəm.Ürəyim bu. Heç itirmədim özümü. Allah əlini üstündən çəkməsin.Qarovçularla da rakı içərəm, rəngsazlarla da, meyxanaçılarla da. Deyəcəksən ki,mən Müzəyyən Senarlığı bacarmamışam.
   
   Necənci ildənsiniz?
   
   - Sən kitabımı oxumadınmı? 1918-dən. Tam 88 yaşındayam. Dizimdə bir balaca ağrılarım var, amma duz-muz deyil.Bax, maşallah, quş kimiyəm.Sən mənim elədiklərimi eləyə bilməzsən. Qalx elə görüm.Ah, bu Arko krem sürtənin ağlı olsa...
   
   Sizi reklama çıxarırdılar, həg
   
   - Əəəəə təbii. Onun məhsullarına mənim qədər sadiq kim var? Tam 50 sənədir, Arko kremdən istifadə edirəm.Üzümə başqa heç bir şey sürtmürəm. Zatən, makyaj filan da eləmirəm.Ənnik kirişanla bir o qədər də aram yoxdur.Gözlərim də linzalı deyil, yaxşı bax, iki rənklidir. Bunu da məndən həmişə soruşurlar":Müzəyyən xanım, linzadan istifadə edirsinizmi?" "Xeyir, evladım!" Gözlərim anadan gəlmədir,Allahın verdiyidir. Qri- mavi. Bax, ortası da qəhvə rəngində. Sizdən bir öncə bərbər qız da soruşdu. "Ayol,- dedim yox, onlar mənim,mənim "- dedim. Burnumu düzəltdirmək istədim. 1960-cı illərdə. Doxtorlar məni qovdu. Bilirsiz, niyə? Mən Müzəyyən Senarmışam, belə olsam daha yaxşıdır."Yaxşı siz nə istərsiz, elə olsun,- dedim.
   
   İnsan bu yaşda keçmiş daha çoxmu xatırlanır, yoxsa unutmağa başlanır?
   
   - Yox, yox xatırlayıram. Həm də çox yaxşı. Aaaaa, rakım var ki, dur, bir qurtum içim. Buz ver, buz. Allah, hələ bu yaşda içirdir bax, daha nə istər insan...
   
   Necə olub ki,bu yaşda bu qədər çevik və diri qalmısınız?
   
   - Allahın işi bu. Çox diriyəm həqiqətən. Keçmişdə çox idman eləyərdim.Qimnastika ilə məşğul oldum.Qışda belə dənizə girirəm. Soyuq suyla yuyunuram.Qəhvəaltını bir tikəylə də ötüşdürəm, bir tək günortalar yeyirəm, axşam da sadəcə meyvə yeyərəm.Və sabah axşam mütləq süd içirəm.
   
   Sizin ailədə hərkəsmi çox yaşamış?
   
   - Təəssüf ki... yox, anam 49 yaşında öldü. Döş xərçəngindən. Tibb də o illərdə indiki kimi deyildi.
   
   Həyatınızda ananızın yeri nəydi?
   
   - Anamın səsi çox gözəldi, çox gözəl şərqilər oxuyurdu.Çox gəncdim onu itirdiyimdə. Məzarımız eyni məzardır. Onun yanına gedəcəm,inşallah. Nə qədər yaşasaq da öləcəyiz. Ya tez,ya gec. Nə zaman olar bilmirəm, istəyirəm ki,daha tez olsun.
   
   Elə deməyin...
   
   - Olsun,olsun... Əldən ayaqdan düşmək çox pis şeydir, elə olacaqsa, alsın canımı. Mən danışıram Onunla- ( Müzəyyən xanım Allahı nəzərdə tutur və "O" deyildikdə çox zaman Allah düşnülür və ona gərə də O hərfi böyük yazılır T.A.) dostuq.
   
   Sizi alacağı-malacağı yox, həqiqətən çox yaxşısız.
   
   - Aparacaq, aparacaq bir gün. Aparsın nə olur.Mən çox şeyləri gördüm.Ən sonda Səfirə də oldum, onu da daddım. Heç üzüm qara çıxmadı. Təhsilim yoxdu bilirsiz,buna rağmən məni utandırmadı,Allahım. Kəkəməliyim üzündən məktəbə almadılar məni.
   
   Bu kəkələmək hardandı sizdə?
   
   - Nəzər üzündən oldu. 5 yaşında. Bir toya getdim, oynamışım, şarkı söyləmişim. Sabah oyandım ki, danışa bilmirəm.Baş çəkmədiyimiz yer qalmadı.Doktora da getdik, xocaya da, minarəyə daşlar da qoyduq. Köməyi olmadı.Bir tək şərqi söylərkən,mahnı oxuyarkən kəkələmirəm.Sonra özü özünə açıldı. 15 yaşım olanda. Tez-tez danışıram ki,kəkələməyim bilinməsin.Yavaşıyan kimi kəkələyirəm.
   
   
   
   
   
   Ayşə ARMANdan uyğulama
   
   

TƏQVİM / ARXİV