adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

ORALARDA KiMLƏR VAR: HüSEYN AVNi CiNOZOğLU KiLSƏ və QƏRB MƏDƏNiYYƏTiNDƏ "ACI" METAFORA çATIŞMIR

TOFİQ ABDİN
20697 | 2007-09-12 05:54
Şeirlərində mistik metaforalardan sıx-sıx istifadə eləyən türk şairi Hüseyn Avni Cinozoğlu psixoloji məqamlardan təmizlənmiş qərblilərin bu qədər barbarlaşmasını mədəniyyətlərindəki "böyük acıların" yaşanmamasında görür.***
   
   
   
   "SAFRANBOLUDA YALNIZ BİR DƏNİZ FƏNƏRİ" olaraq tanınan və "gurultu qoparmadan" şeirlərini yazmağa davam edən bir şair Hüseyn Avni Cinozoğlu. İstanbula bitmək-tükənmək bilməyən bir sevda ilə bağlı, amma Safranboluya da bir o qədər tutqun olan Cinozoğlu şeirlərində istifadə etdiyi mistik və mifoloji detallarla dolu azad bir şeirə imza atır. Gah Yusifi quyudan çıxaran, gah İsanın Roma qarşısındakı zəfərini anladan Cinozoğlu bu metaforalarla cağdaşlığa uzanır. Hüseyn Avni və "Möhür" nəşriyyatında çap olunan yeni şeir kitabı KOR KİTABÇI və şeirləri haqqında.
   
   
   
   -KOR KİTABÇI 16-cı şeir kitabınız. Bizə şeirə nə zaman və necə başladığınızı anlada bilərsinizmi. İlk şeiriniz harda çap olunmuşdur?
   
   -"Anadangəlmə şairlik" deyilən bir anlayış var bəzi şairləri tanıdarkən bu deyimdən istifadə olunur. Mən bu tipdən olan şair kimi tanınıram. Əslində anadangəlmə şairlik deyilən bir şeyin har hansı bir üstünlüyə malik olduğunu qəbul edən birisi deyiləm. Bu gün şairlər üçün "şairanəlik" deyilən bir tələnin olması ortada və bu bir çox zaman rahatsızlıqlar da gətirir. Zatən gerçək şeiri tanıdıqdan sonra doğuşdan şair olmaqla şeir arasında dalğa qıran təpələrin olduğu görünməkdədir. Şeiri bir əsər olaraq düşünən, uzun bir yol sonucunda quran və fəlsəfi bir problemi də şeirin ana temasına daxil edən şeirlərə və şairlərə haqlı bir heyranlıq hiss etdim. Çağdaş Türk şeirində düşündürücü axıcılığı və dərinliyi şeiriyyət qoxuyan əsərlərdə ən ustaca yaradan şair İsmət

TƏQVİM / ARXİV