ORALARDA KiMLƏR VAR: ŞAKiRA

TOFİQ ABDİN
22124 | 2007-08-29 01:36
Fanatikləri olduğu bəlli, albomlarını alıb dinləyirmisiniz bilmirəm, amma mahnılarını mütləq eşitmisiniz. Çünki radioda, musiqi kanallarında aramsız səslənməkdədir. Konsert zamanı mahınlarını mızıldana-mızıldana ona qolşulursunuz. Və görmüsünüz kliplərində, getdiyiniz konsertlərində burcuda-burcuda oynamağını da, göbək atmasını da Şakiranın.
   
   Albomları əlüstü satılır,onlar çıxdığı kimi də yox olur.Bütün bunların yanında reportajı oxuduğunuzda görəcəksiniz ki, səmimi, mütəvazi və şəkər bir davranışı var.Şakira Türkiyəyə gəlib, bir konsert verib, gəl görəsən.Çıxıb gedib... Amma bizim suallarımıza ABŞ-dan cavab verdi.
   
   -Ananız yarı italyan, atanız isə Liviyadan kolumbiyalı. Bu çoxmədəniyyətlilik musiqinizə necə təsir etdi?
   
   - Bu, musiqimdə çox orijinal bir yol seçməmə səbəb oldu, necə ki, gözəl bir kokteyl hazırlaya bilirəm, bax onun kimi. Musiqidə füzyon çox xoşuma gəlir, mən heç zaman özümü daha yaxşı oxumağa zorlamamışam.Təbiətimdə bu yoxdur.SADƏLİK MƏNİM İÇİMDƏN GƏLİR.
   
   -Orta məktəbdə oxuyarkən bir müəlliminizin "Sən keçi kimi mələyirsən!- deməsi sizi çoxmu incitmişdi?
   
   - Təbii ki, incitmişdi.Bir yumruq kimi dəymişdi, sanki bütün vücuduma.Fəqət indi dönüb baxdığımda, yaş artdıqca, püxtələşdikcə bir insanı başqasından ayıran məhz elə bu şeylərin olduğunu gördm.HƏLƏ MƏLƏYƏN BİR KEÇİ KİMİ SƏS ÇIXARIRAM, AMMA SANIRAM BU SƏSLƏ ƏLİMDƏN GƏLƏNİN ƏN YAXŞISINI ELƏDİM.
   
   
   
   GƏNCLİYİMDƏ ROKÇUYDUM
   
   
   
   -Gənc qızkən şou dünyasından kimə oxşamağı düşünürdünüz. Misal üçün otağınızda Madonnanın reklam rəsmləri var idimi?
   
   -Dürüst söyləmək lazıdırsa, gəncliyimdə mən rokçuydum.Biz latınlar rok haqqında söhbət eləyəndə son dərəcə müdafiə mövqeyini seçirik.Hər kəs hər şeyi bəyənməz. Mən daha çox 1960-cı və 1980-ci illərin ingilis rokuyla maraqlanırdım. Led Zeppelin, Pink Floyd və Curenin şəkilləri otağımı bəzəyirdi.
   
   -Bəs o zaman kolumbiyalı bir qız necə oldu ki, bugün pop kültüründə önəmli bir fiqur oldu? Yaradıcılığınızın dönüm nöqtəsi nəydi?
   
   -Məncə bu taleyimdi. İnsanlar tərəfindən sevilməkdə musiqi mənə yardım etdi. Mənim üçün əsla "Bir gecədə məşhur oldu" demək insafsızlıqdır.Çünki 17 ildir peşəkar olaraq bu aləmdəyəm və çox çalışıram. O üzdən sizə bu bir hadisə oldu və hər şey dəyişdi-deyə bilmə-rəm. Çox rahat günlər başladı yaradıcılığımda. Yavaş-yavaş məhşurlaşmağa başladım.
   
   
   
   NƏŞƏLİ VƏ ÇOX UTANCA

TƏQVİM / ARXİV