Mən bu sətirləri yazdığım saatlardan bir az sonra (3 avqust 2007-ci il tarixinin sabah saatlarında) bizim əbədi camiəmizin və mədəniyyət dünyamızın ən yaxın dostlarından biri Türkiyə Cumhuriyyəti Kültür və Turizm Bakanlığı Kültür və Turizim müşaviri Fethi bəy Gedikli respublikamızdan ayrılacaq, məmləkəti Türkiyəyə gedəcək və bu ayrılış bir çox azərbaycanlı ziyalısı üçün həqiqi mənada çox ağır bir məqamdır və o Azərbaycan ziyalılarından biri də (bu söz üçün üzr istəyirəm) mən özüməm. Bu yaşa qədər bir çox məqamları yaşadıq və mən heç bir rəsmi və böyük vəzifə sahibi olmadığım halda Fethi bəy və TRT Radio və Televizyon Qurumunun Bakı ofisinin şefi Adulhamit bəy Avşar bir gün mənə telefon açdılar və dedilər ki, sizi ZİYARƏTƏ GƏLMƏK İSTƏYİRİK. Aman Allahım, BU ZİYARƏT HARDAN ÇIXDI? Bu elə bir məqamda idi ki, mən "Qobustan" jurnalından uzaqlaşdırılmışdım, "Ulduz"! jurnalında ədəbi işçi işləyirdim və bu yandan da böyük bir ölkənin iki rəsmi yaradıcı insanı, məmuru məni hardan bu məqama layiq bildi ki, bəs ZİYARƏT etmək ortalığa düşdü. Bu ZİYARƏT MƏSƏLƏSİ Türkiyədə elə belə məsələ deyil və ZİYARƏT kəlməsinin altında bir çox məqamlar var ki, bunu mənim açıqlamam heç yerində olmaz, amma böyük bir dövlətin iki rəsmi məmurunun bunu eləməsi son dərəcə məmnun edici bir iş və durum idi.
Neyləyəsən, bu da bir alın yazısıdır. Mən sonralar bu iki yaradıcı və rəsmi insanlarla çox təmaslarda oldum və onlar haqqında bir çox yazılar yazdım və onlarla birlikdə iki ölkə arasında salınmış, şablon da olsa deyək, körpünün daha uzun ömürlü olması üçün bir şeylər elədim və elədilər.
İndi Fethi bəy yalnız öz rəsmi işindən ayrılmadı və onunla vida resepsiyonunda məlum oldu ki, Fethi bəy olmazın işlər görmüş bu məmləkətdə və artıq onun gördüyü işlər bizim ana tariximizin böyük bir hissəsi olaraq yazılı və şifahi ortamlarda səslənəcək.
Fethi bəy çox əfəndi birisi, bu yalnız mənim fikrim deyil, resepsiyona qatılan bir çox azərbaycanlı ziyalısı bunu söylədi və indi bunları təkrar etmək məqsədində deyiləm. Bu fikirlərə qulaq asa-asa düşünürdüm:
bir neçə il, yox... daha bir neçə il öncələrə baxırdım və gözlərim yol çəkirdi: Fethi bəyin abisi Yusif Gediklinin Azərbaycana son gəlişi yadıma düşürdü və bu son gəlişdə Azərbaycan ədəbiyyatı üçün bir zamanlar dəmir qapılar arxasında unudulmaz işlər görən Yusif Gedikliyə ədəbi ictimaiyyətimizin son dərəcə qəbahət və son dərəcə qaba münasibətini yadıma salırdım və düşünürdüm: "BİZ SİZİ UNUTMAYACAYIQ" sözləri bir zamanlar onun ABİSİNƏ deyilmişdi.
Və biz unutmaq üçün yaranmışıq. Bunu danmaq olmaz.
Axı kimləri unutmamışıq ki...
Bunu Fethi bəy bilirdi və bilə-bilə də: incə-incə gülümsünürdü və bu gülümsəmənin arxasındakı ağrını və "nə etmək olar" sözlərini də görməmək mümkün deyildi.
O, öz işini gördü.
Fethi bəyin Azərbaycandakı işləri uzun zaman araşdırılacaq, bu bir ETAPDIR. Heç kəs onun gördüyü işlər qədər iş görməyib, nə də görəcəklər. Onun kimi bir məmurun buralara gələcəyinə mənim çox böyük bir şübhəm var. Gələcək bunu tam açıqlığı ilə ortaya qoyacaq.
Təbii olaraq, ilk sualımız sizin Azərbaycanla təmasınız haqqında. "Azərbaycan" kəlməsini ilk dəfə kimdən eşitdiniz və o an keçirdiyiniz hisslər?
"Azərbaycan" kəlməsini ilk dəfə kimdən və nə zaman eşitdiyimi, doğrusu, xatırlamıram. Çünki xatırlanmayacaq qədər əski bir zamandaydı bu. Artıq məktəbə gedərkən mənim Türklük hissim qalib gəlmişdi. Müəllimimizin bir gün bizə səlcuqlu sultanı Alparslandan söz edən bir kitab oxuduğunu və ondan danışdığı zaman Alparslanın igidliyindən, qəhrəmanlığından bəhs edən bu kitabdan çox xoşum gəldiyini xatırlayıram. Hesab edirəm ki, bu, 1960-cı illərin sonuna doğru, mən 8-10 yaşlarımda ikən olmuşdu. Məktəb illərində oxu kitablarında adı hallanan Atilla, Mete mənə hər zaman həyəcan vermişdir. Hətta bu ilk illərdə Türklüklə Müsəlmanlığı biri-birindən ayıra bilmədiyimi, ağabəyimin (böyük qardaşımın) mənə bir az Müsəlman kimliyiylə "Misir də Müsəlman ölkəsidir, Suriya da" dediyində mənim ona "Türkmü?" deyə soruşduğumu xatırlayıram. Bir də ilk məktəb kitablarımın birində Sovetlər Birliyi tərkibindəki bəzi cümhuriyyətlərdən olan insanların rəngli fotoları yadıma düşür. İndi dəqiq xatırlamıram, amma həmin kitablarda milli geyimlərdə (kuşanmış) Tacik, Qırğız,