ORALARDA KiMLƏR VAR: BƏDRƏDDiN DALAN

TOFİQ ABDİN
13256 | 2007-08-01 11:37
Bir müddət əvvəl "barış" adı altında, sözdə aydınlar, Türkiyənin birlik və bərabərliyindən rahatsız olan köşə yazarları, illərcə dövlətə qarşı mücadilə edən quruluşların bəzi məsul şəxsləri PKK-nın siyasi tribunası olan DEP, DEHAP-ı idarə edənlər, canını ədalətdən və Türk cəmiyyətindən qurtarmaq istəyən nə qədər PKK-lı varsa özlərinə ustad bildikləri, özünü həmişəlik Nobel mükafatına layiq bilən YAŞAR KAMALın başçılığı ilə bir toplantı düzənləyiblər.
   
   Toplantının ən maraq doğuran tərəfi isə Yaşar Kamalın tarixə altın hərflərlə yazılacaq yumurtlamalarıydı(!!!!!!!).
   
   Sanki heç kimsə bilmirmiş kimi, dünyəvi yazarımız, 1071-ci il Malazgirtdən bəri Kürd və Türklərin dost olduqlarından danışdı.
   
   Ülkücü gəncliyin daha çox 1970-ci illərdə istifadə etdiyi milli cizgi və müstəqilliyi ifadə edən "TÜRKÜN TÜRKDƏN BAŞQA DOSTU YOXDUR" fikrinə dayanaraq Kürd-Türk dostluğunu bir də yada saldı. Ustadımız bu şüardakı dost olmayanlar sırasına kürdlərin girmədiyini heç şübhəsiz hamıdan yaxşı bilir. Ancaq Türk Milliyyətçilərini təhqir edərək salondakılara özünün nə qədər "milli birlikçi" olduğunu göstərmək üçün az tərləmədi. Yəni, çirkli suyla abdest alırmış kimi. Milliyyətçiliyin savaş anlamına gəldiyini də "bivəc" sözlərlə ifadə edən ulu yazar, hər halda, bu sözləri ilə Türk Milliyyətçiliyini də qəsd etməmiş deyildi. PKK və salonda toplaşan PKK siyasətçilərinin təmsil etdiyi (sözdə) Kürd Milliyyətçiliyi isə "barış "ın təmsilçisi olmalı, - dedi.
   
   
   
   Bədrəddin Dalan: O Adam ( yəni yazar Yaşar Kamal) 30 min kəlmədən ibarət KÜRDCƏ BİR ROMAN YAZSIN, basdırma qonaqlığı məndən.
   
   Və beləliklə, BƏDRƏDDİN DALAN Əfəndi
   
   Kürdlük və Kürdlər haqqında
   
   
   
   ***
   
   
   
   Bu Adamın ilk duyumda görünən tərəfi bu ki, maraqlı Adamdır və bundan sonra onun haqqında düşündüklərmiz də məhz elə bu Adamın maraq doğurmasından irəli gəlir, bir də "Dalan" sözünün türkcədə daha başqa mənalar kəsb etdiyini də bura əlavə eləyək və onu da əlavə eləyək ki, bu Adam Azərbaycan rəssamlarının İstanbul yaşamı və yaradıcılıq həyatında yaxından iştirak eləyib. Bu baxımdan da Onun bizim insanlarımıza tanıdılması gərəksiz deyil. Və ən sonunda DALAN MƏKTƏBİ və DALAN UNİVERSİTETİ deyilən bir termin də bugünkü Türkiyənin dünya arenasına çıxmasında böyük rol oynamışdır. Və bir də bunu əlavə eləsək ki, çox milliyyətçidir və AYDIN BİR MİLLİYYƏTÇİDİR Kİ, bəzi adamlara bu söz bir az ləzzət eləmir. Bütün bunlar bir türk qəzetçisini onun yanına çəkib və ondan bəzi bilmədiyimiz şeyləri soruşub. Yazı internet xəttiylə əldə edilmiş və Azəri türkcəsində görüntülənmişdir.""
   
   
   
   Birinci yazının sonundan: Nə dedi?
   
   Eeeee, təbii durdu, mən belə şərt qoyunca. Kürdcə FARSCANIN dialektidir.Paris Kürd İnstitutunun başqanı Nazal Kendal yazdığı kürdcə sözlüyü mənə də göndərdi. On il əvvəl. "Sevgili kürd qardaşım"- deyə yazmış mənə olan avtoqrafında.Təbii güldüm.
   
   ***
   
   Nədən güldünüz, kürdmü deyilsiniz, yoxsa qardaşmı deyilsiniz?
   
   Kürdçülük eləyən heç bir insanla QARDAŞ deyiləm. Mən Türkəm, aşirətimlə də iftixar edirəm. Nazal Kendal "On beş il çalışdım,bu lüğəti yazdım, tədqiqatınızı buraxıram"-deyir. O zaman yanımda bir elm adamı vardı. Bunu bir araşdır - dedim. Yüzdə neçəsi farsca, yüzdə neçəsi türkcə, yüzdə neçəsi bilmirəm nəsəcə. Araşdırdı.Yüzdə altmış beşi farsca çıxdı.
   
   Türkcəni də bu cür araşdırsaq eyni mənzərə ilə qarşılaşa bilərik, bəlkə.
   
   Türkcə başqa dillərin istilasına məruz qalmışdır. Amma siz deyən kimi baxsaq da hələ çox şey qalır. Türk dili yapısına görə özgündür. Ural-Altay dil qrupu içindəki Ana dil qrupudur. Fövqəladə sofistik, matematik və musiqili bir dildir. Nazim Hikmət türk dilində şerlər yazdı. Böyük Nazim Hikmət oldu. Rusca da yazdı. Amma kimsə o şerləri oxumur. Bir şairi böyük eləyən şey istifadə etdiyi dildir. Eyni şey Yaşar Kamal üçün də keçərli. Yaşar Kamala o gün dedim: unutma ki, sən türk dilində yazırsan. Türkcə səni yazar elədi. 600 kəlməlik bir yazı hərfi olan və bunu təsdiq edəcək dil elminin adı nədir? Xatırlamıram indi. Nazal o zaman bizim Demokratik Mərkəz Partidəydi. Farsca bilirdi. Sonra MHP-yə keçdi. O, qadın qurucu bir üzv olmuş.
   
   
   
   MHP-yə keçmiş eləmi?
   
   Xeyr. O zaman bizim partiyadaydı, amma on il sonra keçdi. Hələb ordadısa, arşın burdadır. Nazal Kendalın çap etdirdiyi lüğəti alın, incələyin Kürdcə-Türkcə-İngiliscə-Farsca-Almanca bir şey. Beləcə beş altı dilin kəlmələrindən ibarət bir lüğəti görəcəksiniz. Qalınlığı da sərçə ayağından incə. Bundan dilmi çıxar?
   
   
   
   Sizin Kürdcəniz necədir?
   
   Mən Aydın şəhərində böyüdüyüm üçün üç beş kəlmədən başqa bir şey bilmirəm. 1980-ci ildə Mustafa Süzər ilə Tehrana getdik. Bazarda başladı danışmağa. Çaşıb qaldım və soruşdum: Mustafa, farsca hardan bilirsən? "Mən kürdcə danışıram" deyincə, LAN, burdadamı kürd tapdın"- dedim. "Yox, o farsca danışır"- dedi. Mustafa kürdcə danışır, qarşısındakı isə farsca danışır və ikisi də bir-birini başa düşür. Tamam, əfəndim, o zaman buna başqa bir dil demək olarmı, yəni bunun adı kürdcəmi? Zatən o anda başıma bir sual takıldı: 90-cı ildə Nazan o lüğəti mənə verəndə dedi: bunun farscasını ayırın-dedim. Və ortaya bu çıxdı ki, Kürdcə deyə bir dil yox.
   
   Bunu eləmənizin psixoloji səbəbi nədir?
   
   Psixoloji səbəbi yoxdur. Türkiyədə KÜRD, KÜRDCƏ deyənlərə bir mesaj vermək istədim.
   
   Amma bunu kürd kökənindən olan siz eləyirsiniz. Əcəba, baxın mən onlar kimi deyiləm, - deməkmi istəyirsiniz?
   
   Ondan heç kəsin şübhəsi olmasın. Mən bir vətənsevərəm. Milliyyətin nə olduğunu bilirəm. Bir millətin içində dəyişik alt qruplar var. Sosioloji inkişaf içində millət tək bir aşirətdən ola bilməz. KÜRDLƏR TARİX BOYUNCA NƏ D

TƏQVİM / ARXİV