ORALARDA KiMLƏR VAR:BƏDRƏDDiN DALAN PKK VƏ YAŞAR KAMAL

TOFİQ ABDİN
20859 | 2007-07-25 05:49
Bədrəddin Dalan: O Adam ( yəni yazar Yaşar Kamal) 30 min kəlmədən ibarət KÜRDCƏ BİR ROMAN YAZSIN, basdırma qonaqlığı məndən.
   
   Və beləliklə, BƏDRƏDDİN DALAN Əfəndi
   
   Kürdlük və Kürdlər haqqında
   
   
   
   ***
   
   
   
   Bu Adamın ilk duyumda görünən tərəfi bu ki, maraqlı Adamdır və bundan sonra onun haqqında düşündüklərmiz də məhz elə bu Adamın maraq doğurmasından irəli gəlir, bir də "Dalan" sözünün türkcədə daha başqa mənalar kəsb etdiyini də bura əlavə eləyək və onu da əlavə eləyək ki, bu Adam Azərbaycan rəssamlarının İstanbul yaşamı və yaradıcılıq həyatında yaxından iştirak eləyib. Bu baxımdan da Onun bizim insanlarımıza tanıdılması gərəksiz deyil. Və ən sonunda DALAN MƏKTƏBİ və DALAN UNİVERSİTETİ deyilən bir termin də bugünkü Türkiyənin dünya arenasına çıxmasında böyük rol oynamışdır. Və bir də bunu əlavə eləsək ki, çox milliyyətçidir və AYDIN BİR MİLLİYYƏTÇİDİR Kİ, bəzi adamlara bu söz bir az ləzzət eləmir. Bütün bunlar bir türk qəzetçisini onun yanına çəkib və ondan bəzi bilmədiyimiz şeyləri soruşub. Yazı internet xəttiylə əldə edilmiş və Azəri türkcəsində görüntülənmişdir.
   
   
   
   Bir müddət əvvəl "barış" adı altında, sözdə aydınlar, Türkiyənin birlik və bərabərliyindən rahatsız olan köşə yazarları, illərcə dövlətə qarşı mücadilə edən quruluşların bəzi məsul şəxsləri PKK-nın siyasi tribunası olan DEP, DEHAP-ı idarə edənlər, canını ədalətdən və Türk cəmiyyətindən qurtarmaq istəyən nə qədər PKK-lı varsa özlərinə ustad bildikləri, özünü həmişəlik Nobel mükafatına layiq bilən YAŞAR KAMALın başçılığı ilə bir toplantı düzənləyiblər.
   
   Toplantının ən maraq doğuran tərəfi isə Yaşar Kemalın tarixə altın hərflərlə yazılacaq yumurtlamalarıydı(!!!!!!!).
   
   Sanki heç kimsə bilmirmiş kimi, dünyəvi yazarımız, 1071-ci il Malazgirtdən bəri Kürd və Türklərin dost olduqlarından danışdı.
   
   Ülkücü gəncliyin daha çox 1970-ci illərdə istifadə etdiyi milli cizgi və müstəqilliyi ifadə edən "TÜRKÜN TÜRKDƏN BAŞQA DOSTU YOXDUR" fikrinə dayanaraq Kürd-Türk dostluğunu bir də yada saldı. Ustadımız bu şüardakı dost olmayanlar sırasına kürdlərin girmədiyini heç şübhəsiz hamıdan yaxşı bilir. Ancaq həm Türk Milliyyətçilərini təhqir edərək, həm də salondakılara özünün nə qədər "milli birlikçi" olduğunu göstərmək üçün az tərləmədi. Yəni, çirkli suyla abdest alırmış kimi. Milliyyətçiliyin savaş anlamına gəldiyini də "bivəc" sözlərlə ifadə edən ulu yazar, hər halda, bu sözləri ilə Türk Milliyyətçiliyini də qəsd etməmiş deyildi. PKK və salonda toplaşan PKK siyasətçilərinin təmsil etdiyi (sözdə) Kürd Milliyyətçiliyi isə "barış "ın təmsilçisi olmalı, - dedi.
   
   ***
   
   
   
   Yaranışından 7 il keçir. İlk dəfədir bu universitetə- Yeddi təpə universitetinə gedirəm. Səlcuqlu sənətini əsas alan bir memarlıq üslubunda tikilən bu gözəl binaya gec də olsa ayaq basmaq mənə də qismət oldu. Bu universitetin QURUCUSU və YARADICI HEYƏTİN BAŞQANI Bədrəddin Dalan bəyəfəndi. Dalanla fəlsəfə üzərinə başladığım bir söhbət daha başqa səmtlərə uzandı.
   
   Nədən məhz Səlcuq memarlığını əsas götürdünüz?
   
   Türkiyə Batılaşmağa qərar verdiyində Batının sənətini də aldı. Ancaq Orta Asiyadan bu yana bizim qorxunc, gözəl bir sənətimiz var, dərin bir mədəniyyətimiz var. Biz bunu yozlaşdırdıq. Sənayi nəfisədən gələn xocaların hamısı yabançı idi. Bunların Türk uşaqlarına öyrətdikləri sənətin genetik olaraq alt qatı yox. Tamamən təqlidə dayanan sənət üzündən bir dənə də olsun orijinal sənət əsəri yaranmadı. Şəhərsalma işlərində nə Avropalı olduq, nə də Anadolulu. Böyük bir estetik pozuntu, kirlənmə ortaya çıxdı. Bu yozlaşma musiqidə hələ də davam edir. Mən öz milli ənənələrimizə dayanaraq, buradan qidalanaraq dünyəvi yapıya bağlı bir sənəti keçə biləcəyimiz qənaətindəyəm. Min il əvvəl qurduğumuz Əli Kuşçu, Uluq-bəy, İbn Sina, Farabinin elm ocaqlarının memarlıq üslubunu alaraq 21-ci yüz ilə daşıdım.

TƏQVİM / ARXİV