adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

ORALARDA KiMLƏR VAR:

TOFİQ ABDİN
21263 | 2007-05-30 00:30
Bakıda azan məsələsində baş verənlər Türkiyənin bir çox qəzetlərində (Hürriyət?, ?Milli qəzet?, ?Radikal? ( təbi ki, mənim internetdə baxdığım daha başqa qəzetlərdə) böyük bir rahatsızlıqla qarşılanmışdır.Bunu da çox təbii saymaq lazımdır. O şey ki, bizim insanlarımızın arzusunun əleyhinədir və o şey ki,bizim bəzi insanlarımızın adından istifadə edilib ?xalq belə istəyir?- deyərək həyata keçirilir, bundan mütləq bir KOMMUNİST qoxusu gəlir.Yəni, bu yanaşma nə zaman müzakirə olundu ki, xalqın adından bu cür mesajlar qonşu TÜRKİYƏDƏ də rahatsızlıq yaradıb.Doğrudur, belə bir şey də deyilə bilər : bu bizim daxili işimizdir. Şayət belədirsə, o zaman nədən ?qardaş deyib,bir millət iki dövlət? deyib,saxta düşüncələr arxasında pis-pis işlərlə məşğuluq.Mən bir vətəndaş olaraq, sadəcə bunu deyə bilərəm ki, yaşadığım 8-km ərazisində heç zaman azan səsini eşitməmişəm və çox nadir hallada Ramazan ayında bu səs bir əks-səda kimi gəlib bizlərə çatır və hətta mikrafonlardan oxunsa belə.Amma uzun bir müddət Türkiyədə yaşadığım illərdə mənim qaldığım evin 600 metrliyində bir cami vardı ki, oradan ucalan azan səsi bir yaşam tərzi kimi artıq ömrümün bir parçası idi.Mən bunu AH İSTANBUL... İSTANBUL kitabımda belə ifadə etmişəm: ?...qəzetə zəng eləmək üçün nömrəni yığıram. Gözləyirəm. Kimsə cavab vermir. Saata baxıram. "Saat... Niyə kimsə cavab vermir, Allahım! Demək yalanmış bu. Demək mənimlə oyun oynayırlar bu qərib məmləkətdə... Demək məni dolayırlar. "
   
   Bir dəfə də nömrəni yığıram... Gözləyirəm... Səs-səda yox. Yenə də kimsə cavab vermir. Amma, görürəm ki, kimsə mənə tərəf gəlir. Ayaq səsləri get-gedə yaxınlaşır mənə və bu ayaq səsləri get-gedə sıxlaşır. üstümə tökülür bu ayaq səsləri... Mən qan-tər içindəyəm. Ayaq səsləri yaxınlaşır.
   
   -Ata,-deyə birisi məni səsləyir.
   
   Qızımın səsidir bu.
   
   -Nə var qızım, mənə dəvətnaməmi gətirdin?
   
   -Qalx ata, qalx, vaxt keçir... Nə dəvətnamə...
   
   ...Mən qan-tər içindəyəm. Uzaqdan, çooox... çooox uzaqdan AZAN səsi ucalır. Səs ucaldıqca... ucalır...
   
   "Ya Rəbb, şükürlər olsun sənə, -deyirəm. Nədən bu gözəl röyadan oyandım?"
   
   Son illərdə qürbətdə gördüyüm ən gözəl röya idi bu...?
   
   ***
   
   TÜRK QƏZETLƏRİNDƏN :
   
   BAKIDA AZAN SƏSİ QISILDI
   
   Son dönəmdə xalqdan gələn "yüksək səsli azan üzündən xəstə və çocuklar yata bilmir? şikayətlərinin artmasından sonra Azərbaycanda mikrafonlarla azan oxunması qadağan olundu.Mollalar artıq minarəyə çıxaraq birbaşa öz səsləriylə azan oxuyacaqlar.
   
   
   
   AZƏRBAYCANda vətəndaşlardan gələn və gedərək artan şikayətlərdən sonra məsul şəxslər azanın mikrafonlardan yayınlanmasını qadağan etdilər. Xüsusilə paytaxt Bakıda bir çox azəri, son dönəmdə rəsmi şəxslərə müraciət edərək yüksək səslə oxunan azan nədəniylə xəstələrin və çocukların rahatsız olduğunu, yata bilmədiklərini söyləmişlər.
   
   
   
   Azərbaycanın Diyanət İşləri Başkanlığındakı Qafqaz Müsəlmənları İdarəsinin məsul şəxsləri keçən həftənin çərşənbəsindən bəri qadağanın artıq tətbiq olunduğunu bildirmişlər.Qurumun sözcüsü Akif Ağayev "İnsanlardan bir çox şikayət almışdıq. Bu, azanın qadağan olunması demək deyil.Sadəcə, mikrafonları qaldırdıq."- deyib. Qadağanın ardından mollalar mikrafon və səsgücləndiricidən istifadə etməyəcək, keçmiş zamanlardakı kimi minarələrə çıxıb yalın səslə azan oxuyacaqlar.
   
   
   
   CAMAAT QIZ?IN
   
   
   
   Bundan sonra Sultanəli məscidində günorta namazına gələn camaat, qadağaya qarşı etiraz mitinqi keçirmişlər.Dini azadlıqlarının qarışısının alındığını iddia edən adamların arasından özünü Azad deyə təqdim edən bir vətəndaş AFP"yə verdiyi açıqlamda, ?Azanı eşitmək, dini vəzifəmizi yada salmaq baxımından çox vacib bir iş. Şəhərdə bu qədər damba-durum olduğu halda, mikrafonlardan ucalan səsin kimə və necə mane olduğu bir əfsanə. Xristianlar zəng səslərini qadağa edərlərmi?? -demişdir.
   
   ?lkədəki insanlar da qadağanı "Ateist-Bolşevik" güclərin ortaya atdıqlarını bildirmişlər.
   
   
   
   DEMOKRATİK
   
   YANAŞMA
   
   
   
   Sultanəli məscidinin mollası İbrahim Yarıyev isə qadağanın "demokratik bir yanaşma" olduğunu vurğulayıb, hayküy salmamağı məsələhət görmüşdür."Biz Səudiyyə Ərəbistanı və ya İran kimi bir din dövləti deyilik.Din və dövləti ayrı olan demokratik bir ölkəyik.Rahatsız edilməmək istəyənlərin haqlarına hörmət etməmiz lazımdır"-demişdir.
   
   
   
   MOLLA YARIŞI
   
   
   
   Məsul şəxslər keçmişdə Bakıdakı məscidlərin sayının az olduğunu, bu üzdən mikrafonlara ehtiyac duyulduğunu bildrirərək bunu müdafiə edirlər. Eyni şəxslərə görə bu gün mollalar mikrafonların səsini yüksəldərək sanki yarışa giriblər. Bakının kiçik bir məhəlləsində indi 7-8 məscid var ( adam burda artıq dözə bilmr: YALANA BAX HA... Etiraz bizimdir).
   
   Sovetlər Birliyinin dağılmasıyla 1991-cı ildən sonra 8.1 milyon əhalisi olan Azərbaycanda xalqın böyük hissəsi şiədir. Son 15 ildir, xüsusilə İranın da təsiri ilə ölkədə İslama yönəlik hadisələr artmışdır. İndiki hökumətin bunun qarşısını almaq iqtidarı zəifdir. unu neçə vaxtdı deyirlər.
   
   
   
   
   
   TÜRK İLAHİYYATÇILAR BAKIDA OLANLAR HAQQINDA
   
   
   
   * PROF. DR. SADRƏTTİN GÜMÜŞ: İslamiyətdə peyğəmbərimizin bir hədisi var. Azan nə qədər uzaqlara yayılsa o qədər yaxşıdı.Zatən şəhərlərdə gurultular o qədər ki,onsuz da azanın səsini eşitmək çox müşkül bir işdir.Buna görə də mikrafonlardan oxunmasında fayda var. Ancaq hər şeyin bir əndazəsi olması lazım, bunu da unutmayaq. Dinimiz hər məsələdə cızığından çıxmayı sevməz.Qadağalar hər zaman cəmiyyətə bir sıxıntı gətirir.Gərəkli olan heç bir şey yasaklanmamalıdır.
   
   Bu bir təsir olaraq başa düşülür.
   
   
   
   * PROF. DR. ƏMRULLAH YÜKSƏL: İsveçrədə, Parisdə də olmuşam,oralarda da ayin zamanı kilsələrin zəngləri təkra-təkrar çalardı. O cür mədəni ölkələrdə kimsə "Bu kilsənin zəngi bizi rahatsız edir?- deyə bir şey eşitmədim.Əgər belə bir şey olursa, demək o xalq öz haqqından mərhum olur. Türkiyə də belə bir şey edərsə, müsəlmanlığa qadağa kimi başa düşülər.
   
   
   
   * DR. YUNUS VƏHBİ YAVUZ: İstər müsəlman olsun, istər olmasın əgər bu toplumda yaşayırsa, əksəriyyətin səsinə haqq qazandırmaq gərək. Şayət səslər qeyri normaldırsa,bunu bir az azaltmağa dəyər. Amma mikrafonlardan tamamilə istifadə etməmək məsələsi inanclara müdaxilə etmək deməkdir. Bu Türkiyədə olarsa, çox böyük bir narazılıq yarada bilər. Çünki azan çox önəmli bir hadisədir.
   
   
   
   
   
   
   
   [email protected] adresindən
   
   
   
   
   
   Çox hörmətli Tofiq bəy!
   
   Salam!
   
   
   
   Bir-iki ilin sözüdür. 18-ə qədəm qoymuş oğlum pessimist-pessimist şerlər yazmağa başladı. Bəlkə də növbəti sevgi oxu daşa dəydiyindən uşağım depresiyondan çıxa bilmir, düşünürdüm. Bu durum az çəkər, çox çəkər - bir Allah bilir. Bu kimi fikirlərlə özümü sakitləşdirməyə çalışsam da, oğlancığazın şerlərində elə hey bu qoca dünyayla əlbəyaxa döyüşlərə girişməsi, hər dəfə də məğlubiyyətlə barışması içimi sarsıdırdı təbii. Tifil yazırdı:
   
   
   
   Allah! ?zün qoru məni
   
   Qollarımda güc tükənir
   
   Həyatımın anlamı yox
   
   ?züm buraxdım sükanı
   
   
   
   Gecələrin yuxusuna
   
   Qat kədəri,dəli şair
   
   Neçə-neçə ürəklərə
   
   Tök zəhəri, zəli şair
   
   
   
   Gecələrin zülmətinə
   
   Süz şəhəri bir süd kimi
   
   Ud şəhəri,
   
   iç dənizi,
   
   Uç günəşə
   
   bir od kimi.
   
   
   
   Başqa şeri (mənim aləmimdə)
   
   daha qorxulu idi.
   
   
   
   Bu qaranlıq otaqda
   
   Gözü yaşlı qələmin
   
   gözlərindən süzülən yaşdı
   
   buz vərəqləri sözlərilə isidən,
   
   kəlmələrlə qızdıran,
   
   sətirləri azdıran.
   
   Nədir barmaqlarıma bu
   
   nəğməni yazdıran?
   
   Nədir gecələrimin
   
   yuxusunu öldürən?
   
   Nədir səhərlərimin
   
   günəşini söndürən?
   
   Bəlkə azmışam ürək
   
   cəngəlliklərində mən?
   
   Bezmişəm arzu-dilək
   
   əngəlliklərində mən?
   
   Ya da sevgimi qürur
   
   dənizində boğmuşam
   
   Tənhalıqla öpüşüb
   
   mən iblisi doğmuşam
   
   Tüklərim ürpəşibdir
   
   Mənə əzab verməkdən ötrü
   
   Sanki həyatda
   
   Hər bir kəs sözləşibdir.
   
   Alovla üzləşibdir dalğalar
   
   ürəyimdə
   
   Xarabadır, uçuşur
   
   qarğalar ürəyimdə
   
   Mən qocalmış uşağam
   
   Qırılmış oyuncağı
   
   hələ də oynadıram
   
   Kəpənəyəm
   
   Düşmüşəm tora
   
   Çırpındıqca mən
   
   Zəhərli hörümçəyi
   
   yuxudan oyadıram
   
   Gülüşən qırmızını,
   
   fikirləşən bəyazı,
   
   çağlayan göy mavini
   
   Mən hər zaman ağlayan
   
   qaraya boyayıram.
   
   Mən pis insan deyiləm,
   
   yaxşı da demək olmaz
   
   Həyatda heç bir ilaç
   
   dərdimə kömək olmaz
   
   Yazılmamış suala necə
   
   cavab verəsən?
   
   Bezmişəm yaşamaqdan,
   
   mən nə edim görəsən?
   
   Məni yaşadan ürək, səni
   
   görüm öləsən!
   
   
   
   Heç dəxli var? Bu yaşda belə niyə? Çox üstünə gedə bilməsəm də, düzü, narahat idim. Qaqaşım depresiyondan çıxdıqca gördüm ki, özünün qırışığı açılıb, amma yazdıqları elə ah-vaydı ki, ah-vaydı. Günün birində : ?Görərsən, bizim ədəbiyyatda yeni cərəyanın yaradıcısı mən olacam?,- dedi, - ?pessimizm cərəyanının?. Anladım. Dostum indiki gənclərin təbirincə desək ?an usually?, yəni heç kəsə bənzəməyən, başqalarından fərqlənən kimi görünmək istəyir. Elə o arada Tofiq Abdinin ?Şerlər? kitabı əlimə keçdi. ?züm oxuyandan sonra oğluma verdim - filologiyada oxuduğuna görə əlimə keçən kitabları ona da verirəm. ?İndi bizdə bəyəm şer yazan var?? kinayəylə soruşdu. ?Oxu, - dedim, - ən azı bilərsən ki, yaratmaq istədiyin o ?pessimizm? bizim ədəbiyyatda üzü Füzulidən bəri həmişə olub, elə indi də var. Oxu, özün görəcəksən?.
   
   Soruşa bilərsiniz ki, bütün bunları sizə niyə yazıram? ?Danüzü yazıları?nızdan birini qəribə sonluqla bitirmisiniz - ?Ona görə də yazdıqlarım yalnız özümə ləzzət eləyir...? Sonda da üç nöqtə! Yəni üçqat təsdiq? Belə deyil axı! Yazdıqlarınızı nəinki oxuyuruq, lap müzakirə də edirik, yenisini də gözləyirik. Bunu sadəcə (mütəmadi olmasa belə) köşələrinizi izləyən sıravi oxucunuz kimi deyirəm...
   
   Və bu gözəlim Azərbaycanda sizin oxucularınız da var. (Bir də ki, Rəşad Məcidlə Aqil Abbas hərif deyillər ki, oxunmayan yazılara boş yerə qonorar verələr...)
   
   Hörmətlə: Afaq Vasifqızı
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV