Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | YUXARILARDA İLİŞİB QALANLAR.. Adalet.az | YUXARILARDA İLİŞİB QALANLAR.. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YUXARILARDA İLİŞİB QALANLAR..

DANÜZÜ YAZILARI

16170    |   2007-04-06 23:41
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

MƏCBURİ BİR ÖN SÖZ MƏNİ ÇOX ÜZƏN BİR HAL

Mən bir yazı yazıram.Yazdığım insana böyük hörmətimin əlaməti olaraq yazıram o yazını və bir neçə gün sonra bir dostumdan soruşuram ":: ?Mənim o yazımı oxumuşdunmu?
   
    ?Hə oxumuşdum?.Və gözləmədiyim bir halda ":: ?Amma yazın bir adamın xoşuna gəlməyib və o etiraz yazısı yazacaq.?
   
   Hopbala! Rəngim həmən dəyişir və son dərəcə peşiman, mövzuya açıqlama gətirmək istəyirəm və dostum":: Hətta filakəsin də xoşuna gəlməyib.
   
   Bəlkə o insanların mənim yazımdan heç xəbərləri də olmayacaqdı,onlara kimsə nəsə deyib. Elə bu məqamlarda tanışlardan biri ?Tofiq, sənin o yazını da oxudum deyir, yaxşı yazıydı.?
   
   Hopbala! ALLAHIM, SƏNƏ ÇOX ŞÜKÜRLƏR.DEMƏK MƏN BU MƏMLƏKƏTƏ GÖYDƏN DÜŞMƏMİŞƏM.DEMƏK MƏNİ DƏ ANLAYANLAR VƏ BAŞA DÜŞƏNLƏR VAR.Yox, mən demirəm mənə etiraz edənlər məni anlamayıblır.Amma mən onların bu təşvişini anlamadım. Nə suçun sahibi oldğumu da hələ bilmirəm.Amma, təsəlli alınacaq bir şey var":: yazı bir mənalı qarşılanmayıb.
   
   Nə qəribə şeydir, canım, bu yazı məsələsi, inanın heç nə yazmaq istəmirəm və bir də görürəm ki, hər hansı bir yazını yenidən oxuyub səhvləri düzəldəndə sətirlər arasından yeni yazı mövzusu koramal ilan kimi baş qaldırdı və məni çalacağmış kimi":: tamam, qardaşım, niyə məni yazmırsan?Və mən də həqiqətən bu mücərrəd və uydurma süjetlər əsasında və ya tarixi hadisələr mayasında nələrisə yazmağı heç bacarmadım,ümumiyətlə heç sınağa da çəkmədim özümü və buna görə də bəzən mənim yaşıdlarımın bu tarixi romanlar yazmağını da mən bir qəhrəmanlıq hesab eləyirəm və bir az qısqanıram doğrusu.
   
   Məsələn":: bizim gözəl yazarımız Aqil Abbasın bir neçə tarixi povesti var ki, məsələn, mən illərlə çalışsam belə ta ömrümün axırına qədər belə bir romanı yaza bilmərəm, yazmaq heç ağlımın ucundan da keçmir. Mən gərək bir şeyi özüm görüm, yaşayım... Və güman ki, belə bir roman yazmaq özü çox ayrı bir istedad işidir ki, mən bundan məhrumam və illərlə düşünüb bir şey çıxarmaq istəsəm belə bunu bacarmaram.
   
   Dediyim kimi mənimki odur ki, özüm o işin içində olum,o işi görüm və o gördüklərimə də bir az da öz həyatımdan bir şeylər əlavə eləyim, sonra yazım. Və elə buna görə də mən heç zaman böyük yazıçı olmayacağam. Böyük yazarımız Əkrəm Əylisli şifahi söhbətlərindən birində deyib ki, ən gözəl yazı başqa bir yazını xatırladan yazıdır. Ola bilər, bu söz Əkrəm müəllimin yadından çıxıb indi, amma mən özümdən uydurmuram, bu deyilib ki, yaddaşımda ilişib qalıb və mən də buna haqq qazandırıram, çünki mən də bir çox yazımda başqa yazıları xatırlada bilərəm. Mən də insanam...
   
   Əslində bütün bunları yazmayacaqdım, məni başqa bir şey maraqlandırırdı":: bu Azərbaycan demokratik hərəkatı qərib bir sellə gəldi və bu qərib bir sel heç demokratiya ilə əlaqəsi olmayan (təbii fiziki mənada, yəni meydan mənasında, mən bu meydanı da o qədər alqışlayan adam deyildim, hər halda çox böyük bir hərəkat idi ki, bizə çox şeylər verdi və xatırlayıram sevgili Azər Abdulla bir gün mənə dedi ":: Sən niyə bu meydana getmirsən? Biz ölək, sən qalasan.Mən də dedim":: canım-gözüm, sən də getmə və ölmə) yəni işin içində bir başa olmaq mənasında, əlaqəsi olmayan adamları alıb qabağına götürdü və atdı Yuxarılara.
   
   Baxın, mən burada ad-mad çəkən deyiləm və mənim bu işdə heç marağım-zadım da yoxdur. Mən yalnız bunu bilmək istəyirəm":: İNSAN DEYİLƏN MƏXLUQ NECƏ QƏLİBƏ GİRƏ BİLƏR VƏ ONUN NEÇƏ CÜR FORMASI VAR? YƏNİ İNSANIN NEÇƏ ÜZÜ VAR (təbii iki). Əsrlərdir bunu araşdırırlar və hələ də bir yerə çıxmayıblar, ancaq mən də bu dəli-divanə könlümlə bu işi niyə elə bu bahar sabahında xatırladım bilmirəm. Düşünürəm ki, bax o demokratik sel gələndə bəzi adamları qabağına alıb götürdü yuxarılara və o demokratik sel axdı getdi. Və o qabağına alıb yuxarılara qaldırdığı adamlar neyçin ilişib qaldı o yuxarılarda? Yəni düşünürəm ki, ayə onlar demokrat idilərsə niyə istefa etmədilər və (yəni bu o qədər də vacib deyil, mənim məntiqimə görə. Amma yazı yazıram mən, bu bir yazıdır, yazının məntiqi bunu gətirir) sabah, o biri gün bir dəyişiklik olarsa, nədən yenə də o yeni dəyişikliyin içində o adamlar yer alacaqlar və davam edəcəklər öz işlərinə...
   
   Bu müəmma məni hər zaman məşğul etmiş, amma inanın özümə heç dərd-zad eləməmişəm. Ona görə ki, onların tutduğu o postda heç gözüm yoxdur, yəni gözüm olsa da məni oralara dartıb aparacaq torpaqdan deyiləm, Salyan adlı qərib bir yerdənəm pasportuma görə. Salyandan da yuxarılarda birisi olsa o birilərini yada salmaz və hətta Salyandan olan bir ziyalı yuxarılara dırmansa belə, aşağıda olan başqalarını, yəni yerlisini heç düşünməz və haqqı olsa da o haqqı ona verməyə can atmaz, yəni heç bir yerlibazlıq eləməz. Amma düşünürsən ki, İlya Erenbruq bütün dünyanı gəzəndə yer kürəsində olan bütün yəhudiləri tapıb üç cildli bir kitab yazdı,o zaman nədən biz belə soyuğuq bilmirəm.
   
   YƏNİ ƏSLİNDƏ MƏNİM BAŞIMI ELƏ BU CÜR KİTABLAR XARAB ELƏDİ... HEÇ DÜŞÜNMƏDİM Kİ, CANIM, KİTAB AYRI ŞEYDİR, HƏYAT AYRI ŞEY...
   
   Düşündüm, amma əlimdən nə gəlir ki...
   
   Və beləliklə düşünürəm ki, SON DEMOKRATİK HƏRƏKATIMIZIN qalığı olaraq o insanlar nə yaxşı ki, bir yadigar olaraq ilişib qalıblar yuxarılarda.
   
   Unudulublar bəlkə...
   
   Allahın da yadından çıxıblar onlar kimlərdirsə, vallah. Bu qərib bir möcüzədir... Və inanın ki, bu qərib möcüzə bu bahar sabahının qərib alatoranlığında məni yuxudan ayıltdı və bu ?YUXARILARDA İLİŞİB QALANLAR? mövzusundan da yaxamı beləcə qurtardım və bu yazını yazdım.
   
   Allah xeyirliyə calasın...
   
   Və bir də düşünürəm":: bir şey var ki, düşmək asandır, ƏSAS MƏSƏLƏ YUXARILARA DIRMANDIRILMAĞDIR, oradan düşmək hər kişinin işi deyil.
   
   Nə bilmək olar":: bir dəyişiklik olsa, bəlkə yenə də yaddan çıxıb, unudulub qalarlar...
   
   Sağ əlləri daha çox haqqı olanların başına...
   
   Amma haqqı olanlar elə aşağılarda haqqını arasa daha gözəl olar. Çünki onların alınlarına yazılıb bu. Alın yazısını pozmaq olmaz.
   
   
   
   
   
   Bir neçə sətirdə
   
   
   
   
   
   
   
   Türkiyədə Nazım Hikmət filmi nümayiş etdirilir
   
   
   
   
   
   Nazım Hikməti anladan "::Mavi Gözlü Dev":: filminin rejissoru Biket İlhan, bu əsərin heç də bir mənalı qarşılanmayacağını qabaqcadan duyduğundan, "Hərkəsin qafasında bir Nazım var. Bu da mənim Nazımım, bizim yaradıcı heyyətimizin Nazımı"" deyib. İlhan, film göstərilmədən öncə verdiyi intervyüdə, ünlü şairin həyatını anladan bir film çəkməyi hələ illər öncəsi düşünməyə başladığını,filmin ssenarisinin ilk olaraq 2003-cü ildə yazıldığını, Metin Belginin hazırladığı bu ssenari üzərində 8 dəfə dəyişiklik edildiyini vurğulayıb, filmi bir bəlgəsəl-sənədli olaraq çəkməkdən çox Nazım Hikmətin insan tərəflərini ön plana çıxarmaq istədiyini söyləmişdir.Belə bir film çəkiləcəyi haqqında mətbuatda xəbərlər çap olunduğunda insanlardan daha çox xeyirli fikirlər və ":: hətta gecikmisiniz":: kimi ifadələr eşitdiyini anladan İlhan, "::Filmimiz göstərilir. Mənsə çox həyəcanlıyam. Filmi gördükdən sonra mübahisəli fikirlər olacaq,çünki hərkəsin qafasında bir Nazım var. Bu da mənim Nazımım, bizim yaradıcı heyyətin Nazımı...":: - deyib.
   
   
   
   
   
   
   
   internet xəttindən
   
   
   
   
   
   
   
   Türkiyənin ?Hürriyət? qəzeti FOTO-ROMAN adlı müsabiqə elan edir və yüzlərə foto-roman həvəskarı buna qıtılır,öz düşüncələrini göndərir və onlardan biri də Nuray Keskin adlı bir oxucuya mənsub.Son dərəcə ifadəli bir fotonun altında bu adamın yazdığı sözlər həqiqət son dərəcə anlamlı, ifadəli və son dərəcə də ürək ağrıdan sözlər.Təbi ki, bu sözlər barədə uzun-uzadı yazmaq da olar, amma bu rəsmin özünün ifadəsi və altınadkı sözlər məncə ağıl almaz bir dəhşəti, bu gün İraqda yaşanan dəhşətləri tam ifadə edir.


YAZARIN ARXİVİ

2008-03-20 : FİNİŞ
2007-04-04 : BUQƏLƏMUNLUQ
2007-03-28 : VİDA-2
2007-03-14 : VİDA
2007-02-13 : ?OBURCUBUR YAZI?
2006-12-23 : ONLAR?BUNLAR?
2006-12-16 :
2006-12-15 : ONLAR?BUNLAR?
2006-10-07 :
2006-09-30 :
2006-09-25 : DANÜZÜ YAZILARI
SON XƏBƏRLƏR
2019-10-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK