adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ViDA-2

TOFİQ ABDİN
21867 | 2007-03-27 23:07
Qan Turalı :: ?525-ci qəzet?in ədəbi siyasəti haqqında nələr deyə bilərsiniz.Axı ?525-ci qəzet?də qocalar -Fikrət Qoca,Fikrət Sadıq,Ənvər Əhməd,Məmməd Aslan çap edilir,Tehran Əlişanoğluna ?525-də? rast gəlmək olmur.Deyilən görə Tofiq Abdin də Sizin qəzeti tərk edib.
   
   
   
   Rəşad Məcid ::..Tofiq Abdinə gəldikdə isə onun ayrı səbəbləri var. O, yaxşı insandır, gözəl dostdur.Amma Tofiq redaktəyə ehtiyacı olan publisistdir.Ona yaxşı redaktor lazımdır.Biz onun yazılarını redaktə edirik,o isə bunu ?senzura? sayır.Biz ona izah edirik ki,bu yazını çap etmək qəzetin marağında deyil.Axırıncı dəfə o, gənc yazarların kitabı haqqında yazmışdı ( not":: o yazı heç bir kitab haqqında deyildi, ?Alma? qəzetinin KİTAB əlavəsi haqqında idi!!!!!!!!!) biz həmin yazını çap etmədik, çünki,həmin cavan yazarlar tərbiyəsizliklərini davam etdir.Tofiq Abdin isə küsdü, küsür dünəndən küssün...
   
   ?Reytinq? qəzetinin 4 mart 2007-ci il sayı.Tənqidçi Qan Turalının şair, publisist, Mətbuat Şurasının üzvü,Yazarlar Birliyinin katibi, ?525-ci qəzetin? sahibi Rəşad Məcidlə ?Siz Yazıçılar Birliyini dağıdacaqsınız? söyləşisindən.
   
   
   
   Bayram günlərindən öncəki həftə bu yerdə mən bir yazı yayınlatmışdım.Bu yazı onun davamı olaraq çap edilir.O yazıdan sonra, hətda sevimli İ.T. və qəzetin Sahibi də sonunda dilləndi":: bu ?525-ci qəzet?dən nə zaman əl çəkəcəksən? Mənim dərdim təkcə ?525-ci qəzet? olsaydı nə vardı ki... Mənim davam bir etik normanın yoxluğudur.
   
   Və beləcə İsmət Özəl yazarlığını elədiyi İslami kəsimin əlində olan ?Milli qəzet?dən nədən ayrılıb və bunu necə açıqlayır?
   
   
   
   ***
   
   İslami kəsim hər zaman özlərini düşündü.
   
   İsmət Özəl":: ?İslami kəsim AKP-nin iqtidara gəlməsylə daha da pozuldu.Başını örtən qızlarla göbəklərini göstərən qızların hamısı eyni məqsədi güdür.?-deyir
   
   Əhmət Tulgerin yazısından görüntülənmişdir.
   
   ***
   
   Görkəmli Türk şairi Cəmal Sürəyya İsmət Özəl haqqında belə bir şey demişdir":: ?İsmət Özəldən SOLÇULAR vazkeçmədi, SAĞÇILAR da ona bir türlü tam sahib çıxmadılıar.?
   
   Bəli, Türkcənin ən böyük şairlərindən İsmət Özəl 1975-ci ildən bir çox qəzetlərin ön səhifələrində yer aldığı yazılarıyla birgə soldan qopdu və İslami hərəkata qoşuldu. İslami kəsimin onu öz içinə almaq zamanındakı tərəddüdü bir müddət sonra onu həmən İslami kəsimin ULDUZU halına gətirdi. Və bunula da onun sonu gəldi. Özəlin şeiri isə dəyişməmişdi, hələ də onun yazdığı hər şeir LAİQ, yəni Atatürkçü qəzetlərdə tam səhifələrdə çap olunurdu və oxucuları həyəcanlandırırdı. Amma Özəl bu şeirləri dışında həm də gündəlik qəzetlərdə ideloji yazılara başlamışdı.İslami kəsimin ən öndə gələn nəzəriyyəçisi kimi yazılar yazır və öz fikirlərini başqalarına da aşılayırdı.Bu tam 26 İL DAVAVM ETDİ!!!!! İsmət Özəlin keçirdiyi görüşlərə, onun iştirak etdiyi toplantılara o qədər adam yığılırdı ki, iynə atsaydın yerə düşməzdi.Caz və rok konsertləri belə bəzən onun görüşləri və konfransları yanında yalan idi. Şeirlərindən və Davudi səsindən həyacanlanan bir çox gənc özünü İslami mücadilə içində hesab eləyirdi.İsmət Özəl qəfil DİNİ qəzet olan və İslami kəsimin ən tanınmış qəzeti ?Milli qəzet?də son yazısı olaraq çap etdirdiyi BİR ZAMANLAR BİR İSMƏT ÖZƏL VARDI yazısı ilə İslami hərakatla müvəqqəti olsa da, əlaqəsini qırdı və ideolji olaraq onlardan uzaqlaşdı. Bu qərar Türkiyənin intelktual dairələrində tam bir ŞOK etkisi yaratdı. Şair bu məsələ bərədə ilk və son reportajını ?Milliyət? qəzetinə verdi və bu yazı bizim üçün bir dərs ola bilər düşüncəsiylə yayınlamığı vacib bildik.
   
   xxxx
   
   Budur Şair İsmət Özəlin açıqlamalırı"::
   
   -ELƏ Kİ ÇƏTİNƏ DÜŞÜRLƏR O SAAT DƏYİŞİRLƏR.
   
   -Türkiyədə Cumhuriyyət dəyişincə ortaya nə çıxa bilər sorusuna 60-cı llərə qədər belə bir cavab vardı":: SOSYALİZM. Bu cavab 80-lərdən sonra İSLAMİYƏT oldu. Çoxunluq təşkil eləyən oxucular və yazarlar birinci mərhələdə ?Sosyalizm gələcəksə mənim payıma nə düşər və mən nə verməliyəm bunun üçün? Sosyalizm gələcəksə, mən oradakı yerimi necə tapmalıyam?-deyə düşündülər.
   
   İnsanlar bu cür fikirlər içində çabalamağa başladılar. Və eynən bu fikirlər İSLAMİYYƏT (Bu sözün hər zaman böyük oxunuşunu düşünün.Düzəliş bizimdir.T.A.) haqqında da düşünüldü. Amma bir fərq vardı":: ?Bu Dövlət bir İslam dövləti olacaqsa, o zaman mənim payıma nə düşər və mən nə iş gərə bilərəm ki, daha çox qazanaram?? - sualını kimsə soruşmadı, İslami çevrələrədə. İslamçılar sadəcə ?Madam ki, bu Dövlət İslami bir Dövlət olacaqsa, mən haranı qapım ki, yeni bir yer açım?-düşüncəsiylə hərkət etdilər. İslamçıların sosyalistlərdən fərqi nəydi":: Sosyalizm Qərbin vicdan əzabıdır. İşin içinə VİCDAN girincə məsələ bir az dəyişir. Bu zaman hər hansı bir binanı inşa etmə və bu inşa üçün bir maya qoymaq lazım gəlir. Amma İslamiyət məsələsində bir mirasçılıq ortaya çıxır. Türk toplumunun kültürəl-mədəni dəyərləri zatən İslamiyətdədir. O üzdən də İslami siyasət eləyən adamlar hazır şeylərdən istifadə etdikləri kimi və bu üzdən də sosyalistlərdən fərqli xərc çəkmədən qazanmaq istəyirdilər. Bu hərəkəti daha tez yaxalayıb ondan istifadə etməklə vaxtlarını keçirirdilər. Eynən bu günkü AKP elədiyi fəlakət kimi. Sosyalistlər öz mübarizələrində böyük bir sıxıntı içinə girdiklərində həmən ?Tamam mən müdafiə etmirəm, zatən bu İslamdır?- deyib buraxdılar. Sosyalstlər İslamçılardan daha səmimiydi. İslami hərəkat sadəcə hazır KREM axtarır.
   
   İNSANLARA YER DƏ VƏD EDİRLƏR.
   
   ?İslami kəsimin insanları məni özlərinə bənzədərək bununla fəxr edirdilər. Baxın, KOMMUNİST ŞAİR də bizimi kimi oldu? -dedilər.Bu mənim şöhrətimi bir az artıdırdı. Amma bu eyni zamanda mənim dediklərimi onların başa düşməməsi kimi bir əngəl də yaratdı. Mən İslamı onları tanımadan öyrənmişdim, ona görə də 12-dən vururdum. Mən özümü müdafiə etmək mexanizminə ehtiyac duymadığım üçün əsil məsələni yazırdım. Mən İslami kəsim arasında çox prestijli bir adam idim, amma MƏNİM YAZDIQLARIM ONLAR ÜÇÜN BİR VIZILTI idi. MƏNİM YAZILARIM QULAQARDI EDİLİRDİ. İslami kəsimdə bir şeylərdən istifadə edib aradan çıxmaq, sosyalistlərə nisbətən daha asandır. Çünki NƏCİB FAZİLDƏN bu yana bir tək ADAMIN və bir USTADIN yəni NƏCİB FAZİLİN bir şəxsiyyət oluşumu vardı bu dairədə.Və isim sahibi olan adamlar belə gizli və açıq olaraq buna oynayırlar.İslami kəsimdə əsil məsələdən uzaqalaşmaq üçün bir çox şeylər təklif edirlər. Və sonunda AKP olur.
   
   AKP HƏR ZAMAN TORT KREMİ AXTARIRDI, ONU DA QAPDI
   
   AKP bütünlüklə TORT KREMİ qapmaq istəyən insanlara inandı. Və o kremin axtarışındakı yollarda mənim kitablarımla dolaşmağa başladılar. Mənə onların arasına girmək üçün təkliflərdə oldularmı???? Əsla yox. İsmət Özələ təklif edilməz. Çünki, necə olsa da qəbul eləməz deyə- düşündülər. Və ya qəbul edərsə o zaman qorxulur ondan- düşündülər... Kanal-7 televizyonunda bir zamanlar bir proqram apardım. Kimi çağırdımsa ?Biz canlı yayında Sizdən çəkinirik?-- dedilər. Mən bu gün ən səmimi və mədəni şəkildə bunu deyə bilərəm ki, AKP içdən bazarlıq eləyən insanlardır. Çox daha ağır şeylər söylənə bilər təbii. (Bu arada danışdığımız kafenin önündən göbəyi açıq, məmələri görünən geyimdə bir qız keçir. İsmət Özəl onu göstərib danışmağa davam edir.) Başörtülü qızların bir qismi bu.Amacları bu. Göbəkləri görünən qızlarla eyni amacı güdürlər.
   
   İSLAMÇI KƏSİM ARTIQ POZULDU.
   
   İndi artıq qəzetlərə ideolji yazılar yazmadığım üçün çox rahatam.Mən həyatımı İslamçı ölçülər içində düzənlədiyim üçün heç də peşiman deyiləm. Amma mən bunu eləyəndə, yan-yörəmdəki insanların da mənim kimi olmasını istədim. İndi mən narahatamsa, məsələ bundadır. İnsan özünü bir az təhqir olunmuş hesab eləyir. İslami kəsim AKP-nin iqtidara gəlməsiylə bir az da pozuldu. Sözün tam mənasında pisləşdi. Artıq İslami kəsimdə bütün edilənlər kasıblar üçün deyil, varlılar üçün nəzərdə tutulur. Qəribədir ortada NƏZAKƏT YOX belə.
   
   MƏN ƏDƏBİYATIN XASINI YAZDIM.
   
   Mən ədəbiyatı həmişə xas, tamamən dünyavi həyəcanlardan, əndişələrdən təmizlənmiş bir çərçivədə dəyərləndirirəm. Mənim üçün ədəbi əsər o işi dünya ölçüsündə qəbul olunması ilə bilinməlidi. Amma mən şeirə başladığım illərdə, yəni 60-larda ?Əcaba, Türkiyəylə bağlı yeni həyəcana başlamalıyammı?? sualını özümə verdim. Və mən də SOSYALİST hərəkata qoşuldum. Amma Türk ədəbiyatı üçün yeni bir şeylər də elədim":: Devrimçi, inqilabi şeirlər yazdım, bu yenə də şeir idi.O zamana qədər ədəbiyatçılar ?SOL ənənəni ədəbiyat SOL dəyərlərdən kənarda ədəbiyat olaraq nədir və ədəbiyatdırmı??- sualına cavab verə bilmirdi. Şeirlərimdə bu suala cavab tapıldı. Mənim ədəbiyatda elədiyim bu DEVRİM, İNQİLAB,YENİLİK daha sonra bir mərhələ də keçirdi.Mən 1975-ci ildə özümü MÜSƏLMAN adlandırdım və əski dostlarım da daxil bir çox insan O DAHA ŞEİR YAZA BİLMƏZ, NƏ YAZACAQ, O ARTIQ GERİCİ BİR İNSANDI,YƏNİ DİNÇİDİ?-dedilər. Amma yeni kitabım çıxanda insanlar baxdılar ki, ?Adam hələ ŞEİR YAZA bilir.Onlar bunu düşünmürdülər":: ?Mən hansı səbəblə SOSYALİST olmuşdumsa, o səbəblə də MÜSƏLMAN olmuşdum..."
   
   not":: ŞƏRHSİZ...(not bizimdir)
   
   
   
   
   
   ORALARDA KİMLƏR VAR
   
   
   
   Liosa Markesi yumruqlamış
   
   
   
   
   
   Bir zamanlar çox yaxın dost olan Nobel mükafatı laureatı Kolumbiyalı roman ustası Qabriel Qarsia Markes ilə Perulu yazar Mario Varqas Liosa arasındaki 30 ilik küsülülüyün nədəni sonunda məlum olmuşdur. Liosa, Meksikadakı bir filmin premyerasında Markesi yumruqlayıb, gözünün altını qaraltmışdır və bu davaya səbəb isə bir qadın olmuşdur.
   
   
   
   İddiaya görə, Barselonada yaşadıqları dönəmdə Liosanın İsveçli bir qadın üçün evini tərk etməsi üzərinə xanımı Patricia, Markeslərin evinə sığınır. Markeslərin, Patricia Liosaya boşanmasını tövsiyyə etdiyini öyrənən Liosa isə Kolombiyalı dostunun gözünün ortasına bir yumruq vuraraq cavab vermişdir.
   
   
   
   Modern zamanlarda iki ədəbiyatçı arasında ən uzun sürən bu küsülülüyün nədəni Markesin 80-ci doğum günləri qeyd olunarkən, Meksikada bir dərgidə yayınlanan fotoqraflar gün işığına çıxardı. 1976-cı il tarixli fotoları çəkən Qarsia Markesin yaxın dostu Rodriqo Moyadır. Moyaya görə, fotoqraf, Mexiko Citydə bir filmin premyerası sonrasında çəkildi. Latın Amerikalı sənətçiləri bir araya gətirən premyera sonrasında Markes yaxın dostu Varqas Liosayı qucaqlamaq üçün "Mario!" deyə səsləndiyində, gözləmədiyi bir yumruq sifətində partlamışdır.Perulu yazar":: "Barselonada Patriciaya elədiklərindən sonra nə üzlə məni salamlarsan"- deyib. Yerə yıxılan Markesin burnu qanamış və uzun müddət qan kəsilməmişdir.
   
   
   
   Şəkildə gördyünüz foto iki dost arasında baş verən bu davadan iki gün sonra çəkildi.
   
   
   
   30 ildir davam edən bu küsülülüyün səbəbini, bir neçə insan bilirmiş.İki yazarın yolları o gündən sonra sərt bir şəkildə ayrılıb. Markes sola yönəldi və Kuba Lideri Fidel Kastro ilə yaxın dost oldu. Liosa, İngiltərənin əski Başbakanı Marqaret Tetcerin dostluğunu seçdi.Yazar sonralar Fidel Kastronu həmişə tənqid etmişdir.
   
   
   
   Liosayı bu qədər öfkələndirən isə Markesin onun arvadına dediyi ":: ? o zaman boşan? təklifi olub. Əri Liosanın həmin dövrdə bir İsveçli qadına vurulduğunu eşidən Patricia Liosa, Barselonadakı yaxın dostları Markeslərin yanına getmişdi. Fəqət Perulu qarı-qoca barışmış və bundan bir xatirə Markesin üzündə partlayan yumruq qalmışdır.
   
   
   
   Barselona xatirəsi
   
   
   
   Mario Varqas Liosa (solda), Çilili yazar Jose Donoso (ortada) və Qabriel Qarsia Markes, Barselonada arvadlaryla birlikdə (Soldan sağa) Patricia Varqas Liosa, Mersedes Qarsia Markes və Maria Pilar Donoso.

TƏQVİM / ARXİV