ViDA

TOFİQ ABDİN
24724 | 2007-03-13 23:21
Tənqidçi Qan Turalı haqqında sevimli yazar dostum Azər Abdulla ilə mübahisə edirik. Azər mənim fikirlərimi təkzib edir və onun istedadlı olduğunu da boynuna almaqla, mənim ona münasibətimi aparıb bir şeyə bağlayır":: Sən onu ona görə müdafiə edirsən ki, istəyirsən, nə zamansa sənin haqqında yazsın.(Azərin başqasının fikrini oxumaq istedadına bələd deyildim).
   
   Mən bu söhbətdən çox öncə kitablırımı Qan Turalıya vermişdim və bir gün ona dedim":: ALLAHI SEVƏRSƏN, NƏBADA MƏNİM HAQQIMDA ORDA-BURDA BİR ŞEY YAZASAN.
   
   Hər şey bir telefon zəngi ilə başladı və mən bu barədə yazmışam,amma kiçik bir detalı da əlavə etmək istərdim":: ?525-ci qəzet?ə (?Ədalət? qəzetini çıxmaqla, arasıra başqa qəzetlərə də) yazdığım vaxtlarda içimdə həmişə bir sızıltı olub":: yazı keçməyə bilər.Bu görə də bir çox qəzetlərə yazı yazmıram.?Külli-ixtiyar? olmamanın ucbatından,adətən yazımı (xüsusiylə ?525-ci qəzet?ə) bir neçə gün öncə göndərirdim və içimdə bir təlaş olardı ki, keçməyə bilər.Buna görə əlimin altında da həmişə ehtiyat yazım olurdu. Qabaqcadan xəbər verildiyində bir tədbir alırdım.İnanın ki,bu da məni əzirdi. Bu dəfə hər şey çox gec oldu":: mən qanıqara işlədiyim ?Mədəniyyət? qəzetindən işdən çıxanda, saat təxminən 5 radələrində (bu olur beşinci gün,adətən ?525-ci qəzet? həmin gün mənim yazılarımı öz səhifəsinə alırdı) məlum telefon zəngi məni haxlayır və mən bir az etinasızlıq olduğunu, bir az mənimlə bu yaşda oyun oynandığını və son zamanlardakı incikliyimin ab-havasında deyəsən əsəbi danışıram və bunula da mənim uzun müddət yazılar yazdığım qəzetdən ayrılışımın ağrıları başlayır. Bu etirafı mən bəlkə də çox-çox qabaqlar etməliydim.O zamanlar ki,çox böyük hörmət etdiyim, uzun müddət yazarlığını elədiyim qəzetin bir məsul işçisi mənə dedi":: BU QƏZETƏ NƏ NƏCİB FAZİLƏ görə pul verirlər,nə də KİÇİK İSKƏNDƏRƏ görə. Bu sözlər ŞƏXSƏN onun olmasa da, bir çox ağrılı fikirlər kimi yaddaşıma həkk oldu.Haqq sözə nə deyəsən.Və uzun müddət yazarlığın elədiyin bir qəzetdən ayrılmaq çətin olsa da, bu məqamı da yaşamağa məcburam.
   
   
   
   BU BÖLÜM BİZƏ AİD
   
   
   
   Bir yazar bir qəzetdən neyçin ayrılır və yaxud onu ayrılmağa nələr məcbur edir? Bütün hallarda bunu böyük faciə hesab eləmək olmaz. Amma indiki məqamda, yəni bizim mətbu dünyamızda bütün etikanın (təbii, bu sözün özündə də bir şərtilik var, bunu gözləmək lazımdırmı yoxsa yox, bu ayrı məsələdir, necə ki, professor, Millət vəkili Nizami Cəfərov keçmişlərdə çap olunan bir sorğusunda qeyd eləmişdi ki, mətbuatdakı bu ETİKASIZLIQ bir başa SİYASƏTDƏN qaynaqlanır) pozulub məcrasından çıxdığı bir məqamda qəzetlərə YAZARMI lazımdı, yoxsa SÖYÜŞ söyənmi bunu araşdırdığımızda belə məlum olur ki,bütün variantlarda ikincilərə daha çox rəğbət var bizim bu günükü mətbu dünyamızda. Belə ki, Mətbuat Şurasının (Aman Allahım,yen də bu ?ŞURA?!!!!! Balam bu ŞURA HÖKUMƏTİ HƏLƏ YAŞAYIRMI?) nə bilim bu qədər jurnalistlər birliyinin olmasını da bura əlavə eləsək, yəni nəyə lazımmış bunlar! Bir halda ki, QƏZET SAHİBİ VƏYA BAŞ REDAKTOR (haqlı-haqsız öz işidi) istədiyi zaman öz yazarının ?boynundan tutub? (və yaxud yazısını günlərlə saxlayıb) çölə atırsa və yazar o qəzetdən ayrılandan sonra ABRINDAN və ya həmən qezetdə bir zaman aldığı beş-üç manat qonararın haram olmaması ucbatından (ən azı çörəyi kəsən adam yamanlanmaz bizim mentalitetimizə görə ( nə əcəb sözdü bu MENTALİTET) heç bir müdafiə haqqı qalmırsa o zaman nə etməli?
   
   Və bir neçə daha başqa misallar göstərmək olar.
   
   Təbii, ayrılırlar və başqa qəzetlər onlara sahib çıxırlarsa, sahib çıxırlar, onlar da başlarını aşağı salıb öz işlərini görürlər, amma onların imzasını öz qəzetlərində axtaran oxucular isə qalır ortada. Əyər belə bir oxucu varsa.
   
   Bunun da öz səbələri var.Bu indinin söhbəti deyil, amma bir şeyi açıq deyim":: məni heyrətə gətirən odur ki, bizim qəzet camiəmizdə bir qəzet ÖZ YAZARINI ÇOX ASANLIQLA itirir və bunu yazmaq çox zor bir işdir.
   
   Mənim bildiyim budur ki, qəzet ÖZ YAZARININ yazısına müdaxilə etməməli. Bunu da biz danmayaq ki,YAZAR üçün bu son məqam çox önəmli bir şeydir. Yazarın yazısına müdaxilə olunmamalıdı, amma burada bir etik norma varsa və burada qəzetin məqamı ilə yazarın məqamı kələ-kəlləyə gəlmirsə və hətda bu məqamda da qəzet öz yazarını itirməməli. Ki, bunun ən bariz nümunəsini biz ?525-ci qəzet?lə ?Alma? qəzeti arası dialoqlarda da hiss etdik. Hətta arada-bərədə sözlər də gəzdi ki,biz filan qəzeti bağladacayıq. Maşallah!!! Min bərəkləllah!!!!!!! Ölkədəki ?demokratiyaya? baxın!!!!!!! (Və qəzet bağlandı!!!!!!!!!!!!!!!!!).
   
   Təbii, indi mən amacımı,məqsədimi bizim ?atılan? qəzetçilərimizin simasında aydınlışdırsam, bir az bir təhər görünə bilər. Amma önümüzdəki həftəiçi yazımda Türk yazarı və gözəl şair İsmət Özəlin bir zamanlar yazarlığını elədiyi MİLLİ qəzetdən gedişinin səbəblərini araşdıraraq, nədən VEDA etdiyini oxucuların diqqətinə çatdıracam. Bunu qabaqcadan deyim":: İSMƏT ÖZƏL sıradan bir yazar deyil və SIRADAN BİR ŞAİR HEÇ DEYİL.
   
   
   
   (davamı həftəyə )
   
   
   
   
   
   
   
   
   
   ORALARDA KİMLƏR VAR
   
   
   
   
   
   TÜRKAN SABANCI VƏ ONUN METİNİ
   
   
   
   
   
   Türkiyənin və Dünyanın ər varlı adamlarından birinin uşağının baxıcısı Azərbaycanlıdır.
   
   
   
   
   
   
   
   Bəzi məqamlarında ürək ağrısı ilə hazırladığım bu yazı mənə çox əzizdir. Burada bir ananın canüzücü bir etirafları var. Elə bir ananın ki, dövlət başından tökülüb.Həyat yoldaşı rəhmətlik Saqib Sabancı və onun özü ən xeyirxah insanlar olaraq tanınırlar Türkiyədə və haradasa dünyada. Buna baxmayaraq öz evladının acısını çəkə-çəkə yaşamış və keçdiyimiz günlərdə ən böyük etirafını etmişdir. Bu etiraf nədir? Nədən bizim diqqətimizi çəkmişdir?
   
   Yazıya göz atın!
   
   
   
   "Keşkə bir məmur həyatı yaşasaydım"
   
   
   
   Böyüməsi 6 yaşında durdurulan Amerikalı bir cocuğun hekayəsi uzun müddətdən bəri bir çox dünya mətbutında müzakirələrə yol açdı. Biz olsaq neyləyərdik? Və bu sıradan Türkiyənin və dünyanın ən varlı adamlarından olan Sabancıların oğlu Metin Sabancı da eynən, o amerikalı oğlanın vəziyyətində. İndi 35 yaşındakı Metin Sabancı yeriyə bilmir, danışa bilmir və inkişaf da etmir. Şikəst oğlu Metin üçün "Siz olsaydınız nə eləyərdiniz?"- kimi çox çətin bir sualla müraciət edən yazara Türkan xanım Sabancı belə cavab vermişdir":: ?Doğmadan öncə bilsəydim, təbii ki,bir şeylər fikirləşərdim. Məsələn aldırardım. Amma onun hansı durumda olursa-olsun yaşamaq haqqının qabağını almağı əsla düşünməzdim. Türkiyənin ən zəngin adamlarından birinin arvadıyam, ama keşkə normal məmur həyatı yaşasaydım da, çocuğum belə olmasaydı.
   
   
   
   Hamilə olduğumda bilsəydim doğmazdım
   
   
   
   Türkan Sabancı "Oğlunuzun böyüməməsini ABŞ-lardan olan Ashley kimi istəməzdinizmi?"- sualına bu cavabı verdi":: ?Qətiyyən eləyə bilməzdim. Bunu eləmək insanlıqdan qırağa bir təcavüz...?
   
   
   
   Oğlunuzun şikəst olduğunu nə zaman bildiniz?
   
   
   
   Metin 35 yaşında, qarnımdakən nə doktorların, nə mənim onun şikəst olduğundan xəbərimiz oldu. İndiki vaxtda bu cür uşaqlara hamilə olan qadınlar onu aldırırlar. Zatən üç-dörd aylıqkən uşaq artıq ananın bətnində bilinir. Metinin taleyi dünyaya gəlməkmiş. Sonradan bildik. Ama elə sevinirdim ki,anlada bilmərəm, içimdə bir sevinc vardı. Metini görəcəm deyə. Əyər hamiləykən bilsəydim, belcə ağlar günə qalacam, abort etdirərdim.
   
   
   
   Şikəst bir uşağın anası olmanın nə kimi çətinlikləri var?
   
   
   
   Bayramda iki günlüyünə Antalyaya getdim. Dönüş biletimi dəyişdirtdim, bir az əvvələ aldım,çünki fikrim Metinin yanındaydı.Atası öldükdən sonra bütün məsuliyyəti mənə qaldı. Məsələn, bu yaz iyun ayında Metin bir az rahatsızlandı, mən öldüm-dirilidim. BİR SABAH METİN ÇOX GEC OYANDI. ONA BAXAN AZƏRBAYCANLI BİR QADIN VAR, GETMİŞ Kİ, OYANDIRSIN. OYANMIR. Tez götrüdük Amerikan xəstəxanasına,zatürrəə imiş. Allahım, bu çocuk necə xəstələnə bilir?- düşündüm. Yalvardım Allaha onu mənə bağışlasın- deyə. Üç gün oyanmadan yatdı. Serumla bəsləndi. Mən çox qorxdum, ama şükürlər olsun, keçdi.
   
   
   
   Böyüdükcə ona baxmaq çətinləşirmi? Qulluq eləmək heç də asan deyil
   
   
   
   Düşünün, 35 yaşına gəlmiş bir adam bu. Normal olsaydı indi uşağı-muşağı vardı. Şoferi var, özəl maşını var. Axşam 10-a qədər çalışır şofer, hər gün saat yarım bir meşəyə gedirlər. Bu ona bəs eləyir. Beşdə gəlir, çay içir, onun yeməyi də ayrıdır. Kökəlməsin deyə çox yemək vermirik. Metinə baxdığınızda görərsiniz ki, yaşıdlarının yarısı boydadı. Böyümədi.
   
   
   
   Metin Sabancının böyüməsinin qabağını aldırmaq fikrinizdən keçdimi?
   
   
   
   Əsla,əsla bunu eləyə bilməzdim.Böyüyürsə, neyçin qabağını almalıyam kig Əyər bu çocuk doğulmuşsa, onun böyüməsinin qabağına almaq insanlıqdan qırağa bir şeydir.
   
   
   
   Sizə bir şey olduğunda Metin Sabancıya kim baxacaq?
   
   
   
   Metinə məndən sonra kimin baxacağı mənim üçün keçilməz bir dağ.Sakıp bəy getdi, sırayla gedəcəyiz, mən də gedəcəm. Bu dəstə vicdanən, eyni imkanlar tanınaraq, eyni evdə yaşayaraq, baxmağa davam edərlərmi? Qaradaşları( bacıları) maraqlanar,amma nə qədər? Yəni hərkəsin öz həyatı, problemləri var. Mən vəsiyyətimdə bunu deyəcəm":: "Evi dağıtmayın, bu çocuk..." Aman allahım mənə yardım et":: ağlamayım!... (Ağlayır) Birisi baxsa belə, anası yox ki, o qədər zor ki... Antalyaya getdim, iki gündən sonra geri gəldim, məni sayıqlayırmış, "Anamı bu qədər sevirəm?- deyə qolların açıb göstərirmiş. Bugün cumə, Allahıma yalvarıram,ona yardım etsin,ona kömək olsun,ona baxanlar insafg və daha nə bilim nə versin.
   
   
   
   Sonat Bahardan uyğulama
   
   
   
   
   
   
   
   
   
   METİNİN ATASI SAQİB SABANCI
   
   
   
   
   
   Türkan xanımın həyat yoldaşı və Metin Sabancının atasının Saqib Sabancı ŞƏXSİYYƏTİ,SAVADI, ZARAFATLARI VƏ GÖRÜMÜ İLƏ SEÇİLƏN RƏNGLİ BİR TÜRK İNSANI İDİ.Bu qədər dünyavi şöhrətə malik bir insanın oğlu haqqqında dedikləri insanın içini sızladır və gözlərini yaşardır.Sabançı şəxsiyətinin aliliyi də məhz bu sözlərdə daha da pardaxlanır və ilahiləşir":: ?Mən düşünürdüm ki,oğlum olsa, ona DÜNYANIN ƏN GÖZƏL MAŞININI ALACAĞAM. Oğlum oldu, amma mən ona HEÇ AYAQQABI DA ALA BİLMƏDİM Kİ...?
   
   İnanın ki, bu sözləri yazanda belə bütün bədənim sızlayır.
   
   Saqib Sabancı İstanbul türkləri demiş rəngli kişiliyi ilə seçilən, son dərəcə mərhəmətli bir İNSAN və TÜRK idi.
   
   Sağ əli bizim iş adamlarımızın başına.
   
   Onun kimi OLMAQ və onun kimi YAŞAMAQ insanlığın ən böyük şərəf işidir.

TƏQVİM / ARXİV