DEMƏYiN Ki, SENZURA YOXDUR...

TOFİQ ABDİN
22956 | 2007-02-28 03:09
Siz heç də deməyin ki, SENZURA yoxdur bizim günlərdə. Təbii ki, Sovetlər dövründəki QLAVLİT-SENZURA deyə bildiyimiz bir qurum indi yoxdur, amma qəzet sahibləri, onların Baş redaktorları, redaktorları var və onlar qismən də olsa bu işə nəzarət edirlər.Və elə düşünməyin ki, məsələn mən yaşında bir yazar qəzetə nə göndərirəmsə, elə o saat səhifəyə qoyurlar.Yox, əziz dostlar, heç də belə deyil. Həftəlik yazılar yazdığım üç qəzetdə - BU YAXINLARADƏK YAZDIĞIM ?525-Cİ QƏZET?, BİR ZAMANLAR YAZIDIĞIM ?XALQ CƏBHƏSİ?, (BU QƏZETƏ YAZMAĞA MƏNİ ŞAİR QULU AĞSƏS DƏVƏT ELƏMİŞDİ,SAĞ OLSUN,QONARAR DA VERİRDİ) və bir neçə ay öncə işə başladığım ?Mədəniyyət? qəzetində elə yazılarım olub ki,onları heç buraxmayıblar və elə yazılarım da olub ki,onlardan müxtəlif yerlər kəsilib atılıb.Razılaşmışam vəya mənə deyilmədən olub bu.Burada onların da müəyyən haqqı var düşünmək olar və bir gün bu barədə çox hörmətli Rəşad Məcidə dedim ki, icazə ver həmin kəsikləri çap edək.Razılaşdı. Yazı səhifəyə hazırlananda fikrini dəyişdi və təklif etdi":: SƏN BU KƏSİKLƏRİ ?ƏDALƏT? QƏZETİNDƏ ÇAP ELƏ.Təklifin hardan qaynaqlanıdığı da bəlli. İndi müxtəlif zamanlarda həmin qəzetlərdən kəsilən parçaları Sizə təqdim edirəm.(Bu işdə mənə yardımçı olan bilgisayara təşəkkürümü bildirirəm).
   
   
   
   ...bilmirəm niyə, otuz yeddinci il oldu bu xalqın tarixində...
   
   ...Nə yazasan, canım Qulu Ağsəs, sənin qəzetində o xanım əfəndi Nərgiz Cabbarova o qədər şeylər yazdı və ikinci yazısını o qədər texniki ustalıqla yazdı ki,oradan görünürdü ki,xanım əfəndi də yorulub bu dedi- qodu söhbətdən...(və elə bu söhbətin səhərisi o xanım əfəndi bir gözəl yapon yazıçısını təqdim elədi, bax bu oldu iş)...
   
   ?Xural?ın bu toplantısını keçirən sədr yoldaş da, çox mədəni yaşlı nəslin gəlmədiyinə gileyləndi.Mən yalnız bunu təkrar edirəm ki,bir il ərzində bu cür əxlaqa sığmayan bir çox yazıların şahidiyəm və belə başa düşürəm ki,bu adamlar üçün ?missiyasını bitirən yaşlı nəsil? bu cür cəfəngiyatları dinləməkdən beziblər və Adam bezmir...Bezməz də...
   
   
   
   ?Xalq cəbhəsi? qəzeti, aprel 2002
   
   
   
   ***
   
   
   
   ...Bu yazını xətrini çox sevdiyim Qulu Ağsəsin təklifi üzərinə yazdım. Yəni Qulu mənə demədi sən belə yaz, sadəcə dedi ki, bəs sən də orda olmusan, bəlkə bir şey yazasan.
   
   Və yazdım.
   
   Bundan sonra mənim haqqımda nə yazacaqlarsa, əzizim Qulu Ağsəs, onun cəzasını özün çəkərsən.
   
   Adam susmayacaq bu bəlli...
   
   Adam elədiklərini əsil ədəbiyat nümunələri sayır və internetə girib ÖYRƏNDİKLƏRİ DƏ BUNDAN İBARƏTDİR Kİ, dünya ədəbiyatında da bu proses baş verir...
   
   Uğrlar olsun, ADAM...Uğurlar olsun...
   
   
   
    ?Xalq cəbhəsi?
   
   qəzeti, 30 aprel 2002
   
   ***
   
   
   
   ...Uzağa getməyin. Nümunə":: alın sizə YENİ AZƏRBACAN PARTİYASI.
   
   Oğul deyərəm içlərindən, içlərindən ha... birisi qalxıb bu partiyanı çırtmalasın.
   
    Bəlkə bu adamların demokratiyası daha öyrədicidir?
   
   Hə, buna nə deyirsiniz?
   
   
   
   ?Xalq cəbhəsi? qəzeti, 3 may 2002-05-04
   
   
   
   ***
   
   ?Tofiq Abdinin qayıdışına sevindim. Mənim isti salamlarımı ona yetirməni xahiş edirəm. Onunla bağlı gözəl İstanbul xatirələrim var.?
   
   
   
   Xəqani Qayıblının
   
   yazısından
   
   ?Xalq cəbhəsi?
   
   qəzetindən
   
   
   
   ***
   
   
   
   (Not"::...bu sualı mənə verən şöbə müdiri, coğrafiya fakultəsini bitirmiş (adını da artıq unutduğum) ADAMdan ayrılıb, Nəşriyyatın baş redaktoru Məmməd İsmayılın otağına girdim, ən təccüblüsü, bəlkə də təccüblü deyil heç, şair Məmməd İsmayıl mənə dedi":: Mən ona heç nə deyə bilmərəm.
   
   İllər sonrası Türkiyədən Bakıya gələn Məmməd İsmayıl, Yazarlar Birliyində bir çox yazıçının yanında özü bunu xatırlayacaq, üzr istəyirmiş kimi izahat verəcək).
   
   O adamın mənə dediyi bu idi":: QARA QARAYEV KİMDİ Kİ,SƏN ONUN HAQQINDA BU BOYDA YAZI YAZIMISAN!!!!?
   
   Al gəldi sənin üçün!
   
   
   
   ?Xalq cəbhəsi? qəzeti, 25 iyun 2002
   
   
   
   ***
   
   
   
   Taleh Həmid yazısını yazmadılar, məndən vaz keçdiniz ( dostlar, mən sizin uzun zaman yazarınız oldum, heç deyilsə 60 yaşım olduğu üçün mənimlə bir sorğu keçirmək olardı, indi də sıcaq münasibətimiz var sizinlə, guya mənim intervyü verməyim bir şeyləri dəyişəcəkdimi?)
   
   
   
   ?552-ci qəzet? ?Bütölük yazısı?ından
   
   
   
   ***
   
   
   
   Vallah ürəkdən deyirəm və ona görə and içirəm ki, bir dəfə yazar dostlarımdan birinin bir sözü gəlib qulağıma çatdı.Beləydi bu söz ":: mən gözəl nasir və gözəl ziyalı Yaşar haqqında ona görə yazıram ki ( Yaşar Azərbaycanın görkəmli şairi Ramiz Rövşənin qardaşıdı) onu Ramiz Rövşəndən irəli çıxarım, daha nə bilim Ramiz Röşənin acığına yazmışam. Bu o zamanlar idi ki, Yaşarın ?525-ci qəzet?də çox gözəl və hətta indi də təsirində belə yaşadığım bir hekayəsi çap olunmuşdu və mən də o hekayə haqqında özəl duyğularımı yazmışdım.
   
   
   
   ?525-ci qəzet?.Yazıçı Yaşarın AYRILIQ hekayəsi haqqında yazıdan.
   
   (Davamı həftəyə)
   
   
   
   
   
   ORALARDA KİMLƏR VAR
   
   
   
   MEHMET AKİF İNAN (1940-2000) kimdir
   
   
   
   Mehmet Akif İnan ilk və orta təsihlini Urfada tamamladı. Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsi Türk Dili və Ədəbiyatı Bölümünü (1972) bitirdi.Tələbəlik illərində ?Hilal? dərgisi və yayınlarını çıxardı(1960-64).Bir ara Türk Ocaqları Mərkəzinin Baş Müdiri oldu. Daha sonra Ankarada çeşidli liselərdə və Qazi təhsil institutunda ədəbiyyat müəllimi işlədi.İlk yazıları və şeirləri 1957-ci ildən məhəlli qəzetlərdə çıxdı.1959-cu ildə ?Dərya? adlı bir qəzet çap etməyə başladı. ?Ədəbiyat? və ?Mavera? dərgisinin qurucularından biri oldu.Daha çox ?Ədəbiyat? dərgisində çıxan yazıları, 1977-ci ildə ?Yeni Dövr? qəzetində Akif Reha imzası və özünün adıyla yazdığı köşə yazılarıyla tanındı. Bəzi yazıları ?Türk Ruhu?, ?Türk Yurdu?, ?Filiz?, ?Yeni İstiqlal? və ?Hilal? kimi qəzet və dərgilərdə yayımlandı. Divan və xalq ədəbiyyatı ənənələrindən yararlandığı şeirləriylə öz nəslinin Usta Şairləri arasında yer aldı.
   
   ***
   
   Əsərləri ":: Ədəbiyat və Mədəniyət haqqında ( məqalələr, 1972), ?Hicrət? (şeirlər, 1974), Din və çağdaşlıq ( məqalələr, 1986), ?Tənha Sözlər? (1991). Yazarın ayrıca ?Yeni Türk Ədəbiyatı? adlı bir dərs kitabı vardır. Qələminə rast gələn bu qədər tematika onun barmaqlarına tikan kimi bataraq,sonradan çıxıralıb rahatlanmışdır.
   
   
   
   
   
   Akif İnanın bir şeiri
   
   
   
   Anama Məktub
   
   (şeir ilk dəfə çap olunur)
   
   
   
   Sətirlərimə başlamadan əvvəl,
   
   Səlam edər, əllərindən öpürəm, ana.
   
   Kim bilir, neçənici axşamındayam qürbətin,
   
   Və kim bilir, neçənci məktubdu yazıram sana.
   
   Nə zaman ki, bir kağız, bir qələm alsam əlimə,
   
   Bu koskoca şəhərdə, yanlışlar qədər yalnızlığımı;
   
   Yalnızlar qədər yanlışlığımı yazmaq istərdim sənə.
   
   Və də bütün bu yalnızlığımı,
   
   Dünyanın ən gözəl çiçəklərinin qoxusunda əridib;
   
   Sana vermək,boynuna sarılmaq istərdim.
   
   Lakin, gəl gör ki, ana;
   
   Ölüm, hər körpü başında əli qanlı bir quldur,
   
   Ərəb aşrımlarında zavallı yoxuş.
   
   Qədərsə, üç cizgidən ibarət alnımda;
   
   Həyat, tabut, açıq qəfəsdə quş....
   
   
   
   Dünən, danüzü evimizə gəldim,
   
   Postalyon, qapının altından atıb məktubu.
   
   Hər zamanki kimi, yanlış yerə yazmısan adresimi,
   
   Canım anam mənim,
   
   Gözləri yaşlı, əlləri xınalı anam mənim.
   
   Məktubunun ilk sətrində soruşunsan halımı,
   
   Dəyişən bir şey yox ana,
   
   Hər zamankı kimiyəm yenə;
   
   Üç qutu siqaret çəkirəm hər gün
   
   Axşamdan qalma iki bardaq dəmli çay,
   
   Bir dilim quru çörək hər yeyəndə,
   
   Üzülmə;
   
   Ölməyəcək qədər bir şeylər yeyirəm.
   
   Səhətimə də baxıram fikir eləmə,
   
   Havalar soyuq olanda;
   
   Qəhvərəngli plaşımı da geyirəm.
   
   Lakin, bu şəhər axırıma çıxdı ana,
   
   Bu qədər dözə bilmiş zavallı ciyərim.
   
   Yenə şükür Allaha yaxşı-pis dözürəm.
   
   Hələ bir də öskürək tutudumu;
   
   Boğula-boğula qalıram...
   
   
   
   Buralarda torağaylar oxumur daha,
   
   Səhər vaxtı sürülər enmir dağlardan.
   
   Küçələrdən Qızılırmak axmır.
   
   Kəklik iyi gəlmir Hasan Dağlarından;
   
   Bu od saçan asfalt belə, həsrətin qədər yandırmaz məni.
   
   Təzək tüstüsü qalxmaz fabrika bacalarından,
   
   Bu yüksək binalar, kərpicdən tikilmir.
   
   Bizim kənd buradan görüməz ana.
   
   
   
   İndi bizim kənddə olaydıq kaş,
   
   Yumurlayaydıq bulqurun göbəyinə lavaşı,
   
   Soğanaı yumruqla əzib;
   
   Çəkəcəksən başına səfər tasında ayranı...
   
   Bunlar bir xəyal ana, bilirəm;
   
   Anası ölmüş quzular kimi,
   
   Sabaha qədər mələyirəm.
   
   Dünən gecə röyamda gördüm səni;
   
   Yatağında xəstə yatırdın.
   
   Sarılmaq istədim sənə,
   
   Baxdım ki,qaşların çatılıb.
   
   Öldürdün məni anacığım;
   
   Amma sən mənim burnumda havamasan
   
   Beddua etmə qurbanın olum,
   
   Ayağında qaloşun olum anam.
   
   Elə darğın gözlə nəzər etmə;
   
   Röya da olsa çatma qaşını,
   
   Qürbəti mənə məzar etmə anam.
   
   Sənələrdir təsəllim yox;
   
   Hər məmləkət sürgün mənə.
   
   Tək dostumdu səccadəm;
   
   O tək dostum darğın mənə.
   
   Qəhretsin bax, indi genə ağladım...
   
   Qiymətini anacığım;
   
   Qurbətə düşüncə anladım.
   
   
   
   İştə ana, vəziyətim,əhvalım belə,
   
   Yenə gəldi ayrılıq vaxtı;
   
   Kənddə kimi görsən səlamımı söylə"::
   
   Dəli Bilal, Ayşə Xala, Muhtar Əmi, Əlmas Xanım,
   
   Küçələrində gəncliyimi buraxdığım kəndim.
   
   Bir daha içimə çəkə bilərəmmi havasını,
   
   Bir daha görmədən ölərəmmi?
   
   Anacığım,
   
   Nurlu əllərindən bir daha, bir daha öpürəm;
   
   Hamınızı Allaha, əmanət edirəm...
   
   
   
   11.9.1998

TƏQVİM / ARXİV