çiNGiZ AYTMATOV.ON iL SUSDUQDAN SONRA

TOFİQ ABDİN
21788 | 2007-01-08 12:26
Görkəmli yazıçı bir müddət öncə yeni bir romanını oxuculara təqdim edib.
   
   Bu sorğu həmin roman və Çingiz Aytmatovun son illəri haqqındadır.
   
   Çingiz Aytmatov on il idi ki,ədəbiyat aləmində susurdu.Artıq yeni bir nəsil yetişib ki, ədəbiyyat imtahanlarında ?Cəllad kötüyü? və ?Əlvida Gülsara? əsərinin oxunmasına bir təhər baxırlar.Aytmatov Yeni Dünya Düzəni adlanan bir zamanda Qırğızstanın Yeni Dünya Düzənindəki yerini və onun siyasətini bəlirləyən bir missiyanı ?Benilyuks? respublikasında ölkəsinin səfiridir. Və uzun illərdən bəri gözəlinlən an - Çingiz Aytmatov öz yeni romanını - ?DAĞLAR YIXILANDA VƏ YAXUD ƏBƏDİ GƏLİN? romanı ortaya qoydü. Bu əsərdə keçmiş üçün nostologiya, mazi və bu gün üçün bir heyrət və ümid, qaranlıq bir dəhlizin, tunelin sonunda görünən bir işıq. Əsərin süjeti bir az mürəkkəbdir: şoudan və sadəcə biznesdən qovulan birisi ilk baxışda vurulur, insan oğurluqarı və atışmalar bunun davamı olaraq cərəyan edir. Bütün bunların əsasında ? mifolji bir obraz olan,gecələr dağlarda dolanan və ağlayan bir ƏBƏDİ GƏLİN. İnsanlar tonqallar yandırır və onu çağırır.Amma o heç cür insanlara görünmür.
   
   ***
   
   ?ƏBDƏİ GƏLİN?? bu bir həqiqət, ? deyə Aytmatov sözə başlayır. Elə bir həqiqət ki, ona inanmaq lazımdır. Onsuz yaşamaq mümkün deyildir.
   
   ?MƏN SƏFİRƏM.KİTABLAR YAZMAĞA VAXTIM YOXDUR.?
   
   Həqiqi bir diplomat kimi bizimlə söhbətə Aytmatov zarafatla başlayır.
   
   - ?Komsomolskaya pravda? mənim yeniyetməlik və gəncliyimin qəzetidir. Hər şey dəyişdi, çox şeylər alt-üst oldu, amma bu qəzet təkcə çıxmağa davam etmədi, həm də mənə el gəlir ki, yenə də populyar olaraq qalır. Çox xoşdur ki, məni xatırlamısınız. Sizdən bir az öncə mən Peterburqdan gəlmişəm. Orda mənim yeni romanımın təqdimatı keçirilirdi. Təsəvvür etməzsiniz, bu qeyr-adi bir təqdimat idi. Məni doğru başa düşün:özümü tərifləmək kimi çıxmasın.Kitab mənim gözlədiymdən də böyük bir ajiotaj yaratdı. İki saat yarımıda bura gətirilən min nüsxə kitab rəflərdən yoxa çıxdı.Ancaq bu qədər kitabı heç bir ayda da satmaq olmaz.O qədər avtoqraf yazdım ki, inanın bamaqlarım ağrıyır.
   
   -Amma siz nə az, nə çox- düz on il susdunuz.Heç nə çap etdirmədiniz.
   
   - Baxın, birincisi mən artıq bir öləkənin səfiriyəm. Vicdanla öz diplomatik missiyamı həyata keçirməliyəm. İkincisi, bununla bərabər mən ictmai işlərimi də görməliyəm. Və görürəm. Bütün bunlara görə ədəbiyyata vaxt ayırmaq mənim üçün çox çətindir. Ədəbiyyat da bilirsiniz, daima düşünmək tələb edir.Mənə elə gəlir ki, arada bir susmaq da lazımdır. Lazımdır ki, müəyyən bir potensial toplaya bilsən, dəyişiklik haqqında düşünəsən. O dəyişiklər bizim cəmiyyətimizdə də baş verib. 90-cı illərin ortalarından bu yana. Bax məhz artıq elə bir zaman, elə bir məqam gəldi ki, düşündüklərimi, hiss etdiklərimi ortaya qoya bildim. O zaman mən oturdum və çox qısa bir müddətdə altı aya romanımı yazıb bitirdim.Əvvəllər belə bir əsəri yazmağa illər lazım gəlirdi.
   
   ?ƏVVƏLƏR BİZ ÖLÜÇÜLÜ-BİÇİLİ YAŞAYARDIQ?.
   
   - ?Dağlar yıxılanda?? romanınızın alt qatında bir anlam var.Və romanın movzusunda da yıxılıb dağılan dağ- SSRİ üçün bir mazilik -bir nostolqiya hiss olunur.
   
   - Haqlısınız.İttifaq- bu bir dağ idi.O dağ dağıldı.Amma o sistemin gözəl şeyləri vardı.
   
   - Məslən?
   
   -Bilməm ki, dəqiq necə izah edim.Amma biz çox kompakt yaşayırdıq. Bir səliqə-sahman vardı,bir ramkanın, reqlamentin içində olduğu kimi.Belə yaşamaq asan idi,rahat idi. İndi hər şey Allahın ümidinə buraxılıb.Heç kəs heç nəyə cavabdeh deyil. Hər kəs öz keyfindədir.Amma neyləmək olar? Buna da öyrəşməliyik və yaşamağa davam etməliyik.Yeni şərtlərə alışmalıyıq.
   
   -Belə baxanda görürük ki, Qırğızstan Yeni Dünya Düzənini çox sancılı keçirir. İnqilabi ab-hava içindədir.
   
   - Gəlin, bu inqilab məsələsini bir qırağa qoyaq, bu çox sürüşkən mövzudur. Amma ikicə kəlməylə desək, mənim fikrimcə bütün olanlar ? mənim məmələktim üçün bir həqiqətdir. Biz demokratiyanı mənmsəmək istəyirik, özü də təcrübələr keçə-keçə. İnsanların bir-birini anlaması gec-tez baş verəcək. Hamı buna doğru gedir. İndi əsas məsələ budur ki, hər kəs öz şəxsi məsuliyətini başa düşsün, başa düşsün ki, bizim məmləkətimizin gələcəyi necə olmalıdır.
   
   ?BİZİM GƏNCLƏRİMİZ AĞILLIDIR!?
   
   - Hələlik, sizin romandan belə çıxır ki, bir çox şeylərdə əksiklər var.Respublikanızda,məmləkətinizdə olanlar sizi təmin etmir.
   
   - Sadəcə məni təmin etməyən bir çox şeylər var ki, onlaradan biri də bu bazar iqtisadiyyatı deyilən mərəkədir. Deyim ki, bizdə bir biznes sahəsi var: ovçuluq. Məsələn hər hansı bir ərəb şeyxi öz təyyarəsinə minib çamandan dolusu dollarla gəlir mənim məmləkətimə və başlayır bəbirləri ovlamağa. Və insanlar da bütün olanları tökürlər onların qabaqlarına. Ən müqəddəs olan şeyləri də onların ayaqlarının altına atırlar. Deyim ki, indi mənim Qırğızstanımda artıq köçəri, qırıcı adında ov quşlarının nəsli kəsilməkdədir. Mənim ölkəm bu quşlarla fəxr edirdi. Qartalları və daha başqa heyvanları tökürlər bu gələnlərin ayaqlarının altına .Ona gərə ki, bura gələn ovçulur çamadanlarla pullar gətirirlər. Baxın görün, bu bazar iqtisadiyyatı nə kimi yaraları gətirir. Məhz buna görə də mənim qəhramanlarımndan biri bəbirdir. Bəlkə xatırlarsınız, mənim bütün əsərlərimdə heyvanlardan qəhrəmanlarım olmuşdur ?Cəllad kötüyündə? - qurdlar ailəsi, ?Kassandra damğası?da ? Kremlin divarlarında yaşayan qoca bayquş. Heyvanlar bizim yaddaşımızda özünə məxsus yeri olan bir dünyadır. Bu insanlığa kənardan baxış kimi bir şeydir. Ancaq düşünməliyik ki, biz necə yaşayırıq? Ən sevindirici budur ki, gənclik bu barədə fikirləşir.
   
   - ?Ədəbi gəlin?? romanından sonra sizi sevənlər nə gözləyir?
   
   - Yaradıcılq planları haqqında danışmaq istəmirəm. Çox zaman demişəm və bu baş tutmayıb. Bir vaxtlar ?QAR ÜZƏRİNDƏ MƏRYƏM? əsərimdən parçalar çap etdirdim. Sonra oxcular soruşdu ki,roman hanı? O ordadır. Qar üstündə. Mən də bir türlü ora çata bilmirəm. Amma bitirməliyəm bu işi.
   
   - Romanınızda çox parlaq bir sevgi xətti var. Baş qəhrəman təsadüfən yolda bir qadına rastlanır,ona vurulur. Siz həqiqətənmi belə anların olduğuna inanırsınız?
   
   - Bu sevgidə saysız gözlənilməz olqular var.Belə də olur ki,insanlar illərlə bir-birini müşahidə edir. Amma danmaq olmaz ki, həyatda dediyiniz anlar da var.
   
   - Başnıza belə bir iş gəlibmi.Romanınızdakı kimi?
   
   - Həyat gözlənilməz və anlaşılmaz şeylərlə doludur.Amma nələr olubsa onlar artıq mənim üçün bir mifdir. ?Əbədi gəlin?? haqqında olan bir əfsanə kimi .
   
   Lidiya Pavlenkodan çevirmə.
   
   ***
   
   BİR NEÇƏ SƏTİRDƏ
   
   Unudulmaz türk şairi Attila İlhanın ölümündən bir il keçdi.Böyük şair heç zaman unudulmayacaq bir çox şeir və senariləri oxuculara yadigər qaldı.
   
   Şairin şeirlərindən yeni seçmələr
   
   İlk dəfə çap olunur.
   
   NƏ QADINLAR SEVDİM
   
   Yağmur geyərdilər sonbaharla bir
   
   Azacıq oxşasam uşaqlar kimi
   
   Buraxsam qorxudan gözlər süslənir.
   
   Nə qadınlar sevdim zatən yoxdular
   
   Nə qadınlar gördüm zatən yoxdular
   
   Belə bir sevgi də görülməmişdir
   
   Xeyir deməyin ki,tez unutdular
   
   Hələ arasıra məktublar gəlir
   
   Gerçək olmasa da bir umutdular
   
   Əski mahnıydılar,əski bir şeir
   
   Nə qadınlar sevdim zatən yoxdular
   
   Belə bir sevmək də görülməmişdir
   
   Yalnız günlərimdə əlimdən tutar
   
   Canımı isidər nəfəsləri də
   
   Sanki göy üzündə bir bulutdular
   
   Hara çəkdilər indi kim bilir
   
   Nə qadınlar sevdim zatən yoxdular
   
   Belə bir sevgi də görülməmişdir.
   
   SƏNƏ NEYLƏDİLƏR
   
   O sabahmı çıxmışdın, bir gün öncəmi
   
   Bir bıçağın ağzında elə bil yeriyirdin
   
   Dəmirlərin soyuqluğu gömgöy dodaqlarında
   
   Gözlərində qaranlığı dar hücrələrin
   
   Səni görür görməz azadlığımdan utandım
   
   Söylə nə içərsən, çaymı, qəhvəmi
   
   Yaman dəyişmişsən heç tanımadım.
   
   Saçların uzundu, çiyinlərinə axardı
   
   Gönlümüz şənlənirdi sarışınlığından
   
   Onlarmı kəsdilər, sənmi qısaltdın
   
   Gülərdin,içimizə aylar doğardı
   
   Görünməz dağların arxasından
   
   Əski gülümsəməni bihudə aradım.
   
   O sabahmı çıxmışdın, bir gün öncəmi
   
   Yaman dəyişmisən heç tanımadım
   
   Söylə nə içirsən çaymı qəhvəmi
   
   Kibritim yox, siqaraya başladın
   
   Əllərin də titrəyir, bir şeyinmi var
   
   Belə bir qız idin bir zamanlar sən
   
   Sənə neylədilər,ah neylədilər?
   
   Kirpiklərin islanır amma xəbərin yox
   
   O sabahmı çıxmışdın, bir gün öncəmi
   
   Yaman dəyişmisən heç tanımadım.
   
   ƏLDƏ VAR HÜZÜN
   
   Xısın-xısın danışıb
   
   əvvəlcə biz bu tənhalıqda
   
   elə hey gülüşürdük
   
   sayrışan ulduzlar kimiydi
   
   quşların qanadlarından qopan qəhqələr
   
   nə nağıllar danışardı mərcan közlü nargilələr
   
   zamanlar dəyişdi
   
   ayrılıq girdi araya
   
   hicrana düşdük bugün
   
   ah harda gəncliyimiz
   
   sahildə çırpınan başıboş dalğalar
   
   yeri göyü tirədərdi tırtıllı qazellər
   
   əldə var hüzün
   
   o şehrayin fəqət çıxarmı ağəldan
   
   çarxıfələklərin rənk-rənk gecəyə dağılması
   
   başdan ayağa işıq seli incəsaz
   
   qədəhlərin mehtaba qaldırılması
   
   sanki bir düyün
   
   həyat zamanda iz buraxmaz
   
   bir boşluğa düşərsən
   
   bir boşluqdan dolub
   
   yenidən sıçramaq üçün
   
   əldə var hüzün
   
   (davamı olacaq)
   
   

TƏQVİM / ARXİV