adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

SADƏCƏ HƏSƏN MƏMMƏDOV

TOFİQ ABDİN
24730 | 2006-11-25 09:38
Qəzetlərdən birində oxuyuram ki,bəs unudulmaz aktyorumuz ( artıq heç bir epitete məncə ehtiyac yoxdur) Həsən Məmmədov noyabr ayının 22-də anadan olub. Bu yazı iki-üç gün sonra çıxacaq. Və mən bu günü oxuculura bir daha xatırlatmaq istəyirəm.
   
   ***
   
   Həsən Məmmədov vəfat edəndə, onunla vəda günlərində mən elə hey Vasili Şukşini xatırladım və o zaman onun haqqında o ki, var yazdılar və o yazılardan bir çox şeylər yadımda qalmasa da, bir kino asından bu ölüm haqqında soruşanda demişdi: BAXIN, MƏN SİZƏ HEÇ NƏ DEYƏ BİLMƏYƏCƏYƏM, ÇÜNKİ HƏLƏ ÖZÜMƏ GƏLMƏMİŞƏM (bu deyilənlər o qədər qeyri-səmimi deyilmişdi ki, sual verən yazar bu qeyri səmimiliyi də açıq elə oradaca yazmışdı)? ya da buna bənzər bir şey idi.
   
   Məlum olmuş ki, Şukşinin sağlığında o adam həmişə onu gözdən salmağa çalışmış və Şukşin haqqında həmişə artıq-əksik şeylər danışmış.
   
   O zaman Həsən Məmmədovun cənazəsi qoyulan Dram teatrında da bu düşünücələr məni buraxmadı və mən də özümü qınayırdım ki, bəs nədən bir vəda yazısı yazmıram və ən çətini də vəda yazısı yazmaqdır: sevdiyin və şəxsən tanıdığın bir İNSAN və bir SƏNƏTKAR haqqında?
   
   Yazmadım, amma o zaman,o vəfat edəndən sonra,qırxı çıxmamış onun haqqında yazılan bir çox yazıları oxudum və hətda çox hövsələ ilə Az.TV1 də Dövlət xəbərini dinlədim və bu xəbəri dinələdikdən sonra içimdən bir şey keçdi?
   
   Bu haqda sonra?
   
   Amma onun haqqındakı yazıları oxudum, isti-soyuq, haqlı-haqsız, bir kərə onunla təmasda olan da və olmayan da yazdı onun haqqında?
   
   Bir jurnalist (S.E.) belə yazmışdı: ??heç kim məndən inciməsin (bunu qara şriftlə yazıb) Həsən Məmmədov üçün elə ən yaxışısı Sovet dövrüydü. Adını nə qoysaq belə, sabitlik varıydı, hamı bilirdi ki, yuxudan duranda nəylə məşğul olacaq, hara gedib hardan gələcək. Kino ustadı Həsən müəllim də bu sabitiliyə alışmış, zamanın nəbzini tutmuşudu. Bilirdi ki, dövlət kino sənəti üçün para ayırır? Maaş, qonarar, mükafat, dövlət hesabına festivallara, kino forumlara, görüşələrə getmək də öz yerində? Otuz ilə yaxın belə FİRAVANLIĞI (ayrıntı bizimdi) qazandığı pullarla RAHAT (ayrıntı bizimdir) yaşamağın mümkünlüyünü görmüş, hər il filmlərə çəkilmək?
   
   Və sairə? və sairə?
   
   Və sairə? və sairə??
   
   Mən Həsən Məmmədov deyiləm və onun ailəsi ilə heç zaman yaxın olmadım, amma özü ilə tanış idim, 1993-cü ildə istanbula gedəndən sonra, 1994-cü ildə İsanbulda görüşdük və mən bu haqda BİR KASETİN İKİ ÜZÜ adlı yazı da yazdım. (İnşallah o yazıya qaydaram.) Və güman edirəm ki, Həsən Məmmədov heç zaman o jurnalistin dediyi kimi FİRAVAN həyat yaşamadı və təbii, mən bunu həmin adamı qınamaq üçün demirəm. Doğrudur Sovet dövrü üçün Həsən Məmmədov şöhrətli bir adam idi, amma o heç zaman pullu adam olmadı və mən bilən hələ də kinostudiyanın verdiyi sınıq-salxaq ?sovet türmələrində? (indiki məqamda tikilən Bağevlərini gördükdən sonra bu daha qabarıq gözə girir) yaşamaqda davam edirdi, ta ki, vəfatından bir müddət əvvəl eşitmişdim ki, ona torpaq sahəsi veriblər və o ev tikdirir.
   
   O da qismət olmadı.
   
   Balalarına qismət olsun?
   
   Təbii jurnalist bəyəfəndi heç də yaman şey düşünməyib bu FİRAVAN, bu PULLU? nə bilim daha nələri yazanda, amma Həsən Məmmədov müqayisədə (hətda özümüzkülərlə müqayisədə) əməyinin haqqını ala bilməyən bir yaradıcı idi və ADLAR, TƏRİFNAMƏLƏR, MÜKAFATLAR? göründüyü kimi, bunlar hamısı sonunda fuflo imiş?
   
   Hər şeyi pul həll edirmiş, o da Həsəndə yox idi?
   
   Və ən gözlənilməzi : xətrini çox istədiyim bir şair isə onun haqqında daha ağır şeylər yazdı və yazdı ki, HƏSƏNİN ÖLÜMÜ MƏNİM HEÇ TÜKÜMÜ DƏ TƏRPƏTMƏDİ?
   
   Təbii, bunu izah da edir, amma bir insanın ölümü üçün yazılan bu ifadədən sonra onun haqqında nə qədər moizə oxuyursan oxu, bu keçməz?
   
   Nədəndir bu qarayaxmalar və nədəndir bu insanı ağrıdan məqamların bu cür içdən çölə vuruşu?
   
   Tamam, mən başa düşürəm o şairin də Həsən Məmmədovu sevməmək üçün arqumenti var və olub: mən bu arqumenti eşitməmişəm, amma deyir ki, guya Həsən Məmmədov ölməzdən qabaq deyib ki (təbii bu vəsiyyət deyil, vəsiyyət doğmalara deyilir və onların bacaracağı şeylər vəsiyyət olunur) məni FƏXRİ XİYABANDA (təbii ki, FƏXRİ XİYABAN deyiləndə o birincini nəzərdə tuturmuş) məni orada basdırsınlar.
   
   Deyib, deməyib mən bilmirəm və hətda deyibsə də?
   
   Bəlkə də ilk dəfəydi ki, Həsən Məmmədov haqqını istəyib.
   
   Viranə qalsın (içim yandı vallah) bu acılı günləri? Adam bir söz deyib və sözdə də böyük bir haqqı var?
   
   Xatırlayıram, mən unudulmaz sənətkarımız Bəşir Səfəroğlu haqqında kitab yazanda onun həyat yoldaşı belə bir şey danışmışdı: xəstə olduğu günlərdə Bəşir tez-tez Fəxri Xiyabana gedirmiş və bir dəfə deyib: görəsən onu FƏXRİ XİYABANDA basdırarlarmı?
   
   Mən bu halı kitabımda geniş yazmışam.
   
   Həsən Məmmədov da bu haqqa sahib bir SƏNTƏKAR idi. Bu mənim fikrim?
   
   Və bir də ədalətsiz dünyanın, ədalətsiz cəmiyyətini idarə edənlərin, ədalətsiz insanların fikri var axı?
   
   Həsən Məmmədov son illərin ona olan qayğısının altında güman ki, belə şey düşünə bilərdi və yenə də deyirəm BƏLKƏ DƏ İLK DƏFƏ O HAQQINI İSTƏYİB və onun haqqında yazanların hamısı bu fikirdə idi ki, Həsən Məmmədov çox mütəvazi, təvazökar və heç nəyin üstünə getməyən bir İNSAN VƏ SƏNƏTKAR idi.
   
   Amma olmadı? alınmadı?
   
   Yazanlar yazdılar və mən daha başqa şeylər yazmaq istəmirəm, çünki onun haqqında iki dəfə yazmışam, çox-çox illər öncəsi poetik kinosənətimizin gözəl nümunəsi GÜN KEÇDİ filminin çəkilişi günlərində. O yazının adı beləydi: YAXŞI GÜNLƏR QABAQDADI və daha sonra İstanbulda görüşüb onunla doxsan dəqiqəlik bir kaset doldurmuşdum ki, onun da məyyən hissəsi ?Qobustan? toplusunda çap olunub?
   
   Neyləmək olar, Həsən Məmmədov?
   
   O yolu ki, bu fani dünyanın CANİSİNDƏN tutmuş DAHİSİNƏ qədər bütün insanlıq keçir, bir gün sənə də qismət oldu.Buradaca İstanbulda söhbət elədiyimiz günlərdə tez-tez dediyin sözlər yadıma düşdü: BİZİM YAPACAĞIMIZ BİR ŞEY YOK?
   
   

TƏQVİM / ARXİV