VƏTƏNDƏN UZAQLARDA KiMLƏR VAR: MEVLANENiN VƏTƏNiNDƏ BiR ALiMiMiZ?

TOFİQ ABDİN
19421 | 2006-10-28 10:07
Mən az iş görmədim bu Vətən üçün
   
   Gərək unutmasın bu Vətən məni
   
   Boris Pasternak
   
   
   
   Qısa bir ön söz
   
   Sevimli yazar dostum Azər Abdulla görkəmli bəstəkar Cavanşir Quliyevlə bir sorğu keçirib. 525-ci qəzet həmin sorğunu çap edib.O sorğuda belə bir yer var:
   
   A.A. - Getməyinlə bağlı, ümumiyyətlə təkcə sən yox, ziyalıların məmləkətimizdən dışa - xaricə axınına necə baxırsan? Sən getdin, getməyinlə, xalqımız, yaxud sənin özün nəsə qazandımı, itirdimi? Ziyalıların hamısı sənin kimi küsüb getsəydi, bu məmləkətin halı-vəziyyəti necə olardı?
   
   C.Q. - Azərbaycana heç nə olmayacaqdı. Çünki Azərbaycan ziyalılar ölkəsi deyil. 1990-cı ildən başlayaraq istər ziyalılar, istər iş adamları kütləvi surətdə bu ölkəni tərk etməyə başladılar. Mən nə birincisiyəm, nə də axırıncısı. Məndən qat-qat ağıllı və gərəkli adamlar buradan çıxıb gedib. Ancaq bu məsələ Azərbaycan cəmiyyətinin vecinə də deyil. Respublikanın yarısı parçalanıb dağılsa da Azərbaycan cəmiyyətinin ondan da xəbəri olmayacaq. Mən inanıram dünyada hansısa bir hadisə, zəlzələ, tufan, faciə bu torpaqda gəzişən səkkiz milyonluq cəmiyyəti tərpədə, ayılda. Mən burda özümü fiziki, mənəvi baxımdan və hər mənada artıq hiss elədim, işdən qovuldum...
   
   ***
   
   Mən bu gözəl alimimiz haqqında bir dəfə də yazmışam və o zaman Novruz müəllimin işləri sən deyən bir qədər də gönülaçan deyildi, Mevlanenin vətəni Konyada.Konyanı görənlər bilir: bu gözəl yer unudulmaz abidələrlə,göz işlədikcə uzanan sevimli torpaqlarla üfüqə doğru baş alıb gedən bir yerdir.Danılmaz bir qəriblik basır insanı buralara gələndə.Bəlkə də məhz elə Mevlandən qalan abidələrin fəhmidir bunu yaradan vəya Günəşin bu təkrarsız yerlərdə son işartılarını buraxıb batdığına görədirmi bilmirəm?Hər halda Novruz müəllim bu torpağı seçməkdə, buralarda artıq çox böyük bir sayğı qazanmaqda və bir alim kimi diqqət çəkməkdə böyük bir haqqa sahibdir, Bakıya yolu düşəndə ( çox az olur bu) mütləq məni arayıb tapır və görüşürük. Konyanın çox əski bir adı daşıyan Unversitetində, KONYA SELCUK UNVERSİTESİNDƏ çalışdığı illərdə dünyanın bir çox ölkələrində olmuş və bunu özü də anladacaq, amma şayət siz onun saytına baxmış olsanız həqiqtən bir maraq sizi alacaq: saytda AZƏRBAYCAN BAYRAĞI SOL TƏRƏFƏDƏ,Türkiyə Cumhuriyyəti bayrağı sağ tərfədə və hər sətirdə Azərbaycan qoxuyan bir iqlim içində olacaqsınız.Saytın adını bəri başdan verim:
   
   [email protected]
   
   www.//alaeddin.cc.selcuk.edu.tr/
   
   
   
   Və uzun sözün qısası : Novruz Allahverdi kimdir? Tale onu nədən oralara apardı və yenidən öz vətəninə qayıtmaq istərdimi?
   
    Və mənim bu gözəl alimlə tanışlığım
   
   ?qızım Günelin onun çalışdığı Səlcuq Unversitetini qazanmasıyla başladı.Və uzun bir müddət əlaqələrimiz canlı oldu,üz-üzə oldu və ağrılı və üzüntülü günlər yaşandı, əlbət də mən tərəfindən belə ola bilir.Nəhayət Günel unversiteti bitirdi və mən Türkiyəni tərk etməli oldum.Və mən oranı tərk etməzdən qabaq Novruz müəlimdən belə bir emeyil aldım: ?Hörmətli Tofiq müəllim, Sizin emeil mənə bu gün çatdı, siz onu mənim ODTU adresimə göndərmisiniz, oradakı hesabımızı bağlamışlar, ona görə geri gəlmiş. Nəysə, necəsiniz? Bakıya gedəcəyinizi bilirəm, bir söz də deyə bilmirəm, çünki qərarı siz verirsiniz. Siz, sizin üçün eləsi yaxşı olduğunu düşündüyünüz üçün bu mənim də qəbulumdur. Allah köməyiniz olsun deyirəm, sağ və salamat gedin. İnşallah Bakıda görüşəcəyik.
   
   ?Vəfa...? yazınızı da oxudum. Çox maraqlı gəldi mənə. Fikrimcə, bu dünada ?Vəfa...? üzərinə qurulan çox az şey var və hər kəsə də bu vəfanı göstərmək və ona nəsib olmaq da mümkün olmur. Dünya bilirsən ki, fanidir, insanlardan yüzdə yüzlük vəfa gözləmək əbəsdir. Gözləyərsən peşan olursan, ən yaxşısı kimsəyə güvənməmək, öz işini özün görməyə çalışmaq və s. və s. Təbii bunlar mənim fikirlərimdir, siz şərik olmaya bilərsiniz. İnşallah, Bakıda yaradıcılığınız uğurla davam edər. Ora gedənə qədər mənə emeil ata biləcəyinizi umuram. Və oradan da emeillərinizi gözləyirəm. Bakı telefonlarını mənə yazın ki, Bakıya gələndə görüşə bilək. Yaxşı yol! Hörmətlə, Allahverdi?.
   
   Bəri başdan deim ki,bu sətirləri oxuduqda görünür ki, Novruz müəllim çox praktik bir adamdır və yazısının bir yerində önəmli olaraq və bəlkə də haqlı olaraq vurğulayır: ?...Dünyada ?Vəfa...? üzərinə qurulan çox az şey var və hər kəsə də bu vəfanı göstərmək və ona nəsib olmaq da mümkün olmur. Dünya bilirsən ki fanidir, insanlardan yüzdə yüzlük vəfa gözləmək əbəsdir. Gözlərsən peşman olarsan, ən yaxşısı kimsəyə güvənməmək, öz işini özün görməyə çalışmaq və s. və s.?
   
    Bu mənim Ağdamlı balası ( məndən gənc olduğu üçün belə deyirəm) Novruz müəllimlə tanışlığımın bir az insani və məlhəm tərəfi. Amma bu gün Novruz müəllim yenə də vətəndən uzaqdadır və hazırladığım yazının ?qəhrəmanıdır?.
   
   -?nədi bular, tökürsən mənim qabağıma, bular hamısı mən bilən sənin kitablarındı və özü də texniki kitablardı, bunlardan mənim başım çıxmaz? gəl, biz bir az adam kim tanış olaq?(gülümsünür Novruz müəllim və mənim bu cür sərt başlayacağımı gözəlmir, yəqin)
   
   -Bular mənim son illərdə yazdığım kitablardı və bu kitablarda müxtəlif ölkələrdə elədiyim məruzələr də var.
   
   - Bakıdaykən bu sahədə kitabların çap olunmuşdumu?
   
   -Yeddi dənə? 83-də çıxanı var, səksən səkkizdə çıxanı var, 89-da çıxanı var.Yəni hər il bir kitab vəya kitaba bənzər kitabçıq çap elətdirmişəm,digər yazılarla bilikdə. Dərslik kimi. Bunlar əməlli başlı ali məktəblər üçün dərsliklərdir. Maarif Nazirliyi tərəfindən təsdiq olunmuş dərsliklərdir. Türkiyədə isə hələlik iki kitabım çap olunub.
   
   -Novruz müəllim,biz dəfələrlə görüşmüşük və bir çox zaman da mübhəm söhbətlərimiz olub. Amma sizin bu komürterə bağlılığınız nədən və hardan başlayıb? Mən özümü çox geri qalmış adam hesab eləməsəm də, doğrusu sizin Bakıda bu işlə məşğul olduğunuz illərdə burda belə bir şeyin olduğunu mən təsəvvür edə bilmirdim?
   
   -Mən əslində memar olmaq istəyirdim, sonra başımdan rəssamlıq keçdi və bir müddət rəngməng də aldım və bu işin dalıycan da getdim?altıncı, yeddinci sinifdə oxuyanda oldu bunlar?
   
   -Bular hamısı Ağdamda olanda olur demək?
   
   -Bəli,bəli Qaradağlı kəndində olur bular. Sonra kənddən Ağdama bir nömrəli orta məktəbə gəldim. Orada mənim bir yoldaşım oldu, məktəb yoldaşım, Elman Həsənov, o da indi burada Türkiyədədir,İstabulda işləyir, o riyaziyyatı çox sevirdi və mənim də saqqızımı oğurladı, mən də oldum riyaziyatçı və iki dəfə də Bakıya olimpiyada gəldik. 11 sinfi bitirəndən sonra, bu olur 66-cı il, mən qızıl medalla bitirməliydim, neysə sənədləri göndərdilər maarif şöbəsinə,gümüş medal aldım. O zaman iki imtahan verdim ikisindən də beş aldım və o biri imtahanlardan azad olum. Avqustun səkkizində hələ imtahanlar qurtarmamış mən tələbə biletimi qoydum cibimə getdim Ağdama. O zaman kompüterlə bağlı sənəti öyrədən fakultənin adı Riyazi Həlledici Qurğular kimi bir şey idi. Riyaziyat sözü olduğu üçün sənədlərimi politexnik institutuna vermişdim o fakültəyə?
   
   -Yəni,belə çıxır ki, 66-cı ildə bizdə o zaman kompüter deyə bir texnika varmış.
   
   -Bax, Tofiq, bu kompüterlə Türkiyə 77-ci ildə tanış olub, bizdə artıq 62-63 də var idi.Burada bu bir elm kimi ilk dəfə Hacattəpə unversitetində, 77-də açılıb.
   
   -Novruz müəllim, bəs bu Türkiyəyə gəlişin necə olub?
   
   (DAVAMI OLACAQ)
   
   
   
   

TƏQVİM / ARXİV