adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

ƏZiZƏ MUSTAFA-ZADEH?(4)

TOFİQ ABDİN
20132 | 2006-10-21 11:55
VƏTƏNDƏN UZAQLARDA KİMLƏR VAR:
   
   Mən az iş görmədim bu Vətən üçün
   
   Gərək unutmasın bu Vətən məni
   
   Boris Pasternak
   
   
   
   Qısa bir ön söz
   
   Sevimli yazar dostum Azər Abdulla görkəmli bəstəkar Cavanşir Quliyevlə bir sorğu keçirib. 525-ci qəzet həmin sorğunu çap edib.O sorğuda belə bir yer var:
   
   A.A. - Getməyinlə bağlı, ümumiyyətlə təkcə sən yox, ziyalıların məmləkətimizdən dışa - xaricə axınına necə baxırsan? Sən getdin, getməyinlə, xalqımız, yaxud sənin özün nəsə qazandımı, itirdimi? Ziyalıların hamısı sənin kimi küsüb getsəydi, bu məmləkətin halı-vəziyyəti necə olardı?
   
   
   
   C.Q. - Azərbaycana heç nə olmayacaqdı. Çünki Azərbaycan ziyalılar ölkəsi deyil. 1990-cı ildən başlayaraq istər ziyalılar, istər iş adamları kütləvi surətdə bu ölkəni tərk etməyə başladılar. Mən nə birincisiyəm, nə də axırıncısı. Məndən qat-qat ağıllı və gərəkli adamlar buradan çıxıb gedib. Ancaq bu məsələ Azərbaycan cəmiyyətinin vecinə də deyil. Respublikanın yarısı parçalanıb dağılsa da Azərbaycan cəmiyyətinin ondan da xəbəri olmayacaq. Mən inanıram dünyada hansısa bir hadisə, zəlzələ, tufan, faciə bu torpaqda gəzişən səkkiz milyonluq cəmiyyəti tərpədə, ayılda. Mən burda özümü fiziki, mənəvi baxımdan və hər mənada artıq hiss elədim, işdən qovuldum...
   
   
   
   ***
   
   Jurnalistlərdən biri soruşur: Əzizə xanımın lətifələrlə, zarafatla arası necədir? Yalnız sabahlar və axşamlar xoşu gələrmiş lətifə danışıb dinləməkdən.
   
   ?Sabah erkən və axşam gec saatlarda lətifə danışmağı və dinləməyi sevirəm. Çox zaman gec dururam yuxudan. Qarşıma çıxan ilk adamı incitməmək üçün bir zarafata başlaram və ya bir lətifə danışaram. Axşamlar yorğun olanda və yata bilməyəndə eynən belə eləyərəm.
   
   Və Əzizədən bir lətifə:
   
   Əzizədən soruşurlar: Siz şirin çayı necə eləyirsiniz? Əzizə çavab verir: çox asan. Əvvəlcə bir dənə şəkər yeyirəm və üstündən də bir çay içirəm. Ayağa dururam və əllərimi başımın üstündə birləşdirib bir sağa dönürəm bir sola dönürəm, qəndlə çayın mədəmdə oynamasına şərait yaradıram. Sağ ayağımı sol tərəfə,sol ayağımı sağ tərəfə fırladıb bunu bir neçə dəfə təkrar edirəm. Buyurun bu da sizə şirin çay.
   
   Əzizə Mustafazadə həqiqətən Türk mətbuatının sevimli qəhrəmanlarından biridir və bu istər-istəməz adamı sevindirir və hətda qürurlandırır və bunu açıq deyək ki, mənim eşitdiyimə görə Əzizənin bir şəkli, məhz yuxarıda adını çəkdiyim Aktuel dərgisinə verdiyi pozlar bizim mətbuatda pis qarşılanmış və hətda hadisəyə belə çevrilmiş, deyək ki, bu hadisə də cızığından çıxmış və Milli Məclisə qədər gedib çıxmışdır. Aman, Allahım, bu qızın bu qədər uğurları, bu insanların gözlərindən yayındığı halda, onun bu fotoları nədən bu qədər söz-söhbətə səbəb olur. Axı, bu gün bu bizim üçün çox adi bir şey olmalıdır və biz Əzizənin bu şəkillərindən çox, onun uğurları haqqında düşünməliyik və elə dost və qardaş ölkə saydığımız bir məmləkətdə Türkiyədə bizim imicimizin, bizim haqqımızda olan fikirlərin dəyişməsində bir çevriliş yaratdığının nədən fərqində olmayıb da, bu cür şeylərin ardınca gedirik. Axı buna nə qədər haqqımız var. Əslində bədən onun, can onun və o bilər öz canını necə idarə eləsin və dünyanın bu vaxtında bunun açılıb ağardılmasının özü dəhşətli bir şeydir.
   
   Biz bunu ona görə xatırladıq ki, toplumuzda biz o şəkli vermək istədiyimizdə yenə də bir əxlaq qorxusu bizim canımızı aldı və dedilər ki, bəs Milli Məclisdə bunu pisləyiblərsə, demək çap eləmək olmaz.
   
   Biz də bu Vətənin bir parçasıyıq və hələlik biz də bu deyilənləri eşitmək zorundayıq, amma bu Vətənin bir parçası olduğumuz üçün bizi Əzizənin son illərdə BİZDƏN UZAQLARDA qazandığı uğurlar daha çox maraqlandırır və fərəhləndirir.
   
   ?Təbiətin səsinə olan sevgi onun Seventh Truth?a adlı bir kompaktında öz ifadəsini tapmışdır. Bəzi musiqi parçalarında onun ifasına dalğaların səsi, ruzgarın əsimi, vıyıltısı və qağayıların səsi müşayət edir.
   
   Və bunları izah eləyən Əzizə deyir: ?Təbiətin səsini duymaq mənim üçün çox vacib bir şey. Azərbaycanda yaşadığım illərdə qağayıların səsini dinləməyi çox sevirdim və bu mənim həyatımın bir parçası idi. Avropada bu alışqanlığım davam edir?.
   
   Və bir az əhatəli baxsaq Əzizə Mustafazadənin bizdən uzaqlardakı həyatı bir çoxlarımız tərəfindən bir o qədər də istəklə qarşılanmaz, mən belə düşünürəm, amma artıq bizim bir çox vətəndaşlarımız doğma yuvalarını tərk elədiyindən (obyektiv və ya subyektiv səbəblərlə, bunlardan biri də mən olmuşam. Səkkiz il Türkiyədə oldum və güman ki, bir çoxları mənim bu səkkiz ilimin həsrətini də çəkmiş ola bilirlər, paxılıq demirəm) təbii buna da çox haqq qazandırmaq olar. Və çox yaxşı olardı ki, Əzizə bizim hava alanından başqa yerlərə uçaydı və çox yaxşı olardı ki, bizim konsert təşkil eləyənlərimiz (yeni terminlə: menecerlərimiz) dünyanı onun ayağına gətirəydi və o da gedib Türkiyədə hər il caz festivalında çalmayaydı və biz də bu gün onun haqqında ?BİZDƏN UZAQLARDAKI ƏZİZƏ MUSTAFA ZADEH? deyə yazmayaydıq. Çox yaxşı olardı. Amma bu da bizi heç əksiltmir açığını desək.
   
   Bütün bunlara rəğmən Əzizə harda olursa olsun öz kökünü və kimliyini heç zaman unutmur və nə ifa eləyirsə eləsin, nə yaradırsa yaratsın doğma vətənin bir parçası onun əsərlərində öz haqqını alır və səslənir.
   
   ?Adi yaşamında tam bir Pambıq Prenses, danışıqlarında hərəkətlərində nağıllardan çıxmış bir ədayla həyatın lap orta yerinə düşümüş kimi bir gözəl. Ankaranı ayağa qaldıran Azəri cazçı Əzizə Mustafa Zadehin nə qədər süni, nə qədər səmimi olduğunu belə anlamaq çox zor. Bir az gerçək, bir az müəmma,bir az əziz??
   
   Daha başqa tərifə yer qalmır məncə. Və yenə də təkrar edirəm: bu artıq Türkiyənin başqa bir Əzizəyə münasibətidir və Əzizə bunu öz haqqı ilə qazanmış və bu həqiqətdir ki, onun mayasında bir musiqi tərbiyəsi, bir unudulmaz, tanış ifa, bacarıq və bir varislik durur.
   
   Məncə əsas olan budur.
   
    İndiki vəziyyətdə əldə olan material çox, lap çox? Türkiyədə yaşadığım illərdə Türk qəzetlərində (bura yalnız Türkiyənin ən tanınmış qəzetləri daxildir və bunu deyim ki, hələ Əzizənin başqa şəhərlərdə, məsələn Ankarada, İzmirdə verdiyi konsertlər haqqında xəbərlər bura daxil deyil) çap olunan və arxivimə aldığım yazılara baxsaq, o zaman əməlli-başlı bir disertasiya mövzusu var. Bu təbii, mənim işim deyil, bunun sahibləri var, amma müxtəlif zamanlarda arxivimə aldığım bu yazılardan mənə görə daha maraqlı görünən bəzi fikirlər buna əsas verir.
   
   
   
   
   
   BİR NEÇƏ SƏTİRDƏ
   
   Türk torpaqlarını əcnəbilərə satmayın
   
   üzümü bağışlayım sizə
   
   Əski Başbakan Bülent Ecevitin həyat yodaşı Rahşan xanım Ecevit, hökumətə müraciət edərək qəribəbir təklif vermişdir.türk torpaqlarınnı xaricəilər satılmından həyəcanlanan rahşan xanım bunun gələcəkdə çox böyük bəlalar gətirəcəyini düşünərək indiki hökumətə xaricilər torpan satılmasıqndan vaz keçəsim üçün bütün türk xalqına müraciət etmişdir.
   
   Rahşan xanım Ecevit açıqlamasında yazır: "Uğrunda qan axıdılan torpaqlara vətən deyildiyine göre o torpaqlar para qarşılığı satıla bilməz. İqtidarın ölkəni idarə etmək üçün paraya ehtiyacı varmış. O zaman dövlətimizi bu vəziyətə gətirənlər vergi-mergini bəhanı etməsindən.Ovuclarını açsınlar, xalktan açıqca yardım toplasınlar. O zaman mən də 62 ildir barmağımda sevgiyle daşıdığım nişan üzüyümü verməyə hazırım. Yeterki üzərinde yeridiiym torpaq Türkiye Cumhuriyəti toprağı olsun."
   
   

TƏQVİM / ARXİV