VƏTƏNDƏN UZAQLARDA KiMLƏR VAR:ƏZiZƏ MUSTAFA-ZADEH(BiRiNCi YAZI)

TOFİQ ABDİN
3335 | 2006-10-14 11:04
Mən az iş görmədim bu Vətən üçün
   
   Gərək unutmasın bu Vətən məni
   
   Boris Pasternak
   
   
   
   Qısa bir ön söz
   
   Sevimli yazar dostum Azər Abdulla görkəmli bəstəkar Cavanşir Quliyevlə bir sorğu keçirib.525-ci qəzet həmin sorğunu çap edib.O sorğuda belə bir yer var:
   
   
   
   A.A. - Getməyinlə bağlı, ümumiyyətlə təkcə sən yox, ziyalıların məmləkətimizdən dışa - xaricə axınına necə baxırsan? Sən getdin, getməyinlə, xalqımız, yaxud sənin özün nəsə qazandımı, itirdimi? Ziyalıların hamısı sənin kimi küsüb getsəydi, bu məmləkətin halı-vəziyyəti necə olardı?
   
   
   
   C.Q. - Azərbaycana heç nə olmayacaqdı. Çünki Azərbaycan ziyalılar ölkəsi deyil. 1990-cı ildən başlayaraq istər ziyalılar, istər iş adamları kütləvi surətdə bu ölkəni tərk etməyə başladılar. Mən nə birincisiyəm, nə də axırıncısı. Məndən qat-qat ağıllı və gərəkli adamlar buradan çıxıb gedib. Ancaq bu məsələ Azərbaycan cəmiyyətinin vecinə də deyil. Respublikanın yarısı parçalanıb dağılsa da Azərbaycan cəmiyyətinin ondan da xəbəri olmayacaq. Mən inanıram dünyada hansısa bir hadisə, zəlzələ, tufan, faciə bu torpaqda gəzişən səkkiz milyonluq cəmiyyəti tərpədə, ayılda. Mən burda özümü fiziki, mənəvi baxımdan və hər mənada artıq hiss elədim, işdən qovuldum...
   
   
   
   ***
   
   
   
   Bəs nədən ?ZADEH??
   
   
   
   Mən bunu yazının sonrakı etaplarında anlatmağa çalışacağam. Amma bunu öncədən deyim ki, Əzizənin adının kompüterdə belə asan yazıldığına elə başlanğıcda sevinməyə başladım və gördüm ki, mən bu sözü yazanda heç səhv eləmədim, amma inanın ki, bu gözəlim ?Azərbaycan? sözünü hər dəfə yazanda ( bu dəfə də elə oldu, amma düzəltdim) mütləq səhv eləyirəm. Bunu bir nankorluq-zad kimi başa düşməyin və hətda bizim kömpüterçi gözəl Zülfiyyə xanım mənə deyəndə ki, bu ?Azərbaycan? sözünün daha asan yazılışı varmış, mən onu öyrənməyə can atmadım, çünki mən bu gözəlim məmləkətimin adını səhvsiz yazmağa öyrəşməliyəm.
   
   
   
   Əzizənin adının asan yazılması məni sevindirdi, sevinirdim ona görə ki, bu sözü yazanda çox vaxt sərf eləməyəcəyəm. Bəri başdan deyim ki, mən bu gözəl SƏNƏTKARIMIZLA dünya şöhrəti qazanandan bu günə qədər üz-üzə heç görüşmədim və çox-çox illər qabaq mən onun atası və unudulamz caz ifaçısı Vaqif Mustafazadə haqqında yazı hazırlayanda, onların o zaman yaşadığı Nizami küçəsindəki evlərinə belə getdim, o zaman Əzizə uşaq idi və mən ona heç məhəl də qoymadım və deyəsən o da heç bizimlə maraqlanmadı (amma Əzizə o zaman gərək ki, musiqi məktəbinə gedirdi).
   
   
   
   Bunlar hamısı keçmiş ola və bu gün bizim deyilişimizdə Əzizə Mustafzadə, dünyanın deyilişində və xüsusiylə Türk mətbuatının deyilişində Əzizə Mustafa-ZADEH bizdən çox uzaqlarda yaşayır və DÜNYANI GƏZİR və bu ?dünyanı gəzir? ifadəsi bəlkə də bir az şişirdilmiş kimi görünə bilər, bu da ondan irəli gəlir ki, uzun müddət Sovet rejimində yaşayan bizlər, elə Biləcəridən o yana keçən kimi düşünürdük ki, bəs dünyanı səyahətə çıxmışıq. Amma nisbətdə götürəndə həqiqətən bizim bu xanım-xatun qızımız indi dünyanı dolaşmaqdadır və yanında da anası Eliza xanım ( türklər belə yazırlar Elza xanımın adını)?
   
   
   
   Əzizə xanım indi bizlərdən çox-çox uzaqlardadır və onun uğurlarını biz yanız və yalnız internet vasitəsiylə oxyuruq və gözəl-gözəl fotolarını görürük və zaman-zaman da bizə yaxınlaşır: məsələn gəlib Türkiyədə konsertlər verir və türk mətbatını ayağa qaldırır sözün əsil mənasında və Əzizənin də Türkiyəyə ayaq açması məhz elə mənim ömrümün Türkiyə illərinə düşdü və mən də onun konsertlərinin bir çoxunda olmamışam da, yalan danışa bilmərəm, çünki Əzizə elə bir mərhələyə çatıb ki, indi onun üçün İstanbulda yaşayan və işləyən hər hansı bir azəri vətəndaşına saatlarla vaxt ayıra bilmək imkansız və hətda özü istəsə də belə Türk menecerlər, belə deyək, ona bu zamanı ayırmazlar, çünki bu menecerləri Azəri jurnalistləri heç, heç maraqlandırmaz, onu ya özününkülər maraqlandırar, ya da ingilis və ya amerikan?
   
   
   
   Mən də açığını deyim ki, heç zaman özümü sındıran adam olmamışam və təkcə onunla fəxr eləyirdim ki, bəs bizim unudulmaz Vaqifimizin qızı gəlib İstanbula və anası da yanında və özü də Bakıdan gəlməyib ayrı bir ölkədən, məsələn: Almaniyadan və ya Amerikadan gəlib?(Bakıdan gəlsəydi bu qədər ajiotajla, hay-küylə qarşılanmazdı, sonrakı gəlişləri də daxil?)
   
   
   
   Sitat: ??Əzizə həyatdan danışacaq bir vəziyyətdə deyildi. Fransada adını belə unutduğu bir şəhərdə konsert vermişdi, konserdən sonra gözlərini qırpmadan yuxusuz Ankaraya uçuşdu, səhərisi də öz adətinə xilaf çıxmadan İstanbula gəlmək üçün yenə də erkən yuxudan qalxmışdı. (Türkiyə, Aktuel dərgisi. 1 may 1996-cı il).
   
   
   
   Əzizə Mustafazadənin bir şəhərdən başqa şəhərə uçuşunu və bu uçuşun ardından da veriləcək konserti təsvir edən Aktuel dərgisi son dərəcə bir heyranlıqla Əzizə haqqında yazır və onu da qeyd eləyir ki, Əzizə heç bir qəzet və junarnalla görüşməsə də bizimlə görüşdü və hətda dərgi üçün şəkillər çəkdirməyə də icazə verdi və bunu bəri başdan deyim ki, Əzizə həqiqətən çox böyük bir cəsarət göstərərək Türkiyədə çox böyük nüfuz sahibi və çox populyar Aktuel dərgisinin üz qabığı üçün şəkillər çəkdirmiş (not: Dünya mətbuatında bu ?ÜZ QABIĞI? üçün şəkil çəkdirmək çox hadisəvi bir şeydir) və bu şəkillərdən bir neçəsini də biz də bəlkə toplumuzda çap edək deyə düşündüm (necə olacağını bilmirəm, çünki bu yazını yazana qədər hələ həmin şəkilləri Baş redaktora göstərməmişəm). Əzizə şəkil çəkdirəndə də böyük mədəniyyət göstərmiş və o yorğunluqdan sonra Aktuel dərgisinin əməkdaşları ilə görüşən Əzizə son dərəcə isti bir yaxınlaşma və anlaşma içində gələn qonaqları heyran qoymuş və Əzizənin fotosunu çəkən İldırım İncəaləmdaroğlu özünü saxlaya bilməmiş və demiş:
   
   
   
   Sitat: ?Bunca illər mən bu işlə məşğulam və yüzlərlə ulduzun fotolarını çəkdim və kameranı beləcə heyran eləyən ikinci bir uluduza rastlamadım?.
   
   
   
    Və İldırımın bu sözlərinə Əzizə gülümsünür və həmən cavab verir: ?I LOVE CAMERAS?? (Kameraları sevirəm).
   
   
   
   Təbii, Aktuel kimi bir dərginin qapağı üçün fotolar çəkdirmək bir o qədər də asan bir iş deyil və onu da deyək ki, Əzizə çox böyük cəsarət göstərmiş və bu çılpaq fotoların çəkilişi necə keçmiş mən bu çəkilişlərdə olmamışam və çılpaq dedikdə, hansı məqama qədər çılpaqlıq nəzərdə tutulur, bunu da bilmirəm, amma Əzizə jurnalistin narahatçılığına belə çavab verir:
   
   
   
   Sitat: Jurnalist: Təbii sizin kimi bir cazmenin haqqında dərgimizdə çap olunan bu fikirləri oxuduqdan sonra, oxucular güman ki, bir az başqa cür fikirləşəcəklər və ya heyrətlənəcəklər. Və bir həftə, iki həftə qabaq bizim dərgidə çıxan və gözəlliyinizi bütünülüklə sərgiləyən bir fotonu gördükdə demisiniz: MƏNİM ÜÇÜN SƏNƏT HƏR ŞEYDƏN ÖNƏMLİDİR.
   
   
   
   Əzizə: dünyaya çılpaq gəldik, bu da bir həqiqətdir. Və bir az düşündükdən sonra: təbiətin bir parçasıyıq. Çılpaq fotolar çəkdirmək mənim öz fikrimdir. Plak firması da çox bəyəndi?.
   
   
   
   Və anası da əlavə eləyir: Əslində çox şeylər düşünmüşdük. Daha gözəl şeylər vardı ağlımızda. Foto texniksı yetərli olmadı?.
   
   
   
   Orta bir haşiyə.
   
   
   
   Əzizə: Tanrıya inanmaq çox gözəl bir duyğu. Hər kəsin eyni dərəcədə xoşbəxt yaşamasını istərəm. Anam xristiyan, Atam müsəlmandır.Camiləri də, kilsəni də, havrayı da Tanrının evi kimi qəbul edirəm. Bunların hər birində çox rahat dua edə bilirəm.
   
   
   
   (DAVAMI OLACAQ)
   
   
   
   
   
   
   
   
   
   
   
   BİR NEÇƏ SƏTİRDƏ
   
   
   
   TƏNQİDÇİ QAN TURALIDAN MƏKTUB VAR
   
   
   
   Not: Tənqidçi Qan Turalı məni e-mail adresimə çox maraqlı bir məktub göndərib.Həmin məktubun daha böyük bir ictimai güc daşıdığını nəzərə alıb onu kiçik bir əlavə ilə çap edirik.Əlavəmiz bu adreslərdir :
   
   
   
   Türkyiə Tumhuriytəi Böyükelçilyi Kültür və Turizm müşavirliynə
   
   
   
   Türkiyə Cumhüriyəti TRT televizyonu təmsilçiliiyinə
   
   
   
   ?Ədalət? qəzeti redaksiyasına
   
   
   
   ***
   
   
   
   Salam Tofiq abi...
   
   
   
   Size bir iradimi bildirmek isteyirem, eslinde bu irad size deyil, ?Edalet?deki yazinizi cox beyendim, amma tam oxuya bilmeidm, sriflteri hamsi qarisib bir-birine, bir az da xeste idim, cole cixa bilmedim, bele pis olur, yaxsi yazilari ?Alatoran? foruma zada yerlesirmek, ya da linkle kimese gondermek olmur, sabah Axundovda oxuyaram, o problem deyil.
   
   
   
   525-de yazdiginiz yazini da oxudum, size bir seyi danismaq isteyirem, bu sey sizin de aglinizdan kecmemis deyil.
   
   
   
   Burda o qeder Sefirlik var, aralarinda yeqin ki, medeniyyet merkezi olmayan birce Turkiye sefirliyidir, hamimiz bilirik ki, dunyanin belli-bashli yazarlari bizim dilde yoxdur, turkce var, indi Kamyunu, Sartre oxumayan bir nesil yetisir, olmazmi ki, Turkiyede chap edilen felsefe, edebi, elmi eserlerin bulundugu bir kitabxana, kultur merkezi achilaydi, hami da orda oxuyaydi. Bu hem de elmin rus tesirlerinden cixardardi. BTC-ye gore milyonlarla dolar qazanan Turkiye bize bir neche yuz min dollar xercleye bilmezmi?
   
   
   
   Bunun ucun ne etmek lazimdir? Olara nece tesir ede bilirek? Sert tenqidlerlemi, yoxsa imza toplamaqlami, ya da ne bilim?
   
   
   
   P.S. Deyesen sefirliyin AYB ile qonsuluqda yerlesmesi olara da burokratiya yoluxdurub. :)
   
   
   
   Sayqilarla..
   
   
   
   QAN TURALI
   
   
   
   
   
   
   
   Keçən həfətə elə bu yerdə gənc tənqidçi Qan Turalının yuxarıda oxuduğunuz məktubunu çap etmişdik.Həmin məktub respublikamızda olan Türkiyə Cumhuriyyətinin nümayəndəliklərini də maraqlandırmış və Türkiyə Cumhuriyyəti TRT televizyonunun Bakı ofisinin şefi Abulhamit bəy Avşardan aşağıdakı məzmunda bir email - məktub almışıq.Türkiyə Cumhuriyytəti Böyükelçiliyinin Kültür və Turizm müşaviri Fethi bəy Gədiklinin də telefonda bizə dedikləri eynən Abdulhamit bəyin fikirləri ilə üst-üstə düşüdüyündən çap etmədik.Azərbaycan türklərinin ən yaxın dostu - bu iki insana aə dövlət məmurlarına öz təşəkkürümüzü bildiririk.
   
   
   
   Abdülhamit bəy Avşarın emaili:
   
   
   
   ----- Original Message -----
   
   From: Abdulhamit Avsar To: toabdin Sent: Tuesday, September 19, 2006 10:24 AM
   
   Subject: Re: Fw: Salamlar...
   
   
   
   Bu konu bizim de icimizi kavuran bir husus. Ancak, bununla ilgili bir hareketlilik, caba oldugunu biliyorum. Insaallah az zamanda gerceklesir de, bizim de yurek agrimiz sona erer.
   
   
   
   Elbette, Qan Turalinin iradlarina katilmamak mumkun degil... Belli ki, kani gibi yuregi de Turk.
   
   
   
   Saygilarimla,
   
   
   
   
   
   
   
   
   
   İnternet xəttindən
   
   
   
   Dünyada 170 min sənət əsəri yoxa çıxıb
   
   
   
   Aralarında çox ünlü rəssamların əsərlərinin də olduğu 170 min sənət əsərinin yoxa çıxdığı bildirilir. Mütəxəssislər Renuarın 167, Rəmbrandtın 166, Varhol un175 və Dalinin 200dən artıq tablosunun olduğunu söyləyirlər.olar bildirilər ki,bu əsərlərdən böyük bir muzey yaratmaq mümkündür.
   
   
   
   
   
   
   
   Bu önəmli əsərlərin bir hissəsi ayrı şəxslərin kooleksiyasından, bir hisəsi muzey və onların saxlaqnlıdğı yerlərdən oğurlnımışdır.İnterpolun təxminlərinə görə, indiyə qədər oğurlanan əsərlərin yalnızca yüzdə 10-nu tapılmışdır.Amerika Federal Soruşturma Bürosuna (FBR) görə, ildə ortalama 6 milyar dollar dəyərində sənət əsəri oğurlanır. Dünyanın bununla bağlı ən böyük mərkəzlərindən olan QS Ə oğurlanmış sənət əsərlərinin sayı 170 mindir. İnterpolun bilgilərinə əsasən 30 min itmiş əsər var. Bəzi ğrular bu çox kıymətli sənət əsərləri üçün çox pul istəyirlər, bəziləri isə həmin əsərlərin dəyərindən aşağı pul tələb edirlər.
   
   

TƏQVİM / ARXİV