DANüZü YAZILARI

TOFİQ ABDİN
22002 | 2006-09-25 14:51
RİZA NUR 20-Cİ İLLƏRİN AZƏRBAYCANI HAQQINDA (2)
   
   (Xüsusi olaraq ?Ədalət? qəzeti üçün)
   
   
   
   Salam Tofiq bəy!
   
   Sizə bir yazı göndərirəm.Bu yazı barədə çoxdandı sizə danışmaq istəyirdim, amma nədənsə hər dəfəsində unudulurdu.
   
   Bu yazı Dr.Riza Nurun 2000 səhifəlik üç cildlik bir kitabındandır. Dr.Riza Nur Atatürkün ən yaxın dostlarından biri olub. Cumhüriyyət qurulduqdan sonra Avropaya gedib,Atatürkə müxaliflik etmişdir. Kitabın adı ?HƏYAT VƏ XATİRƏLƏRİM?dir.
   
   Kitabı yazmış və çap etdirmiş. Avropanın ən önəmli kitabxanalarına göndərmiş və Atatürk öldükdən sonra açılsın deyə şərt qoymuş. İlk dəfə 1960-cı illərdə açılmış. Bir türk alimi görmüş və o kitablardan parçalar çap etdirmiş. Sonra Türkiyədə bu çox mübahisələrə səbəb olmuş.Mübahisələrə baxmayaraq Türkiyədə hissə-hissə çap olunsa da, bütünlüklə nəşr edilməsi qadağan olunmuşdur.Çünki Atatürklə və İnönüylə bağlı bir çox dedi-qodular var.
   
   Bizi maraqlandıran təbii ki, bu dedi-qodular deyil.Bizi maraqlandıran bu adamın 1920-ci ildə Azərbaycana diplomat olaraq göndərilməsi, orda Nəriman Nərimanovla və o dönəmin önəmli şəxsiyətləri ilə görüşməsidir. Hətda Tağıyevin xanımını da ziyarət etmişdir.
   
   Azərbaycandakı qardaşlarımız bilməz, amma Türkiyədə yaşayan bizlər üçün ən maraqlı dönəm Azərbaycanın 27 aprel 1920-ci ildən sonrakı vəziyyətidir.
   
   1920-ci ilin aprel ayına qədər olan hadisələri, Türkiyədə yaşayan o dönəmin Mehmet Emin Resulzadə kimi məsul şəxslərin qələmindən bilirdik.Azərbaycandakı xanlıqlar dövrü, sonra gələn milli hərakatlardan hamımızın xəbəri var.
   
   27 aprel 1927-ci ildən sonra Azərbaycanda nələr olmuşdur? Ruslar və yerli komunistlər xalqla necə davranmışlar? Üsyanlar,etirazlar olmuşdumu? Çox insan öldürülmüşdümü? Bu sualları biz özümüz- özümüzə versək də, əlimizdə o dövrə aid qaynaq, mənbə çatışmazlığından heç cür cavab tapa bilmirdik.
   
   İllər sonrası Almaniyaya getdikdən sonra əlimə yuxarıda adını çəkdiyim üç çildlik bir kitab keçdi. Kitab əslində bir bioqrafik və yazdığım kimi Türkiyədə çap olunması qadağan olunmuş bir kitab. Onun çap olundğu yer Almaniyada bir şəhər və nəşr edən adam da alman familyalı birisi.Kitabın yazarı bir zamanlar Türkiyədə haqqında çox danışılan Dr. Riza Nur idi.
   
   Dr.Riza Nur Osmanlının son dövrlərində Millət Vəkilli olmuş,adı bir sıra hadisələrə qarışdıqdan sonra xaricə qaçmış, sonra da Ankarada başlayan milli hərakata qoşulmuş, Atatürkün yaxın adamlarından biri olmuş,daha sonra yazdığımız kimi Atatürkə müxaliflik etmiş, yenə də xaricə qaçmış bir şəxsiyyətdir. Həyatı enişlər və yoxuşlarla dolu bir şəxsiyət olaraq, Riza Nur Atatürklə yola getməsə də, kitabın bir çox fəsillərində Azərbaycanı da anlatmışdır.
   
   O kitabadan bir bölümü sizə göndərirəm. Əyər xoşunuza gəlsə ƏDALƏT qəzetində çap edərsiniz.
   
   Kitab məndə var.
   
   Salam və məhəbbətlə ...
   
   Orhan.
   
   ***
   
   ?Azərbaycan hökuməti müsavirpərvər insanlar. Bizə yaxşı dərilər və hər birimizə iki dənə gözəl xalça hədiyyə edirlər. Mən götürmədim. Hətda Moskvaya gedərkən hədiyyələri (qırx ədəd xalçayla birlikdə ) qatara gətirmişdilər. Vaqona verib getmişdilər. Qayıtdıqda komissarlardan Behbupsah Tahtenskiye (Behbud bəy Şahtaxtinski) geri verdim.Xalılar da səfirlikdə qaldı.
   
   Darülmüəllimi (unversiteti) gəzdim. Bizlərdən müəllimlər gətirmişlər. Yaxşı işlər də görülmüş. Fəqət, ruslar gəlincə məktəbə hücum etməyə başlamışlar. Türk millətini istəmirlər. Məktəblərdə isə millətpərvərliyi başa salmağa başlamışlar. Əhməd Cavad adında birisi bizdən, nə səbəbdən isə buraya qaçmış, bolşevik olmuş,Bakıda dolaşıb durur. İndi də Türkiyədə Mustafa Kamalın yaxınlarından biriymiş və türk qramatikası və lüğəti yaradırmış. Giritlidir.
   
   Bir gözəl teatr var. Azərilər çox çalışırlar.Gənc türk qızlarından artist yetiqşdirirlər. ?Leyla ilə Məcnun? kimi güclü opera yaratmışlar. Və bunu bir türk bəstələmiş.Oynayırlar. Rolları çox xoşuma gəldi. Fəqət hər şey ibtidai bir vəziyyətdə. Get-gedə inkişaf edər.Zənn edirəm ki, sonralar gözəl türk teatrı məhz burada olacaq. ?Leyla ile Mecnun?, ?Arsin Mal Satan?( ?Arşın Mal alan? olmalı) və daha bir neçə tamaşaya baxdım.Bu əsərlərdən toplaya bildiyim qədər topladım.Aparıb verdim Sinopda kitabxanaya.
   
   Azəri hökuməti kommunist bir Cumhuriyyət. Bu mürəkkəb hökumətin başında Dr. N.Nərimanov var. Bu zat ağlı başında bir adam. Məlumatlıdır, müharirdir ( yazıçıdır) ?Şah İsmayıl? adlı (güman ki, ?Nadir şah? demək istəyir T.A.)) və digər roman, teatr,pyeslər yazan bir bir zatdır. Onunla çox tez-tez və sıxı görüşlərimiz oldu.Baxdım ki,yaxşı bir adam.Ona da etibarımı göstərdim. Açıldı və dedi ki, ?Bolşviklər nə? Bu rəzalət bizə yaramaz.Biz türklərik və millətlə yaşarıq.?
   
   Çox xoşum gəldi. Və onu sevdim.Amma hiss etdim ki, ruslardan yaman qorxur. Haqqı da var. Zarafat yox onlarla. Dərhal insanı öldürürlər.Təssüf ki, bu zavallını da,bir müddət sonra həbs etdilər. Biçarə də öldü. Nəriman Nərimanov Moskva haqqında mənə çox gözəl bilgilər verdi. Bu sözləri Stalinin hakim və təkbaşına idarəçiliyinə işarət idi.
   
   Bir gün Nərimanov türkcə üçün latın hərflərini qəbul və tətbiq edəcəyini söylədi.Buna çox tərəfdardı. Ona ?Gəl sən bu işdən vaz keç deyə bir şey dedim.Və nəhayət türk yalnız siz deyilsiniz, bu səbəbdən eləyə bilməzsiniz.Bu ümumi bir mərkəzlə olur. Bir az təfriqə qoxusu gəlir bu işdən?-dedim.
   
   Razı oldu. Vaz keçdi.Bu sürətlə hərf təbdili (dəyişimi ) üç- dörd il geri qalmış oldu.
   
   Mən ?ONA TÜRKİYƏ VƏ AZƏRBAYCAN ARASINDA BİR MÜBADİLƏ ANLAŞMA YARADAQ?-dedim. BUNDA MƏQSƏDİMİZ AZƏRBAYCAN MÜSTƏQİL BİR DÖVLƏT OLARAQ TANITMAQDIR.?
   
   Can attı. Haralara getdi-gəldi və bir şey alınmayacağını söylədi.
   
   Bir çox məclislərdə olduq.Azərilərin həyatını da öyrənirdik.Yeyirlər, içirlər və süfrədən qalxıb kişili, qaldınlı rəqs edirlər.Rəqsləri və mahnıları eynən bizimkilər kimi. Bir dəfə də bizi Nərimanov dəvət elədi. Yedik-içdik, oynadılar çaldılır. Burada birisi diqqətimi çəkdi. Uzun incə bir adam.Çox içmişdi deyəsən,möhkəm sərxoş idi. Yanında bir qadın da vardı.Ona da göbək atdırırdı. Ha fikirləşdim ki,bu adamı harda görmüşəm: Yadıma düşdü. Bu adam yolda qatarımıza minmişdi. Bakıya qədər bizimlə gəlmişdi.Bizdən bəzi şeyləri soruşurdu. Nərimandan soruşdum. ?Rus cəsusudur??. Həmin adam İbrahim Əbilov idi.
   
   Ankaraya dönüşümüzdə Azərbaycanın səfiri, Mustafa Kamalın ən baş və mərhəm dostu olaraq tanıdım.
   
   Azərbaycanda da hökumət var.Hökumət rəsmi yazışmaları Türkcələşdirmək, hər şeyi milliləşdirmək istəyir. Fəqət,hökumətin əlində heç bir ixtiyar yox. İdarçilər Moskvalılar və Bakıdakı ruslardır. Bəlkə də mütəxəssis, məmur tapa bilmiirlər. Faciə?Yetişməmiş bir xalq. Buraya topal İlvafov adında,digəri gürcü olan Urqenidze və bir başqa gürcü təyin etmişlər. Hər şey bunların əlində. Doğrudan doğruya Stalinin adamları.İkisi də qara cahil. İlk görüşdə əlimi necə sıxdılarsa, sanki əlim qopacaqdı. Əlləri əl deyildi.Məngənə kimi bir şey və ziyillərlə dolu bir əl?
   
   
   
   ***
   
   ORXAN ARAS KİMDİR?
   
   (özünün təqdimatı )
   
   
   
   1969 yilinda Igdirda dogdum.Ilk okulu ve Ortaokulu Igdirda okudum.Ortaokuldan sonra imtihanla girdigim Ögretmen okulunu kazandim ve Artvin,Kars ve Erzurum Ögretmen okullarinda okudum.
   
   
   
   Istanbul Edebiyat fakültesini kazandim ama kaydolmadim. 1988 de Almanyaya geldim.Almanyada Iktisat fakültesini bitirdim.
   
   
   
   1990 yilinda Azerbaycan Türkleri Federasyonunun kurulus calismalarina katildim.Bütün Avrupada Azerbaycan dernekleri kuruldu.
   
   Ilk siir kitabim "KARABAGIN GÖZYASLARI" 1990 yilinda Istanbulda basildi.Avrupada yayinlanan cesitli dergi ve gazetelerde makalelerim ve siirlerim yayinlandi.
   
   Azerbaycanla ilgili calismalarimizi anlatan ikinci kitabim "AZERBAYCAN DAVAMAIZ" isimli kitabim yine Istanbulda yayinlandi.
   
   
   
   2002 yilinda ücüncü kitabim "ASKLAR DAHA ÖLMEDI",2004 yilinda dördüncü KITABIM "AYRILGIN RENGI HÜZÜN" kitabim yine Istanbulda,Boyut yayinlarindan piyasaya cikti.
   
   Son kitabim,DEUTSCHLAND GIB MIR EIN WENIG LIEBE,(Almanya bana biraz sevgi ver) Almanyada Almanca yayinlandi.
   
   
   
   Not: Orxan Aras çox-çox illər öncəsi dədələri erməni zülmündən Qarsa yerləşən bir azəri türk çocuğu (balası)
   
   
   
   
   
   
   
   
   
   
   
   BİR NEÇƏ SƏTİRDƏ
   
   TƏNQİDÇİ QAN TURALIDAN MƏKTUB VAR
   
   Not: Tənqidçi Qan Turalı məni e-mail adresimə çox maraqlı bir məktub göndərib.Həmin məktubun daha böyük bir ictimai güc daşıdığını nəzərə alıb onu kiçik bir əlavə ilə çap edirik.Əlavəmiz bu adreslərdir :
   
   
   
   Türkyiə Tumhuriytəi Böyükelçilyi Kültür və Turizm müşavirliynə
   
   Türkiyə Cumhüriyəti TRT televizyonu təmsilçiliiyinə
   
   ?Ədalət? qəzeti redaksiyasına
   
   
   
   Salam Tofiq abi...
   
   Size bir iradimi bildirmek isteyirem, eslinde bu irad size deyil, Edaletdeki yazinizi cox beyendim, amma tam oxuya bilmeidm, sriflteri hamsi qarisib bir-birine, bir az da xeste idim, chole cixa bilmedim, bele pis olur, yaxsi yazilari Aklatoran foruma zada yerlesirmek, ya da linkle kimese gondermek olmur, sabah Axundovda oxuyaram, o problem deyil.
   
   525-de yazdiginiz yazini da oxudum, size bir seyi danismaq isteyirem, bu shey sizin de aglinizdan kechmemish deyil.
   
   Burda o qeder Sefirlik var, aralarinda yeqin ki, medeniyyet merkezi olmayan birce Turkiye sefirliyidir, hamimiz bilirik ki, dunyanin belli-bashli yazarlari bizim dilde yoxdur, turkce var, indi Kamyunu, Sartre oxumayan bir nesil yetisir, olmazmi ki, Turkiyede chap edilen felsefe, edebi, elmi eserlerin bulundugu bir kitabxana, kultur merkezi achilaydi, hami da orda oxuyaydi. Bu hem de elmin rus tesirlerinden cixardardi. BTC-ye gore milyonlarla dolar qazanan Turkiye bize bir neche yuz min dollar xercleye bilmezmi?
   
   Bunun ucun ne etmek lazimdir? Olara nece tesir ede bilirek? Sert tenqidlerlemi, yoxsa imza toplamaqlami, ya da ne bilim?
   
   P.S. Deyesen sefirliyin AYB ile qonsuluqda yerlesmesi olara da burokratiya yoluxdurub. :)
   
   Sayqilarla..
   
   QAN TURALI
   
   
   
   
   
   
   
   
   
   
   
   BİR NEÇƏ SƏTİRDƏ
   
   
   
   NƏSRƏDDİN XOCA
   
   AVROPA BİRLİYİNDƏ
   
   
   
   AVROPA BİRLİYİNİN MƏRKƏZİ, BELÇİKANIN PAYTAXTI BRÜSSELDƏ TÜRKLƏRİN DAHA ÇOX YAŞADI?I RYE GALLAİT KÜÇƏSİNDƏ NƏSRƏDDİN HOCANIN HEYKƏLİ QOYULACAQ.
   
   
   
   Brüsselin Schaerbeek Bələdiyəsi ilə Türkiyə Cumhuriyəti Brüssel Böyükelçiliyinin təklifi ilə Kültür Bakanlığı tərəfindən hazırlanaraq Brüsselə göndərilən heykəl, Türklərin daha sıx yaşadığı Gallait küçəsindəki (Rye Gallait) meydanda qoyulacaq.
   
   ?Nəsrəddin Hoca Türkləri, eşşək bizi təmsil edir?-Schaerbeek Bələdiyə Başqanı Bernard Clerfayt, verdiyi açıqlamada, ?Bizim bələdiyənin simvolu çalışqan və ağıllı bir eşşək. Həykəldəki Nasrəddin Hoca, türkləri, eşşək isə schaerbəkliləri təmsil edəcək. Hocamız Brüsselə xoş gəldi, səfa gəldi. Bu iş çox çətin başa gəldi.Ona yer tapmaqda da çətinlik çəkdik.Amma sonunda Nəsrəddin Hocaya bir yer tapdıq.irqçiliyin və düşmənçiliyin ortada meydan suladığı bu günlərdə Nəsrəddin Hocanın xoşgörüsünə, zarafat və zəkasına çox ehtiyacımız var?-demişdir.Heykəlin Sentyabr ayının ikinci yarısında açılışı olmuşdur.Heykəlin açlışında Nəsrəddin Hocanın Konyanın Akşəhər bölgəsində yaşayan nəticələri də Belçikaya dəvət edildi. Nəsrəddin Hocanın heykəlini Kültür Bakanlığı tərəfindən İbrahim Hakan Atalay ilə dostları Murat Gülər, Sərkan Özkan, Betül Yılmaz və Sinan Atik düzəltmişlər.Yüksəkliyi 3 metrə 70 sm olan heykəl 300 kilo ağırlığındadır.
   
   
   
   
   
   
   
   
   
   

TƏQVİM / ARXİV