adalet.az header logo
  • Bakı 20°C

Qadınlara arzum yoxdu

CEYHUN MUSAOĞLU
61697 | 2014-03-08 12:34

Nəinki bütün günlər, bütün saatlar qadınlarındı. Daha xırdalığa gedib, dəqiqələr, anlar deməkistəmirəm. Onsuz da deyəcəyimiz ən yaxşı sözlər, verəcəyimiz yüksək önəm həmişəazdı. Həmişə belə düşünmüşəm ki, dünyanın cəmi iki möcüzəsi var: qadın vəmusiqi. Qadınsa ən möhtəşəm musiqidi.

Zadə qeyri-səlis məntiqi kəşf etdi və bütün dünyanıbu məntiqlə yaşamağa yönəltdi. Qeyri-səlis məntiqə görə, 0-la 1 arasında sonsuzsayda əməliyyat rəqəmləri var. Yəni qərarlar bitmir. Tibb elmi də sübut edibki, kişi beyni ilə qadın beyninin qurluşu arasında fərq var. Kişi beyni 2 qərarverməyə hesablanıbsa – "hə” və "yox” a, qadın beyni bir situasiyada 5qərar verə bilir. 

Qərar vermə imkanlarının sayı çoxaldıqca vəziyyətdən çıxışyolu asanlaşır. Deməli, insan beyninin quruluşu qeyri-səlis məntiq üzərindəyaradılıb. Ona görə də dünya yalnız qadınlardan, yaxud yalnız kişilərdən ibarətdeyil. Belədə ehtiyatda olan qərarların sayıazalardı. Qərarlarımızın sayını çoxaldan və kişilərə vəziyyətlərdən çıxmaq üçünseçim imkanları yaradan qadınlarsız dünya yox olardı. Ona görə qadınlara sülhpərvərqüvvə deyilir. Dünyanı yox olmağa qoymayan qadınlara, arzum yoxdu. Onlar zatənali varlıq səviyyəsinə çoxdan çatıblar. Daha nə arzulayım ki?..

TƏQVİM / ARXİV