Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | MONMARTR, 18-40 Adalet.az | MONMARTR, 18-40 Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MONMARTR, 18-40

20030    |   2014-03-08 01:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heç nömrələri yadımda saxlayan deyiləm. Əzbər bildiyim 3-4 telefon nömrəsi var. Maşın nömrələri barədə isə söhbət belə gedə bilməz...
Bəs, bu nömrə niyə yaddaşımda ilişib qaldı?! Uzaq bir ölkə, dilini bilmədiyim adamlar, əxlaqını bütünlüklə həzm edə bilmədiyim millət...
Deməli, rəqəmlər biz düşündüyümüz qədər də quru və cansız deyillərmiş. Hətta bəzən ən şirin sözdən, ən dolğun cümlədən də tutumlu, etkiləyici ola bilirlər. Yəqin ona görə ki, rəqəmlər də təsadüfdən deyil, təbiətdə olanların insan fikrində inikasından yaranmışlar və hər birinin öz enerji yükü, təsir gücü var...
Hə, yəqin ona görə yadımda qalıb ki, bu rəqəmlərdə bir sevgi... Yox, sevgi hələ yoxdu. İşartısı var, gözlənilir, nəfəsi duyulur. Hələ ki, bu iki nəfərin qəlbində çaşqınlıq yaradır, anlaşılmaz duyğular burulğanına salıb fırladır...
Hər ikisinin qəlbində yaşanmış sevginin göynərtiləri qalıb. Zahirən adi, normal yaşasalar da içlərindəki qaranlıqla əlbəyaxadılar. Sevdikləri və itirdikləri insanların xatirələri çox zaman real həyatda gördükləriynən üzbəüz qalıb yaşamaq həvəslərini təhlükə altına alır. Hər şeyin arxada qaldığını güman edirlər. İrəlidə bir şey var: övladları və onların qayğıları. Öz həyatlarını bitmiş, qəlb çırpıntılarını tükənmiş bilirlər.
Yaxşı ki, belə deyil...
Yaxşı ki, insan deyilən varlıq belə yaranmayıb...
Onun yaşam sevdası, sevib-sevilmək istəkləri bitib-tükənən deyil...
Yaxşı ki... Yaxşı ki...

***

Özlərini yeni sevgilərə, həyəcanlara hazır bilmirlər. Onlara görə hər şey yaşanıb və... tükənib. Ancaq vəzifələr qalıb. İş həftəsini başa vurmaq... Var gücləriynən çalışmalı, başlarını qatmalı, istirahət günlərində də uşaqlarını məktəbdən alıb qalan vaxtlarını onlara həsr etməlidirlər. Təki tək qalmasınlar, xəyala dalmasınlar, yuxular görməməkçin bərk yorulub ölü kimi yatağa düşsünlər.
Daha nə var ki, baş qatacaq, ömrü mənalandıracaq?! İstirahət günlərini nahaq yerə "qara bazar günləri" adlandırmırlar ki?!
Taleyinsə qələmi öz işindədi. Küskünləri həyatla barışdırmaq, ya da rəngləri bir az da tündləşdirmək missiyasını əlindən verən deyil...
Tamaşaçı sevginin ilıq nəfəsini hiss edir. O, bu hisslərin yaranacağını Kişi və Qadının ("Kişi və qadın" filmi) özündən qabaq anlamışdı. Qalır bu hisslərə alışmaq və onu yaşamaq. Deyəsən, asan olmayacaq. Hamının yarası tez sağalmır. Hamı tez unudub, tez də öyrəşə bilmir. Əvvəlki sevgilər ürəklərdə möhkəm yuva qurublar və oranı asanlıqla, iz qoymadan, yaralamadan tərk eləmək fikrində deyillər. Gizli xəyallarsa ətrafdakı dirilərdən daha canlıdılar. Heç ürək sahibləri də onlardan ayrılmaq, biryolluq unutmaq fikrində deyillər...
Bəs, necə olsun?!
Ölənlə ölmürlər... Yaşayanla yaşayırlar...
Diri olan həmişə güclüdü...
Qanundu bu. Və biz hamımız heç bir yerdə yazılmayan bu əzəli və əbədi qanunun qarşısında gücsüzük...
Bununla barışmayanımız könüllü olaraq diriləri qoyub ölülərin yanına getməyi seçir...
Keçmiş asanlıqla qopmur yaxamızdan... Eləsindən də biz qopmaq istəmirik. Keşkə, keçmişimizi andığımız qədər, gələcəyimizi də düşünsəydik. O zaman qazandığımız itirdiyimizdən çox olardı bəlkə də...
Bu iki adam da iki can arasındadı. Hər biri öz aləmində xəyalındakı Ölü və qarşısındakı Diri ilə vuruşur...
Hətta bir müddət ölülər qalib gəlir. Ayrılırlar. Alınmır. Səhv ediblər, özlərini aldadıblar. Unutmaq, hər şeyi təzədən başlamaq onların işi deyil. Heç biri artıq yanında olmayan sevgilisini unuda bilmir. Heç istəmirlər də. Qəlblərində təzə sevgiyə, ikinci adama yer yoxdu. Neyləmək olar?! Qoy belə olsun! Ayrılacaqlar və bundan sonra hər kəs öz həyatını davam etdirəcək...
Sanki heç görüşməmişdilər...

***

Kim deyir ki, biz öz duyğularımızın ağasıyıq?! Nə ömrümüz, nə yaşantılarımız bizlik deyil. Sahibi var onların...
Uca Sahib deyən olur həmişə...
Bizsə müti şəkildə icra edirik...
Və bir də... yaxşı ki, sevginin sirri açılmır. Yoxsa... Allah bilir, adamlar ona nələr qatardılar...
Kişi belə bir teleqram alır: "Afərin! Mən səni sevirəm!"
"Qadın belə teleqram göndərəndə mütləq onun yanına getməlisən!"
Vəssalam! İndi hünərin var, alın yazısına müdaxilə elə...

Vəsilə USUBOVA
vasila-usubova@mail.ru


İmza:

YAZARIN ARXİVİ

2015-01-10 : ƏN UZUN GECƏ
2014-11-15 : QIRMIZI İP
2014-07-12 : GEC OLMAYAN
2014-07-05 : SAMAN ÇÖPÜ
2014-06-21 : GÜNAHSIZ
2014-06-14 : GÜNAHSIZ
2014-06-07 : GÜNAHSIZ
2014-05-31 : GÜNAHSIZ
2014-05-24 : GÜNAHSIZ
2014-05-17 : GÜNAHSIZ
2014-05-09 : GÜNAHSIZ
2014-05-03 : GÜNAHSIZ
2014-04-26 : GÜNAHSIZ
2014-03-15 : SONUNCU YARPAQ
2014-03-08 : MONMARTR, 18-40
2014-03-01 : Marsa da uçsaq
2014-02-22 : DƏRD ZİRVƏSİ
2014-02-15 : GEC DƏ OLSA...
2014-01-25 : GÜNDƏLİK
2014-01-18 : XİLASKAR
2013-10-12 : NƏNNİ
2013-09-21 : PAYIZ GƏLİR...
2013-08-17 : ADSIZ DUYĞULAR
2013-08-03 : ƏHYA GECƏLƏRİ
2013-07-06 : Sən dönsən...
2013-06-22 : KÖYNƏK
2013-05-25 : ÖZGƏ DƏRDİ
2013-02-09 : AĞILDAN BƏLA
2013-01-26 : DARIXAN ADAMLAR
2013-01-19 : DƏLİLİK ZAMANI
2013-01-12 : ƏSKİ YARALAR
2012-12-01 : SUSUZ DƏNİZ
2012-09-22 : GƏLDİN...
2012-09-15 : BİR QUCAQ SABAH
2012-09-08 : ANGEDONİYA
2012-08-18 : "DÜBEYTİ"
2012-06-30 : O TƏNHA AĞAC...
2012-06-02 : AĞ QARANQUŞ
2012-02-18 : HARMONİYA
2012-01-14 : QONŞU QIZ
2011-12-31 : TƏLƏSİRİK...
2011-12-10 : AYAQYALIN
2011-11-19 : XƏZAN YELİ
2011-10-15 : TƏSƏLLİ
2011-08-06 : DƏYİRMAN
2011-07-16 : ÇOX AZ ŞEY
2011-06-25 : SAVAŞIN 70 YAŞI
2011-05-14 : "QARA QUTU"
2011-03-19 : VƏDƏ KÜLƏYİ
2011-03-05 : KİŞİSİZ...
2011-02-26 : YAZA NƏ QALDI?!.
2011-02-19 : ADİ HƏYAT
2010-12-31 : İL KEÇDİ...
2010-11-06 : İMTİNA
2010-08-21 : KİBRİT FALI
2010-07-24 : YEL DƏYİRMANI
2010-05-08 : XİLASKAR
2010-04-10 : QİYAMƏT
2010-03-20 : XINAYAXDI
2010-02-27 : BOŞLUQ
2010-01-09 : KARVAN GETDİ...
2009-12-26 : YUXU KİMİ...
2009-12-19 : DARIXANDA...
2009-12-12 : İMTAHAN
2009-12-05 : QUYU
2009-10-17 : ELDƏN AYRI...
2009-10-10 : GÖZÜ YOLDA...
2009-10-03 : TARAZLIQ
2009-09-26 : ...YALVARMA!
2009-09-12 : İLĞIM
2009-09-05 : BİR STƏKAN ÇAY
2009-08-08 : QIRMIZI
2009-08-01 : SƏKKİZ SAAT
2009-07-11 : AĞIRLIQ
2009-04-25 : SIĞINACAQ
2009-04-11 : SÖZ VAXTI
2009-02-14 : ÜÇÜNCÜ YOLÇU
2009-01-31 : BİXƏBƏR
2009-01-24 : QIRMIZI VƏ QARA
2009-01-17 : BAŞQA ADAM
2009-01-10 : 3 SAATLIQ NƏFƏS
2008-12-31 : QUM SAATI
2008-12-13 : QURBANSIZ
2008-11-22 : CİDDİ MÖVZU
2008-11-15 : ÜMİD VƏ QORXU
2008-11-01 : AĞ YOL
2008-10-18 : AG VƏ QARA
2008-10-11 : KÜTLƏ
2008-09-20 : TƏSƏLLİ
2008-09-06 : YAZIQLIQ
2008-08-23 : ATA EVİ
2008-08-02 : ÇAY PULU
2008-07-05 : YADDAŞ AĞRISI
2008-06-14 : ÇƏRÇİVƏ
2008-04-19 : SÖZ ARDINCA...
2008-03-30 : İRƏVANLILAR
2008-03-20 : YAZA ÇIXDIQ...
2008-03-08 : UTANCAQ
2008-02-23 : BOZ AY
2007-12-15 : DARIXAN ADAMLAR
2007-12-01 : BİZƏ QALSA...
2007-11-24 : İŞIQSIZ DÜNYA
2007-10-27 : ETİRAF
2007-10-06 : GÜNLƏR VARDI...
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (42.86%)
"Sevilya" (57.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK