adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YENi PROYEKTiMiZ: ALTMIŞINCILAR

TOFİQ ABDİN
15308 | 2012-10-06 00:08
"Altımışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur.Bunun nədən olduğunu mən araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altımışıncı illəri təkcə bizim məmələkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.Məsələn, sevgili Türkiyə cumhuriyyətində ALTIMIŞINCILAR adıyla bir dərnək də var. Həmişə gönlümdən keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun,amma bizlər ayrı Türkiyə ayrı.Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil tərəfindən heç də gönül xoşluğu ilə qarışılanmayıb. Açığını deyim ki,hətta onları insafla müdafiə edənlər də qınaq sahibi olur. Mən onların müdafisinə qalxmaq məqamında uzağam. Sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim. Ən çox o yaradıcıları ki, onlar ədəbiyatçı deyillər.Yazar-çizər deyillər.Amma bu sırada yazarlar da ola bilər. Daşlaşmış "ALTIMIŞINCILAR" sırasına salınmayan ALTIMIŞINCILAR da olub. Kimlərdir bunlar?
   
   Altmışıncı illərdə respublikamızda gedən proseslərdə ən başlıcası Azərbaycan Milli azadlıq hərəkatı və ona doğru yolda Bəhlul Abdullanın xüsusi bir yeri olduğu məncə kimsədə şübhə doğurmaz. O zaman Z-cü Sverdlov küçəsi, sonradan Mirbəşir Qasımov küçəsindəki 24-nömərli ünvanda toplandığımız günlər və orada elədiyimiz söhbətlər, bu toplantıların məğzi barədə mən DÖVLƏT ÇEVRİLİŞİ kitabımda geniş yazmışam, amma həmin kitabada yaddaşın "namərdliyi" ucbatından bir çox isimlər sıradışı qalıb. O hadisələrin içində yazarlar Azər Abdulla, Bəhlul Abdulla, Əli Həsənov və Əsgər Məmmədov da olmalıdır. Bu adamlar arasında mənə görə Bəhlulun ayrıca yeri var və onun 90-cı illərdə baş verən proseslərdə iştirakı və tutularaq bir neçə azərabycanlı ziyalısı ilə götürüldüyü, uzun bir müddət Rusiyanın türmələrində saxlandığı kimsənin yadından çıxmayıb.
   
   Bəhlulu bu işlərə vadar edən nə idi? Əslində bu bir aptal sorudur, ona görə ki, mənim və mənim yaşıdlarımın bu işdə nə işi vardısa da, Bəhlul bəyin də məhz amacı o idi və üstəlik də Bəhlulun folklor uğrunda apardığı mübarizədə elmdən başqa bu millətin var oluşunun ta uzaq əsrlərə dayandığını sübuta aparan yolda addım idi. Bəhlulun 60-cı illərdə və daha sonralar 90-cı illər hərakatındakı xüsusi yeri bəlkə də, haradasa Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərində qalmaqdadı və inanıram ki, günün birində Bəhlul Abdullanın 90-cı illərdə həbs olunaraq, Rusiyanın həbsxanalarında böyük qorxu altında keçirdikləri saatlar araşdırılacaq və onun bioqrafiyasındakı əskiklikləri dolduracaq.
   
   Əslində Bəhlul Abdullanın 90-cı illərdəki hərəkatda yeri 60-cı illərdəkindən tamamilə fərqlənir. Ona görə ki, şayət 60-cı illərdə Bəhlulun Azərbaycanın müstəqilliyi və Bütöv Azərbaycan hərakatında iştirakı bir az gənclik və qızğınlıq tonunda baş vermiş olsa da, 90-cı illərdəki iştirakı artıq çox sanballı bir alimin və ziyalının ağıllı düşüncə ilə və məqsədli olduğu artıq hamımıza məlumdur. Dostlarından birinin dediyinə görə, Bəhlul Abdulla tam bu yolun yoçusu deyilmiş (yəni inqilabçı deyilmiş), amma mənə elə gəlir ki, 60-cı illərdən başlanan və otuz il davam edən fikri bir mübarizənin sonucu olaraq Bəhlulun milli azadlıq hərakatında çarpışması və bizlərdən fərqli olaraq həbs olunması gözlənilən bir şeydir.
   
   Uzun illər bir şəhərdə yaşamaq və bu şəhərin dünənində yaxın olub taleyin müxtəlif çarpışmasında eyni şəhərdə olsan da uzun illər görüşməməyin əzabını o zaman çəkirik ki, o zaman da artıq çox gec olur. Mənimlə Bəhlul arasında olan uzun illərin ayrılığının acısı indi məni düşündürsə də, taleyin hökmü ilə bacarmadığım ortada. Altmışıncı illərin Bəhlulu mənə o qədər əziz idi ki, gərək son illərin Bəhlulsuzluğu məni ayıldaydı. Təəssüflər olsun ki, bu olmadı, amma bu iş üçün ailəsi ilə danışanda həyat yodaşının məni tanıdığını və çox mehriban səslə qarşıladığından hiss etdim ki, mənsiz də o ailədə adım anılıb. Günah məndə olub ki, bunu vaxtında hiss eləməmişəm.
   
   Bəhlul Abdulla elm camiəsində çox hörmətli bir alim və ziyalı olub. Bunu onun tutduğu vəzifələr, yazdığı kitablar açıq-aydın sübut etməkdədir. Üstəlik də onun alim dostları Bəhlul haqqında danışmaqdan əziyyət çəksələr də, inkar da etmədilər.
   
   TƏƏSSÜFLƏR Kİ...
   
   Birinci yazımın başlanğıcına qayıdıram:
   
   ...Başlanğıc üçün mənə görə sadəcə Bəhlul Abdulla olan gözəl folklorçu və unudulmaz bir ziyalı haqqında yazmağın çətinliyini hiss etdiyimdən ALTMIŞINCILAR sırasında yeri olduğu üçün iş bir az asan olsun deyə onu tanıyanlara müraciət etməyi düşünüdüm.
   
   Düşünürəm ki, aşağıdakı ibrətamiz fikirləri oxusanız mənim nədən bu başlığı seçdiyimin anlamını bilərsiz. Öncədən bunu deməyi də borc bilirəm ki...
   
   ( bu arada mərkəzdəki iş yoldaşlarımdan biri mənə yaxınlaşır və soruşur: bu Abdin nə deməkdir, sən bunu hardan tapmısan?
   
   İzah etməyə çalışıram və yenə də soruşur: yaxşı, əvvəlcədən sənin adın, familin necəydi: yenə də təkrar edirəm dediklərimi: qardaşım, mən heç nə əlavə eləməmişəm, sadəcə mən TOFİQ MƏHƏRRƏMOĞLU ABDİNOVAM və "ov"u atmışam.
   
   Adam şəkilidi, bilmirəm məni dolayırdı, bilmirəm nədisə, yazacağım şeyi unutduğum üçün: bax ha, gör kimlərlə işləyirəm deyib, nöqtəni qoydum)...
   
   Aha, nəyi yazacağımı xatırladım:
   
   bizim çox işlətdiyimiz iki fikir hər zaman məni düşündürüb:
   
   Birincisi: çalış ölmə!!!!!!
   
   İkincisi: öldün, hər şey bitdi.
   
   Bu iki fikrin ikisi də ağırdı. Yəni şayəd bizim gözəl türklüyün düşüncə tərzinin malı budursa, bu çox acıverici bir şeydi. Amma görünür bu acıverici fikirlər təkcə bizə məxsus deyil.
   
   1974-cü il. Böyük rus rejissoru, yazarı, kinossenaristi və aktyoru Vasili Şukşin çəkiliş zamanı qəflətən vəfat edir... Mən həmin günlərdə Moskvadayam və onun dəfnində iştirak edirəm.
   
   ...Sonradan bu mərasim haqqında mənim yazım QOBUSTAN toplusunda çap olunur. Həmin yazıda aşağıdakı sətirlər yer alır:
   
   "...Sonradan mən Şukşin haqqında jurnalist G.Boçarovun məqaləsində oxudum: "Ölümündən cəmisi bir neçə gün keçməmiş, hələ torpaqla bədəni soyumamış Şukşinin ünvanına - yaşadığı evə, Kinematoqrafiya komitəsinə 160 mindən çox məktub gəlib. Bu məktubları göndərənlər onun ölümünə yanan adamlar idi. Novodeviçye qəbiristanlığında onun məzarının üstündə gül-çiçək, qırmızı başınağacı budaqları arasında poçt kağızlarına, adicə şagird dəftərindən cırılmış vərəqlərə, bloknot vərəqlərinə rast gəlmək olardı. Bu adamların ona son sözü, son məhəbbəti idi. Vida sözləri idi!
   
   Şukşinin cənazəsini Moskvaya yola salanda (Şukşin "Onlar Vətən uğrunda vuruşurdular" filminin çəkildiyi kənddə keçinmişdi) adamlar təyyarəni uçmağa qoymurmuş. Deyirlərmiş: "biz vidalaşmaq istəyirik. Tabutun ağzını qapamayın. Bağlamayın tabutu".
   
   Biz onu sevə bilmədik!
   
   Biz - yəni kim?
   
   Yenə də həmin məqalədə oxuyuruq: "Əgər biz Şukşin haqqında danışırıqsa, ona gəlin belə bir faktı da qeyd eləyək. Ölümündən bir neçə gün sonra mən Şukşinin məşhur həmkarlarından bir neçəsindən onun haqqında söz söyləməyi xahiş etdim. Görün nə oldu: Onlar bir neçə kəlmə deməyə vaxt tapmadılar. Təkcə bir gün, bir saat ərzində yox, hətta bir neçə gün ərzində. Bir nəfər məşhur sənət ustası, intelektual bir tərzdə əlimi əlinə alıb: "Əzizim sən bir saat deyirsən. Axı mən o bir saatı hardan tapım sənin üçün?
   
   Başqa bir məşhur kinematoqrafçı üç gündə otuz dəqiqəlik vaxt tapa bilmədi ki, üç kəlmə desin. Tapa bilmədi.
   
   Üçüncü...
   
   Dördüncü adam isə: "bəlkə üç-dörd ay sonra görüşək. İndi Şukşinin bu yox vaxtında, onun ölüm ab-havası soyumamış bir zamanda, incəsənətimizin çətin bir anında mənə söz demək çətindir. Mənə bu barədə düşünmək çətindir".
   
   Mənə də çətindir. İndi mən belə adamları günahlandırmıram. Yox, onları günahlandırmıram. Mən şəxsən həmin adamların insanlıqdan, gözəl keyfiyyətlərdən danışan filmlərinə baxmayacağam. Lap həmin filmlər sənət incisi olsa da getməyəcəyəm.
   
   Mənə elə gəlir ki, mənim belə acıqlı, belə hirsli, belə kəskin yaşamağımı düzgün başa düşəcəklər".
   
   İNSAFƏN SONRADAN AYDINLAŞACAQ Kİ...
   
   Bəlkə mən müraciət etdiyim adamlarla ünsiyyət qura bilmirəm. Ola bilər. Bu istisna deyil, çünki Bəhlul müəllimin qızı Nilufər xanım mənə bir kitab gətirir və həmin kitab alim Bəhlul Abdullayevin 70 illik yubileyinə həsr olunmuş bir kitabdı.
   
   Düşünərsiniz: nə olsun, indi epey kitablar çap olunur və alim Bəhlul Abdullayev haqqında bir kitabdı də çıxıb, olsun çıxan min kitabdan biri. Bu cür düşünməyə də haqq qazandırmaq olar. O acıdan ki, həmin kitab Xəzər Universiteti Nəşriyyatı tərəfindən çap olunub və nə yaxşı ki, Bəhlul Abdullayev bir vaxtlar bu universitetdə dərs demiş və onun tələbələri (!!!!!!!!!!!!!!!!) müəllimlərinə olan müqəddəs borcların bu cür ifadə etmişlər və yaxud bu kimin təşəbbüsüdürsə, Allah yardımcısı olsun.
   
   Oxucu diqqəti üçün deyim ki, həmin kitabda Bəhlul Abdullayevi sevən alimlərin və sırdan insanların çox səmimi sözləri var. Akademiklər Bəkir Nəbiyev, Teymur Bünyadov ,alimlər İsaxan Aşurov, Qəzənfər Paşayev, Nizaməddin Şəmsizadə, Qəzənfər Kazımov, Axund Hacı Soltan (burada bir parantez açım: sən demə, Bəhlul bəy də Haca getmiş və o da Hacı titulunu qazanmış və çox layiqli olaraq qədim Bəhlul adına bir HACI da əlavə olunmuşdur, mübarək olsun. Zarafat üçün deyim ki, bu titul ona o əbədi dünyada nə dərəcədə yarayır bilmirəm, biz yeri Cənnət olsun, deyək) və başqaları Bəhlul müəllimin həyatından maraqlı faktlarla oxucuları tanış edir.
   
   ***
   
   NOT: Tanımayanlar üçün bioqrafik bilgilər birinci yazımızda.

TƏQVİM / ARXİV