adalet.az header logo
  • Bakı 20°C

YENi PROYEKTiMiZ: ALTMIŞINCILAR

TOFİQ ABDİN
14848 | 2012-09-29 00:12
"Altımışıncılar" dedikdə adətən yazıçıları nəzərdə tuturlar və bütün vurhəşir də bildiyimiz kimi hər zaman onların başında olur.Bunun nədən olduğunu mən araşdıran deyiləm,amma bunu bilirm ki ALTIMIŞINCILAR təkcə ədəbiyyatda deyil, sənətin bütün sahələrində özlərini göstərməkdə idi. Və mənə elə gəlir ki, dünyamızın altımışıncı illəri təkcə bizim məmələkətdə deyil, başqa məmləkətlərdə də eyni anlamda intibah illəri kimi yaddaşlara həkk olunub.Məsələn, sevgili Türkiyə cumhuriyyətində ALTIMIŞINCILAR adıyla bir dərnək də var. Həmişə gönlümdən keçib belə bir təşkilat və ya dərnək bizlərdə də olsun,amma bizlər ayrı Türkiyə ayrı.Hər zaman adları ortalıqda hallanan yazar və sənət adamları sonrakı nəsil tərəfindən heç də gönül xoşluğu ilə qarışılanmayıb. Açığını deyim ki,hətta onları insafla müdafiə edənlər də qınaq sahibi olur. Mən onların müdafisinə qalxmaq məqamında uzağam. Sadəcə onlardan bəzilərini yenidən xatırlatmaq istərdim. Ən çox o yaradıcıları ki, onlar ədəbiyatçı deyillər.Yazar-çizər deyillər.Amma bu sırada yazarlar da ola bilər. Daşlaşmış "ALTIMIŞINCILAR" sırasına salınmayan ALTIMIŞINCILAR da olub. Kimlərdir bunlar?
   
   Başlanğıc üçün mənə görə sadəcə Bəhlul Abdulla olan gözəl folklorçu və unudulmaz bir ziyalı haqqında yazmağın çətinliyini hiss etdiyimdən ALTMIŞINCILAR sırasında yeri olduğu üçün iş bir az asan olsun deyə onu tanıyanlara müraciət etməyi düşünüdüm.Və nə gözəl bir başlanğıc: bu adamların qısa danışıqları vaxtı (mobil telefonda danışırdıq!!!!!!!) çox gözəl şeylər mənim əlimdən tutdu.Təbii ki, mənim özümün fikirlərimdən qırağa atüstü deyilənlər o qədər gözəl və o qədər nəcib, isti şeylər idi ki, inanın yazını elə bunların üstündə də qurmaq olardı. Belə olduqda bu bir az onun insani cəhətlərini və dost kəramətini ortaya çıxarırdı, ancaq Bəhlul Abdulla ALİM idi. Uzaq Puşkindən (indi Beləsuvar) baş alıb filoloji fakültəyə gələndə o qarşısına məhz folklorçu olmağı qoymuşdu ya qoymamışdı, bunu mən dəqiq bilmirəm, amma Dövlət Unversitetində təhsil aldığı illərdə onun sinifdaşları olan bir çox insan indi bizim ədəbi camiəmizin çox tanınmış şəxsiyyətləridir və Bəhlul özü də ədəbiyyatın folklor tərəfini tutanda məhz onun yaşadığı torpağın folklorının nə qədər dərin və maraqlı olduğu haqqında mən üzdən bir şeylər bilsəm də heç zaman məchul bir dünyanın ardınca getməmişəm.
   
   Təbii ki, mən onun folklor işlərindən tam xəbərdar deyiləm, görüşlərimiz sıx olmasa da bir camiənin, bir tərəfin gənci kimi görüşlərmiz olub və hər ikimiz Azərbaycanın azadlığı və Cənubla birləşmək məsələsi kimi bir işdə eyni səmtə və məqsədə baxmışıq.
   
   Bəhlulla mənim aramda olan kiçik, şoran torpaqlara bitən yolğun kollarını xatırladan olmşuları yada salmadan öncə bunu deyim ki, alim Elxan Məmmədliyə müracət edərkən çox sıcaq şeylər danışdı və onun Bəhlulun özündən asılı olmadan (məncə) Elxanın atasına qarşı bir az biganəlikdə yaxınan Elxan Məmmədli: yox, artıq hər şey keçib gedib, amma hər halda o mənim yadımda müsbət insan və alim olaraq qalıb.
   
   Atamın adını daşıyan və açıq deyim ki, bir az da buna görə çox sevdiyim Məhərrəm Qasımlı da Bəhlul haqqında çox sevimli şeylər danışdı və dedi ki, indi uzaqdayam, amma mənim onun haqqında yazım olub, mən gələnə qədər ailəsinə müracət etsən o yazını ala bilərsən və üstəlik də əlavə etdi. Mən buna əlavə deməzdim ana bir fikir deyərdim. Dedi: ÇOX ZİYALI AİLƏSİ VAR, DESƏNİZ HƏMƏN SİZƏ YARDIM EDƏCƏKLƏR.
   
   İndi yazmaq prosesi insanları o qədər bezdirib ki, yəni yazmağın dadı-duzu qalmadığından (və bəzi dostlarımız da özünü professional və tanınmış yazıçı hesab elədiyindən bu gün xırda şeylərə baş qoşmaq istəmirlər,yəni tanıdıqları dostları haqqında susmağı daha üstün tuturlar, bir daş ataq hər kəs başını kənara çəksin) çox çətin olub birisi haqqında bir söz almaq.
   
   Başqa bir alim və dost insan daha maraqlı bir şey dedi. Mən bu iki alim dostumuzun telefonunu da onadan almışdım,sağ olsun o da mızıldandı ki, mənim adım olmasın sənə maraqı bir şey deyim. Bir alim var, Elməddin Əlibəyzadə. Bəhlulun onula bir zarafatını eşitdim bir dəfə o zamanlar. Bəhlul sözarası Elməddin müəllimdən soruşdu: Elməddin müəllim, bu azərbaycançılıq deyilən bir şey danışılır.Bu nə deməkdi?
   
   Elməddin müəllim heç çətinlik çəkmədən: BU TÜRKÜN g ANI OLMAQ DEMƏKDİ.
   
   Təbii ki, bu iki alimin zarafatı və ya ciddi danışığı onların şəxsi düşüncələri, hər kəs özünə uyğun olanı seçə bilər. Buna söz yox və bu söhbətdən qorxmaq lazım deyil, çünki kimsə kimsəni zorlamır ki, məhz sən azərbaycançı ol, sən türkçü.
   
   Bəhlul Abdulla bizim elm aləmimizdə çox az araşdırılan sahələrindən birində çalışıb və yaxşı yadımdadır ki,onun bizim tərəflərdə Alaravadı deyilən gecə məxluqlarının həyatı haqqında bir yazısı vardı və mən QOBUSTAN toplusunda işləyəndə məhz bu sahədə öz fikirlərini yazıb topluya gətirmişdi və biz onu çap etmişdik.
   
   Azər Abdulla onunla bir fakültədə oxuyan, Azər Abdulla deyir ki, Bəhlul hər Novruz bayramında televizyonda görünər və Novruz bayramı haqqında yeni-yeni şeylər danışardı.
   
   Tanınmış folklorşünas Elxan Məmmədli bəlkə yazısında bu məsələyə toxundu (malasəf alim dostun yazısı bir türlü əlimə keçmədi), amma mən bir daha təkrar edim ki, Elxan bəy dedi ki, Bəhlul kimsəsi olmadan elmə doğru gedən və kimsənin köməyi olmadan məhz folklor dünyasını seçən bir alim idi.
   
   Mənə görə maraqlıdı bu məsələ.
   
   Bəhlulun qərib bir tərəfini də mən xarılatmaq istərdim: tanış idik və o mənim də yazılar yazdığımı bilirdi və bir gün bizim tərəflərdən olan, o zaman qəzetlərin birində məsul vəzifədə çalışan bir alim-şairlə onun belə bir dialoqu olur:
   
   - Ay filankəs, sən nə əcəb bu Tofiq Abdinin yazılarından istifadə eləmirsən. Adam özü də bizim tərəflərdəndir.
   
   - Kim, a bala, Tofiq Abdin hardan bizim tərəflərdən oldu.
   
   - Vallah, bizim tərəflərdəndi.
   
   - Yox, o necə bizim tərəflərdəndi ki, mən həmişə onu Gürcüstandan olan uşaqlarla birlikdə görürəm.
   
   Adam doğru deyirdi, çünki o zaman mənim ən yaxın tanışlarım İsa, Abbas, sonralar Tanqo (Tanrıqulu Əliyev), Arif Mustafayev, İbrahimxəlil həmişə bir yerdə olardıq və mən o adamın çalışdığı qəzetə gedəndə də İsanın yanına gedərdim.
   
    Bəhlul Abdulla qıvrım saçları, uca boyu (hər halda mənə nisbətdə) və boksçulara məxsus burun pərlərinin yastılığı ilə diqqəti çəkən bir kişi idi.
   
   
   
   TANIMAYANLAR ÜÇÜN BİOQRAFİK BİLGİLƏR
   
   
   
   Bəhlul Abdulla 1940-cı il aprelin 27-də Lerik rayonu Zuvand bölgəsi Lələhiran kəndində kolxozçu ailəsində anadan olmuşdur. Biləsuvar rayonunda orta məktəbi bitirmişdir (1958). Sumqayıt sənaye müəssisəsində aparatçı işləmişdir (1958-1959). Ordu sıralarında xidmət etmişdir (1959-1961). Yenidən Sumqayıt sənaye müəssisəsində elektrik kimi çalışmışdır (1961-1962). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Biləsuvar şəhəri Nizami adına orta məktəbində dil-ədəbiyyat müəllimi olmuşdur (1967-1971). Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdir (1971). "Yusif Vəzir Çəmənzəminli və folklor" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1974). Sonra institutda kiçik elmi işçi (1974-1978), böyük elmi işçi (1978-1990), folklorşünaslıq şöbəsının müdiri (1993) olmuşdur. "Azərbaycan mərasim folkloru və onun poetikası" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Sonra institutun folklor şöbəsində baş elmi işçi vəzifəsində çalışıb (1993-cü ildən), Xəzər Universitetində (və 1996-cı ildən onun nəzdində fəaliyyət göstərən Dünya məkətəbində dərs deyib.
   
    Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. "Qaynar çeşmə" məqaləsi "Ədəbiyyat və incəsənət" qəzetində (1 iyun, 1969) çap ediləndən sonra dövri mətbuatda foklorun təbliği ilə ardıcıl məşğul olmuşdur. "Ədəbiyyat" (V sinif) dərsliyinin şərikli müəllifidir. "Aşıq Əsəd" (1979), "Azərbaycan bayatıları" (1984), "Arazam, Kürə bəndəm" (1986), "Dastanlar" (1987), "Göyər səmənim, göyər" (1993), "Dava yorğan davasıymış" (1996), üAğırlığım-uğurluğum odlara" (1996), "Koroğlu" (2000), "Azərbaycan şifahi xalq ədəbiyyatı antologiyası" (2002), "Məktəbəqədər yaşlı uşaqlar üçün folklor antologiyası" (2002) kitablarında şifahi xalq ədəbiyyatı incilərini toplayıb tərtib və nəşr etdirmişdir.
   
   "Cənubi Azərbaycan antologiyası"nın (1,3,4) tərtibçilərindən biridir (1983-1988).
   
   Alma-Ata, Daşkənd, Kişinyov, Qroznı, Dağlıq Altay, Yakutsk, Moskva, Tartu, İzmir, Tehran şəhərlərində keçirilən Ümumittifaq və Beynəlxalq konfrans, müşavirə və simpoziumlarda folklorşünaslıq problemləri barədə məruzələrlə çıxış etmişdir.
   
   2011-ci il 25 mart tarixində gözlərini əbədi olaraq yummuşdur.
   
   
   
   Əsərləri
   
   
   
   "Yusif Vəzir Çəmənzəminli", Bakı, "Elm", 1981
   
   "Haqqın səsi", Bakı, "Azərnəşr", 1989.
   
   "Azərbaycan mərasim folkloru və onun poetikası", Bakı, "Elm", 1990
   
   "Kitabi-Dədə Qorqud və islam dini", Bakı, "Ozan", 1997.
   
   "Kitabi-Dədə Qorqud poetikası", Bakı "Elm", 1999.
   
   "Azərbaycan folklorunda mifoloji at", Bakı "Ozan", 2002
   
   Dəli Domrul "Kitabi-Dədə Qorqud"da və "Qorqudşünaslıqda", Bakı, "Təhsil", 2002.
   
   "Kitabi-Dədə Qorqud"da xanımlar. Bakı, "Elm", 2009
   
   Filmoqrafiya
   
   Qırmızı rəngin ekspressiyası (film, 2002)
   
   Yaşıl rəngin qamması (film, 2002)
   
   Ağ rəngin simfoniyası (film, 2003)
   
   Göy rəngin melodiyası (film, 2003)
   
   
   
   (DAVAM EDƏCƏK)

TƏQVİM / ARXİV