adalet.az header logo
  • Bakı 13°C

BiR SƏNƏTçiNiN FƏRYAD DOLU MƏKTUBU - 2

TOFİQ ABDİN
23622 | 2012-08-25 11:55
Ünlü teatr sənətçisi və yazar Yılmaz Ərdoğan, terrorun nədən olduğu ölümlərin durması üçün yazdığı fəryad dolu məktubunu "Hürriyət" qəzetinin aracılığıyla Türk xalqına AĞ GÖYƏRÇİN qanadlarında yollayıb. Hər gün, demək olar ki, hər gün Türkiyədə bir insan ölür və ya bir türk əsgəri şəhid olur.Türkiyənin televiziya kanalları hər gün göz yaşları içindədir. Bitmir, bitmək bilmir bu savaşg türklər demiş "qəhbə mayinlərin" (minaların) öldürdüyü insanların və əsgərlərin sahibsiz qolları, bacaqları, cəsədləri basdırılır məzarlara. Bitmir, bitmək bilmir bu "namərd oyun", namərd savaş! Oxuyacağınız bu yazı bir sənət adamının fəryadıdır. BU GÜNƏ, SABAHA, O BİRİ GÜNƏ hayqırışıdır. Bu fəryad, bu hayqırış bizim də taleyimizin yazısıdır. Bundan qorunmaq üçün ayıq olmaq lazımdır. Aldanmamaq lazımdır. Eşidirsinizmi: sabah bu alçaq minalara qurban getməmək üçün BU GÜN ətrafımıza daha ayıq gözlə baxmalıyıq.
   
   ALIN YAZISI BİRİNİ
   
   KAZARMAYA, BİRİNİ
   
   DAĞLARA GÖTÜRMÜŞ
   
   
   
   Sonra sabahlara qədər mübahisə edək.
   
   Amma indi dayandırın. Yalvarıram.
   
   Gənclər, çocuklar ölür, hamısı qardaş, hamısında eyni arzu, eyni alın yazısı, eyni televizyon, eyni futbol, eyni həyat...
   
   Hamısının gerisində dualara bürünmüş paramparça sevdalı ürəklər qalır.
   
   Hamısı gənc, hamısı gözəl... Hamısı Türk, Hamısı Kürt... Gənclər... Taleh onlardan kimisini əsgər kazarmalarına, kimini isə dağlara götürmüşdür.
   
   Kürdcədə "cəhəl" deyirlər.
   
   Bəlkə də qulağa cahil kimi gəlir; amma "hənuz bilməz" mənasındadır. Hənuz yolun başındadır.
   
   Yalvarıram nə olacaq...
   
   Məndən nə əksiltəcəksə bu yalvarış əksiltsin, həyat darmadağın olmasın bu dünya cənnətində.
   
   Bir yanğında həmişə gözəl kəlmələr yanarkən, çirkinləri həyatda qalır...
   
   Mən kimsəyi qınamıram, mən kimsəyə söyürəm, mən bu işin tamamını SEVİRƏM.
   
   Qurtaraq bu VƏBADAN deyirəm.
   
   Kimsəyi haqlı bilmirəm, kimsəyi haqsız bilmirəm.
   
   Küsdüm.
   
   
   
   "MIRIN" DEYİLİR KÜRDCƏDƏ "ÖLÜM"dür TÜRKCƏDƏ
   
   
   
   Danışmıram bu məsələni...
   
   Silahlar susana qədər "SİLAHLAR SUSSUN"dan başqa bir şey haqqında danışmaq istəmirəm... İstəmirəm.
   
   Ölmənin, öldürmənin heç bir türünü, çeşidini sevmirəm.
   
   Mən gənc bir həyat qurtarılsın istəyirəm, hər cür davadan, şavadan.
   
   Hətta bu davanı təsvir edən şeirlərdən belə zəhləm gedir.
   
   Hər çocuq çirkin kəlmələrdən uzaqda yaşasın istəyirəm.
   
   Əgər o kəlmə çirkinsə, çirkinliyə xidmət edirsə, Kürtcə söyləməyin, Türkcə söyləməyin nə faydası...
   
   Heç bir dil çirkin bir kəlməyi gözəlləşdirməz.
   
   Ölüm hər dildə çirkin bir kəlmədir.
   
   "Mırın" deyilir Kürtcədə.
   
   Anadoluda danışılan bütün dillərdə bu sözün ayrı-ayrı anlamı var.
   
   Bunların içində rəsmi olan "ölüm"dür. Türkcədir.
   
   Və ölüm kəlməsi, rəsmi ya, da qeyri-rəsmi hər dildə eyni dərəcədə çirkindir.
   
   "Yaşam" sözünə gəlincə....
   
   Kəlmələrin ən şahanələrindən.
   
   İçi açıq-açıq və kəlmənin hər mənasıyla "həyat" doludur...
   
   Və həyat, varlığından əmin olduğumuz tək şeydir...
   
   DİL, VAR OLAN BİR
   
   ZƏNCİRİN SONUCUDUR
   
   
   
   Kürtcədə "jiyan" deyilir.
   
   Yaşam, hər dildəki ən gözəl kəlmədir.
   
   Bəlkə bir tək rəqibi vardır, o da "EŞQ"dir əlbəttə.
   
   EŞQ...
   
   Kürdcədə "Evin" deyilir.
   
   Bu kəlmələrin içində rəsmi olan "EŞQ"dir; amma eşq kəlməsi hər dildə eyni dərəcədə gözəldir.
   
   Anadoluda ən az iki insanın bir-biriylə danışıb anlaşdığı bir dil varsa, mən onu belə öyrənmək istəyirəm.
   
   Sadəcə iki insan bir dil icad etsin, mən çox maraq edirəm onu.
   
   Çünki bu iş bir o qədər də asan deyildir.
   
   Dil, yəni lənguiç, çox geniş və qarışıq bir səslər orqanizasyonudur.
   
   Və bir dilin varlığı, heç kimsənin qanunlaşdırılmasına imkanı olmayan və yüzillər boyu gələn bir hadisədir, bir zəncirin son ucudur.
   
   Bəzi insanlar başqa səslərlə, bəziləri başqa səslərlə anlaşırlar...
   
   O səslər onların ilklərindən, yəni həyatlarının, nəsillərinin, yaşadıqlarının içindən süzülərək axar.
   
   Sonuc hər zaman mükəmməldir.
   
   Çünki bir dilin yaranmasında milyon, milyard insanın qatqısı vardır və bu qatqı o insanlar yaşadıqca davam edər.
   
   
   
   "ACI"NI "ŞƏFA",
   
   "İNTİQAMI "BAĞIŞLAMA" ƏVƏZ ETSİN
   
   
   
   Bax, elə bu üzdən bütün dillər, insanoğlunun ən böyük, ən möcüzəvi əsərlərindərdir.
   
   Və dil axan bir şey, düpədüz bir nəhrdir.
   
   Hər dildə başqa dildən geçən kəlmələr vardır.
   
   Onlar o dilin yurtdaşı olurlar sonra.
   
   Buna bəzisi yabançılaşma deyir, amma "yabançılaşma" zatən çirkin bir kəlmədir.
   
   Gözəl dil, ya da çirkin dil deyə bir şey yoxdur.
   
   Hamısı əsrlərcə, çabalarla yaranmış bir kollektivin məhsulu, bir insan möcüzəsidir.
   
   Gözəl kəlmələr vardır, çirkin kəlmələr vardır.
   
   Hər çirkin kəlmənin yanına bir dənə yaxşısıın qoyaq.
   
   "Acı"nın yanına "şəfa", "zor"un yanına "canatma", "intiqam"ın yanına "bağışlama"...
   
   "Ölüm"ün yanına "həyat"!
   
   Sivilliyi sevən, sivil xalqların inkişafını istəyən bir yurtdaş, silaha heç bir zaman əl atmamalıdır.
   
   Haqlılığı ədalətsiz almaq istəyən hər bir insan qarşısındakının da haqlı ola biləcəyini düşünməlidir.
   
   
   
   RƏSMİ OLANI TÜRKCƏdir, AMMA HAMISI AZADDIR
   
   
   
   Bir dildə mənası çirkin olan, yəni çirkin bir şeyə isim və ya duruma sifət olan kəlmə sayısı artmışsa, bax o zaman o dil, bəli "yabançılaşır" demək.
   
   Dil, yəni lənguiç, yaxşı istifadə olunmazsa təhlükəli olur.
   
   Çünki dil, hər cür istifadə olunmağa alışqan mükəmməl bir səs organizasyonudur.
   
   İnsanları başqalaşdırır.
   
   Amma "başqa"dan qorxmağa gərək yoxdur.
   
   "Başqa" gözəl bir kəlmədir.
   
   Çünki əslində eyni dili danışan, danışmayan hərkəs "BAŞQA"dır.
   
   Və başqa, başqalıq gözəldir.
   
   Başqasının başqalığıyla birləşirik və bu birləşmə bəzən EŞQ deyə partlar.
   
   Və EŞQ harda olursa olsun bütün şeyləri zərərləşdirir.
   
   Biz öz bağçamızdakı dillərin hamısın bilək, öyrənək, bir də üstünə ingiliscə, fransızcanı əlavə edib çıxaq dünyanın qarşısına.
   
   Deyək ki, bizim bağçada insanoğlunun bu vaxta qədər qoruduğu və saxladığı dillər var. Bu bir xəzinədir!
   
   Suriyalı da danışa bilər öz dilində, kəldanilər də danışa bilər və başqaları da var hələg.
   
   Bunların içində rəsmi olanı Türkcədir.
   
   Amma hamısı Türkcə qədər özgürdür deyəkg
   
   
   
   KÜRTCƏNİ ÇƏNBƏRƏDƏN TÜRKCƏ QURTARA BİLƏR
   
   
   
   Hamımızın bərabər dərəcədə duyacağı bir qürurla dünyaya deyək kig
   
   Türkcənin özü digər dillərimizin qorucusudur.
   
   Çünki onlara azadlıq verəcək şeylər Türkcə yazılacaqdır.
   
   Türkcə bizim ortaq dilimizdir və ortaq kimliyimizi yaradır.
   
   Və Türkcə, gözəl kəlmələriylə hər şeyi gözəlləşdirə bilir..
   
   Kürtcəni bu çənbərədən çıxara bilir.
   
   Bu dil Mesopotomiyalı qardaşın, öncə yaralarını sağaldır.
   
   Onu azadlığa buraxır.
   
    Çünki DİL güncəl bir məsələ deyildir.
   
   Güncəl bir qovğanın teması olması, heç haqq etmədiyimiz bir faciədədir.
   
   Və qavğa da (ki, Kürtcə ŞƏR deyilir), faciə də (ki, ona Kürdcədə TRAJEDİ deyilir) çirkin kəlmələrdir.
   
   Əlbəttə bütün kəlmələrlə bağlı istifadə etdiyimiz "gözəl" və "çirkin" kəlmələr dırnak içindədir.
   
   Bəzi dırnak qalın, bəzisi incədir; amma hamısı dırnaq içindədir.
   
   Çünki əsil gözəl olması gərəkən, kəlmələrə istiqamət verən mexanizma AĞILDIR.
   
   YAZACAQLARIMIN SONUNDAYIM, ƏLİMDƏ SADƏ KƏLMƏLƏR
   
   
   
   Ağıl dilin patronudur və heç bir zaman və heç bir şərtdə eləyəcəklərini ağılsızlığa, nifrətə verməz.
   
   Bu bir məktub.
   
   Qanı axan bir göyərçinin qanadına yazıldı.
   
   Hansı ürəyə qonarsa o oxusun və bu ölümcül gedişi durdurmaq üçün edə biləcəyi bir şey varsa həmən indi eləsin, - deyə yazıldı.
   
   Ölüm üzərinə...
   
   Minalar haqqında yazıldı.
   
   Kürtcə məsələ, Türkcə məsələ üzərinə bir hayqırış bu.
   
   Mən... Yəni qələmdən başqa silah, vicdanından başqa and yeri tanımayan, bilməyən mən...
   
   Nə əlimdə dünyayı qurtaracaq bir bilgi var, nə röyaları aydınladacaq bir lampa...Əlimdə sadə kəlmələr...Dizlərimin üstünə çökdüm, ağlayıram.
   
   Artıq taqətim qalmadı və DURUN deyə bilirəm sadəcə.
   
   Yalvarıram... Durun!
   
   Durdurun!
   
   
   
   Yılmaz ƏRDOĞANdan uyğulama
   
   
   
   Yılmaz Erdoğan Kimdir
   
   
   
    1967-ci ildə Hakkaridə doğulub.
   
   İlk, orta və lise təhsilini Ankara da alıb. İTÜ İnşaat Mühəndisliyini qazandı,fəqət teatra olan böyük maraq təhsilini yarıda buraxmasına səbəb oldu. Teatr yaradıcılığına Ferhan Şensoyun "Nöbətçi Teatr2 yaradıcılıq emalatxanasında başladı.Daha sonra Levent Kırcanın "Olacaq O qədər" adlı televizya proqramında baş yazar olaraq çalışdı.
   
   TRT-də yayınlanan "Umut Taksi" adlı serial tamaşanın senarisini ve bu serialda aktyor olaraq çıxış etdi.Daha sonra Türkiyənin ən yaxşı ifaçı kadrosuna sahib olan "Gərəyi Düşünüldü" adlı tamaşanı yazdı; bu tamaşa 4 il sərasər göstərildi.Bu tamaşadan sonra teatr çalışmalarına Yasəmən Yalçın Teatrında başlayan Yılmaz Erdoğan "Xaşlama Daşlama" və yenə bu teatrda 5 il göstərilən "Qadınlıq bizde qalsın" adlı senarini yazdı.
   
   Yılmaz Erdoğan bundan sonra ortağı Necati Akpınar ilə birlikdə qurduğu Beşiktaş Kültür Mərkəzinde yaradıcılığa dəvam etdi. Burada yenə başrolların Demet Akbağ ilə bölüşdüyü "Bir Dəmət Teatr" adlı serialları yazdı.
   
   Yılmaz Erdoğanın "Qayıb şəhərin yaraşıqlısı" adlı bir şeir kaseti Prestij Müzik etiketiylə satışa çıxdı.
   
    Erdoğanın zəkicə və incə motivlələrlə işlənmiş, özünəxas üslubuyla yazdığı hüzünlü şeirləri dinləyiciəlrin böyük marağına səbəb oldu.
   
   Senarisini yazdığı və rejissorlarından biri olduğu "Vizontele" filmi böyük uğurlar qazandı.
   
   
   
   ƏSƏRLƏRİ
   
   
   
   1)Hüzünbaz sevişmələr
   
   2)Qadınlıq bizdə qalsın
   
   3)Qayıb şəhərin yaraşıqlısı
   
   4) Anladım

TƏQVİM / ARXİV