adalet.az header logo
  • Bakı 13°C

BiR SƏNƏTçiNiN FƏRYAD DOLU MƏKTUBU - 1

TOFİQ ABDİN
24318 | 2012-08-18 09:22
Ünlü teatr sənətçisi və yazar Yılmaz Ərdoğan, terrorun nədən olduğu ölümlərin durması üçün yazdığı fəryad dolu məktubunu "Hürriyət" qəzetinin aracılığıyla Türk xalqına AĞ GÖYƏRÇİN qanadlarında yollayıb.
   
   Hər gün, demək olar ki,hər gün Türkiyədə bir insan ölür vəya bir türk əsgəri şəhid olur.Türkiyənin televiziya kanalları hər gün göz yaşları içindədir. Bitmir,bitmək bilmir bu savaşgtürklər demiş "qəhbə mayinlərin" (minaların) öldürdüyü insanların və əsgərlərin sahibsiz qolları,bacaqları,cəsədləri basdırılır məzarlara. Bitmir,bitmək bilmir bu "namərd oyun", namərd savaş! Oxuyucağınız bu yazı bir sənət adamının fəryadıdır.BU GÜNƏ,SABAHA,O BİRİ GÜNƏ hayqırışıdır.Bu fəryad,bu hayqırış bizim də taleyimizin yazısıdır.Bundan qorunmaq üçün ayıq olmaq lazımdır.Aldanmamaq lazımdır.Eşidirsinizmi : sabah bu alçaq minalara qurban getməmək üçün BU GÜN ətrafımıza daha ayıq gözlə baxmalıyıq.
   
   
   
   YALVARIRAM
   
   
   
   Bu bir məktub.Quş, göyərçin qanadına yazıldı.Kimin vicdanına qonarsa o oxusun.
   
   Ölüm üzərinə...Mina üzərinə...
   
   Kürd məsələsi... Türk məsələsi üzərinə,haqqında.
   
   Gözəl kəlmələr... Və çirkin kəlmələr üzərinə.
   
   Ölümə doğru uzanan bu yürüşdün qorxuram. Minalarla parçalanan qardaş cəsədləri otağımda, yanıbaşımdadır.
   
   Yazdığım hər kəlməyə bir daha diqqətlə baxırlar.
   
   Onlar dünən parçalandılar.
   
   "Yazıqlar olsun"- deyə başlayır ağlıma gələn hər cümlə indi.
   
   Yazıq olur vallah,insanın bu vaxta qədər yaratdığı ən gözəl şeylərə.
   
   Heyif olur,bir çocuğun Kürdcə, Türkcə vəya hər nə vəziyyətdə və hər nə dildə isə gülümsəməsinə...
   
   
   
   HƏR SİLAH ÖLDÜRÜR,
   
   AMMA MİNADAN
   
   QƏHBƏSİ (NAMƏRDİ)) YOXDUR
   
   
   
   Sevgiliyə hədiyyə almaya, bazar alışverişinə çıxmaya, bir bəbək sahibi olmaya, siqareti atmağa, bir yerə gedib kabab çəkməyə, bir insanı hər şeydən çox sevməyə.... Yazıq olur...
   
   Yazıqlar olur, həyatın lap özünə.
   
   Etməyin!
   
   Minalar döşəməyin gələcəyinizin yollarına.
   
   Bu namərdin nə zaman partlayacağı bilinmir,qardaşlar,bilinmir!
   
   Bəzən illər sonrası, bir kiçik qız çocuğu çiçək toplarkən partlaya bilər,bəzən iyirmi yaşındaykən və daha öncə heç görmədiyin bir yerdə, daha öncə heç tanımadığın insanların arasında müqəddəs bir səfər sırasında....
   
   İnsanoğlu hər şeyi icad etdi; amma minadan dəhşətlisi yoxdur.
   
   Hər silah öldürə bilir, hər zaman öldürmə imkanı olur,amma bəzən bu imkandan qaçmaq mümkündür, amma MİNADAN qaçmaq mümkün deyil.O mütləq öldürür!
   
   Mina yaralamaz,zədələməz! O birini mütləq öldürər!
   
   Uğursuz bir yerdə gizlənir və partlayana qədər, bir can alana qədər pusquda gözlər.
   
   İnsanın icad etdiyi ƏN ÇİRKİN şey silahdır.
   
   Və silahların ƏN ÇİRKİNİ MİNADIR!
   
   Səbəbini unutdum davanın və heç vecimə də deyil, siyasi mübahisələr. Bir tək şey üçün dua edirəm hər gecə, hər gündüz: Kimsə gənc ölməsin dağlarımızda.
   
   
   
   ƏN GÖZƏL KƏLMƏ OLAN "BARIŞ" ARTIQ GÜLMƏLİ BİR
   
   KƏLMƏYƏ ÇEVRİLİB
   
   
   
   Silahlar susmadan səbəbi danışmağa belə dəyməz.Heç imkan da yox.
   
   Ağlın səsi, ağılsızlıq susmadıqca eşidilmir.
   
   Və o zaman ağla sadəcə DURUN demək gəlir.
   
   Həmən,indi DURUN!
   
   Heç bir xəbər geçmir, ajanslar artıq, ölümsüz.
   
   İçində acı olmayan gecəmiz yox..
   
   Nə oldu deyirəm yenə, kim hansı qorxunun, hansı uğursuz hesabın ardınca gedir...
   
    Ən gözəl kəlmə "barış" artıq gülməli bir kəlmə.
   
   Elə danışırlar,amma nəticəsi yox.
   
   Harda bu barış?
   
   O, insanın icad etdiyi ƏN GÖZƏL kəlmə.
   
   Amma, kəlmələrlə nə istərsəniz onu eləyərsiniz.
   
   Barış,- deyirsiniz; amma savaş kimi səslənir bu söz.Hətda bütün savaşlar barış üçündür deyirlər.Və hərkəs adil bir barış üçün savaşır. Və ağıl deyir ki,əslində savaşmırıqsa demək barışmağa başlamışıq.
   
   Barış üçün ən vacib olan şeylərdən ən başlıcası müharibə etməməkdir.
   
   Silahlar danışmağa başlamışsa, o zaman insanın icad etdiyi gözəl kəlmələr oranı tərk edir.
   
   
   
   SEVDADAN BAŞQA HEÇ BİR ŞEYƏ
   
   AĞI DEMƏYƏK
   
   
   
   Kəlmələr də ölür bəzən... Və kəlmə cəsədləriylə yaşamağa başlar həyat.
   
   O kəlmələrin, o cəsədlərin... Necə olduğu, yəni bu ölülərin ölərkən son nəfəslərində hansı dildə danışdışları artıq ağılsızlığın gölgəsində yoxa çıxan,soyuyan HƏYATIN, YAŞAMAĞIN özüdür.
   
   Ölən iyirmisindədir.
   
   Artıq, arxasınca söylənən AĞILAR qalır.
   
   Və Anadoluda ağı sıxıntısı yoxdur.
   
   Kürdcədə də, Türkcədə də minlərcə ağı vardır.
   
   Hətda eyni ağının həm Kürdcəsi həm Türkcəsi vardır.
   
   Ürək yaxmaq yaxşı bir işsə, ikisi də eyni dərəcədə ürək parçalayan bir şeydir.
   
   Amma ürəyimizdə artıq dağlanacaq yer qalmamışdır.
   
   Sevdadan qeyrisinə ağımız olmasın artıq.
   
   İndi hamınızın hüzurunda yalvarmaq istəyirəm.
   
   Gördüm dəhşətə gəldim və yalvarmaqdan başqa bir şey qalmadı artıq.Mən də YALVARIRAM!!!!!
   
   Özümü alçaltmaq istəmirəm.
   
   Güzəşt də istəmirəm!
   
   Kimin əlində bu qanı durduracaq bir güc varsa, istər şeytana insansın istər bütə , istər bir tək Allaha...
   
   
   
   DİZLƏRİMİN
   
   ÜSTÜNƏ ÇÖKÜB YALVARIRAM
   
   
   
   Kimin dodaqlarının ucundasa məhv olan gəncəcik həyatların xilas yolu, mən ona yalvarmaq istəyirəm.
   
   Nə olar? Bu savaşı dayandırın.
   
   Mən siyasətdən, miyasətdən bəhs etmirəm. Dizlərimin üstünə çöktüm, "Bu gənc ölümləri durdur"- deyirəm.
   
   Kimsə atəş etməsin kimsəyə.
   
   Nə səbəb olursa, olsun.
   
   Hətda özünü müdafiə etmək üçün belə...
   
   Çünki, müdafiə olunmağa başlayana qədər məsumsan və MƏSUM gözəl bir kəlmə, məsum qalmaq daha gözəl...
   
   Kim hansı minanın yerini bilirsə yalvarıram, söyləsin.
   
   Bir kağıza yazsın, bir şüşəyə qoysun, suya salsın söyləsin.
   
   Kim hansı minanın yerini bilirsə, kimin gücü çatırsa bu ölümlərə əngəl olmağa, ona yalvarıramg
   
   İstər şeytana inansın,istər bütə, istər oralı olsun, istər bizim buralı. Gücü çatırsa əyər durdursun bu işi.
   
   Mənim, bir yurtdaş, bir insan olaraq özümü kiçiltmək fikrim yox.
   
   Baxın, açıq-açıq yalvarıram, durdursun durdurmağa gücü çatan.
   
   Daimilik və həmişəlik.
   
   Yalvarıram.
   
   Dizlərimin üstünə də çökdüm və ağlayıram baxın.
   
   (Davam edəcək)
   
   
   
   Yılmaz Erdoğan Kimdir
   
   1967-ci ildə Hakkaridə doğulub.
   
   İlk, orta və lise təhsilini Ankara da alıb. İTÜ İnşaat Mühəndisliyini qazandı,fəqət teatra olan böyük maraq təhsilini yarıda buraxmasına səbəb oldu. Teatr yaradıcılığına Ferhan Şensoyun "Nöbətçi Teatr2 yaradıcılıq emalatxanasında başladı.Daha sonra Levent Kırcanın "Olacaq O qədər" adlı televizya proqramında baş yazar olaraq çalışdı.
   
   TRT-də yayınlanan "Umut Taksi" adlı serial tamaşanın senarisini ve bu serialda aktyor olaraq çıxış etdi.Daha sonra Türkiyənin ən yaxşı ifaçı kadrosuna sahib olan "Gərəyi Düşünüldü" adlı tamaşanı yazdı; bu tamaşa 4 il sərasər göstərildi.Bu tamaşadan sonra teatr çalışmalarına Yasəmən Yalçın Teatrında başlayan Yılmaz Erdoğan "Xaşlama Daşlama" və yenə bu teatrda 5 il göstərilən "Qadınlıq bizde qalsın" adlı senarini yazdı.
   
   Yılmaz Erdoğan bundan sonra ortağı Necati Akpınar ilə birlikdə qurduğu Beşiktaş Kültür Mərkəzinde yaradıcılığa dəvam etdi. Burada yenə başrolların Demet Akbağ ilə bölüşdüyü "Bir Dəmət Teatr" adlı serialları yazdı.
   
   Yılmaz Erdoğanın "Qayıb şəhərin yaraşıqlısı" adlı bir şeir kaseti Prestij Müzik etiketiylə satışa çıxdı.
   
    Erdoğanın zəkicə və incə motivlələrlə işlənmiş, özünəxas üslubuyla yazdığı hüzünlü şeirləri dinləyiciəlrin böyük marağına səbəb oldu.
   
   Senarisini yazdığı və rejissorlarından biri olduğu "Vizontele" filmi böyük uğurlar qazandı.
   
   ƏSƏRLƏRİ
   
   1)Hüzünbaz sevişmələr
   
   2)Qadınlıq bizdə qalsın
   
   3)Qayıb şəhərin yaraşıqlısı
   
   4) Anladım

TƏQVİM / ARXİV