adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

RAMAZAN YAZILARI XEYiR iŞLƏRƏ TƏLƏSMƏK LAZIMDIR

TOFİQ ABDİN
16024 | 2012-08-11 08:54
Şeyx Sədi Şirazi: Ömür iyul Günəşinin altındakı qarlar kimidir. Yəni tez əriyib gedəcəkdir.Həqiqətən də belədi.Bir baxırsınız, yaş əllini ötmüş. Həzrəti Əli (r.a.) ömrü beləcə təqdir etmişdir: "İnsan ömrü ortalama altmış sənədir.Bunun yarısı gecədir, yuxuda keçir. Geriyə otuz sənə qalır.Onun da yarısı uşaqlıqda keçmişdir. Əldə qalan on beş sənədir. Ona görə də ömrü çox yaxşı dəyərləndirmək lazımdır".
   
   Hədis-i Şəriflərdə də xeyirli işlər görmək üçün tələsmək lazımdır kimi bir məsləhət görülür. Sonraya buraxılan işlər bir çox zaman görülməmiş qalar.
   
   "Ey möminlər! Siz də xeyir işlər görməyə tələsin.
   
   "Əl-Bakara surəsi: 148": Rəbbimizin bağışına və sahibləri üçün hazırlanmış olub, genişliyi göylərə və yer qədər olan cənnətə tələsin".
   
   "Ali İmran surəsi: 133 Eby Hüreyərə (r.a.) rəvayət edir: Rəsulallaha (s.a.s.) buyurdular ki: "Yeddi şey (gəlmədən) öncə əməldə tələsin. Unutdurucu fakirliyimi, tüğyan etdirib azdıran zənginliyimi ifsad edici xəstəliyimi, ağlımızı alacaq ixtiyarlığımı,qəfil ölümümü deccalimi gözləyirsiniz. Bu (Deccal) gözləmək boş bir şeydir. Yoxsa qiyamətimi gözləyirsiniz? Qiyamət isə hamısından betər hər şeydən daha acıdır".
   
    2308 nömrəli hədis açıqlaması: "Bu Hədis-i Şərifdə Peyğəmbər (s.a.s.) əfəndimiz möminin xeyirli əməllərdə olması üçün tələsməsini tələb etməkdədir.Hədis-i Şərifdə sayılan yeddi yallardan bir qismi həmən gələ biləcək vəziyyətdir.Onlardan birisi gəldimi, xeyir eləmək imkanı belə qalmayacaqdır. Eləsə bu müsibətlər gəlmədən əlimizdəki fırsatı dəyərləndirib xeyir işlər görmək üçün tələsmək lazımdır.
   
   Bunu daha dəqiq ifadə edən bir Hədis-i Şərif, bir hədis təqdim edirəm: Ebu Hureyere (r.a.) rəvayət edir:Rəsulallah(s.a.s.) belə buyurdular: "Qaranlıq gecənin parçaları kimi olan fitnələr gəlmədən öncə xeyirli əməllər eləməkdə həmişə tələsin. O fitnə gəldimi insan, mömin olaraq sabaha çatar, fəqət kafir olaraq axşama girər.Dinini çox bəsit bir dünya mənfəətinə satar."
   
   "Səhih-müslim, 186 nömrəli hədis: "Bu Hədis-i Şərifdə Peyğəmbər (s.a.s.) əfəndimiz gələcək fitnələrdən qorunmağı tövsiyyə etməkdədir.Çünki bu fitnələr zuhur etdiyi zaman insan sabah mömin ikən,axşama kafir olmuşdur. Və ya axşam mömin ikən sabahı kafir qarşılamışdı.Çünki hadisələr ,olaylar onun dindən çıxmasına səbəb olmuşdur.Doğrusu bu Hədis-i Şərif tam əsrimizi tərif etməkdədir. Allah (c.c.) cümləmizi bu fitnələrdən qorusun.Xeyirli işlər işləmək arzusuyla...
   
   HƏZRƏTİ
   
   MƏHƏMMƏD HANSI MƏZHƏBDƏNDİ?
   
   SİZİN MƏZHƏBİNİZ VARMI?
   
   Cavab: Quran və Həzrəti Peyğəmbər məzhəb deyə bir şeydən söz etməmiş, belə bir fikir də onun kəlamlarında yoxdur. "Quran"ın son ayəsi endiyində din kamala çatmış, tamamlanmış və adı İslam olaraq kəsinləşmişdir. ( bax: Maidə surəsi, 3) "Din məzhəblər olmadan tamamlanmaz,yaşanmaz" iddiasında olanlar tövbə-tövbə deməlidirlər.Tövbə etməzlərsə, dindən çıxarlar.
   
   Çünki o iddialarıyla Maidə surəsi Üçüncü ayəti yalanlamış olurlar. Bu da küfrdür. Heç kimsə məzhəbdən sorğuya çəkilməyəcəkdir.Sorğu Allahın kitabından olacaqdır.Dörd haqq məzhəb deyimi, İslamdan qırağa bir şeydir. (Məzhəblər barədə ən geniş məlumat "İslam necə təhrif olundu,məzhəblər maddəsi"ndən almaq olar.
   
   Yaşar Nuri Öztürkdən.İlahiyyat alimi.Türkiyə
   
   İSA PEYĞƏMBƏR EVLİ OLUBMU?
   
   Amerikda dini mövzuda mübahisələr bitmək bilmir.Mel Qibsonun yeni filminin ətrafında gedən mübahisələr bitməmiş (bu barədə biz öncələr xəbər vermişdik) indi yeni bir mübahisə ortaya atılıb: İsa peyğəmbərin həyatını araşdıranlar yeni bir mübahisəni ortaya çıxarıblar. Keçdiyimiz günlərdə Amerikanın ABC televizyonu bir proqram göstərmiş və bu proqramda İspanın evli olduğunu xəbər vermiş. "Kodeks Da Vinçi" adlı bestslerin müəllifləri belə qərara gəlmiş ki,Mariya Maqdalini sadəcə bir bludnitsa hesab olunsa da İsanın arvadı olmuşdur.İsa çarmıxa çəkiləndən sonra o öz körpəsini də alaraq İeruselimdən qaçmışdır.Bu haqda məlumat uzun əsrlərdən bəri gizli saxlanılmış.Amma bu hadisə o zaman Leonardo Da Vinçinin üzvü olduğu gizli bir cəmiyyətdə məlum imiş.
   
   ABC telekampaniyasının əməkdaşları öz versiyalarını dəqiq sübut etmək üçün dəlillər göstərməsələr də, iddialarını da boş saymırlar.
   
   "Bunu tam rədd etmək də yanlışdır.Bu fakt mənim üçün dini bir həqiqət kimi yenidən canlandırıldı,obrazlı desək bu məsələ daha çox maraq doğrurur.Bizim məqsədimiz də bunu göstərərək verilişi daha maraqlı etməkdir",-demiş filmin yaradıcısı Elizabet Varqas.
   
   
   
   RAMAZAN AYI...
   
   
   
   İnsanlar üçün hidayət olan və doğru yolu və haqq ilə nahaqı bir-birindən ayıran açıq-aşkar sənədləri əhatə edən Qurandır. Elə isə sizdən kim bu aya şahid olsa, oruc tutsun. Kim xəstə, ya da səfərdə olsa, tutmadığı günləri digər günlərdə tutsun. Allah, sizə asanlıq diləyər, çətinlik diləməz. Bu asanlıq sizi doğru yola,hidayətə çatdırmasına qarşılıq Allahı böyük tanımanız üçündür. Ümid edilər ki, şükür edərsiniz. (Bəqərə Surəsi, 185)
   
   Oruc ibadətinin Allah (cc)ın razı olacağı şəkildə yerinə yetirilməsi, güclü bir imanın, səmimiyyətin və Allah (cc) qorxusunun göstəricisidir. Çünki oruc, Allah (cc) ilə qul arasındakı bir ibadətdir.
   
   İnsanın bu fərzi yerinə yetirərkən nə niyyətdə olduğunu, səmimiyyətini, haram və halalları tətbiqdə göstərdiyi vasvasılığını ancaq Allah (cc) bilməkdədir.
   
   Bir adamın, ətrafındakılara nümayiş məqsədli, ya da səmimi bir niyyətlə orucunu tutub tutmadığını heç kimin bilməsi mümkün deyil. Oruc tutan adamın bu ibadətinin qarşılığı ancaq Allah (cc) tərəfindən verilir. Peyğəmbər Əfəndimiz (səv) də iman edənləri bir hədisində bu şəkildə müjdələmişdir: "Bu ayı oruc tutaraq, ibadət edərək və xeyr üçün xərcləmədə olanlar nə xoşbəxtdir!"
   
   Allah (cc), orucun bütün iman sahibləri üçün fərz qılındığını Bəqərə Surəsində bu şəkildə bildirməkdədir:
   
   "Ey iman edənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, oruc, sizə də yazıldı (fərz qılındı). Ümid edilər ki, çəkinərsiniz. (Bəqərə Surəsi, 183)
   
   Ayədə bildirildiyi kimi, orucun fərz qılınmasının hikmətlərindən biri insanların çəkinmələri, yəni pisliklərdən uzaq dayanıb, nəfslərini tərbiyə etmələridir.
   
   Bunun yolu da, Allah (cc)a səmimi bir ürəklə iman edib, Rəbbimizin əmr və tövsiyələrinə uyğun gəlmək, vicdanın səsini dinləyib, nəfsin qışqırtmalarından uzaq dayanmaqdır. Belə bir adamın əxlaqı zaman içində gözəlləşəcək, imanı yetkinləşəcək və Allah (cc) qorxusu daha da güclənəcək.
   
   Bir ay boyunca Allah (cc)ın Quranda bildirdiyi bu əmrini tutan və sərhədlərini aşmayan möminlər, nəfslərini tərbiyə edərlər.
   
   Bu ibadət ayrıca möminlərin, digər ibadətlərini yerinə yetirərkən də necə bir eqoist tərbiyə içində olmaları lazım olduğu mövzusunda da düşünmələrinə və nəfsin belə bir təhsilə nə qədər ehtiyacı olduğunu anlamalarına vəsilə olar.
   
   İnsan, Ramazan Ayında götürdüyü bu xüsusi tərbiyənin nemətlərindən həyatı boyunca hər sahədə faydalanar. Nəfsini tərbiyə etmiş -yəni əlindəki nemətlərin Allaha (cc) aid olduğunu və acizliyini fərq etmiş- bir insanın əxlaqında müsbət istiqamətdə bir çox dəyişiklik meydana gəlir. Möminin, Ramazan Ayında orucla birlikdə başlayan bu Allaha (cc) yönəlişindəki dayanıqlılığını davamlı artıraraq mənəvi istiqamətdə çox böyük bir güclənməyə və bunun nəticəsində də Allah (cc) icazəsiylə, Rəbbimizin razılığını, rəhmətini və cənnətini qazanmalarına vəsilə olacaq.

TƏQVİM / ARXİV