adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

YENi PROYEKTiMiZ: GERiYƏ BAXANDA

TOFİQ ABDİN
21045 | 2012-08-04 08:59
Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. Bu proyektimizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
   
   ÜÇ BOYUTLU RƏŞAD MƏCİD ÜÇÜN TƏBRİK
   
   
   
   APA-nın xəbərinə görə, mükafatlar sahiblərinə Mətbuat Şurasının və Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə təşkilatçılığı ilə keçirilən Milli Mətbuat Gününə həsr olunmuş mərasimdə tədqim edilib.
   
   Daha sonra Ali Media Mükafatının təqdimatı olub. Mükafatın birinci dərəcəsinə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli layiq görülüb.
   
   Ali Media Mükafatının müasir mətbuatın inkişafına görə olan ikinci dərəcəsinə isə APA-nın baş direktoru Vüsalə Mahirqızı, "Ayna-Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid layiq görülüblər.
   
   
   
   1.MİLLƏT VƏKİLİ
   
   OLMASA DA...
   
   
   
   (montaj-yazı-bəzi əlavələrlə)
   
   
   
   Baxıram ki, ayrı-ayrı vaxtlarda mən Rəşad Məcid haqqında bir neçə məqalə, dəqiq desəm, dörd yazı yazmışam. Onun üçünü bu məmləkətə gələndən sonra, birini isə Türkiyədə yaşadığım illərdə. Oxuyacağınız bu yazı kəsiyi mənim onun haqqında yazdığım ilk yazıdır və Türkiyədə "Orta Doğu" qəzetində çap olunub : "Bir Azərbaycanlı olaraq Şair,Yazar,Müğənni və sairə kimi adamların Millət vəkili olmasını mən bir o qədər də alqışlayan adam deyiləm.Yox, bu sözlərimdə qışqırdacaq heç nə görməyin.Bu mənim şəxsi qənaətimdir və bir də belə bir düşüncə içindəyəm ki, əyər həmən sənət adamı ümumilikdə götürüldükdə Rəsul Rza,Cəfər Cəfərov silqətindədirsə, o zaman mən bunu alqışlayıram və düşünürəm ki, belə bir Azərbaycan ziyalısının Millət Vəkili olmasında heç bir qəbahət yoxdur.
   
   Təbii əvvəllər bu siyahiya mən şəxsən Qara Qarayev,Tahir Salahov kimi ziyalıların da adının düşməsini çox istərdim, ona görə ki, o zaman Sovetlər vardı və biz də Sovet Parlamentində özümüzdən olan bir neçə ad və familiya görmək istəyirdik,onların nə iş görəcəkləri onsuz da bizi maraqlandımırdı və bir iş görmürdülər əslində.
   
   Amma indi necə olursa-olsun öz Parlamentimiz var və heç şübhəsiz, gözəl aydınların da bu Parlamentdə yer alması bizim hər birimizin ürəyindənədir.Yəni təkcə əl çalan yox,Söz deyən və Sözünün silqətini bilən aydınlarımızın burada təmsil olunması bizim hər birimizin millət olaraq şansmızdır və buna nail olmalıyıq.
   
   "Yeni Musavat" qəzetində oxuyanda ki, bəs bir neçə Baş Redaktor Millət Vəkilliyinə namizədliyini irəli sürəcək və bu adlar arasında "525-ci qəzet"in Baş Redaktoru Rəşad Məcidin də adını görəndə həqiqətən sevindim və açığını deyim ki,o biri Baş Redaktorlar da elə təmsil olunası gənclərdir və jurnalistlərdir".
   
   
   
   2. RƏŞAD MƏCİDİN REPLİKASI
   
   
   
   Sonra başqa bir yazı yazdım.Yazının adı beləydi : "RƏŞAD MƏCİDİN REPLİKASI". Həmin yazıda da aşağıdakı sətirlər vardı:
   
   "...Davam edir məclis ( söz şair Əlisəmidin 50 yaşı münasibətiylə təşkil olunmuş məclisdən gedir) və söz məhşur qarmon ifaçısı Aslan İlyasova verilir. Təbii, o da əliboş gəlməyib.Qarmonu yanında.Bir gözəl muğam başlayır və mən bu muğamın sədaları altında artıq,qardirobdan kurktamı alıram, bu əlli yaşı da içimdə təbrik edib, Əlisəmidi narahat etmədən zalı (restoranı) tərk edirəm.
   
   Bütün bunlar olur bir saat yarım ərzində.Mən saat səkkizin yarısında ayrılıram ordan.
   
   Türklər demiş: Əvət, qayıdaq başa.Sevimli Rəşad Məcidin replikasına.
   
   Amma bundan öncə sağ olsun Mübariz bəy, Rəşad Məcidin qəzetində çıxan Əlisəmid Kür haqqında yazımı bir xeyli tərifləyir.Daha tənqid eləyən deyil ki.....Sonra mənə söz verir, mən danışmaq istəmirəm və bir neçə dəqiqə keçmiş sevimli Rəşad Məcid qalxır, gəlir bizim stola, mənə deyir: niyə danışmadın.Bax gör nə qədər salyanlı var, danış, qoy səni də tanısınlar !!!!!!!!!
   
   Və Rəşad Məcid gülə-gülə ayrılır.
   
   Öncə onun repliksının ayarı: mən onun qəzetində bir yazı yazmışdım : "BİR AZ DA ORALI OLMAQ İSTƏYİRƏM" adlı. Rəşad Məcid o yazını oxumuş olmalı ki,məhz bu gözəl replikanı dedi və bu mənim üçün yarımçıq çıxdığım o gecənin ən gözəl anlarından biri oldu. Dedi və təbii ki,imkanı olmadı ona bir şeylər deyim, amma indi deyirəm:
   
   Əzizim Rəşad, nə fərq edər ki, altmışı yola saldıq, sakit və səssizcə... yetmişə hələ çox var... yaşayaq, ya yaşamayaq... və daha nə fərq edər ki...Əzizim Rəşad Məcid...
   
   Ulu Nazim Hikmət böyük Mikayıl Rəfili haqqında bir şerində bilirsən nə deyir, sevimli Rəşad Məcid:
   
   ...Yəni səsimiz
   
   bu göy qübbəsinin altında qalacaq deyə
   
   təsəsllimiz yoxdur
   
   Mən ki öz payıma buna kədərlənmirəm
   
   təsəllisiz yaşamağı bacardım
   
   Təsəllisiz ölməyi də bacararam...
   
   Sənin kimi Rəfili...
   
   3. "UĞURLU
   
   ƏSƏRLƏR"
   
   
   
   Daha bir başqa yazı isə belə adlanırdı: "UĞURLU ƏSƏRLƏR" və həmin yazıdan da aşağıdakı sətirləri oxucuların diqqətinə çatdırıram:
   
   "Eyni günlərdə iki dost yazarın və bizim yeni dünyamızın yeni naşirlərinin əsərləri çap olundu və mən də Allaha şükür ki, xəstəlikdən istifadə eləyib o iki əsəri də oxudum.Bu əsərlərdən biri Sözün çək-çevirini aramadan onu özünə tabe eləyən yazar Aqil Abbasın "QİYAMƏT GECƏSİ" povestindən parçalar ( 525-ci qəzet) və ikincisi isə təbii ki, bir nəfəsə oxunan və oxucunu ardınca çox asanlıqla aparmaq kimi bir ustalığa malik yazar Rəşad Məcidin "10 SENTYABR" hekayəsi idi.
   
   Rəşad Məcid bütün imkanaları daxilində çox az yazan yazarlardandır,bu gün Rəşadın tam hüqüqlu bir yazar olaraq ortaya qoyduğu hekayə artıq öz haqqını almış və ədəbi camiəmizin bir çox yaradıcısı (doğrudur, bu fikirlərdə bəzilərinə görə istilik bir qədər çox olsa da) hekayənin bir çox məziyyətlərini açıqlayıb, onun dəyərini verdilər və bu adamlar hətta səsi və sözü keçər yazarlar olduğundan mütləq bir fikir də yarandı ki, bəs Rəşadın hekayəsi son günlərdə yaranan ən gözəl əsərlərdən biridir.Ədəbi camiənin sıradan bir vətəndaşı kimi mən də bu hekayənin ustalıqla yazıldığını,onun acı bir həqiqəti çox çılpaq bir ustalıqla ortaya qoyduğunu ifadə eləyənlərlə tam razıyam. Uzun illər susandan sonra Rəşad Məcidin nəhayət belə bir gözəl əsər yazması onun yalnız intelektual bir naşir deyil və inteklektual bir yazar oduğunu da aşkarladı.
   
   Baxın, heç bir yazı "amerika kəşf eləmək" deyil.Biz bəzən yazarlardan çox şeylər tələb edirik və gəlin bunu zamanın öhtəsinə buraxaq və Amerika kəşf olunuduqdan sonra ikinci Amerika bizə lazım deyil.Bunu da unutmayaq və Rəşadın yazdığı kimi,məhz o cür Amerika bizə lazım deyil və bu gün Rəşadın bir hekayəsində bir qısqanclıq axtaranları da mən başa düşürəm".
   
   Bu yazıların heç birinin altında başqa bir fikir yatmayıb və elə düşünlüməsin ki,mən bu yazıları ona görə yazmışam ki, onun qəzetinin yazarıyam.Bunu o, sübut edir ki, bu yazılar başqa-başqa tarixdə yazılıb və bu yazılarda siz deyən elə bir böyük tərif-mərif də yoxdur.
   
   Və indi baxıram ki, Rəşad Məcid artıq mənim bir zamanlar tanıdığım və bir zamanlar gördüyüm Rəşad deyil və o daha ciddiləşib, daha ehtiyatlı olub ki, mən bunu da alqışlayıram. Rəşad Məcid o qədər ehtiyatla və o qədər oturuşmuş bir insan və bir yaradıcı olub ki,mən bəzən onun yaşının dibini belə görümürəm.
   
   Çünki bu yaşda bu qədər vəzifənin öhtəsindən onun necə gəldiyini təsəvvür etmirəm və üstəlik də, mənim onunla bir neçə dəfə atışmam olub,bir neçə dəfə mənim yazılarıma mane olub və hətda bir müddət mən onun qəzetinə yazı yazmamışam. Bu bir ayrı məsələ.
   
   Rəşad Məcid hər bir hərəkətində ölçülü-biçili olmaqla, oturub-durduğu adamlar da çox samballı adamlardır və hətda tutduğu vəzifələrinə görə bəzən Prezidentlə bir uçaqda, təyyarədə uçmaq kimi bir şərəfə də nail olur və yenə də deyirəm: bu yaşda bunların hamısını bir araya gətirmək hər kişin işi deyil.
   
   Və belə olduğu bir məqamda düşünürəm ki,Rəşad Məcid son dərəcə təmkinli təbiətiylə, xasiyyətiylə daha çox irəlilərə gedə bilər.

TƏQVİM / ARXİV