adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YENi PROYEKTiMiZ: GERiYƏ BAXANDA

TOFİQ ABDİN
21499 | 2012-06-23 08:37
Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA, QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təsəlliverici şeylər yaşanmışdır. Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda, istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki, bu günümüzün içindən çıxan məqamların ta özüdür. Bu proyektimizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
   
   Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA ,QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının, şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təssəlli verici şeylər yaşanmışdır.Bu məqamları və olanları yada salmaq həm də ibratamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda,istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki,bu günümüzün içindən çıxan məqamların ta özüdür.Bu proyektmizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
   
   
   
   ***
   
   Salam Tofiq bəy !
   
   Sizə bir yazı göndərirəm. Bu yazı barədə çoxdandı sizə danışmaq istəyirdim, amma nədənsə hər dəfəsində unudulurdu.
   
   Bu yazı Dr.Riza Nurun 2000 səhifəlik üç cildlik bir kitabındandır. Dr.Riza Nur Atatürkün ən yaxın dostlarından biri olub. Cümhuriyyət qurulduqdan sonra Avropaya gedib, Atatürkə müxaliflik etmişdir. Kitabın adı "HƏYAT VƏ XATİRƏLƏRİM"dir.
   
   Kitabı yazmış və çap etdirmiş. Avropanın ən önəmli kitabxanalarına göndərmiş və Atatürk öldükdən sonra açılsın deyə şərt qoymuş. İlk dəfə 1960-cı illərdə açılmış, bir türk alimi görmüş və o kitablardan parçalar çap etdirmiş. Sonra Türkiyədə bu çox mübahisələrə səbəb olmuş. Mübahisələrə baxmayaraq Türkiyədə hissə-hissə çap olunsa da, bütünlüklə nəşr edilməsi qadağan olunmuşdur. Çünki Atatürklə və İnönüylə bağlı bir çox dedi-qodular var.
   
   Bizi maraqlandıran təbii ki, bu dedi-qodular deyil. Bizi maraqlandıran bu adamın 1920-ci ildə Azərbaycana diplomat olaraq göndərilməsi, orda Nəriman Nərimanovla və o dönəmin önəmli şəxsiyyətləri ilə görüşməsidir. Hətta Tağıyevin xanımını da ziyarət etmişdir.
   
   Azərbaycandakı qardaşlarımız bilməz, amma Türkiyədə yaşayan bizlər üçün ən maraqlı dönəm Azərbaycanın 27 aprel 1920-ci ildən sonrakı vəziyyətidir.
   
   1920-ci ilin aprel ayına qədər olan hadisələri, Türkiyədə yaşayan o dönəmin Mehmet Emin Resulzadə kimi məsul şəxslərin qələmindən bilirdik. Azərbaycandakı xanlıqlar dövrü, sonra gələn milli hərəkatlardan hamımızın xəbəri var.
   
   27 aprel 1927-ci ildən sonra Azərbaycanda nələr olmuşdur? Ruslar və yerli kommunistlər xalqla necə davranmışlar? Üsyanlar, etirazlar olmuşdurmu? Çox insan öldürülmüşdürmü? Bu sualları biz özümüz-özümüzə versək də, əlimizdə o dövrə aid qaynaq, mənbə çatışmazlığından heç cür cavab tapa bilmirdik.
   
   İllər sonrası Almaniyaya getdikdən sonra əlimə yuxarıda adını çəkdiyim üç çildlik bir kitab keçdi. Kitab əslində bir bioqrafik və yazdığım kimi Türkiyədə çap olunması qadağan olunmuş bir kitab. Onun çap olunduğu yer Almaniyada bir şəhər və nəşr edən adam da alman familyalı birisi. Kitabın yazarı bir zamanlar Türkiyədə haqqında çox danışılan Dr. Riza Nur idi.
   
   Dr.Riza Nur Osmanlının son dövrlərində millət vəkilli olmuş, adı bir sıra hadisələrə qarışdıqdan sonra xaricə qaçmış, sonra da Ankarada başlayan milli hərəkata qoşulmuş, Atatürkün yaxın adamlarından biri olmuş,daha sonra yazdığımız kimi Atatürkə müxaliflik etmiş, yenə də xaricə qaçmış bir şəxsiyyətdir. Həyatı enişlər və yoxuşlarla dolu bir şəxsiyyət olaraq, Riza Nur Atatürklə yola getməsə də, kitabın bir çox fəsillərində Azərbaycanı da anlatmışdır.
   
   O kitabadan bir bölümü sizə göndərirəm. Əgər xoşunuza gəlsə "ƏDALƏT" qəzetində çap edərsiniz.
   
   Kitab məndə var.
   
   Salam və məhəbbətlə
   
   Orxan Aras, Almaniya
   
   BİR DİPLOMATIN QƏLƏMİNDƏN
   
   1920-Cİ İLLƏRİN AZƏRBAYCANI
   
   
   
   ... Bakıya çatdıq. Bizi hərbi bir paradla qarşıladılar. Bir evə yerləşdirdilər. Tiflisdə Qars kimi soyuq yox idi. Bakı isə daha isti.
   
   Buraların iqlimi mutadil. Bu yaz çox isti keçir, - dedilər.
   
   Şəhəri gəzdik. Avropa şəhərləri kimi. Ermənilər çox rahat. Bir qısım türklər Birinci Dünya müharibəsi sonlarında və sülh bağlanan ilk çağlarda İngilis ordusuna əskər olaraq çağrılmışlar. Ermənilər də gəlmiş, dava etmi, xəyanətkarcasına Bakını almışlar. Türklər gəlmiş və buranı xilas etmiş. Yusif İzzət paşa başçılığındakı bir ordu Qafqaz dağlarına qədər gəlib çıxmış. Şəhər bu davaların sonucu yandırılmış, yıxılmış, xüsusiylə ermənilər Türk Xeyriyyə Cəmiyyətinin binasını məhv etmişlər. Binanın yalnız yandırılmış çərçivəsi qalmaqdadır. Neft yataqlarını gəzdik.
   
   Bura uzaqdan sərv ağacaları ilə örtülü bir ormanı xatırladır. Nefti quyulardan tulumba ilə çəkirlər. Təbii olaraq özü fışqırır yer altından.
   
   Təqdir fabrikalarını, xüsusilə Nobel fabrikalarını gəzdik.Bir çox mancanaqlar gördük. Xam məhsul kimi yerdən çıxan retrol məhsulları (neft, benzin, vazelin və s.) ayrılıb müxtəlif kranlardan axır. Qazanların dibində mazut qalır. İlk mərhələdə çıxan çamuru (çöküntünü) sarı rəngdə görüncə, buna insanın MAVİ QIZIL deyəcəyi gəlir.
   
   Neft milyonçularından məşhur Tağıyev vardır. Çox zəngindi. Yaxşı adamdı. Məşhurdu. Malını xeyirli işlərə sərf edir, öz xalqını insanları üçün məktəblər, xəstəxanalar açır, insanlara qəzet çıxartdırır. Bolşeviklər gəlincə bütün malını əlindən alırlar. Zavallı bir müddət sonra kədərindən ölmüş. Dedilər ki: "xanımını ziyarət edək". Təbii ki, münasib vaxt da vardı. Getdik, bizim İstanbuldakı Səlmiyə kisalesinin bir cəbhəsi qədər bir bina. Dedilər: evi bu idi.
   
   Kiçik qapıya yanaşdıq. Beş-altı pillə nərdivanla aşağı endik. Bir otaq içində adi əşyalar, bir xanım. Bizi təqdim etdilər, "Tağıyevin xanımıdır" deyə. Aman allahım, böyük bir ibrət! "Düşməz-qalxmaz bir Allah" - deyərlər, bunu xatırladım. Dinsiz bunu etməz. Nəymiş, nə olmuş? "Allah görünür-görünməz bəladan saxlasın" - deyərələr. Çox yerində duadır. "Bir gün bolşevik deyilən adamlar gələcək. Qiyamət qopacaq. Hər kəsin malı əlindən alınacaq. Bir qəpiyə, bir çuvala möhtac edəcəklər".
   
   Kimin ağılna gələrdi? Bax, görünməz qəza... Zavallı xanıma çox yazığım gəldi. Öz evinin zirzəmisində yaşayırdı. Təssəli etdik. Fəqət, boş laftan nə çıxar? İştə, nə çarə söylənəcək ki, ədalət yerini tapsın.
   
   Azərbaycan hökuməti bizə gözəl bir qonaqlıq verir. Sabah yeməyində əla (havyar) ikra, bol-bol. Və gözəl yağla birlikdə. Daraşmışıq ikranın canına. Nə eləyək. təptəzə və nə də xoş. Ömrümdə belə gözəl ikra yemədim. Bir daha bu fırsat ələ keçərmi? (...)
   
   
   
   (davamı olacaq)
   
   
   
   RİZA NURun
   
   çox qısa bioqrafiyası
   
   
   
   Riza Nur 1879-cu ildə Sinopda doğuldu. Orta məktəbin ilk siniflərinə Sinopda getdikdən sonra, İstanbula gələrək Soyuqçeşme Əsgəri Rüştiyesinə girdi. Sonra Tibb məktəbi İdadisini (Tibb Liseyini) və Məktəbi Tibbi Şahanəni (Əsgəri Tibb Məktəbi) təbib kapitan olaraq bitirdi. 1901-ci ildə Gülhanə xəstəxanasında (Əsgəri Tibb Akademiyası) çalışqanlığı ilə Alman müəllimlərin diqqətini çəkdi və orada assistent oldu.
   
   Əvvəl Prof. Dr. Deike Paşanın yanında çalışdı, sonra cərrahi qisminə keçdi. Prof. Dr. Vietin Paşanın yanında çalışaraq operator oldu. Bu vaxt tibbə aid xüsusi bir kitab yazdı. Əvvəl padşaha təqdim edilən kitab, sonra nümayiş olundu və Prof. Vieting tərəfindən bir qismi Almancaya çevrildi. 1903-cü ildə Rumeli Zibefçe gömrük qapısına bakterioloji yoxlama işinə təyin edilən Dr. Riza Nur 1905-ci ildə Gülhanəyə köməkçi müəllim, 1907-ci ildə Əsgəri Tibb məktəbiyə cərrahiyyə müəllimi oldu. Hökumətin elanından sonra edilən seçkilərdə Sinopdan millət vəkili seçilərək Məclisə girdi. 1908-ci ildə Birinci İcra Vəkilləri Heyətində Maarif vəkili oldu.

TƏQVİM / ARXİV