adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

YENi PROYEKTiMiZ: GERiYƏ BAXANDA

TOFİQ ABDİN
20332 | 2012-05-19 07:47
Hər nə qədər unudulmaz dramaturqumuz İlyas Əfəndiyev desə də ki, GERİYƏ BAXMA ,QOCA insan istər-istəməz geriyə baxmalı olur və özəlliklə yazar tayfasının,şəxsən mənim özüm zaman-zaman geriyə baxmağa məcburam. Geridə bir o qədər şirin günlər olmasa da, bir çox təssəlli verici şeylər yaşanmışdır.Bu məqamları və olanları yada salmaq həm də ibrətamiz bir ovqatın yaranmasına səbəb olur. İstər şəxsi yazarlıq həyatımızda,istərsə də bizdən öncə yaradan sənətkarların yazılarında elə anlar var ki,bu günümüzün içindən çıxan məqamların ta özüdür.Bu proyektmizdə öz yazılarımızla birlikdə zaman-zaman klassiklərin əsərlərindən istifadə edəcəyim yazılarda son dərəcə öyrədici məqamların olduğunu görəcəksiniz.
   
   "...yeməkləri dadsız olanda bu altmışıncılar belə gəldi... belə getdi...qutabı duzsuz olanda bu altmışıncılar belə gəldi... belə getdi..." deyə tutdurub gedirlər bəzən.Və mən bu daşın kimə atıldığını da o məqam hiss eləyirəm.Amma dəfələrlə desəm də ki, balam mənim bu altmışıncılar deyilən ədəbi sıraya heç bir dəxlim yoxdur, onlar yenə də dediklərini deyirlər.Bax, bu yazar Əli Həsənov da, yetmişinə gəlib çıxsa da onun Ədəbiyatımızda daşlaşmış 60-CILAR deyilən qrupa heç bir dəxli yoxdur.Olsaydı mənim "Əli Həsənovu" tanıyırsınzımı sualıma: O KİMDİ deyə sorğu ilə yanaşmazdılar. Bütün bunlara baxmayaraq yazar Azər Abdulla,tərcüməçi-yazar Akif Qəhrəmanlı, bu yazının müəllifi,öncələrin diktoru və təbii ki,yazar Əli Həsənlinin də iştirakı ilə xudmani bir yubiley saatları yaşandı.
   
   ***
   
   Bir dostumuz da YETMİŞİNƏ GƏLDİ şükür Allaha!!!!!!!! Belə bir ovqatda yuxarıdakı başlığı yazanda az qala özüm-özümdən hürkürəm: nə qədər türklər demiş, aptal bir sualdır bu sual ki, mən bunu araşdırmağa qalxıram, bunu düşünürəm?Axı nədən bu qədər aptalcasına və sadəlövhlüklə yanaşıram bu məsələyə? Yazar Əli Həsənov neyçin yazır? Bəli, bu sualın ağrısını başa düşdüyüm üçün deyil və onun yazdıqları haqqında illərdir tənqidin KOR və KAR qaldığını bu ədəbi camiəyə göstərmək üçün deyil,ümumiyətlə mənim düşüncəmcə yazı yazan bir yazarın unudulduğu ədəbi camiədə onun nələr çəkdiklərini ifadə eləmək üçün yazmağa başladım bu yazını...
   
   Altımışıncılar deyilən bir nəslin içindən çıxan və heç zaman onun içinə buraxılmayan və hətta altımışıncılardan sonra da heç zaman heç bir nəslin içinə alınmayan bu YAZAR nədən yazır və neyçin yazır?
   
   Bu yazmaq zəhrimarın bir şirinliyi, bir acılığı varsa o zaman nədən bu yazara bu DADI dadızdıran yoxdur və doğurdanmı bunu eləyən kimsə olmalıdırmı, yoxsa yox!
   
   Çox sakit təbitəli və hətta heyrətli dərəcədə öz içinə qapanan bu YAZAR taleyin cilvəsiylə belə mərkəzdən uzağa düşdü və talə elə gətirdi ki, o Bakının bir qəsəbəsinə sığınmalı oldu və artıq mən İstanbuldan qayıdanda Əliin harda olduğunu yazar və ən etibarlı dostu Azər Abdulladan soruşdum və o bir az sıxıntı içində özünəməxsus qımışaraq "bir perojki nöqtəsi var, orda məşğuldur, amma yazılarına da davam edir" deyəndə,inanın ki, başımda İstanbul havası : mən də gülümsündüm və düşündüm: burada heyrətli heç bir şey yox ki...çünki İstanbul boyda bir dünyada,İstanbul boyda bazar iqtsadiyyatlı şəhərdə hər şeyin alınıb-satıldığı bir ortamda hər hansı bir yazıçını da haradsa başqa bir işlə, amma namuslu bir işlə ( bu da şərti bir deyimdir) məşğul olması heç də mənim üçün ağır gəlmirdi, amma heç şübhəsiz, hələlik bizim buna alışmağımız bir xeyli zaman tələb elədiyindən, burada bu məsələnin bir az daha irəli getməsini gözləməliyik və hətta düşünürəm ki,bizim ortaq dostumuz Yazar Azər Abdulla da buna etiraz səsini ucalda bilər və mən bu sətirləri yazdığım anlarda belə onun səsini eşidirəm.(yəni bunu niyə yazırsan... kimi bir şey...)
   
   Əli Həsənov maraqlı bir yazar kimi gəncliyindən bizə tanışdır və o zaman da onun işləri daşdan çıxdığı kimi indi də həm şəxsi işləri daşdan çıxır,həm də yazıları daşa toxunur...Amma yazar Əli Həsənova heç zaman ən adi diqqət belə olmayıb.Bu onu incidirmi, incitmirmi bunu mən dəqiq bilmirəm,amma inciməyə daha çox haqqı olduğunu bilirəm...
   
   Bir həqiqəti deməliyəm ki, Azər Abdulla ağlına və ədəbi zövqünə inanıdığım adam olduğu üçün, hətda Əlinin oxumadığm əsərlərini də mənə hər zaman tərifləyib ( tərifə layiqsə tərifləyib) və elə tərifləyib ki,bəs bir çox zaman mən onun daha çox ifrata vardığını da ona xatırlatmışam,amma Azər çox ciddi deyir dediklərini.Buna görə də Əlinin bir yazar olaraq bir çox hekayələrini Folknerin hekayələri ilə müqayisə eləməsi bəzən məni sevirdirsə də yenə də düşünümüşəm ki, bəlkə Azər şişirdir bəzi şeyləri,bəlkə hissə qıpılır, amma Azər dediyində inad eləyib və Əli Həsənovun nəsr dilinin mürəkkəbliyi və leksikon çətinliyi bunu hardasa həqiqət olduğunu ortaya qoyur.
   
   Əli Həsənovla uzun bir zamanın tanışı olsaq da bu sətirləri yazıdığım anda onun neçə kitabının vəya ümumiyətlə kitabının çıxdığından xəbərim yoxdur.Bunu mən özümə bir günah hesab eləsəm də, bir az təskinlik tapmaq üçün bahənə arayıram, amma heç bir bəhanə tapa bilmirəm.Bircə mənə təsəlli budur ki,zövqünə və tərbiyəsinə inandığım, amma yenə də bir çox şeylərdə barışmadığım Azər Abdulla Əli Həsənovu özündən çox sevir və bu sevgisində də bir az onu anlamağa çalışarm ki, Azər Abdulla da, yazar Əli Həsənov kimi bu yazar camiəmizdə bir çox zaman təklənmiş bir varlıqdır ( amma yenə də Əli Həsnov kimi yox) və bu təklənmiş varlıq dediyim zamanda onu da düşünürəm ki, şəxsən mən bu cəmiyətin içində olub nə qazanmışam?Və nəsə qazanmalıydımmı?
   
   Bax, bu NƏSƏ QAZANMAQ ağrısı altında daha irəli gedəndə, yenə də içimi bir sual didir: bax bu yazar Əli Həsənov neyçin yazır,tamam yazır yazmağına və aradabir çap da olunur, amma ona bir quruş da olsun qonarar vermirlər çap olduğu qəzetdə (son zamanlar yenə də Azər Abudlla aracılığı ilə YENİ AZƏRBAYCAN qəzetinin Ədəbiyat əlavəsində çap olunur,xahiş edirəm bunun bu cür vurğulanması heç bir dediqodu yaratmasın,bu günkü ortam budur,bir çox qəzet bu gündədir ), bu bazar iqtisadiyatı dediyimiz amansız ortamda mən demirəm ki,.onun yaradıcı haqqını kimsə yeyir,görünən budur ki,o yalnız məncə mənəvi qida alır bu yazılardan.O yazılardan ki, ədəbi tənqid heç zaman ona sahib çıxmayıb və bəlkə də belə olması daha ədalətlidir.Və düşünəndə ki,Əli Həsənovun yeganə yaşamaq imkanı elə bu yazarlığından çıxırdı Sovetlər zamanında ( o bir zamanlar ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT, OĞUZ ELİ qəzetlərində çalışıb) o halda məni qəhər boğur: yaşın elə çağıdı ki, artıq Əli Həsənov bu yazılarıyla yeni sevdaya tuş gələn deyil,bir yazısıyla gedib kiminsə qapısını döyüb, lovğalanıb rüşvət alan deyil və o bunu heç zaman da eləmədi. Bütün bunlar olmadığı halda, bəs o zaman Əli Həsənov neyçin yazır...neyçin yazır? Və neyçin çap olunur, onu yazmağa bir instiqmi zorlayır, yoxsa yenə nəsə varmı bu yazı yazmanın arxa qatında ki,onu mən görmürəm.
   
   Yox, bundan sonra daha şöhrət yazar Əli Həsənovun Bakının bir qəsəbəsindəki evinin qapısını döyən deyil və bundan sonra kimsə qalxıb Əli Həsənovu BÖYÜK YAZAR vəya GÖZƏL YAZAR,TANINMIŞ YAZAR elan etməyəcək və heç bir tənqidçi də onun ardınca düşüb, onun hekayələrində nəsə axtarıb tapmayacaq və onu dəərləndiməyəcək...
   
   Bəlkə Əli Həsənov başqa bir zaman və başqa bir cəmiyət üçün yazır?
   
   Düşünürəm: o ZAMAN OLACAQMI?
   
   Düşünürəm: o CƏMİYYƏT OLACAQMI?
   
   Bu suaların ağırlığı altında yenə də düşünürəm:
   
   O zaman,Allahım, bu yazar Əli Həsənov nədən yazır və neyçin yazır?
   
   Anlamaqda zorluq çəkirəm...
   
   Bəlkə sən izah edəsən, Azər Abdulla?
   
   
   
   ƏLİ HƏSƏNLİ HAQQINDA NƏ DEDİLƏR
   
   
   
   Yazar Azər Abdulla : -Tofiq bəy, nə qədər jurnalistlik etmək, qəzetçilik yapmaq olar! Bir vaxtlar - gəncliyində sənətçilərə verdiyin qəribə-gözlənilməz suallarla adamları çaşdırar, heyrətləndirərdin. Hər şeyin bir sonu olduğu kimi, görünür sənin maraqlı sorğularının da sonu çatıb. Sən məndən soruşsaydın "Əli Həsənli niyə az-az yazır?" - bu sualına əməlli-başlı cavab verərdim. Bir də ki, bu sualı Əli Həsənlinin özündən soruşsaydın, bəlkə daha düzgün cavab alardın. Tofiq bəy, deyəsən, bu yanaşmanın özündə də bir bənzərsizlik - orijinallıq duyulmaqdadır. Başqaları bu sualı Əli bəyin özünə verərdi, ancaq sən...
   
   Bildiyin kimi Əli şoumen yazıçı deyil. Qırx bir ildi onu tanıyıram, bu illər ərzində bircə dəfə də olsun onu istər birbaşa, istərsə də dolayı yolla olsun özünü təbliğ etməyə, tanıtmağa can atan görmədim. Əli Həsənli səndən də, məndən də insaflı, ədalətli, imanlı olsa da, bizdən çox insanları sevsə də (!) adamların arasında, tünlükdə özünü çox rahatsız hiss edir, sıxılır. Əli bəydə, şoumen yazıçıları, şairləri demirəm, ən azı səninlə və mənimlə müqayisədə şöhrət hissi son dərəcə azdır.
   
   Tofiq bəy, Yazıçılar Birliyinin qarşısındakı bağda çinarların altında bir balaca alça ağacı var, yazın bu vaxtı bəmbəyaz çiçəyə bürünüb. Ərinib eləmədən get o alça ağacından soruş - Sən niyə çiçəkləyirsən?...
   
   Zalım çinarlar yarpaqlayandan sonra, kölgəsi hər yanı bürüyəndən sonra həvəslə, sevinə-sevinə çiçəkləyən o alça ağacı çox vaxt öz barını verə bilmir..
   
   O alça ağacından ala biləcəyin cavab Əli Həsənlinin cavabı olacaq.
   
   Tofiq bəy, sənin bu sualın məni ona görə əsəbiləşdirdi ki, sən Əlinin bir hekayəsini belə sonacan oxumamısan. Bu qovhaqov, bu qaçhaqaç günlərin bir günü qurtaracaq, bir adam, bir tənqidçi, bir namuslu ədəbiyyatşünas, ədəbiyyat adamının qarşısına Əli Həsənlinin "Qayıq", yaxud "Ağ yol", yaxud "Pencək"... hekayələri çıxacaq. O adam çağımızdakı tənqidçilərin sayğısızlığına, zövqsüzlüyünə, diqqətsizliyinə daha nə bilim nələrinə güləcək.
   
   Əli Həsənlinin neçə oxucusu var deyə bilmərəm, onu dəqiq bilirəm ki, Əli Həsənli həm də ona görə yazır ki, hər şeir misrasını, hər cümləsini sevə-sevə, diqqətlə oxuyan oxucusu - Azər Abdulla var.
   
   ***
   
   3 may 2003
   
   Xalq şairi Qabil: "...Gözəl hekayədir,nəsə elə olmalıdı.Namusla yazılıb.O hekayədə böyük güc, enerji tələb olunur.Əli onu krujeva kimi toxuyub."
   
   Söhbətlərin birində yazar Azər Abdullaya dediklərindən.
   
   Jurnalist Sabir Məmmədli:Əli bircə bu hekayəsi ilə ("Qayıq" hekayəsi) ədəbiyatda qalacaq.O hekayədə şişirtmə olmasın,Dostoyevski ilə Heminquyeyin sintezi var.Zalım oğlu səbət kimi hörüb. "Xalq Cəbhəsi" qəzeti 19 fevral 2002.

TƏQVİM / ARXİV