adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

"SARI GƏLiN"Ə TüRKiYƏDƏN BAXIŞ - 2

TOFİQ ABDİN
16390 | 2012-04-28 06:42
AMAN "SARI GƏLİN"...
   
   
   
   Amma öncə:
   
   Və nədən:AMAN! Təbii bu sözün iki məna daşıdığını bir kimsə danmaz və buna görədə kiçik bir izahata etiyac var.
   
   Olubmu, olmayıbmı, bu SARI GƏLİN və nədən SARI? Kimdi,bu SARI GƏLİN. Mən bu ədəbi aləmin içində olandan bu müzakirə olunur və iş o yerə çatıb ki, bir müddət Türkiyədə yaşadığım illərdə də mən bu SARI GƏLİN məsələsinin müzakirə olunduğunun, bir çoxlarının da bu SARI GƏLİNi üzdən iraq yerlərə yozduğunun da şahidi oldum.Və bir çox zaman bunu eləyənlər özləri də türklər idilər və ya geniş anlamda desək Türk vətəndaşlığı adını daşıyan sənətçilər idilər. Bunu araşdırmaq bir o qədər asan deyil.İş o yerə gəlib çıxıb ki, artıq SARI GƏLİN bir emblem, bir müzakirə imkanı yaradan bir səviyyədədir.Yəni bu müzakirə cızığından çıxmış kimi görünür və çox acı bir şey: Erməni SOYQIRIMI məsələsində bu SARI GƏLİN bir ortam yaratmaqla SOYQIRIM qondarmasına qarşı qoyulmuş bir dilemmaya,bir tezisə çevrilməkdədir.Və təbii, mən uzun illər bu ədəbi aləmin içində olduğumdan vaxtilə "QOBUSTAN" toplusunda da bu məsələ barədə bir neçə yazının yayınlanmasında ANAR müəllimin böyük əməyi olduğunu vurğulamaq istərdim ki, hələ o zaman bu məsələ bugünkü qədər asan müzakirəyə çıxarılmırdı və onu da bilmirəm ki,Türkiyədə bu məsələ bizim mətbuatda müzakirə olunduğu illərdə araşdırılırdımı və ya Akif İslamzadə o məşhur oxuması ilə bizim içimizi titrədəndə SARI GƏLİN OXUMASI Türkiyədə oxunurdumu oxunmurdumu.Bunu mən dəqiq bilmirəm, çünki mən araşdırıcı deyiləm.
   
   Amma, bü gün görünən budur ki,SARI GƏLİN artıq bir əks dilemmaya çevrilib.Daha doğrusu, hətta SOYQIRIM kimi bir bəlanın inkar edilməsində bir vasitə olub və Türkiyə SARI GƏLİN adında bir film çəkməklə Türk ictimayəti, ARARAT filminə qarşı bu vasitədən istifadə edib.Yəni SARI GƏLİN mövzusu artıq dünyada daşlaşmış və Türkiyənin uzun illərdən bəri mübarizə elədiyi ERMƏNİ SOYQIRIMI məsələsinə qarşı Türk tərəfinin bir iddiası kimi ortaya atılmışdır.
   
   
   
   "ARARAT" FİLMİNƏ QARŞI "SARI GƏLİN""
   
   
   
   Ermənilərin bir çox illərdən bəri soyqırım deyərək Türklərin dünya arenasında başını ağrıdan bir olaya artıq türklər siyasi yolla deyil, sənət yoluyla da cavab vermək fikrindədirlər.Buna gərə də Türkiyə Cümhuriyyətinin dəstəyilə çəkilən SARI GƏLİN adlı film Erməni soyqırımının iç üzünü açır. Türk ictimayəti və türk sənətçiləri belə düşünür. Çəkimləri 11 ölkədə arapılan bu sənədli film 5 dilə çevriləcək.
   
   Erməni soyqırımını Avropadan Amerikaya və dünyanın bir çox ölkələrinə acı bir olay kimi sırıyan ermənilər çox zaman əsil həqiqətləri gizlədərək və daha doğrusu, hər zaman əsl həqiqətləri gizlədərək bəzən qanun, bəzən də görüşmələr sonucu Türkiyənin xarici siyasətində əngəl olmaqda davam etməkdədir. Bunu bilməyən daha yoxdur.Bu sözdə soyqırım Türkiyənin dünya siyasətinə çıxmasına da mane olan ən vacib amillərdən və ya belə deyək ki, bəhanələrdən, əslində elə budur bizim fikrimizcə, məhz bəhanələrdən biridir. Və uzun illər bu mübarizənin içində olan Türkiyə artıq siyasi yoldan, sənət yoluna baş vurmağı qarşısına məqsəd qoymuşdur. Bu sənədli filmə yenə də mübahisələrə səbəb ola biləcək bir ad verildi. "SARI GƏLİN".
   
   
   
   ÇƏKİMLƏR NECƏ GEDİB?..
   
   
   
   Rejissor İsmayıl Umac,professor,doktor Nəsən Koni,professor,doktor İlbert Ortaylı,professor,doktor Mim Kamal Öke ilə altı ay öncə vəfat edən professor,doktor Necat Göyüncün yardımlarıyla və məsləhətçiliyi ilə "SARI GƏLİN-Erməni məsələsinin içüzü" adlı bəlgəsəlin, sənədli filmin çəkilişi üçün yaradıcı heyətin Amerika,Fransa,İtaliya,Yunanstan, təbii Ermənistan,Gürcüstan və Azərbaycanda da parçalar çəkmişlər.
   
   
   
   HƏR KƏSƏ SÖZ HAQQI VERİLMİŞ BU FİLMDƏ
   
   
   
   Türkiyə üçün 3 hissədən və xarici ölkələrdə göstərmək üçün 5 dildə bir hissədən ibarət olacaq bu bəlgəsəl soyqırım məsələsinə indiyə qədər bilinməyən bir çox gerçəkləri, həqiqətləri sənədlərlə gün işığına çıxaracaq. Sənədli filmdə Fransada Erməni soyqırımını hazırlayan millət vəkillərindən ASALA VƏ PKK-nın da vəkilliyini eləyən Patrik Dəvəçiyan, bu qanunu məclisdən keçirmiş olan François Roshebloine və Fransada Erməni radiosunun sahibi Henri Papazyan kimi soyqırım iddiasında olan bir çox başqalarının fikirləri filmə daxil edilmişdir və canlı danışıqlar alınmışdır sənədli filmə. Bu filmdə"DƏDƏLƏRİMİZİ QƏTL ETDİNİZ" deyə bağıran sıravi ermənilərə də yer veriləcək.
   
   24 İYUN SOYQIRIMI ANMA GÜNÜ FİLMƏ DAXİL EDİLMİŞDİR.
   
   Filmin yaradıcıları bunun üçün xüsusi olaraq həmin gün tədbirlərdə iştirak eləmiş və burada canlı ermənilərlə görüşmüş və onların danışıqlarını da filmə daxil etmişlər. Burada danışanlar adi ermənidən tutmuş ali təhsilli ermənilərə kimi vardır.
   
   BU FİLM ALTERNATİV BİR FİLMDİR.!
   
   SARI GƏLİN film bir neçə ay qabaq Kann festivalında göstərilən ARARAT filminə qarşı çəkilmişdir. Amma bizim fikrimizcə ARARATdan öncə çəkilsəydi daha gözəl olardı.
   
   
   
   ARTIQ AYILMALIYIQ
   
   
   
   ABŞ-da 54 Dərnəyi təmsil edən Türk-Amerikan Dərnəyi Assambleyası Cümhurbaşqanı Əhməd Necdət SEZƏRƏ müraciət edərək ermənilərin VAŞİNQTONDA muzey açmalarına qarşı olduqlarını və bunu baykot edəcəklərini bildirmişlər.Assambleyanın Başqanı Orxan Kaymakçalan bu işin öncüllərindən biridir.
   
   ***
   
   Və belə çıxır ki,TÜRKLƏR ayılıblar, amma necə?
   
   Və belə çıxır ki,TÜRKLƏR ayılıblar, amma necə?
   
   "Milliyət" qəzetinin Köşə yazarı Nəsən Pulur keçdiyimiz günlərdə Türkiyədə nümayiş etdirilən və reklamlara inansaq bizlərdə nümayiş etdiriləcək "SARI GƏLİN" filmi haqqında
   
   
   
   NƏSƏN PULUR:
   
   "SARI GƏLİNİ" başqaları da seyr etsə
   
   Türkiyə "Milliyət" qəzetinin Köşə yazarı Nəsən Pulurun
   
   qeydləri
   
   "SARI GƏLİN" bəlgəsəlini seyr etdinizmi?
   
   Biz birinci bölümü TRT də seyr etdik...
   
   Rejissor: "SARI CƏLİN",Türk-Erməni münasibətlərinin ortaq kültür və ortaq tarix baxımından dəyərləndirilən,Cümhuriyyət tarixinin ən monumental" bəlgəsəli deyir işi haqqında.
   
   6 bölüm olaraq hazırlanan bəlgəslin araşdırma çalışmaları üç ilə başa gəlmiş,çəkimlər və onun tamamlanması isə bir il olmuşdur.
   
   Yurt içində 15 ayrı-ayrı yerlərdə araşdırma və incələmələr aparılmış,yurddan qıraqda 11 ölkədə arxiv materialarına baxılmış, on minə yaxın yazılı materiala müraciət edilmiş, Erivan,Moskava,Beyrut,Bakı və Hələbdə iki dəfə əldə edilən bilgilər diqqət keçirilmiş və bəlgəsəldə yer almış 13 ayrı ölkədə çəkimlər olmuş və intervyülər alınmış.
   
   ***
   
   TANITIM dosyasında daha çox bilgi var...
   
   Amma biz öncə nəyi axtardıq bilirsinizmi bu bəlgəsldə?
   
   Belə bir bölümü:
   
   "SARI GƏLİN" İngiliscə,Almanca,Almanca,Rusca kopyalarını 24 apreldən öncə dünyanın səsi keçən,sayılı ölkələrinin televizyonlarında, kinozallarında gösərilməyə başlamışdırmı?"
   
   Amma, biz nəylə qarşılaşdıq,bu TANITIM dosyasına baxdıqda:
   
   "Bəlgəsəlin 60 dəqiqəlik İngiliscə,almanca,fransızca, rusca versiyaları hələ də tərcümə olunmaqdadır".
   
   ***
   
   Bu qafamızı bir az dəyişdirib Türkü Türkə analatmaqdan bir vaz keçsə bilsəydik!.
   
   Əlbəttə, bizim bizi tanmamız da önəmli, amma önəmli olan yabançıların bizi tanıması,tanıyaraq,bəlkə anlaması daha önəmli deyilmi?
   
   Yenə də bir şeylər eləyə bilirik. "SARI GƏLİN"i dünya televizyonlarına çıxara bilməmiz üçün bir az hərəkətə gəlməliyik.
   
   Amma bu hərəkət xətirlə, gönüllə olmaz.Ermənilərin,bizə qarşı dindən və illərdən bəri apardıqları propaqandadan irəli gələn üstünlükləri olsa da, bunun yanında nələr elədiklərini, nələr xərclədiklərini hər halda bilirik.
   
   ***
   
   Əgər bu olmazsa "SARI CƏLİN" Türkiyənin içində qalır, sadəcə SARI GƏLİN türküsü Ermənilərinmi, yoxsa bizimmi mübahisəsi ilə iş bitir və xatırlanır.
   
   Bir də bunu dartışmağa nə gərək var, ha Ermənicə söylənsin, ha Türkcə. "SARI GƏLİN" bu torpaqda yaşayan insanların türküsüdür.
   
   ***
   
   Bəlgəsəldə bizi nə etkilədi bilirsinizmi?
   
   Vyanada ASALA qatiləri tərəfindən öldürülən Türkiyə Böyük Elçisi Daniş Tunalıgilin həyat yoldaşının söylədikləri: "MƏN ERMƏNİLƏRƏ KİN DUYMURAM. ASALA BAŞQA, ERMENİLƏR BAŞQA!"
   
   Erivanda universitet tələbəsi olan bir gənc erməni isə bunları demiş: "QARDAŞIMI ÖLDÜRƏNİ MƏN DƏ ÖLDÜRƏRƏM"
   
   Bunu dünyaya çatdıra bilsək, yetər!
   
   (Davam edəcək)

TƏQVİM / ARXİV