adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

YENi LAYiHƏMiZ: ÖMRüMDƏKi iNSANLAR

TOFİQ ABDİN
16525 | 2012-02-18 08:44
Yaşanmş ömrə nəzər saldıqda ömrümdəki bəzi insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən, onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdır,bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir, bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
   
   Bu insanlar kimlərdi?
   
   
   
   "BİR ÇOX SƏNƏLƏR KEÇDİ..."
   
   
   
   O SƏFƏRDƏN kimsə dönmədi...
   
   O sıradan SİZ də!
   
   Heç vaxt unutmadığım Kamil müəllim...
   
   Bu yazını niyə yazmaq istəyirəm, inanın ki, vallah heç özüm də bilmirəm. Yox, özümü inkar olmasın, bilirəm ki, niyə yazıram. Bilməsəm yazmaram. Mən bu yazı silsiləsini uzun illər öncə başlamışdım. O zaman Türkiyədəydim, bu tema mənim üçün göydən düşməydi. Təklik idi, tənhalıq idi. 150-160 kvadrat metrlik üç böyük otağın içində var-gəl edib, keçənləri yada salırdım və qəribliyin ağırlığı da bir yandan.Buralardan gələn hər bir xoş xəbər mənim üçün son dərəcə məlhəm və son dərəcə vacib bir ömür daşı idi.
   
   ***
   
   İndi artıq arxada qalan ömür yoluna baxdıqda... Yox... yox... bu bir xatirə deyil, mən hələ özümü çox enerjili birisi kimi tanıyıram, hələ yorğunluq kimi bir şey içimə oturmayıb, amma ömrümün bu çağında bu yerlərə gəlməyim üçün mənə aşina olan,yalnız mənə deyil, bir çox mənim kimi ayrı dünyanın insanına aşina olanlar haqqında düşünürəm və görürəm ki, mən yazmasam, inanın ki, o adamlar bəlkə də heç kəsin yadına düşməyəcək.Yox, bu dünyada heç nə unudulumur, zaman bir çox vaxt nəyinsə üstünü örtə bilir və onu gizlində saxlaya bilir, amma gün gəlir ki, mütləq birisi düşür qabağa və bu dünyadan soruşur: axı, bir vaxtlar sənin bir vətəndaşın vardı.Çox insanlar qapısında sıraya durardı ( məcazi mənada,amma heç kəsi o heç zaman qapısında gözlətmədi) çox sənət adamı, onun başına fırlanardı və çox insan onun əlindən çörək yemişdi və o özü bütün bunları heç zaman, heç yerdə deməsə də, var idi belə bir insan...belə bir ziyalı...
   
   Bizim nəsil, indi çox qıt olan ziyalıların əlindən su içdik,süfrələrində oturduq, onlarla birlkdə Bakının havasını udduq. Amma nədən hər şey dəyişdi, hər şey alt-üst oldu.Mən haqqında yazdığım o insan da məhz sovet dövrünün nadir ziyalılarından, amma arxa planda qalan ziyalılarından biri... onun haqqında mənim onu tanıyan insanlardan bir şeylər soruşmağım da bir elə çətin iş deyil.Bu fikrə düşdüm və acizanə bir hirs mənim içimi didib dağıtdı. Nədən bu insanlar susurlar, nədən o insanlar ki, onu çox gözəl tanıyırdılar və onun başına fırlanırdılar,indi onun haqqında bir kəlmə də olsun danışmaq məqamı yaratmırlar və bəlkə yaratmışlar. Mənim xəbərim yoxdur.Hər halda telefon açıb soruşaram,amma yazımı yarımçıq kəsmək istəmirəm.
   
   Adam başdan-ayağa bir ziyalı,adam bir mədəniyyət və insanlıq timsalı, bir zövq sahibi,son dərəcə içinə qapalı,son dərəcə mehriban birisi və neçə illərdir başımın üstündə dayanan və bəlkə də mənə "bəs sən nədən məni xatırlamırsan" sualıyla içimin ağrılarına ağrı qatan bir insan və bu günümü müəyyən mənada yaradanlardan biri.Mən çox insanlardan yaxşılıqlar görmüşəm.Amma bu insanın yaxşılığmı desəm, yoxsa mənə olan son dərəcə böyük rəğbətimi desəm, münasibəti bir türlü izah olunmaz bir şey. Adam çox böyük bir redaksiyanın musiqi redaksiyasının baş redaktoru və mən də "Qobustan" toplusunda şöbə müdiri.Adam həftədə bir altıncı günlər aparıcısı olduğu bir saatlıq verilişi-MELODİYA radio-klubunu mənə etibar edir.Özü çəkilir verilişin redaktorluğundan və onun müəllifliyindən.Mən bunun nə olduğunu hələm-hələm başa düşmürəm. Radionun qızıl çağları,o cağlar ki,hətta televiziya belə radio ilə rəqabətə girə bilmir. Çünki, radionun yaradıcı qüvvəsi yeni gəlmiş gənclərlə daha da milliləşmiş və bu işin içində olanlardan biri də məhz haqqında uzun illər keçməsinə baxmayaraq heç zaman unutmadığım
   
   KAMİL MƏMMƏDOV...
   
   İnsanlar var ki, birbaşa yaradıcılıqla məşğul olmur, amma yaradıcı insanlar üçün elə bir şərait yaradır ki, elə bir qala qurur ki,elə bir ortam təşkil edir ki, bir çox yaradıcı insandan daha gərəkli olur vətən və millət üçün. Kamil müəllim Azərbaycan radiosunda (orda verilişlər apardığım illəri nəzərdə tutaram) məhz dediyim keyfiyyəti özündə ehtiva edən bir ziyalı.Adam son dərəcə sakit, son dərəcə başı aşağı və təsəvvür edin ki, bu ölkənin, bu məmləkətin bütün musiqiçiləri onun əlinin altında, yəni indi kimi dindirsən bəlkə də, onun haqqında saatlarla danışar, amma dediym kimi adam həm də unudulmuş kimi.Ola bilsin bu "unudulmuş kimi" ifadəsi bir az yerində deyil.Mən bu yazını hazırlayanda çox kiçik bir axtarışa çıxdım.O illərin ən gözəl insanlarından biri Kamil müəllimə yaxın Fəridə xanım Aslanbəyovaya telefon açdım.Onun da telefonunu indi Kamil müəllimin yerində oturan,məhz Kamil müəllimin tövsiyyəsi ilə ora işə götürülən ( burada bir yanlışlığım ola bilər) soradan yenə də Kamil müəllimin tövsiyyəsi ilə Konservatoriyaya daxil olan Hacı Məmmədovdan aldım. Fəridə xanımdan soruşdum: Kamil Məmmədovu unutmamısınız ki? Bəlkə də mənim xəbərim yoxdur: onun haqqında bir yazı-zad çıxıbmı bizim mətbuatımızdı? Bir xeyli danışdıq və yazı deyə bilmərəm, amma Kamil müəllim haqqında radionun musiqi redaksiyası veriliş hazırlayıb.Hacı bilər bunu.Bir də əlavə etdi ki... Kamil müəllimin şəkli radionun yerləşdiyi binanın dəhlizində asılıb.
   
   Nə yaxış Allahım, nə yaxşı. Mən bəlkə də 20 ildir, bəlkə də daha çoxdur ki, radioaya getmirəm.Nə onlar məni yada salıb,nə də mənim oralara bir işim düşüb.
   
   "NECƏ UNUTMAQ OLAR O İNSANI"-
   
   dedi Fəridə xanım və onun mənə bəlli olmayan bir çox xüsusiyyətlərindən danışdı... və arada onun ata tərəfdən şamaxılı olduğunu və Bakıda doğulduğunu da öyrəndim.
   
   (DAVAM EDƏCƏK)
   
   LAYİHƏMİZƏ YENİ BİR ƏLAVƏ: PƏRÇİM - 2
   
   Baş ucumda kiçik bir televiziyon,televizyon yox, daha doğrusu onun radio tərəfi.Hər gün saat 20.29-da ( 25-də,30-da yox hag məhz 29-da) XƏZƏR televiziyasının XƏBƏRLƏR proqramı başlayır.
   
   Ən etibarlı dinləyici kimi hər gün istirahət edə-edə dinləyirəm.Maraqla dinləyirəm.Bu xəbərləri verən Anar bəy hər gün yorulmadan eyni sözlərlə başlayır və keçir əsas məsələlərə.Doğrudur çox zaman elə də ürək açan şeylər demir, ancaq neyləsin, məmələkəti halını dəyişə bilməz ki... Bunlar olan şeylər.Bu Anar bəy sunucu olaraq çox şirin və çox gözəl şərhlər verir.Sevmili şairimiz Zakir Fəxri hətta onu Uğur Dündar kimi bir sunucu ilə müqayisə edir.Haqlıdı.Mən Anar bəyin şərhlərini ərinmədən qeyd eləyirəm və yadıma salıb,sonra da keyf eləyirəm.Moralimi düzəldirəm.
   
   ONLARDAN BİRİ:
   
   Heç də uzaqlarda qalmamış Fevral ayının soyuq və şaxtalı günlərinin birində yenə XƏZƏR televizyonu əməkdaşları soyuqdan, doğal qazdan, isitmə sistemlərindən və başqa həyati yardımlardan reportajlar hazırlayırlar. Şikayət etməyən yox ki... Varsa, irəli dursun. İnsanlar yenə də narahat və şikayət şikayət üstündən. Operatarlar hec cür sakitləşdirə bilmirlər insanları.Üz tutralar bu iş üçün məsul şəxslərin ünvanına və məsul şəxs də elə bax bu şikayətçilərin yanındadı. XƏZƏRin müxbiri ona yaxınlaşır və soruşur:
   
   -Siz bu şikayətlər haqqında nə deyə bilərsiniz?
   
   Məsul şəxs:
   
   -Təlaşa heç bir gərək yoxdur.Yaxın vaxtlarda hər şey qayadasına düşəcək.
   
   Sunucu Anar bəy Nəcəflinin şərhi:
   
   YAXIN VAXTLAR GƏLƏNƏ QƏDƏR QIŞ QURTARAR!!!!!!!!
  • Aprel:
  • 5

TƏQVİM / ARXİV