adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

YENi LAYiHƏMiZ: ÖMRüMDƏKi iNSANLAR

TOFİQ ABDİN
18671 | 2012-02-11 12:21
Yaşanmş ömrə nəzər saldıqda ömrümdəki bəzi insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən, onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdır,bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir, bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
   
   Bu insanlar kimlərdi?
   
   Yaddaşımı nə qədər zorlasam da, sevimli Adil Qaçayoğlu ilə ilk tanışlığı bir türlü xatırlaya bilmirəm, amma məni onunla kimin tanış etdiyi ortaya gələndə yaddaşımın alt qatından bir şeylər cücərir və güman edirəm ki, məhz elə həmin anlar Adillə mənim tanışlığıma vəsilə olub.
   
   Birinci ana səbəb: yaddaşımın alt qatından ustad qələm sahibi,gözəl publisist və araşdırıcı Şakir Yaqubov boy verir. Bir də o boy verir ki, Şakir Yaqubov Adil Qaçayoğlu nəslindən bir neçə qələm sahibi və hal-hazırda söz sahibi olan yazarlarla məni tanış etmişdi. Müsəllm Həsənov, Kamil Muradov,g( bəli, yaddaşım buskovat eləməyə başladı, davam edim bir-bir yada düşər, inşallah. Biri türlü yadıma düşmədi və sevimli Müsəllim bəyə telefon açıram,xatırladıram, deyir: Xudayar Həsənli ) bu gənclər o illərin gənc qələm sahibləri və o zamanın ən demokratik qəzetlərindən biri olan "Azərbaycan gəncləri" ( baş redaktorlar Cəmil Əlibəyov, sonralar Şamil Xurşid) qəzetinin ətrafında toplanmışdılar və bu qəzetin başına toplanma da məncə baş redaktorlardan əlavə, ana vəsilələrdən biri də elə Şakir müəllim olmuşdu.O, Şakir müəllim ki, indi onu bilənlərin yaddaşında ustad qələm sahibidir.Həm də bütün komponentləriylə jurnalistikamızın ustadlarından hesab olunur.İndi düşünürəm ki,nə gözəl, Allahım nə gözəl, Şakir əfəndi o zaman məni bu gözəl gənclərlə tanış etmişdi və nə yaxşı onlardan bir neçəsi mənim evimdə olmuşdu.Biz unudulmaz dəqiqələr,saatlar yaşamışdıq. Onlar indi hərəsi bir mətbuatda söz sahibi və indi məni xatırladıqlarını dəqiq deyə bilmərəm.
   
   İkinci ana nədən mən bilən, mənim QOBUSTAN toplusunda işləməyim idi və oradakı bir daha olmayacaq azadlıq idi ki, bundan gen-bol istifadə edərək Azərbaycan jurnalistikasının hələ də qiymətini almadığı bir çox yeniliklərə ilk imza atıb və bu hələ də Azərbaycan jurnalistikası deyilən fakültələrdə və oylaqlarda heç zaman dəyərini almadı.
   
   İndi zaman bir ayrı zamandı.Amma hər şeyi zamanın boynuna yükləmədən etiraf edim ki, Şakir əfəndini mənimlə tanış etdiyi o qələm sahiblərindən biri olan və çox vaxtsız itirdiyimiz və güman edirəm ki,sonrakı yaradıcı nəsildə də sağalmaz yaralar buraxan Adil Qaçayoğlu mənimlə tanışlığın tarixcəsi barədə yazmışdı:
   
   Adil Qaçayoğlu: 80-ci ilərin ortalarıydı.O vaxtkı "Ədəbiyat və İncəsənət" qəzetində Tofiqin bir neçə şeri dərc olunmuşdu. Biri adamı lap yerindən oynadırdı.Təxminən məzmunu beləydi ki, ay rayondan, kənddən gəlib bu böyük şəhərdə -Bakıda ev olmaq istəyən rayonlu balaları, az hapa-gopa basın,az rayon,kənd həsrətindən yazın, siz kəndə qayıdan deyilsiniz, biz kəndə qayıdan deyilik.
   
   Bəlkə bu şeir indiki cavanlara bir şey deməyəcək. Amma biz 70-lərin cavanları bu şəhərə işləməyə, "adam olmağa", şöhrət tapmağa (nə gizlədim!) vəzifə, pul, ev qazanmağa gələndə bir gözümüz rayonda, kənddə qalırdı.
   
   Nə vaxtsa qayıdacam, a kəndim.
   
   Tofiq deyirdi ki, hapa-gopa basmayın biz bu şəhərdən gedən deyilik.
   
   Başqalarını bilmirəm, mən bu şəhərə "Azərbaycan gəncləri"nin (doğrudanmı, nə vaxtsa belə bir qəzet olub?) eşqiynən gəlmişdim. Əgər "Azərbaycan gəncləri" Gəncədə çıxsaydı, yəqin ki, mən gəncəli olardım, Bərdədə çıxsaydı bərdəli. Ağdamda çıxsaydı lap əla olardı... Amma "Gənclər" Bakıda çıxırdı...g
   
   YENİ YILDA KUTLADIĞIM İLK ADAM...
   
   (Bu yazı Turkiyenin ORTADOGU gazetesinde yayınlanıb.Tarix yazının sonunda)
   
   Azeri gazetesi Adil Gaçayoğlu...
   
   Azerbaycan"da yüzlerce gazeteciden biri...Neden ben onu bu "Ortadoğu" okurlarına tanıtmak istedim. Neden ?
   
   Adamların tanıtılması için o adamın,o yaratıcının mutlaka bir ödül sahibi ve ya bir vazife sahibi olması gerekmez bana göre...Sırdan bir gazeteci de değil Adil Gaçayoğlu Azerbaycan basınında. Profesyonel bir gazetecidir ve üniversite mezunudur gazetecilik üzere,uzun zamandır ki, Azerbaycan basınında yazılarıyla dikkatleri çeken, namuslu ve kendine has bir kişilikle basın ve yayın işlerine davam etmektedir. Önce şimdiki iktidara yakınlığı ile tanınan bir gazetede "Panorama" gazetesinde çalıştı, Baş yazar yardımcı olarak görevde bulundu ve spor yazarlığına davam etti. Nasıl olduysa istifa etti bu görevinden ve bu gazeteden. Şunu açık söyleyelim,şu anda Azerbaycan"daki ekonomik durumla bağlı gazetecilik yapmak o kadar zor bir iş ki, Adil Gaçayoğlu"nun böyle bir gazeteden istifa etmesi beni burada İstanbul"da bile şaşırdı. Elinde iktidara yakınlığı ile tanınan bir gazete,kendisi söylediği gibi ciddi bir gazete ama Adil gitti bu gazeteden ve gittiğine pişman olsa bile gitti ve kendi kişiliğini yıpratmadan gitti, nedenini de açıklamadı, Her halde, bana açıklamadı ve şimdi başka bir gazetede bağımsız bir gazete olan "525-ci Gaezet" adlı bir yayında yine dostlarının arasında Baş yazar yardımcısıdır ve de spor yazarlığını yapmaktadır.
   
   Kapsamlı bir dünya görüşüne sahip Adil Gaçayoğlu kimileri için her halde boş bir şey olan "namuslu yazı" konusunda çok titiz davranan ve kendi kişiliğinden ve yazar kişiliğinden hiç vakit taviz vermeyen bir gazeteci olarak maddi durumdan acılar çekse de bir önce çalıştığı gazetede iyi bir görevinden kimsenin beklemediği bir anda istifa etmesi nedenini ondan soruşanda "canını üzme Tevfik" deyip üstünden geçti bu olayın...
   
   Yazı üslubu sert ve açık,namuslu ve özgün,son derece özgün ve gazetecilik bakımından son derece profesyonel olan Adil Gacayoğlu hatta spor yazarlığında da bile çok dedi-koduya maruz kaldı ve onu kiminse adamı olmakta suçladılar ve Adil Gaçayoğlu yalnız Azerbaycan sporunun bu günü değil,yarını hakkında düşündüğünden sürekli darbe altında kaldı ve spordan bile haksız para kazanmak isteyen ve namuslu insanların haksız üstüne giden bir çok gazeteci ve görev sahiplerine sine gererek bedelini içine çektiği ağrılarla ödese de taviz vermedi ve yazılarına davam etti.
   
   Genç bir aydındır Adil Gacayoğlu,ama bakarsız saçları ak apak ve yılların ağrıları canında bir gazetecidir ki, doğduğu topraklar Ermeni işgalinde olmasını da içine sindiremiyor ve sindiremez de...ben biliyorum neler çekiyor o,ben biliyorum, bunu anlatmak çok zor...Tüm bunlara rağmen gazetecilik mesleğinden hiç neyi taviz vermez,dışarıdan gelen yazılara bile çok hassas bir yaklaşımla, gençlere karşı iyi bir anlayışla el uzatır.
   
   Adil Gaçayoğlu sözü seven,söze son derece sadakatli ve söze aşırı saygı duyan bir gazeteci olarak kayıp ettiklerinin cezasını çeke bilen kişisel bir özelliye sahip yaratıcıdır ki,sevgisinden hiç vakit taviz vermeği sevmez ve gazeteciliğe gelişi de tesadüfü değil. Doğrudur hangi zorluklarla yüz-yüze kalacağını bilse de,bu mesleği seçmiş,önünde parasız ve dostsuz kalacağı günleri de düşünüp adımını atmış,pişman değil bence, ama,büyük bir sevdayla geldiği gazetecilikte bana öyle geliyor onun acıları ve ağrıları kazandığından daha fazladır ki,"dayanmak" denilen bir dönemi geçe-geçe çocuklarına namuslu bir geleceği bırakıt gibi armağan etmektedir.
   
   Sovyetler gazeteciliği onun yaşamında hiç de etkisiz ötmemiş ve Adil Qaçayoğlu bütün insani,etik ve ahlaki kurallara dayanan bir gazeteciliğin sıra taşı olmakla da kendine büyük saygı uyandırmış bir sonraki kuşakta...
   
   4 ocak ( dekabr) 2000-ci il
   
   ORTADOGU gazetesi
   
   LAYİHƏMİZƏ YENİ BİR ƏLAVƏ: PƏRÇİM
   
    Baş ucumda kiçik bir televiziyon,televiziyon yox, daha doğrusu onun radio tərəfi.Hər gün saat 20.29-da ( 25-də,30-da yox ha,g məhz 29-da) XƏZƏR televiziyasının XƏBƏRLƏR proqramı başlayır.Ən etibarlı dinləyici kimi hər gün istirahət edə-edə dinləyirəm.Maraqla dinləyirəm.Bu xəbərləri verən Anar bəy hər gün yorulmadan eyni sözlərlə başlayır və keçir əsas məsələlərə.Doğrudur çox zaman elə də ürək açan şeylər demir, ancaq neyləsin, məmələkətin halını dəyişə bilməz ki...Bunlar olan şeylər.Bu Anar bəy sunucu olaraq çox şirin və çox gözəl şərhlər verir.Sevimli şairimiz Zakir Fəxri hətta onu Uğur Dündar kimi bir sunucu ilə müqayisə edir. Haqlıdı.Mən Anar bəyin şərhlərini ərinmədən qeyd eləyirəm və yadıma salıb, sonra da keyf eləyirəm. Moralimi düzəldirəm.
   
   Onlardan biri:
   
   Azərbaycan Dövlət Neft Şirkətinin bir məsul əməkdaşı neft buruqları və ümumiyyətlə neft çıxa biləcək sahələrdə tikilən evlərin insanları ilə danışır və deyir :qardaşlar, axı sizin bu üstündə evlər tikdiyiniz sahələrdə tonlarla neft və neft məhsulları var.Ona görə də sizin köçürülməniz labüddür. Siz köçməsəniz, bəs onda biz bu qara qızılı neyləyək.
   
   Bir qədər fasilədən sonra Anar bəy ləzzətli bir şərh verir: SAXLAYAQ GƏLƏCƏK NƏSİLLƏRƏ.

TƏQVİM / ARXİV