adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

YENi LAYiHƏMiZ: ÖMRüMDƏKi iNSANLAR

TOFİQ ABDİN
17168 | 2012-01-20 08:54
Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə baxandahəmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən, onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdı,bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir, bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
   
   Bu insanlar kimlərdi?
   
   Heç vaxt unudulmayan və özü kimi qardaşı Mətləb bəy də çox mehriban olan (nədən bu fikirdəyəm: bir çox yaxın insanlar bizləri unutduğu halda, Mətləb bəy Yeni ilimizi necə də mərhəmətlə təbrik etdi ilahi.Bu uzun müddət görmədiyim bir dostun qapımı döyməsi kimi bir şey idi) vaxtsız itirdiyimiz unudulmaz jurnalist və həsas dost, İstanbulda yaşadığım illərdə daima əlaqə saxladığım, məktublaşdığım və eyni zamanda hətta ağır ekonomik şəraitdə telefonla da danışdığım ADİL QAÇAYOĞLU mənim siyasətçi Əli Kərim haqqında o zaman ORTADOĞU qəzetində çıxan yazımdan sonra telefonda mənə dedi: bəlkə sən bizim başqa bir siyasətçi haqqında da yazı yazasan. Mən adını açıqlamaq istəmirəm, ona görə ki,burda çağdaş İstanbul türklərinin dediyi KEÇMİŞ OLSUN sözləri yadıma düşür. Siyasətçimizə də keçmiş olsun, mənə də.Siyasətçimizə daha dəqiq deyə bilmərəm, mənə görə belədi. Siyasətə hər zaman qayıtmaq mümkündü.Amma mənə keçmiş olsun ki, mən bir daha o ağır günləri yaşamayım və özü də son dərəcə haqsız, ağır günləri.
   
   Bəli, çox unudulmaz Adil Qaçayoğlu mənə deyir ki, bəs sən bir yazı yaz və mən də doğrudan da sayğı duyduğum və hörmət etdiyim (elə indi də ) həmin siyasətçi haqqında 5 bölümdən ibarət (Bildiyiniz kimi Türkiyədə Köşə yazıları standart ölçüdə yazılır, mənim xüsusi Köşəm vardı) yazı yazıram və həmin yazını İstanbulun milliyyətçi orqanı olan "Ortadoğu" qəzetində çap etdirməyə başlayıram və məqsədim də budu ki,həmin yazı eyni zamanda Bakıda da qəzetlərin birində məsələn, "525-ci qəzet"də çap olunsun.
   
   Yazılar indi mənim arxivimdədi və mən həmin yazıları çox incik bir xatirə kimi saxlayıram.
   
   Yazı yazıram və redaksiyanın mənə çox böyük hörməti var və mən də onlarla sıx əlaqə saxlayıram, tez-tez yazılarım çıxır, onlar mənə etibar edirlər, heç yazılarımı da yoxlamırlar və yazdığım 5 bölümdən ibarət olan həmin yazı ORTADOĞU qəzetində çap olunmağa başlayır.
   
   Yazının iki bölümü çap olunandan sonra üçüncü bölüm yayınlanmır.
   
   Mən nəsə bir şey baş verdiyini düşünürəm və necə düşünmüşəmsə,eləcə də olur.
   
   Guya həmin siyasətçini məndən daha çox sevən türkiyəlilər varmış.Türk demirəm ha, türkiyəlilər.Onlardan bir neçəsi qəzetin redaksiyasına zəng etmiş,yazının çap olunmamasını tələb etmişlər. Ki, bu nə yazıdı,bu adam kimdi bu siyasətçi haqqında bu cür şeylər yazır?
   
   "Bu da kimdi" ifadəsinin arxasında bu durur:bir neçə gün sonra mənim evimə zəng edirlər və mənə hədə qorxu gələndən sonra deyirlər: sən Əliyevin adamısan buralarda?
   
   Bəli, mən Əliyevin adamıymışam.
   
   Deyirəm: qardaş, mən necə Əliyevin adamıyam ki,işsiz əziyyət içində yaşamaqdayam.Heç bir yerdə iş tapa bilmirəm. Nə Əliyevin adamı?
   
   Adam çox birabırçı şeylər danışır. Açıq-açığına məni qorxudur.Bu zənglər davam edir,məni hədələyirlər.Və mən bu adamların kim olduğunu da bilmirəm.
   
   Yazı artıq yox, yazı dayandırılıb və ancaq mən dəhşətli dərəcədə qorxu içindəyəm və bəzən də mənə açıq-açığına deyirlər: biz bilirik, sizin coçuklarınız harda oxuyur və sizə xəbərdarlıq edirik.
   
   Xanımım da bunları eşidir və bilir ki, mən gecələr telefonun xəttini çıxarıb yatıram. Yatıram yani. Mən qorxağın birisi və küçəyə çıxanda ətrafımdakı insanların mənə telefon açan birisi kimi görürəm və zülüm bir həyat içində yaşayıram.
   
   Uşaqlar söhbətindən sonra fikir verirəm ki,xanımım lap həyəcan içindədi.Nə baş verdiyini də bilir.
   
   "DÖVLƏT ÇEVRİLİŞİ" kitabımdan
   
   " Bu yazını yazmağa başladığım zamanlarda (DÖVLƏT ÇEVRİLİŞİ nəzərdə tutulur) Əliyevin rəhbərliy ilə Azərbaycan dünya arenasına çıxmaqda idi və mən Türkiyədə yaşayırdım. Bəzi məqamlarda onun şəxsiyyətinin açıq-aşkar təsiri görünməkdəydi. Və mən də Türkiyədə yaşamağıma baxmayaraq, həyat yoldaşım, nədənsə onun adı gələndə bir az çəkinən kimi olurdu. Tutduğu vəzifə rəsmi iş olduğundan mənim Türkiyədə çap olunan yazılarım və ya da ordan buralara göndərdiyim yazılar onu çox narahat edirdi. Və onun bu təlaşının səbəbini başa düşmək istəyirdim, amma heç bir anlam verə bilmirdim. Təbii mən bu sətirləri yazdığım zaman o artıq rəsmi işindən ayrılmışdı. Amma yenə də BAŞ KONSULLUQDA kiçik bir işdə çalışırdı və uşaqlarımız dövlət tərəfindən himayə edilərək oxudulurdu. İnanın, bəzən gözəl bir şeylər yazanda da həyəcanlı olduğunu hiss edirdim. "Axı sənin nəyinə gərək burada oturub oraların işin qarışırsan"- deyirdi. Nəyinə gərək bu xəbərlər, başını aşağı sal, öz işini gör. (axı özü də bilirdi ki, mənim başqa işim yoxdur, yazıdan başqa). Sən onları necə başa salacaqsan ki, bu işləri millətin xatirinə eləyirsən. Daha nə bilim nələr". Təbii ki, mən də öz növbəmdə ona haqq qazandırmayaraq, işimə qarışmasına razı olmurdum. Amma etirazımın içində həmişə bir ehtiyatlılıq da gizlənmiş olurdu. Bəzən də başımı tutub çəkilirdim otağıma və düşünürdüm: bu qadın niyə qorxu içindədir?Bütün ömrüm boyu olanı yazdım, yəni heç vaxt dövlətin və hakimiyyətin və ya kiminsə yazarı olmadım. Buna imkan da tanımadılar və bunu mən yazılarımda da vurğuladım. İndi nədən bu qadın belə həyəcanlıdır və hər zaman özünü haqlı bilmək üçün yüzlərcə şeylər söyləyir. Mən onun həyəcanını başa düşürdüm. Amma başqa cür də ola bilmirdim". Yaşamaq həqiqətən bir məşəqqət olub və mən bu hadisəni indi də İstanbulda yaşayan canayaxın və əsil ziyalı olan doktor Cahangir Səfərova danışıram və bir gün o məni bir dostu ilə tanış edir: Milliyyətçi Hərəkat Partiyasına yaxınlığı ilə bilinən və soyadı Balta olan balta kimi bir oğlanla - Benyamin Balta ilə. Hadisəni doktor ona danışıb,onlar bizə gəlir və məni darğın görüb gülüşürlər.
   
   "Dur Tevfik bey, dur görek, sən ne korkaksın.Biz ölmemişiz halə".
   
   Bir güng iki güng gecənin dərin saatlarınadək bizdə otururlar və hər zəngə Benyamin bəy cavab verir.
   
   Və bir gecə də görürəm ki, Benyamin bəyin sifəti qaraldı:
   
   "Alçaq herif, sən kimsin və kiminlə konuşduğunu bilir misin? Nereye,kime telefon açtığından naberin varmı? Nereye diyorsun geliyorum, şu an, şu saet erkeksin çık gel.Şayet sən gelmesin, ben seni bulub derini soyacağım.Bak, şimdi mən seni Acıbademdə E-5 kara yolundakı Acıbadem köprüsünün altında bekliyrumg şu ang şu saat".
   
   Adam susur...
   
   "Konuş neden susursan.Pezeveng herif.Bu adamın tırnağı degilsin bu millət üçün,nədən insanları rahatsız ediyorsun".
   
   Telefonun dəstəyini asır və doktorla nişan verdikləri yerə gedirlər.
   
   Hardan, qardaşım! Balta soyadını eşidən birisi gələrmi?
   
   Bu hekayəti burda kəsək. Və ÖMRÜMDƏKİ İNSANLAR layihəmdə önümüzdəki şənbə bu qorxmaz və comərd Benyamin Balta ilə bir daha görüşərik.
   
   (Davam edəcək)

TƏQVİM / ARXİV