adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

YENi LAYiHƏMiZ: ÖMRüMDƏKi iNSANLAR

TOFİQ ABDİN
17443 | 2011-12-17 07:18
Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə baxandahəmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən, onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdı,bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir, bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
   
   Bu insanlar kimlərdi?
   
   "Ömrü boyu özgələrinin sevinci ilə yaşayan və hamıya kömək etməyə çalışan bir insan axtarsanız o mənəm".
   
   Bəxtiyar Əkbərov.Tanınmış hüquqşünas,porofessor, hakim,vəkil.
   
   
   
   ***
   
   İnanmazsınız, bir neçə gündü tam bir nostalji,mazi içindəyəm.Səbəbi özümə aydındı. Ama gərək bunu mən açıqlamayaydım. Ancaq başqa cür də olmur.Hər şey təsadüfdən asılıdı deyirlər və bu da bir təsadüfdü.
   
   60-cı illərin əvvəlləridi. Mən - Salyan rayonunun Xarabakənd ( sovetlərdən sonra Qırmızıkənd. Şair Vaqif Səmədoğlunun təbirincə Altunköy. Burada daha bir parantez açım ( Türkiyədə yaşadığım illərdə bu imza ilə neçə-neçə yazı yazdım.) adlı bir köyündə doğulan və böyüyən bir traktorçu balası Unversitetin Şərqşünaslıq fakültəsinə (!!!!!!!!!!!) imtahan verirəm və dövrün tanınmış şairi Zeynal Xəlilin, mən bilən həyat yoldaşı ( məndən zirək olanalar belə deyirdilər ) bizdən imtahan götürür və mən son imtahan olaraq xarici dildən, ingilis dilindən imtahan verməliyəm. Bilgim: SIFIR. Mən bu fakultədə TÜRK dilini seçmişəm və imtahandan çıxacaq halım yox. Və üstəlik də yüksək qiymət almalıyam.Uzaqdan uzağa tanıdığım Bəxtiyar Əkbərov adında bir insan məni o müəllimə tapşırır və mən üç alıram.
   
   Qəbul olunmuram.
   
   Təbii ki, o qiymət mənim üçün 10-15 kimi bir şeydir.Qəbul olunmuram və uzun illər o insanla da hərdən bir görüşürük, çox simpatiya ilə yanaşır adam mənə sonrakı illərdə də.Takig
   
   gGünlərin bir günündə Yazarlar Birliyinə işə gedəndə uzung lap uzun illərin ayrılğından sonra Bəxtiyar müəllim (BƏXTİYAR ƏKBƏROV çox gözəl bir ailədən, qardaşlarının ikisini mən uzaqdan-uzağa tanıyırdım MAARİF ƏKBƏROV fələsəfə alimi, TOFİQ ƏKBƏROV o da alim və BƏXTİYAR ƏKBƏROV ÖZÜ İSƏ hüquq işçisi,uzun illər o sistemdə çalışmış və indi özünün dediyinə görə SƏRBƏST HAKİM məsləhətxanası var) qarşıma çıxır. 2001-ci ildən sonra ikinci dəfədir görürəm və görüşürük.Əsil ağrı bundan sonra başlayır.Birinci dəfə görüşəndə bəlkə bunları mənə demişdi, xatırlamıram,amma bu dəfə Bəxtiyar müəllim üç-beş dəqiqə məndən vaxt istəyir və deyir: TOFİQ BƏY, SİZİN BİR YAZINIZ VAR.MƏN ONU 1999-CU İLDƏN CİBİMDƏ GƏZDİRİRƏM.
   
   Aman Allahım! Bu nə olan iş! Düşünürəm, bu bir şeirdi olar yəqin.Yox, qardaşım, şeir zad deyil.Heç sevgi məktubu da deyil, heç hekayə də deyil.Bəxtiyar müəllim ciblərini axtarır və axtara-axtara yazının adını mənə deyir: "NƏ XÖŞBƏXT İMİŞƏM BİR ZAMAN, ALLAH!"
   
   Yazı publisistik bir yazı.Ağrılı İstanbul günlərində yazılmış və inanın ki, məni heyrət götürür.Yenə də deyirəm:bu bir şeir deyil,bu bir povest deyil,poema deyil.Nə bilim daha nə deyil.Bəxtiyar müəllim sözün əsil mənasında uzun illərdən bəri cibində gəzdirdiyi, kəsik-kəsik olmuş "525-ci qəzet"in vərəqlərini mənə göstərir və mən deyirəm: bəlkə mən bu yazının fotokopisini çıxarım sizə verim.
   
   Yox, deyir,yox!Bu ayrı bir şeydi, Tofiq müəllim!Bu ayrı bir daddı!
   
   Həqiqətən gözlərim yaşarır.Ona görə yox ki,Bəxtiyar müəllim mənim yazımı bu uzun illər ilk sevgi məktubu kimi cibində gəzdirib. Yox. Yazı mənim "QOBUSTAN"lı günlərim haqqındadır.
   
    Gözlərim ona görə yaşarır ki, artıq mən "QOBUSTAN" jurnalından (dərgisindən,toplusundan yox, məhz jurnalından) uzaqlaşdrılmışam(!!!!!!!). 8 ildən sonra yenidən işə başladığım "QOBUSTAN" jurnalından uzaqlaşdırılmışam. Bu mənim alın yazım. Kimisəni suçlamaq əxlaqımdan deyil.Amma bir çoxları bunu bilmir və yenə də mənə zəng edib : "yazı gətirim deyirlər".Yox, mən artıq orda yoxam.Mən bir zamanlar orda vardım və 1999-cu ildən bu günə qədər Bəxtiyar Əkbərov kimi bir ziyalının cibində gəzdirdiyi bir yazını yazını yazmışdım o günlər haqqqındag.
   
   ***
   
   Kiçik sorğu :
   
   -Yazı tərzinizə bələdəm və mən də həqiqətən hüquqi yazıları və cinayət üstündə qurulan bədii əsərləri çox sevən birisiyəm.Əlinizdə olan çox dəyərli hadisələr fonunda bədii əsər yazmağa niyə cəhd eləməmisiniz.Bəlkə yazmısınız, xəbərim yoxdur?
   
   -Təbii ki, olub.Şeirlər yazmışam bütün ədəbiyyata yaxın həvəskarlar kimi. Həmin şeirlər əsasında radioverilişlər olub. Böyük rus yazıçısı və tarixçisi Karamzinin " Bədbəxt Liza" əsərini 8-ci sinifdə oxuyarkən tərcümə etmişdim,1958-ci ildə Azərbaycan Dövlət Unversitetinə qəbul olunarkən respublika əlyazmalar fonduna təhvil verdim.Ana haqqında, daha doğrusu Anam haqqında çox gözəl düşünücələrim olub ki, bu fikirlər dəfələrlə radioda səslənib və bir çox qəzetlərdə çap olunub.Qardaşım Tofiqin anam haqqında çox gözəl düşüncələri vardı.Mənim anamla münasibətim və ona yazılar həsr eləməyimin qəribə bir tarixi var.Mən anamı bir də ona görə çox sevmişəm ki, sanki iki dəfə doğulmuşam : birinci dəfə təbii, ikinci dəfə isə sel məni aparırmış, anam özünü selin ağzına atıb məni xilas edib. Və indi görürsünüz ki, sizin qarşınızda oturub anam haqqında o nəcib xatirəni danışıram.Qardaşım Tofiqin Ana haqqında hekayəsini Məhluqə xanım Sadıqova radioda səsləndirərdi və hamının da xoşuna gələrdi.Bütün bunlardan əlavə onu da qeyd edim ki,əvvəllər mənim bir neçə şeirmə musiqi bəstələnib və onlar bizim tanınmış müğənnilər tərəfindən ifa olunub.
   
   Bir az ədəbi müdaxilə eləyim: ulu öndərimiz Heydər Əliyevin sözlərinə qüvvət olaraq deyirəm ki, min dəfə,milyon dəfə bu dünyaya gəlsəydim yenidən azərbaycanlı olmaqdan üstün heç nə bilmirəm.Bundan böyük xöşbəxtlik olmaz.Mən xalqımızı,onun dilini,adətini,ən-ənəsini varlığım kimi sevirəm,qürur duyuram.Hədsiz sevinirm ki, dünyada heç bir xalqın, heç bir millətin Üzeyir Hacıbəyov, Səməd Vurğun,Rəşid Behbudov,Bülbül,Şövkət Ələkbərova,Zeynəb Xanlarova,Əminə Dilbazi kimi ulu sənətkarları yoxdur.Mən bu dahiləri yetirən bir millətin oğluyam.
   
   -Yaxın bir dostunuzun kitabını çap etdirdiniz və o zaman mən Sizin necə narahat olduğunuzu görürdüm.İndiki məqamda bu çox az görünən bir şey və hətta maddi vəziyyətiniz də allıq-güllük deyil, bunu da bilirəm.
   
   -Siz çox gözəl bir məsələyə toxundunuz, çünki bu işin içində olmusunuz.O kitab sizin dediyiniz kimi mənim ən yaxın dostlarımdan biri Firudin Rüstəmovun şeirlər kitabıdır.Firidun müəllim mənim çox yaxın bir dostumdur və biz bir neçə dostuq ki, artıq uzung. çox uzun illərdir ki, bir-birimizi həmişə yada salır və tez tez də görüşürük.Zahiddin müəllimlə birlikdə oxumuşuq unversitetdə, Əliş müəllim var,Zahiddinin iş yoldaşıdır və çox sevimili bir insan və dostdur.Və sonra da dediyiniz Firidun müəllim var ki, bizim dostluğumuz heç bir məcraya sığmır.Və Firudun müəllimin şeirlər kitabının çapına da kömək elədim, sizin də əməyiniz oldu.Bizim dostluğumuz şişirtmə olmasın, o qədər uzun və o qədər sədaqətli ki,Firidun müəllim həmişə deyərdi: Bəxtiyar, sənə ölüm gəlsə, mən özümü irəli verərəm. Yaxşı işlər görmək üçün kimsənin sənə diqtəsini və sifarişini gözləmək lazım deyil.Sən yaxşılığını elə, bir gün qarşına çıxacaq. Bu çox məşhur bir ata sözüdür: balığı at dəryaya,dərya bilmsə də xalıq biləcək.Bu keyfiyyətlər mənə atamdan-anamdan, böyük qardaşlarımdan keçmiş bir irsdir.Bir az irəli gedib, bunu da deyim ki, mən bir çox məhkəmə işlərini təmannasız aparıram.Bildiyiniz kimi indi mən müstəqil vəkiləm.
   
    -Öncə bir ziyalı olaraq,sonra da oxucu və qələm sahibi kimi müstəqil ədəbiyyatımızın bugünkü axarı Sizi nə qədər maraqlandırır?
   
   -Əslində ədəbiyyatımız hər zaman bugünkü günün həsrətiylə yaşamışdır, yəni bu gün artıq biz müstəqli bir dövlətik və başımızın üstündəki qorxular və basqılar azalmış.Bu günləri gətirən bir çox yazar və şairimiz Bəxtiyar Vahabzadə, Məmməd Araz, Anar,Qabil və başqaları həmişə öz yazdıqlarında belə bir azadlığın arzusunda olduqlarını ifadə edirdilər.Bu yazarlar və Rəsul Rza kimi nəhəng, sovet dövründə iç həqiqətləri yazmaq və onları danışmaq kimi bir qüdrətə malik idi.Onun gördüyü işlər təbii ki, bügünkü ədəbiyyatamızın bünövrəsini qoymuşdur.Sinəsini irəli verib novator sənətkar kimi öz işini görürdü və bu gün əlində qələm olan bir çox cəsarətli yazarlarımızın həyatında Rəsul Rzanın böyük xidmətləri olmuşdur.İndi müstəqil bir ədəbiyyata sahibik, açıqlıq var, müstəqiillik var, hərə öz istədiyini yazır və deyir. Bu baxımdan gözəl,dərin fəlsəfi fikirlərlə yazılan şeirlər topluluğu nəşr etdirmiş Firidun Rüstəmlinin kitabı mənim son günlərdə mütaliə etdiyim kitablardandır.Və şairə Nurəngiz Günün şeirləri kitabı da həmişə mütaliyə elədiyim kitablar sırasındadır. Deyim ki,bəzən xoşa gəlməyən məqamlar yaranır ki, bu da tədricən ortadan qalxacaq.Yazarları üz-üzə qoymaq, irsi danmaq kimi məqamlar da var indi.Bu xoşagəlməz bir haldır mənim düşüncəmə görə.Daha qorxulu odur ki, internet dünyasının Azərbaycana girməyilə saxtalıqlar daha da çoxalmış və internet saytlarında olmazın oyunlar çıxır: birisinin başını o birisinin çiyninə qoyurlar.Müxtəlif həngamələr eləyirlər ki, bunun qarşısı alınmasa çox çətin olacaq.Vicdanlı və təmiz ziyalılarımız ləkələnir.

TƏQVİM / ARXİV