adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

YENi LAYiHƏMiZ: ÖMRüMDƏKi iNSANLAR

TOFİQ ABDİN
18660 | 2011-12-10 07:33
Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə baxandahəmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən, onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdı,bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir, bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.
   
   Bu insanlar kimlərdi?
   
   MƏMMƏD ARAZ ZƏMANƏTİ
   
   
   
   Bəlkə bu yerlərə bir də gəlmədim
   
   Duman, salamat qal, dağ, salamat qal
   
   Dalımca su səpir yoxsa buludlar?-
   
   Leysan salamat qal, yağ, salamat qal.
   
   
   
   MƏMMƏD ARAZ
   
   
   
   Mən yüzdə-yüz buna əminəm ki, bir zamanların çox acı verici hadisələrindən sonra bir müddət lap sadəcə təklənib öz iç həyatına qapanan və bəlkə də bir çox tanışları, dostları tərəfindən bir müddət unudulan (güman ki, bir çox ziyalılarımız tərəfindən unudulmayan, məsələn, Anar müəllim tərəfindən. Bunu ona görə deyirəm ki, o müddətdə Anar müəllim "Qobustan" jurnalının baş redaktoru idi, Məmməd Arazın böyük bir şeirini GƏZMƏYƏ QÜRBƏT ÖLKƏ məhşur Fransız səfəri yazısıyla eyni səhifədə vermişdi.Və güman edirəm ki, nə zamansa Məmməd Arazın bu haqsız təqibi öz qiymətini daha geniş alacaq və bizim çoxumuz bundan dərs alacayıq. Amma dərs alası da deyilik.) Şair Məmməd Arazın mənim tərif dadan sözlərimə ehtiyacı yoxdu.Və mən də inanın ki, bu sətirləri yazmaqla onun qızı İradə Tuncaya yarınmaq iddiasından uzağam.
   
   Təkrar edirəm: Məmməd Araz kimi böyük bir şairin mənim kimi sıradan bir ədəbiyyat adamının heç bir yazısına ehtiyacı yoxdur.Çünki Azərbaycan ədəbiyyatı deyilən bir ədəbiyyat varsa, onun başında gələnlərdən biri də məhz elə bu şairdir və bu ziyalıdır.
   
   Şairliyi sizə məlum və üstəlik də yaşadığımız çağın yazarı olduğu üçün həyatının bir çox məqamları da sizə məlum. Mən də bu məqamların tam içində olmamışam və ona görə də bunun tam açılmasını mən Məmməd Arazın türklər demiş, gözəl yazar damadı, Aqil Abbasa və Məmməd müəllimin gözəl yazar qızı İradə xanıma etibar edirəm.
   
   Məmməd Araz birbaşa mənim həyatımda rolu olan və yaxşılığı keçən bir YARADICI VƏ İNSANDIR. Bunu mən heç zaman unutmaram. Yaddaşım nə qədər zəif olsa da. Heç kəsdən gizli deyil ki, 70-lərdə 80-lərdə Yazarlar Birliyinə üzv olmaq olmazın əzablı bir iş idi və üstəlik də bizim üstümüzdə 60-lardan (şəxsən mənim) gələn bir damğamız vardı: XUNVEYBİNLƏR (bu sözün nə anlam daşıdığını bilmək üçün mən sözlüyə baxdım) və ya MİLLİ HƏRƏKAT İŞTİRAKÇISI (şəxsən özümə aid).Buna görə də o zaman mən Yazarlar Birliyinə üzv keçmək üçün zəmanət almağa kimə müraciət eləmək məqamı gələndə çox zorlandım və heç güman ki,Anar müəllimdən və Elçin vasitəsiylə İlyas Əfəndiyevdən zəmanətlər alandan sonra, bir də Məmməd Arazdan bir zəmanət vardı.Vallah, bu anda xatırlaya bilmirəm ki, Məmməd müəllim kimin vasitəsiylə mənə zəmanət vermişdi.Amma bu yüzdə yüz həqiqət ki, indi də mənim arxivimdə və ya ola bilsin Yazarlar Birliyinin arxivində Məmməd Arazın mənə verdiyi zəmanət var və yaşayır.
   
   Təbii ki, əxlaqıma və əqidəmə görə bu fəxr olunası bir şey.Ona görə ki,Məmməd müəllim heç şübhəsiz o zaman mənim bütün yazılarımla tam tanış deyildi və kiçik bir kitabımı təbii ki, vermişdimmi, verməmişdimmi bunu da xatırlaya bilmirəm.Amma bir neçə sətirdən ibarət o zəmanət mənim Yazarlar Birliyinə üzv olmağıma vəsilə oldu.
   
   Şair Məmməd Arzın mənim heç də asan olmayan o günlərimdə və bir də bioqrafiyamda bir çoxları üçün " heç də fəxr olunası detalların" olmadığı o zamanlarda bunu eləməsi, həqiqətən onun kişi bir addımı idi və təbii ki, mənim də heç zaman ən kiçik yaxşılığı belə unutmaq kimi bir tərbiyəm yox, bu yaxşılığa lap layiq olsam da. Ona görə də mən bir şair olaraq Məmməd Arazdan bəzi şeyləri öyrəndiyimi də bura əlavə eləsəm, bir zamanlar Türkiyədə olanda və ordan bir dost yazar Maaruf Özülkünü buralara öz vəsaitimlə və Abbas Abdullanın göməkliyi ilə göndərəndə Maarufun da o zaman Məmməd Arazla burada görüşdüyünü və "YENİASYA" qəzetində gözəl bir yazı silsiləsi yazmasını, bu yazılardan birini də elə bax, Məmməd Arazla görüşə və onun yaradıcılığına aid etəsini də bura əlavə etməliyəm. Güman edirəm ki,o yazı Məmməd Arazın bəlkə də əlinə keçməmiş, amma keçmiş olar, çünki o yazı haqqında mən o zaman bir xəbər də yazıb göndərmişdim.
   
   Maaruf Özülkü Məmməd Arazın poyeziyasını (o zamana qədər Məmməd Araz bir şair kimi mən bilən Türkiyədə çap olunmamışdı. Məmməd Araz deyirəm, Məmməd Aslan yox, buna diqqət!!!!!!! Məmməd Aslan Türkiyədə bəzi kəsimlərdə çox populyar bir yaradıcıdır,bunu danmayaq) daha yaxından tanıdığı Şəhriyarla müqayisə eləməsi mənim dəqiq yadımdadır və mənim bir də o yadımdadır ki, bir söhbətimizdə mən etiraz etdim ki, bəs Məmməd Araz daha qüvvətli şairdi, daha irəlici şairdi, daha yanğılı şeirlər müəllifidir ki, onun çox ciddi Nobel mükafatı haqqında olan şeirini də mən ona xatırlatdım və o da dörd gözlə mənə baxdı.
   
   Məmməd Araz əsil şair həyatı yaşamış, yəni onu tutmamışlar, dustaqxanaya atmamışlar,amma bir mübariz şair olaraq dəhşətli sıxıntılar içində olmuş və bu sıxıntılardan sıyrılıb çıxmaq üçün ən gözəl nemət olan SAĞLAMLIĞINI qurban vermişdir ki,bəzən bunu da aparıb, nəyləsə bağlayırlarg
   
   Vay dədəm... vay...Allah qorusun!!!!
   
   Ya elə, ya belə, bunu danmaq olmaz ki,Məmməd Araz hələ Məmməd Araz olmadan qabaq bu həyatı yaşamış və bu həyat ona bəlkə də elə bir hirs vermiş ki, indi baxıram ki, onun üstündə dava gedir: kim onu daha tez xatırlayacaq və bu bir növ mənə sosializm yarışını xatırladır.Mən bunu gözəl bilirəm ki, bütün bunlar böyük şair Məmməd Arazın heç də ovqatını düzəltmək üçün deyil və Məmməd Araz indi elə bir məqamdadır ki,məncə bu xatırlamalar onun sevgisinə heç nə əlavə eləmir.Çünki şair Məmməd Arazı unutmaq zordur və unutmağa addım atmaq belə insafdan deyil.Bunu bacarmaq da olmaz.
   
   Və məhz buna görə də bir çox ziyalının onu daha da çox sevməsi və dəyərləndirməsi indiki məqamda, heç bir fayda verməz və hətta üzüağlıq yox, üzü qaralıq gətirər.
   
   Azərbaycan ədəbiyyatı dərsliklərində olan boşluqlardan birini doldura biləcək bir şəxsiyyət və şair olaraq böyük bir yaradıcılığa və bioqrafiyaya yiyələnmiş bu sevimli şair heç bir art fikir olmadan bu xalqın oğlu olduğunu çox-çox öncələrdən sübut etmiş və Məmməd Araz heç zaman arzulamayıb da ki,tarix və tarixdə yeri qalmayan insanlar ona layiq gördükləri o bəlaların utancını çəksinlər (bir çoxları utanmaq həyasını artıq çoxdan sifətlərindən sıyırıb atıb). Amma bu aydın ki, onun bioqrafiyasında tamlıq yaratmaq üçün şeirlərinin məzmunu da bəzən bu ağırlıq üstündə köklənmiş və yaşamağa viza almışdır.
   
   Ad və soyadının lakonikliyindən tutmuş KİŞİ BİR YARADICI olaraq ədəbiyyatımıza həmişə üzüağlıq gətirən Məmməd Araza (Rəsul Rzanın Sabir haqqında yanılmıramsa KİŞİ ŞAİRİMİZDİR deyə bir ifadəsi var) Allahdan daha rahat günlər və daha özünlü şeir dolu, sevincli günlər arzulayırıq.
   
   O ZAMAN BELƏ DÜŞÜNMÜŞDÜM...
   
   Bu yazı böyük və unudulmaz şairimiz Məmməd Arazın 70 yaşı günlərində yazılmışdı və mən o zaman belə düşünmüşdüm:
   
   Yetmiş yaşın heç bir qorxusu yox,çünki gözəl şairimiz Qabilin 75 yaşı var,qocaman yazıçımız Qılman İlkinin 90 yaşı...
   
   ...İndi isə məcburam deyəm:
   
   Ruhunuz şad osun əziz şair!!!
   
   
   
   ***
   
   Məmməd Arazın təkləndiyi zamanlarda QOBUSTAN toplusunda çap olunan şeiri:
   
   
   
   VİKTOR HÜQO QİTƏSİ
   
   
   
   Salam, Yelisey meydanı
   
   Salam, salam!
   
   Dünyanın bir böyük
   
   Bir qədim muzey meydanı
   
   Salam,salam!
   
   Qələbə tağları himnində
   
   Quylanan ölkələr,
   
   Salam,salam!
   
   Ağızdan qapılmış
   
   Yarımçıq tikələr,
   
   Salam,salam!
   
   Unutdum dünəni
   
   Unutdum
   
   Burada
   
   İlk ocaq yandıran
   
   Parizilər xatirinə
   
   Burada
   
   İlk bayraq qaldıran
   
   Kommunar- mübarizlər xatirinə.
   
   Salam,gözəllik!
   
   Dünyada irqi,milləti
   
   olmayan gözəllik!
   
   Dili, dövləti olmayan gözəllik!
   
   Alıcı,qığılcım təyyarələri!
   
   Dünyanın qırıcı təyyarələri!
   
   Yalvarıram sizə
   
   Verin mən qol çəkim
   
   Uçuş vəsiqənizə!
   
   Dəyişim yolununuzu:
   
   Vulxan tabaxlarına
   
   Yerin maqma dənizlərinə,
   
   Boşaldın sinənizi
   
   Lava düzlərinə.
   
   Yanğınlar udası
   
   Daş ağız dərələr
   
   Qarsınmış,
   
   Müqəddəs anadır
   
   Yaşasın müqəddəs
   
   Ölümlər anası:
   
   Xəyali uçrumlar,ağıllar,əmrlər
   
   Ölümlər insan barmağından
   
   Süd əmirlər.
   
   Yaşasın o bar-maq-lar ki
   
   Buranı bir qitə göstərir
   
   Viqtor Hüqqo qitəsi!
   
   Parisin torpaq üzü
   
   Torpaq güzgüsü
   
   Yelisey meydanı!
   
   Qabaran o nəhəng
   
   Maşınlar daşıqını.
   
   Şaxəli çay kimi
   
   Necə də nizamla
   
   Ayrılır qollara.
   
   Maşınlar elə bil
   
   Yüklənib yapışıb yollara.
   
   Yollardır yüyərək dartılan
   
   Sanasan: maşınlar dayanıb
   
   Qara qayış yollar
   
   
   
   Baxarsan : göz bezər
   
   Darıxar,yorular.
   
   Sanasan: gözünün içinə
   
   Sıyrılıb axar bu yollar
   
   Boynunun dalından
   
   Çıxar bu yollar...
   
   Salam abidə sərkərdələr
   
   Salam yüz il əvvəlin
   
   Kommunar səngərləri
   
   Salam kral heykəlləri
   
   Arxasında gizlənən xalq heykəlləri
   
   Salam, bəzən uzun zürafə
   
   Alabəzək
   
   Bəzən qara gödərək
   
   Turist talalar
   
   Turist zəmilər
   
   Turist gəmilər.
   
   Hələ neçə dəstə həvəsi
   
   Bura avar çəkər
   
   Eşidirsinizmi
   
   Per-laşez şəhəri havar çəkər.
   
   Əsrimin gözündə
   
   Bu tufan,burulğan vahimə nədir?
   
   Gözəllik özündə
   
   Özündən xəbərsiz
   
   Ölüm də gizlədər.
   
   Bura Yelisey meydanı
   
   Dünyanın bir nadir abidə süfrəsi.
   
   Təyyarə burnuna sarıyan bu səsi
   
   Bura Viktor Hüqa qitəsi.
   
   Birdən bir təyyarə sükanı
   
   Bu səmtə fırlana bilər.
   
   Didronun qoltuğunda
   
   Dünyanın tarixi yana bilər.
   
   Yaşa Yelisey meydanı
   
   Yaşa,yaşa!
   
   Dünyanın bu qədim
   
   İşıqlı,güney meydanı,
   
   Yaşa,yaşa...
   
   Paris-Bakı. Çap tarixi 1970

TƏQVİM / ARXİV