adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

YUBiLEY GüNLƏRi... (baza çatdı)

TOFİQ ABDİN
19182 | 2011-10-15 06:40
Bəri başdan deyim ki,aşağıdakı yazı birmənalı qarşılanmaya da bilər. Uca Allaha and olsun ki,sadəcə yazıdır yazıram və bu bir az də mənim özümün dəstixəttimə uyğundur deyə oxuculara təqdim etməyi borc bilirəm. Heç bir təmənnam yoxdu və düşünün ki, mən də insanam.
   
   BİR SORĞUYA
   
   CAVABIN DOLAŞIQLIĞI
   
   
   
   Aman sevgili oxucular!!!!!!!Bir olan Allaha və böyük kitabımız Qurana and içirəm ki, mən heç zaman XURAFAT ƏSİLLİ DİNDAR OLMAMIŞAM demək istəmişəm və böyük türk müğənnisi Bülent Ersoy demişkən bilirəm ki,
   
   BU DÜNYANI BİR YARATAN VAR, GÜLÜM!!!!!!!!
   
   
   
   Yox, yaxşısı budur ki, bu yazını da yazım,yoxsa sözlər ürəyimi deşə-deşə qalacaq.Yazı olsun ondan ibarət ki, mənim yetmiş illik yaş törənim necə keçdi? Necə keçdi... Lap ürəyim istəyən kimi. Burda bir balaca yalan ola bilər,ürəyim istəyən kimi keçməsə də, ona bənzər bir şey oldu.
   
   (Yazının bu yerində Şirvan şəhərindən dostum şair Tofiq Hüseyn telefon açdı və dedi ki,həftə sonu gəlirəm sənin yetmiş yaşını qeyd eləyək.Dostlarla birgə. Mən həmən onun cavabını verdim: gəlməyinə xoş gəlirsən, amma indi daha dostlar qalmadı, sayın əfəndim,yoxdu indi dostlar).
   
   Sonra üstündən Tofiq bəy dedi ki, məsələn, Nemət Veysəlli var ki... Amma xəbəri yoxdu ki, Nemət Veysəlli mənimlə beş addımlıqda işləyə-işləyə və mənimlə bir şəhərdə yaşaya-yaşaya, vallah yetmiş yaşım olandan bu yazını yazdığım ana qədər də onun üzünü görməmişəm.
   
   Bu dost məsələsindən söhbət düşmüşkən, həqiqətən mən bu sözün bütün etimioloji tərifini və yorumunu bilmirəm, amma onu bilirəm ki, artıq dost deyilən bir şey lüğətlərdə qalacaq.Belə olmasaydı XƏZƏR televiziyası kimi bir televizyon dost nədi, hətta qohumlar arasında soyuqluq yarandığından və qohumların bir-birilərinin evinə çox nadir hallarda getməyindən SOS verməzdi və küçədən keçən insanların qabağını kəsib bu rahatsız sualla onlardan cavab istəməzdi.
   
   Təbii ki, yetmiş yaşında olan bir kişinin və ya insanın dostdan və ya tanışdan gileyini heç cür qəbul eləmək olmaz, ona görə ki, ortalığa bir variant gələ bilər: demək sən özün pis adamsan. Sən, yəni mən pis adamam. Və inanın ki, burda bir həqiqətin olduğunu mən o zaman başa düşdüm ki, gecənin bir aləmində mən liftlə evimə qalxanda cib telefonum çaldı və elə liftin içindəcə səsdən kim olduğunu tanıdım.Beynəlxalq ədəbi aləmdə böyük hörmətə sahib, şair, "Azərbaycan" jurnalının şeir şöbəsinin müdiri, Azərbaycan Yazarlar Birliyi Uşaq ədəbiyyatı bölməsinin rəhbəri (vallah daha nə çini var bilmirəm) hörmətli Qəşəm Nəcəfzadə salamsız-kəlamsız başladı ki, Tofiq Abdin sən nə ADAM kimi adam oldun, nə də ŞAİR kimi şair.
   
   Hopbala........ İlahi, gecənin bu vaxtında bu nə işdi başıma gəlir və cavab gözləmədən telefonu qapatdı.
   
   Bax, görürsünüz, deməli bir iş var ki, mən indi dostlardan və tanışlardan bu qədər rəncidəyəm. Bəs Qəşəm müəllim neyçin belə dedi: ona görə ki, mən bir ara "Mədəniyyət" qəzetində Nemət Veysəlli ilə işləyəndə (Nemət bəylə onun arasındakı konfliktdən xəbərim olmayıb) onun haqqında olan bir neçə informasiyanı (məsələn, Rusiyanın Ryazan şəhərində şairin şeirləri çap olunub kimi) verəndən sonra, bir informasiya bir az gecikmişdi.Bunun qarışılığı bu şair mənə ağara-ağara dedi: Tofiq Abdin, sən nə şair kimi şairsən, nə də adam kimi adamsan.
   
   Baxın neçə ildi bu sözlər mənim ürəyimdə gizlin olaraq qalırdı və bəzən bunu mən misal olaraq çəkirdim, amma mən burasını anlamırdım ki, bu adamla bir addım yol getməmişdim, bir tikə çörək də kəsməmişdim və çox mübarək bir şeir dərnəyi vardı, vallah adını unutdum, xanımlar yığnağı, orada yolum düşməmişdi. Tamam, qardaşım yaxşı, mən şair kimi şair olmaya bilərəm, amma adam kimi adam olmadığımı bir məlumata görə necə təyin edir, bax bu yaman iş!!!!!!!!
   
   Bax, bu məni hələ də düşündürür.
   
   Altmış beş yaşımda aldığım bu "gözəl sözlər" yetmişdə bir yazıda gəldi əlimdən tutdu.Buna görə böyük şairimiz Qəşəm Nəcəfzadəyə minnətdaram.
   
   Bax eeeee ........ hardan hara getdim.Bu gözəl təntənəli günlərdə bu qan qaraldan şeylər hardan gəlib kor olmuş yaddaşıma girdi.
   
   
   
   BİRİNCİ OTURUM
   
   
   
   (tarix olmadığı üçün günlər şərtidi)
   
   
   
   Əfəndim,adam gərək naşükür olmasın. Bəxtimdən sentyabrın biri məhz iş gününə düşdü və üç gün öncə sevimli şair və yazar dostum Şərif Ağayar mənə zəng elədi ki, bəs sentyabrın birində Mədəniyyət və Turizm Nazirliyinə gələrsən.Bəzi şeyləri qabaqcadan bilirdim, amma daha bilmirdim ki, nazir müavini Ədalət Vəliyevin tövsiyyəsi ilə şair Vaqif Bəhmənli rəhbərlik etdiyi şöbənin əməkdaşlarını toplayacaq və onların əhatəsində çox gözəl bir tədbir keçirəcək.Vaqif özü, şair Çingiz Əlioğlu, şair və yazar Şərif Ağayar çıxış edib yaradıcılığım haqqında fikirlərini bildirdilər. Çox hörmət etdiyim Aslan Cəfərov bir söz deməsə də orda onun olması elə mənə bəs eləyirdi.Sonra da hörmətli nazir Əbülfəs Qarayevin imzaladığı təbrik məktubunu təqdim etdilər. Üstəlik içində pul olan bir zərf də verdilər.
   
   Şükürlər sənə İlahi, yaxşı başladı bu yetmiş yaş təntənəsi-dedim özüm-özümə.
   
   
   
   İKİNCİ OTURUM
   
   
   
   Həmin günün səhəri "525-ci qəzet"dəki dostlar və onlarla birlikdə Tərcümə Mərkəzimizin bir neçə əməkdaşı çox gözəl bir yaş günü qeyd elədilər.Yoxdan-vardan nə vardısa düzəltdilər, bir süfrə açdılar və özləri də yeyib-içib mənim yetmiş yaşımı qeyd elədilər.Özləri yeyib içdilər, məni də bir iyirmi beş manat zərərə soxub işlərini bitmiş hesab elədilər.
   
   Əslində mənim maddi durumum eləydi ki, mən 20-30 adamı bir yerə yığıb böyük bir məclis eləyə bilməzdim, vallah, edə bilməzdim. Mənim bir yolum qalırdı: üç-beş tanışım və mənə yaxın şair və dostlardan (yenə dost gəldi girdi ortaya) toplanaraq yavaş-yavaş bu işi yola verim. Məqsədim nəydi: məsələn, dörd nəfəri qonaq eləsəydim, tutaq ki, o dörd nəfərin hərəsi mənə əlli manat versəydi, amma verməyəcəklərini də düşünürdüm və o məclisdən qalan pulun üstünə də nazirliyin mənə verdiyindən də götürüb o biri dəstəni qonaq eləyərdim.
   
   Startın səhərisi aldığım zərbədən sonra bir az fasilə verdim.
   
   
   
   ÜÇÜNCÜ OTURUM
   
   
   
   Fasilə vaxtı əski günlərin dostları yazar Azər Abdulla, yazar Əli Həsənli və şair Xanəmirin də şahanə stol ətrafı təbrikləri məni çox məmnun etdi.
   
   
   
   DÖRDÜNCÜ OTURUM
   
   
   
   Daha sonra bir az aralıqla Montin qəsəbəsindəki gözəl bir bağda çox sevimli yazar və şairlərlə başda Əjdər Ol olmaqla yazıçı Aslan Qəhrəmanlı (not: Aslan müəllim mənim yubiley günlərimdə ən sevimli insan və yazar olaraq iştirak edib, bundan sonrakı yubiley qonaqlıqlarda da o olub düşünün),tərcüməçi Akif Qəhrəmanlı (bu da Aslan müəllim kimi, bunların həm də vəzifələri vardı irəlidə açaram) və çox sayğı duyduğum Rəşad Məcid gözəl ədəbi sağlıqlar - söhbətlər elədilər, arada bir mənim də ədəbiyyatdakı xidmətlərim haqqında danışa-danışa gözəl bir istirahət edərək, dünyanın həmin saatdakı xəbərlərindən xəbərsiz yaşadıq.
   
   Və məsələnin qəliz yerinə gələndə mən ayağa qalxıb çox sakitcə əlimi yumaq bəhanəsiylə çıxıb pulu verdim və qayıdanda Əjdər müəllim dedi: niyə tələsdin Tofiq Abdin? Yenə də həmişəki kimi tələsdin.
   
   Yox tələsmədim Əjdər bəy! Onsuz da sənin də,Rəşad Məcidin də mənə az yaxşılıqları keçməyib ki,burada bir şeylər umum.
   
    ( bu məclisdən mənə qalan bir əlliliyi qoydum qırağa, gələn səfər üçün.Məlumunuz olsun ki,onu mənə qonşum tanınmış tərcüməçi Akif Qəhrəmanlı vermişdi.)
   
   
   
   BEŞİNCİ OTURUM
   
   
   
   Daha sonra mən sabahın dan üzü əski dostum və böyük bir kitabımın sponsoru olmuş sevimli Maarif Rəhimiyə telefon açıram -Əfəndim sabahın xeyir,- deyirəm.Siz nə zamandı qəzet oxumursunuz.Bəs bütün qəzetlər tanınmış şair və publisist,əməkdar mədəniyyət işçisi Tofiq Abdinin 70 yaşının olmasından yazır.Xəbəriniz yoxdu?
   
    Cavabı gözləmədən Türkiyədə məhşur olan bir lətifəni xatırladıram ona.Deyirəm: bir bəy əfəndi bakkala,ət dükanına girir və çox ustalıqla və gözəlliklə kəsilmiş ət növlərinə baxır... baxır... baxır və haçandan-haçana soruşur:
   
   - Əfəndim, ətin kilosu qaçdır? (Yəni neçəyədir?)
   
   Bakkalçı çox peşiman-peşiman baxır və yenə də haçandan -haçana deyir:
   
   -Əfəndim siz kaç yıldır et yemiyorsunuz?
   
   Təbii ki, Maarif bəy bu dəfə də səxavətini göstərdi, məni, yubiley günləri komissiyasının sədri Aslan Qəhrəmanlını və yubiley günlərinin katibi Akif Qəhrəmanlını (bunlar mənim sayəmdə yenicə əmiuşağı oduqların biliblər, zarafatdı təbii, amma özləri belə deyir) keçmiş Djerjinski parkında bahalı bir yerə götürdü.Məclisin sonunda bir və ya iki qonaqlıq üçün bir konvert uzatdı. Amma onu da deyim ki, şərtimiz beləydi ki, hesabı mən verəcəkdim. Nə qədər olursa, olsun.
   
   
   
   ALTINCI OTURUM
   
   
   
   Bu yubiley günlərində ən gözəl toplantılardan biri də yazar dost Məzahir Əhmədoğlunun adına yazıldı.Öncə mənim haqqımda gözəl bir yazı yazdı və bu azmış kimi o boyda Göyçaydan durub gəlib bir qonaqlıq da verdi.Tədbirdə çox hörmətli şair və tərcüməçi Mahir Qarayev, Yazar-publisist Etibar Cəbrayıloğlu və Məzahir bəyin yol yoldaşı Səbuhi də iştirak etdilər.
   
   
   
   YEDDİNCİ OTURUM
   
   
   
   Bu oturumun külli sahibi vallah heç özüm də gözləmədən şəxsən özü təklifdə bulunan tanınmış jurnalist və üstəlik də Sulutəpə kimi bir yerdən zəhmət çəkib 8-km gələn və özüylə də gözəl bir jurnalisti Süleyman Qaradağlını gətirən Elşən Əliyev idi.Elşənin mənə olan bu sayğısının hardan qaynaqlandığı o oturum ətrafında da mənə məlum olmasa da,başqa oturumlardan fərqli Süleyman Qaradağlı gözəl şeirlər oxudu, müəllifi bir şair demişkən olmaq şərtiylə (bu yerdə Aslan müəllim ona sataşdı: a bala, yubileyi olan bir şairin məclisində başqa şairin şeri oxunmaz!!!!!).Təbii ki, bu oturumda da "əmiuşaqları Aslan və Akif Qəhrəmanlılar da hazır bulundular.
   
   
   
   TELEQRAM
   
   VƏ E-MAİLLƏR
   
   
   
   Mən bir şeyi unuduram deyəsən.Bu aralar,bu yubiley günlərimdə mənə zəng edənlər də oldu və hətta gözlənilmədən bir teleqram, bir email də aldım.Uzun illərdən bəri tanıdığım və hər zaman hörmət etdiyim şair və dramaturq, ictimai xadim Hidayət aşağıdakı məzmunda bir teleqram vurmuşdu:
   
   
   
    "Xəzər" jurnalının baş redaktor müavini TOFİQ ABDİNƏ
   
   Əziz Tofiq!
   
   Ad günün mübarək!
   
   Sənə bu yaşı verməyə heç dilim gəlmir.Gəncliyindəki tək çevik,qıs-qıvraq,ünsiyyətcil,emosional danışan,qətiyyətli-şeirlərindəki Tofiq kimi!
   
   Sənin istedadın yaxın klassikimiz Rəsul Rza ruhunda,ab-havasında pərvəriş tapmışdı.Və bu gün də fəxrlə bu məktəbin sədaqətli,ləyaqətli məzunlarından,davamçılarından biri kimi yazıb-yaradırsan.
   
   Əziz Tofiq!
   
   Sənə çağdaş poeziyamızın, publisistikamızın zənginləşməsi naminə fəaliyyətində bundan sonra da böyük uğurlar diləyir, xalqımıza samballı ədəbi töhfələr bəxş etməyini arzulayıram.
   
   
   
   Hidayət Orucov,
   
   Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi.
   
   
   
   Və sonra çox sayğı duyduğum xanım əfəndi,gözəl yazarımız Laura Cəbrayıllı da bir email göndərmişdi ki, orada yazılmışdı:
   
   "Tofiq müəllim salam!
   
   70 yaşınız mübarək! Bu 70 rəqəminə elə də çox bənd olmayın, birdən xofu sizi basar... Amma yox, əminəm ki, ilin-günün çərçivələrindən də çox-çox uzaqda dayanmaqa Sizin gücünüz yetər!
   
   Sizin adınız çəkiləndə həmişə olduğu kimi yenə də "Adlerdə bir körpü var" yadıma düşdü və bu gün - 1 sentyabrda sevinirəm ki, bizi yazıya bağlayan, çərçivəsizliyi sevdirən Tofiq Abdin körpüsü var. İllərin sınağına sinə gərən bu körpünün daha da möhkəm və əzəmətli olmasını arzulayıram!"
   
   Yubiley günlərində məni yalqız buraxmayan və böyük zəhmətləri olan şair Babək Arsulunun da sevincini danmaq olmaz.

TƏQVİM / ARXİV