ANA SƏHİFƏ / YAZARLAR

Şərhə ehtiyac var

841644    |   2014-03-01 01:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Heç istəmirdim bu mövzuya toxunum. Düşünürdüm nəhayət özləri şərhin, yazının bu tip tərzindən bezərlər. Ancaq bunlar hələ də davam etməkdədir. Xüsusilə futbol reportajlarında, idman qəzetlərinin bir sıra mövzularında.
Söhbət nədən gedir?
Budur, televiziyada hansısa bir oyunun, məsələn çempionlar liqasından bir görüşün reportajıdır. Təbii ki, son vaxtlar dəbə minən 2 şərhçi ilə. Ancaq bizim bu şərhçilər futbolu dərindən duyub bilməklə, zəngin məlumatları olmaqla yanaşı reportajları nədən bu qədər uzun-uzadı və bəzən də şit söhbətlərlə "bəzəyirlər"? Elə əndrəbadi ifadələr işlədirlər ki, məəttəl qalırsan. Hətta bir anlıq ekrana baxmayıb onların söhbətinə (şərhinə) tamam bağlansan, bütün diqqətinlə qulaq assan, bunun bir məzhəkə olduğunu düşünərsən. Bu da yenilikdirmi?
Futbol şərhlərinin bütün dünyada qəbul edilən özünəməxsus ənənəsi, tərzi var. Həmkarlarımız bunu bizdən də yaxşı bilirlər. Onda nədən belə gərəksiz axtarışlar həvəsindədirlər, başa düşülmür.
Futbol matçlarının yayımları zamanı bütün telekanallarda şərhçilərin bu oyunla bağlı illər öncəsi birdəfəlik qəbul olunmuş idmançı jestinə yorulub-bezikmədən təkrar-təkrar izah vermələrinin səbəbi də heç anlaşılmır. Bir görüş ərzində ən azı 5-6 dəfə hansısa futbolçunun qaydalar pozulmadan zədələnməsi və ya ciddi səbəb olmadan yıxılması, "nəfəs dərməsi" baş verir ki, bu zaman rəqib komanda topu meydandan çıxarır. (top onsuz da yazılmamış qanun kimi yenidən həmin komandaya qaytarılır). Dünyanın hər yerində futbolçular neçə illərdir ki, buna bir növ vərdiş ediblər və ilk vaxtlar alqışlarla qarşılanan bu cür hallar indi çoxdan adiləşibdir. Belə jestlərə futbol (idman) centlmenliyi də deyilir. Bax, bizim şərhçilər belə bir vəziyyət yarananda bunu tamaşaçılara başa salırlar. Bəzən lap geniş məzmunda. Oyunun gedişində top yenə həmin məqsədlə meydan kənarına çıxarılırsa, centlmenlik məsələsi təkrarən tamaşaçıya izah olunur. Adamın əhdi kəsilir. Bir dəfə başa saldın da, dostum! Vallah, bunu dünyanın ən ucqar yerlərində də bilirlər.
Soçidə keçirilən və nəhayət ki, uzun dövrdən sonra rusların qələbəsi ilə (qızıl medalların sayına görə) başa çatan XXII Qış Olimpiadasının televiziya reportajlarında da bəzi şərhçilərin peşəkarlıq səviyyəsi təəccüb doğururdu. Düzdür, İctimai Televiziyaya Qış Oyunlarına vaxt (efir) ayırdığına görə minnətdar olmalıyıq. Halbuki respublikada nəşr olunan idman qəzetləri daha çox bu məsələni gündəmdə saxlamalı idi. Bütün dünyanın diqqət mərkəzində olan Qış Olimpiadası qəzetlərimizin "maraq dairəsi"ndə ciddi yer ala bilmədi...
Televiziyanın gözəl hədiyyələrinə baxmayaraq, bəzi hallarda reportajların qüsurlu şərhi narahatlıq doğurmaya bilməz. Gələcəkdə də belə hallara yol verilməməsi üçün idman şərhçilərini təkcə keçirilən oyunlar və idmançılar haqqında yazılı məlumatlarla təmin etməklə yanaşı, onların fərdi hazırlıqlarına da diqqət yetirmək lazımdır. Yoxsa yenə də buz üzərində hokkey oyunundan reportaj zamanı şərhçi tez-tez "şayba" əvəzinə "top" sözünü işlədəcək. Və yaxud Parize sözü. Məlumdur ki, bu fransız mənşəli soyadıdır. Bu dildə vurğu "e" hərfinin üzərinə düşür. Səslənəndə də belə olmalıdır. Bizim şərhçilər isə nədənsə həmin oyunçunun adını çəkəndə vurğunu "a" səsinin üzərinə gətirərək pA-rize deyirdilər. İlk baxışda xırda məsələdir. Ancaq qarşıya hazır qoyulmuş yazılı məlumatdan kənara çıxıb "öz dilləri ilə" danışan bəzi həmkarlarımızın bu cür xırda məsələləri təsadüfən baş vermirdi.
Belədə ikinci bir nostaljini də yaşamalı olursan. Ozerovu, Sinyavskini, Maslaçenkonu, Maxaradzeni, Valid Sənanini, Çingiz İsmayılovu... xatırlayırsan. Və arzulayırsan...

Məzahir ƏHMƏDOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-10-08 : PİS ADAM YOLDA
2017-08-04 : VAMPYRUM
2017-06-16 : DINIŞKA
2017-05-19 : Qarik
2016-06-25 : QARTALI SEVMƏK
2015-09-19 : NOSTALJİ
2015-08-15 : ŞOTA
2015-08-09 : MAFİOZLAR
2015-07-07 : QARTALI SEVMƏK
2014-12-06 : KANYON
2014-08-26 : REGİON
2014-08-23 : REGİON
2014-08-09 : DAHİ
2014-08-02 : QARTALI SEVMƏK
2014-05-31 : SPARTAKiada
2014-03-20 : Novruz küləyi
2014-03-15 : ŞARJ
2014-02-15 : SVOBODA!
2014-01-11 : MİRAJ
2014-01-09 : KARDELEN
2013-09-18 : NEOVENDETTA?
2013-09-14 : I I I İSGƏNDƏR
2013-09-07 : XORA
2013-08-24 : TATUİRİZM?
2013-08-03 : SFİNKS
2013-07-27 : PSİTTAKİFORMES
2013-04-02 : SÖZÜN ŞƏKLİ
2012-10-20 : YUXU
2012-10-18 : STADİON
2012-08-25 : ALDIRMA, KÖNÜL!
2012-08-23 : PİS ADAM YOLDA
2012-05-01 : MAY GÜNÜ
2012-03-03 : VAMPYRUM
2011-08-13 : İki Koşevoy
2011-04-30 : VENDETTA?
2011-03-16 : SADƏCƏ...
2010-10-02 : ATA QATİLLƏRİ
2010-08-14 : YUXU
2010-07-17 : ALDIRMA, KÖNÜL!
2010-06-12 : VAMPYRUM
2010-05-01 : MAY GÜNÜ
2010-04-24 : MONOLOQ
2010-04-03 : SPARTAKiada
2010-02-20 : DERBİ
2009-12-19 : ÇƏTİN SÖHBƏT
2009-10-31 : İMLA QONAQLIĞI
2009-10-10 : SEZARIN QAYITMASI
SON XƏBƏRLƏR
2018-10-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (70%)
Yox (30%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Elşən gözündə yumruq izi evə gəlir. Anası onu görüb həyəcanlanır:
- Bu nədi? Sənə nə olub?
- Ana, hər gecə saat 2-də sinif yoldaşlarımdan birinin evinə zəng vurub soruşurdum: "Tapın görüm mən kiməm?"
- Nə olsun ki?
- Heeeç. Bu gün biri tapdı.




digər lətifələr
ARXİV
FACEBOOK