adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
21778 | 2011-09-17 10:24
Doxsan yaşlarındakı Sirarpi Nənənin, oymalı sandığçasının açılmasıyla ömürlük bir gizli eşq, zamanı sürətlə geri fırlayır.
   
   Özü torpağa basdırılmış da, kürəyi, boyu və ayağı açıqda qalmış, hərəkət edirmiş kimi bir nəhəng heyvan heykəlini xatırladan o böyük görünüşün uşaq ürəyinə təsəlli verdiyi narahatlığa bənzər bir duyğu yayılar Erivana. İki yanında da eynilə özünə bənzər, iki balalı əjdaha qayası... Bizi udacaq deyə qorxduğumuz daş parçası. Vaxtilə cin bir əjdaha imiş, yanındakılar da onun balaları, elə deyərdi böyüklər. Məgər köhnə zamanlarda o əjdahalar müharibəni qazanmağa gəlmişlər deyərdilər və şəhərdə hər kəs qorxmağa başlamışdı. Əfsanə idi bu ya, ətə-sümüyə bürünmüş əjdahalar həqiqətən uda bilərdimi müharibəni? Ya əjdahalar illər sonra yenidən ortaya çıxıb Qarabağın üstünə yürüyə bilərdimi?
   
   Türk yazarı Müjgan Təkin üçüncü romanında üç zamanlı bir əhvalatı qələmə alır.
   
   Niyə və nəyə görədi son bir nəticə düşünülmədən başlanan qırğınlar, ayrılıqlar, ölümlər...
   
   
   
   "ERMƏNİLƏRİN BİR QİSMİ, ÇARLIĞIN QIŞQIRTMASINA ALDANIB, SİLAHLANIB ŞƏBƏKƏ QURMASAYDILAR TEHCİR QANUNU ÇIXMAYACAQ, O QƏDƏR ERMƏNİ ÖLMƏYƏCƏKDİ"...
   
   "TÜRKLƏR ZAMANINDA ERMƏNİLƏRİ ANADOLUDAN QOPARMASAYDI, AZƏRİLƏR BİZ TÜRKÜK DEMƏSƏYDİ, MƏLUM HADİSƏLƏR YAŞANMAYACAQDI." (Ayrıntı bizimdir)
   
   Həmişə bir bəhanə var. İnsanlığın itirilməsi üçün həmişə bir bəhanə var. Halbuki acı-ağrı eyni acılar və ağrılardı. Ortaq ağrıdı. Bütün bu sonu gəlməz şeylər olmasaydı hər iki tərəf baş-başa verib yaşasaydı,həyat əvvəlki kimi davam edərdi.Yazar Müjgan Təkin "AĞI; ARARATDAN AĞRIYA YÜKSƏLƏN QIŞQIRIQ" romanı ilə hər kəsi bir dəfə daha dayanıb düşünməyə dəvət edir.
   
   1915-ci ildə Türkiyədə yaşanan hadisələrdən sonra bir erməni qızı Türkləşmiş, 1990-cı illərin başında Qarabağda yaşanan hadisələrdən sonra bir Azəri qızı erməniləşmiş. İnsanın dilini, dinini, xalqını seçmə şansı özündən asılı deyil. Bir erməni qızı, türk bir ailənin yanında türkləşə bilirdi. Bir türk qızı da erməni bir ailənin yanında erməniləşirdi. Hər kəs özünə bu sualı soruşmalı idi: Nifrət etdiyim bir cəmiyyətin üzvü olaraq yaşaya bilərdimmi? O zaman düşmən indi içində yaşadığım cəmiyyətmi olardı? Sirr burada idi.
   
   
   
   Müjgan Tekin kimdir?
   
   
   
   Müjgan Təkin 12 sentyabr 1980-ci ildə İstanbulda doğuldu. Sentyabr fırtınasının ən şiddətli günlərində böyüdü. Amma bu hadisələrin içində olmağı rədd etdi.
   
   TV-8-də 2003-cü ildə "Qafqazlarda Siyasi Bir Şahmat Ustası: Riza oğlu Haydar Aliyev" sənədli filmində rejissor köməkçiliyi etdi. Ardından TRT-ə keçdi. 2004-ci il iyun ayından 2008-ci ilin may ayına qədər TRT-1 və TRT-nin digər kanallarındakı təkrarlarıyla ekranda olan "Sərhədlər Arasında" proqramında araşdırmaçılıq etdi və ssenarilərini yazdı.
   
   Eyni zamanda kino ilə əlaqədar jurnallarda yazıları nəşr olunmağa başladı. Müxtəlif jurnallar üçün də reportajlar və yazılar hazırladı.
   
   Bu sıralar ikinci Romanı "Raman Neft Qartalları"nın kinoya uyğunlaşdırma işləri hələ də davam edir.
   
   İlk romanı "Səhradakı balıqlar"da ilk işarəsini verən və gənc nəsil romançılarımızda az rast gəlinən "realizm" axınının xüsusiyyətlərini daşıyan ikinci romanı "Raman Neft Qartalları"nda isə Türkiyənin və Dünyanın bu günlərini təsvir edən, sabahlarına istiqamət verəcək olan, bir keçmiş zaman əhvalatını qələmə aldı.

TƏQVİM / ARXİV