adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
24030 | 2011-08-20 01:34
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılananlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz. Təbii ki, bu gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
   
   ... Və düşünürəm ki, nədən belə olur bu işlər. Nədən? Mən bir Azərbaycan türküyəm. Dörd ildən çoxdur ki, Türkiyədəyəm. Bu dörd ildən çox bir vaxtda niyə mən özümə uyğun, özümə layiq bir iş tapa bilməmişəm? Amma mən təkcə deyiləm. Mənim kimi neçə ziyalı tanıyıram ki, eynən mənim günümdədir. Bəlkə məndən də pisdir vəziyyətləri.
   
   Düşünürəm...
   
    Və görürəm ki, bir dörd il də keçsə mən özümə layiq bir iş tapa bilməyəcəyəm bu ölkədə. Bu, canımız qədər sevdiyimiz ölkədə. Düşünürəm: nə zamana kimi həyat yoldaşımın qazandığı pulla yaşayacağam.Və belə-belə şeylər yazacağam bu ölkədə və bu şeylər cap olunacaq. Amma bu ölkənin ziyalıları kardırlar. Heç zaman məni eşitməyəcəklər və eşitsələr də özlərini o yerə qoymayacaqlar. Neyləyim, qardaşım, bu yazı-pozu da bir xəstəlikdir, ha deyirəm ki, yazmayım yenə də görürəm ki, keçmişəm bilgisayarın arxasına.Bəlkə də bu yazı-pozudur məni yaşadan.
   
   Anlamağa çalışıram və düşünürəm.Və bir də görürəm ki, unversitetdə oxuyan qızım çökdü sabah-sabah yaxama. Hələ burada orta məktəbdə oxuyanda da beləydi. Hər sabah mənim kimi çox erkən qalxar, başlardı mənimlə mübahisəyə.
   
   (Təbii, o da bilirdi ki, mən işsizəm, işsizlik deyilən bir çəmbərin içindəyəm.Dörd il qabaq mən onun üçün güclü bir ataydım.Bakıda bir sənət dərgisində çalışırdım.Oturub-durduğum adamlar Bakının adlı-sanlı adamları idilər.Türkiyədə belə adamlara SOSYETE deyirlər.Bakı sənət adamlarıyla görüşürdüm.Bu adamlar mənim evimə gəlirdi.Şair olurdu qonağım, jurnalist olurdu qonağım... ehey daha kimlər olurdu bir Allah bilir. Nəysə...)
   
   Bəli, qızım başlayır mənimlə mübahisəyə.Bu mübahisəsində ən qorxulu yer və mənim üçün ən gözlənilməzi bu TÜRKLÜK haqqında olur.
   
   Hələ orta məktəbin son sinfində oxuyan qızım çökür yaxama və soruşur: məni başa sal Ata, bu Türkiyədə türk varmı?
   
   Təbii, bu sual məni son dərəcə hürküdür.Və hətta qorxudur.Mən necə cavab verəcəyimi belə bilmirəm.Çünki onun niyə belə düşündüyünü və niyə belə soruşduğunu bilirəm. Və bu yaşda onun belə düşünməyini istəmirəm, istəmirəm onun ağlı belə şeylərlə yüklənsin.Bilirəm ki, yandığından deyir bunları. Ürəyinin ağrısından söyləyir bunları mənə.
   
   Təbii, o hələ uşaqdı, amma o da mənim kimi hər gün qəzet oxuyur, hər gün televiziyaya baxır və üstəlik də hər gün neçə uşaqla görüşür məktəbdə.Və Bakıda olduğu kimi bəzən də türk ziyalıları gəlir bizə. Oturub danışırıq.Mübahisə eləyirik.Uşaq da bütün bunları eşidir və bir az həssas olduğu üçün lap az qalır girsin çənəmizin altına.
   
   Qızım belə soruşanda mən düşünürəm ki, yəqin milliyyətçiləri nəzərdə tutur.Və yazıqlar olsun ki, onun hər gün seyr etdiyi televiziya kanalları da sanki bir ögey kanaldır, ögey xəbərlər verirlər Türkiyə haqqında.
   
   Məsələn bir Ümit Güner vardı çıxırdı televiziyaya başlayırdı bu alevi-sünni məsələsindən bir saat danışmağa və bir də görürdün ki, bir talesiz cümlə dedi...
   
   Məsələn, bu Hülya Avşar çıxır proqrama və başlayır ki, mən avşar qızıyam, bu avşarlar kim olur sualının cavabını bilənə kimi uşaq da elə bilir ki, avşarlar tamam ayrı bir millətdir və yəqin hülyalar da elə bu məqsədlə bunu söyləyir...
   
   Tanınmış sənətçi İbrahim Tatlısəs tatlı nəğmələriylə də olmasa, xatırlarsınız qəzetlər bir dəfə bir intervü verdi və o da dedi ki, mən kürdəm, kürd və Türk məsələsində mən bir barışçı rolu oynaya bilərəm.İş məhkəməlik oldu.
   
   Məsələn, bu Seda Sayanın nənəsini göstərirlər qocalar evindən, uşaq da görür ki, bunun nənəsi erməniymiş...
   
   Nə bilim bu Mahsun Qırmızıgül haqqında min şeylər söyləyirlər....
   
   Və sairə... və sairə...
   
   Və bir az irəli gedib görür ki, bu solçular, bu kommunist düşüncəli sənətçilər alıb türk televiziyalarını əllərinə.
   
   Belə olduqda düşünürəm ki, uşaq haqlıdır.
   
   Ancaq bura İstanbuldur.
   
   İstanbul kosmopolit bir şəhərdir.
   
   Türkiyə yalnız İstanbul deyil ki...
   
   Təbii qızım bunu da bilir.
   
   Nə eləmək olar, soruşur uşaq.Haqlı da soruşur.
   
   Və həqiqətən də vəziyyət elə belədir.
   
   Yəni, necədir vəziyyət?
   
   İki erməninin həyatını anladacağam bu türk məmləkətində, bir türk olan mənim vəziyyətimdən sonra.
   
   Bunlardan biri olsun Professor, Doktor Pars Tuğlaçı.Mənim bildiyimə görə bir zamanlar "Ortadoğu" qəzeti bu Pars Tuğlaçının əsil familyasının Tuğlaçyan olduğunu yazmışdı.Və bir yandan da onun gizli işlərini açmışdı.
   
   İndi bu Pars Tuğlaçyan nə eləyir görün?
   
   "Sabah" qəzetinin 29 sentyabr 1997-ci il sayısında bir xəbər oxuyuram.Xəbərdə Pars Tuğlaçyanın İngiltərədə Oksvord Unversitetində keçirilən bir toplantıya Türkiyədən nümayəndə olaraq getməsindən bəhs edilir.Konqresdə dünyanın müxtəlif ölkələrindən tanınmış alimlər və demək olar ki, 300 alim var.Açılış günü söz alan Tuğlaçyan beynəlxalq aləmdə hüquq, azadlıq və müstəqillik haqqında bir mühazirə oxuyur.Tuğlaçyan bir təqdir mükafatıyla mükafatlandırılarkən Kraliça İkinci Yelizaveta tərəfindən qəbul edilir.
   
   İndi baxın görün bu şanslı erməni millətindən olan Türk vətəndaşı Tuğlaçyanın elədiklərinə.Türkiyədə belə bir şöhrətə çatasan və bu şöhrətə görə belə bir yerə gedəsən və orada sənin elədiyin nə ola:
   
   Qəzet yazır: "Tuğlaçı Kraliça Yelizaveta Erol Sarayanın bir rəsm əsərini hədiyyə eləyir".
   
   Düşünürəm: siz qiymət verin bu şanslı erməninin elədiyinə.Sual olunur: bu Tuğlaçyan nədən bu boyda ölkədə bir türk rəssamının əsərini götürməyib özüylə.
   
   Nədən?
   
   Keyfindənmi?
   
   Türkiyəyə böyük hörmətindənmi?
   
   Türk millətini sonsuz bir sevgiylə sevdiyindənmi?
   
   Yahu, uşaq haqlı, qardaşım.
   
   TÜRKİYƏNİ TƏMSİL EDƏN ERMƏNİ ƏSİLLİ ALİM...
   
   HƏDİYYƏ ETDİYİ ƏSƏR ERMƏNİ ƏSİLLİ RƏSSAMIN ƏSƏRİ...
   
   Əcaba, bunun harası Türkiyə oldu?
   
    İndi adamdan soruşmazlarmı: Türkiyədə yalnız ermənilərmi yaşayır?
   
   Türk vətəndaşı olan başqa bir erməni əsilli yazar bir az irəli gedərək "Yeni yüz il" qəzetinə bir yazı yazmış və insafla deyim ki, çox gözəl bir yazı yazmış və bu yazı mənim o qədər xoşuma gəldi və mənim həyatımın tərsini elə gözəl anladıb ki, onun bəzi hissələrini sizlərə də təqdim edim.
   
   İndi bu şanslı erməni Mıqırdıç Maqrosyan "Selamünaleyküm" adlı bu yazıda (siz xüsusiylə ada fikir verin) belə deyir:
   
   "Əlinizdəki qəzetin çox hörmətli, çox möhtərəm, çox gözəl ürəkli, qızıldan da daha dəyərli, çox sevdiyim məsul işçilərindən biri, xeyirsevər böyük qardaşımız, bəndəniz- qulunuzu telefonda axtardı, kəliməsi kəliməsinə, sözbəsöz belə dedi mənə: "Ay qardaşım, bu teratuar mühəndisləri kimi bir elində te cədvəli, digərində də bir xətkeş bir o yana, bir bu yana o teratuar sənin bu teratuar mənim sürünərək, xüsusilə də bu yağışın altında gəzinib, sonra da tovuq kimi islanaraq və ayrıca o qəzet sənin bu qəzet mənim deyib fırlanınca, gəl sənə bir insaniyyət namına bir yaxşılıq eləyim, bu ahı getmiş vahı qalmış yaşında səni küçə-küçə, teratuar teratuar gezməkdən sefil və boş həyatdan heç olmasa bir qurtaralım.Sən bir qaça-qaça gəl bizim qəzetəye, papağı at, sənə də bir köşə uyduraq, bir iki laf ələ, həm yolunu tap, həm də bu ölümlü dünyada insanlıq nəyimiş gör."
   
   Hörmətli Mıqırdıç Maqrosyan gedir qəzetə və bu gedişini də çox istedadla anladır və sonunda bu qəzetin məsul işçisiylə dil tapa bilmədiyindən anlaşmırlar.Ancaq Mıqırdıç Maqrosyan yazısının sonunda bələ yazır:
   
   "Allahın bildiyini qulundan saxlamadan bunu deməliyəm ki, mən o qəzetə içəri girərkən və çıxarkən çəktiyim əzab vejimə deyildi, arıma gələn nə oldu bilirsiniz: "mənə dedilər ki, yazın üç-beş yüz tık-tuku keçməsin".Ey səfil həyat, deyə düşündüm.Bu dəfə də qərib qulunu indi də tıktıklar həbisxanasınamı soxacaqsan".
   
   Bəli, belədir; dostlar!
   
   Şans və bəxt bu erməni əsilli türk vətəndaşlarının ayağına gəlir.
   
   Onlar bu şansı az bilib qaçırlar.
   
   Beş ildir mən yazı yazıram. Bir qəpik vermirlər və beş ildir bu Türkiyədə mən bir qezetdə iş tapa bilmədim.
   
   Siz düşünün ardını...

TƏQVİM / ARXİV