adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
22948 | 2011-07-30 11:14
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılananlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz. Təbii ki, bu gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
   
   Bir mahnı oxunurdu.Mahnını oxuyurdular və biz də sakitcə dinləyirdik. Və kimlər oxumadı ki, bu mahnını. Bu "AYRILIQ" mahnısını unudulmaz Rəşid Behbudov, Türk dünyasının, Türk musiqisinin Paşası Zəki Mürən, oho, daha kimlər və kimlər! Əgər nəzərə alsaq ki, bu iki isim musiqi dünyası üçün nədir, o zaman "AYRILIQ" mahnısının bu qədər populyar olmasındakı sirri açıqlamaq asandır və kimin daha çox qisməti və rolu olduğunu isə araşdırmaq çox zor bir işdir. Sular axacaq, qarlar yağacaq, günəş get-gedə öz hərarətini ya artıracaq, ya azaldacaq, dünya yox ola biləcək duruma gələcək və yer kürəsində bir insan qalsa belə onun zümzüməsi bəlkə də bu dünyaya bəs edəcək. O zümzümə nə olacaq, onu bilmək çətindir. Amma, işdir bütün əlyazmaları yoxa çıxsa və yer kürəsində yaşayan o tək insan türk insanı olsa, o zaman "AYRILIQ" mahnısını o zümzümə edəcək. Təbii ki, bütün bunlar bir ehtimaldır və bu ehtimalı doğuran səbəb heç də bizim milliyyətçiliyimizdən gəlmir, sadəcə "AYRILIQ" mahnısının müəllifi olan bir İNSANI VƏ SƏNƏTKARI biz nədən çox-çox illər qabaq tanıya bilməmişik və ya indi yeni nəsil bu bəstəçini və "AYRILIQ" mahnısının söz yazarını tanıyırmı? Tanıyırsa nə yaxşı, tanımırsa bir daha xatırladaq. Yazını oxumağa çalışın.
   
   
   
   ***
   
   Çox maraqlıdır, jurnalistikada dəqiqlik türk yazarları üçün bir o qədər də böyük rol oynamasa da, bir çoxları bu dəqiqliyi sevir və onlardan biri də indicə oxuyacağınız yazının müəllifidir: MUHSİN İDİKUT KADIOĞLU. Yazısına belə bir ad vermiş: ŞƏRQİN ƏN YAXŞI BƏSTƏKARI. Və həmən əlavə elmiş: TƏBİİ ÜZEYİR HACIBƏYOVDAN SONRA.
   
    Bu bəstəkarı biz də tanıyırdıq, amma müəyyən bir məqama kimi, amma mən bir zaman Türkiyədə bu yazını oxuyarkən həmin bəstəkarın başqa üstünlüyünü də öyrənmiş oldum. Təbii onu da bu yazının içində oxuyacaqsınız və bəlkə də mənim üçün təzə olan o şey sizin üçün köhnədir. Amma mənim üçün əvəzolunmaz şey odur ki, bir "AYRILIQ" mahnısı vardı və indi də var. Hələ yaşayır və yaşayacaq. Çünki dünya ayrılıqlar üstündə köklənmiş bir viranədir və bu viranədə bizim azəri türklərinin nə qədər böyük olduğu heç zaman bizi iftixar hissi keçirməyə qoymamışdır. Ona görə ki, hər zaman bir ayrılıq içində çırpınmışıq və bu ayrılıqların ağrısıdır ki, bu gün unudulmaz bir "AYRILIQ" mahnısını yenə də oxuyuruq və bizim oxumağımız bir yana. Hələ qapalı qapılar açılmamışdan Türk musiqi sənətinin günəşi Zəki Mürən həmən mahnını repertuarına salmış və oxumuşdur. Bir zaman Türkiyənin "Ortadoğu" qəzetində çap olunan bu yazını kiçik axtarmalarla oxuculara öz guşəmdə təqdim etməyi bir şərəf bilirəm.
   
   HİCRİNDƏN GECƏLƏR
   
   YATA BİLMİRƏM
   
   BU FİKRİ BAŞIMDAN
   
   ATA BİLMİRƏM
   
   NEYLƏYİM Kİ,
   
   SƏNƏ ÇATA BİLMİRƏM
   
   AYRILIQ, AYRILIQ,
   
   AMAN AYRILIQ
   
   HƏR BİR DƏRDDƏN OLAR,
   
   YAMAN AYRILIQ
   
   
   
   Bu məşhur şeirin sahibi Güney Azərbaycanında yaşayan azəri türkü FƏRHAD İBRAHİMİ və daha məşhur olan "Ayrılıq" şarqısının musiqi müəllifi ustad ƏLİ SƏLİMİ bir neçə il əvvəl Haqqa qovuşdu.
   
   75 illik həyatının 67 ilini musiqiyə həsr edən Əli Səliminin bəstələri Türkiyədə də çox sevilir. "SİZƏ SALAM GƏTİRMİŞƏM", "İSTƏR KÖNÜL" və "AYRILIQ" bunların ən əsaslarıdır.
   
   1922-ci ildə Bakıda doğulan və gəncliyində ailəsi ilə birlikdə Cənubi Azərbaycana köçən Səlimini 12 yaşından A.Bakıxanov böyütmüşdür.
   
   Səliminin 400-ə yaxın bəstələriylə yanaşı "Heydər baba" adlı mahnısı da olduqca məşhurdur.
   
   Əli Səlimi həyatı boyunca türk olmağının gərəklərini yerinə yetirmişdir. Allahın ona bəxş etdiyi musiqi qabiliyyətini ən gözəl şəkildə istifadə etmişdir.
   
   Bu nöqteyi-nəzərdən dünya musiqi aləminin ustadları arasına girmiş və YUNESKO tərəfindən "ŞƏRQİN ƏN YAXŞI BƏSTƏKARI" ünvanını almışdır. Bir türkün öz sahəsində dünyanın ən yaxşısı olmağından, o sahədə dünyaya nizam vermə gücünü daşımasından daha gözəl nə ola bilər. Əsl DÜNYƏVİLİK budur.
   
   Sözdə deyil, gördüyü işləriylə, yaratdığı əsərləri ilə göstərmişdir bunu Səlimi. Onun türkcə şarkıları türk dünyasında olduğu qədər, dünyanın başqa yerlərində də eyni coşquyla dinlənməkdədir.
   
   Bütün YUNESKO-nun salonunda qoyulub. Türkiyədə isə hələ ki yoxdur. ( burada dərindən bir ah çəkək. T.A.)
   
    Əli Səliminin
   
   
   
   "BAYRAMLAR YETİŞƏNDƏ
   
   YAR YOLDAŞ GÖRÜŞƏNDƏ
   
   GÖRÜŞÜB ÖPÜŞƏNDƏ
   
   YADA SALARSAN MƏNİ"
   
   
   
   "Xatırlayasan məni" adlı dörtlüyü yəqin ki, yadınıza düşəcək.
   
   Əli Səlimi Təbrizdə yaşamışdır. Əsərlərini Təbrizdə ortaya qoymuşdur. Onun "3 kəlmədir varlığımı bildirən:
   
   BİR VƏTƏNİM
   
   BİR MƏNLİYİM
   
   BİR DİLİM"
   
   
   
   deyişində milli şüur mövzusunda çox diqqətli olduğu asanlıqla anlaşılmaqdadır.
   
   
   
   AĞLASAN AĞLARAM
   
   YAŞASAN YAŞARAM
   
   
   
   YARIMI SƏNLƏ YARI BÖLƏRƏM,-deyən Əli Səlimi İranın təz-yiqli rejimi altında bir çox əsərində gizli mesajlar qazandırmaq məcburiyyətində qalmışdır. "ANA VƏTƏN" hayqırışında olduğu kimi .
   
   Əli Səliminin "Savaş marşı" və "Levita" adlı əsərləri musiqi dünyasında layiqincə tanındığında onun nə qədər böyük sənətkar olduğu anlaşılacaqdır. İstanbul Bələdiyyəsi mədəniyyət işləri dairə başqanlığının "Ənənəvi musiqi günləri" çərçivəsində Təbriz Musiqi Topluluğunun Cəmal Rəşid Rey Konsert salonundakı Əli Səliminin konsertində Türk milliyyətçilərinin "aydınları" olaraq bilinən kimsələrin olmamağı diqqət çəkiciydi.
   
   "Mədəniyyət birliyi" sözləri var, ancaq aydınlarımız öz mədəniyyətlərinə lazımı qiyməti göstərmirlər. Nə də olsa belə işlər ancaq sözdə qalır.
   
   Daha da vacibi, eyni saatlarda İstanbuldakı bir TV-dəki canlı yayından nələr söylənildiyi ürək ağrıdıcı idi.
   
   "Türk böyükləri" dedikdə, tarixin dərinliklərindəkilər anlaşılır. Yəqin ki, YUNESKO BOŞU-BOŞUNA BİR TÜRKÜN BÜSTÜNÜ ÖZ DÜNYƏVİ SALONUNA ALMAZ.
   
   Hələ heç bir Türk siyasətçisi Türk mədəniyyətinə Əli Səlimi qədər qalıcı xidmət, ad-san gətirməmişdir.

TƏQVİM / ARXİV