adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ONLAR VƏ MƏMLƏKƏTiMiZ

TOFİQ ABDİN
19562 | 2011-06-18 07:59
"Onlar və məmləkətimiz" proyektinin davamı olan bu yazılarımızda da məqsədimiz özümüzün kim olduğumuz haqqında yazılananlara dayanaraq davam etməkdir. Biz araşdırıcı deyilik və bir yazar olaraq bizim haqqımızda olan fikirlər də bizim üçün maraq doğurmaya bilməz. Təbii ki, bu gün bəxtəvərliyimizdir ki, həm dünyada, həm də qonşu Türkiyədə bizim kimliyimiz daha çox söhbət yaradır və bu da bizi sevindirməyə bilməz. Yüz illər sonra da güman ki, bu məsələ yada düşə bilər və buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların məmləkətimiz və bizlər haqqında görüşləri bizim üçün yad olmamalıdır. Və gələcək araşdırıcılar üçün bu gün yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
   
   "Bəli, Azərbaycandan gəlirəm". Bu sözlər bir Türk jurnalistinin, mənim yaxşı bir yoldaşım olan və gözəl şeirlərini sevdiyim, YENİ ASİYA qəzetinin müxbiri MAARUF ÖZÜLKÜnundür. Bu başlığın mənə görə maraqlı tərəfi budu ki, "gedirəm demir, gəlirəm deyir". Və mənim bir dost, bir arkadaş kimi bir zamanlar Bakıya yola saldığım və bəzi pislikləri, çətinlikləri əvvəldən izah etdiyim Maaruf Özülkü həqiqətən çox çətin bir vaxtda Azərbaycana getmək arzusunda olduğunu dedi mənə və mən onun bu istəyi üstünə uğurlar dilədim. Bütün çətinliklərə baxmayaraq Maaruf Özülkü Azərbaycana getdi və çox əhəmiyyətli və interesan bir silsilə yazı etdi.
   
   Əvvəlcə bunu izah etmək istəyirəm ki, Maaruf Özülkünün yazılarında bir liriklik, bir şair ürəyinin səsini duymamaq, eşitməmək mümkünsüz. Bunu ona görə vurğulayıram ki, Türk jurnalistikasında XƏBƏR yazıları əhəmiyyətlidir və bütün jurnalistlər yazar üçün çətin ola biləcək qısa nəşrlərin tərəfdarıdır. Bu mənada Maaruf Özülkünün yazılarında sözə əhəmiyyət vermək anlayışı daha çox güclüdür.
   
   Bəzi fikirləri söyləməzdən əvvəl Azərbaycanda qonaq olan və bütün çətinlikləri öz üzərinə alan dostumuzun bu silsilə yazısından bir neçə başlıqlara nəzər salaq: "DƏNİZ DALĞALANACAQ", "GEDƏN GƏLMİR, ACEP NİYƏ?" "ELÇİBEY SƏHVDİMİ?" "TÜRK KOLLECLƏRİ ƏHƏMİYYƏTLİ BİR VƏZİFƏ İFA EDİR", "İSTANBUL TÜRKCƏSİ DİPLOMATİK DİLİMİZ OLSUN".
   
   Buradaca qeyd edək ki, son fikirlər Bakı Universiteti Türkologiya Təhsil Kursu Üzvü Prof. Caferovundur.(Not: Vacib bir şey olaraq onu deim ki,mən bəzən türk yazı qaydalarına riayət etməli olmuşam.) AZƏRBAYCANda YARIM DEMOKRATİYA VAR.
   
   Bu sözlər də Azərbaycan Milli Musavat Partiyası lideri İsa Kamberovundur. Və nəhayət yenə də Kamberovun sözləriylə başlanıb davam edən müsahibənin sonu belə bitir: "XALQ HƏM ÇÖRƏK, HƏM DƏ İSTİKLALİYET İSTƏYİR".
   
   ( Təbii, nəzərə alın ki,bu fikirlər və daha başqa fikirlər bir neçə zaman bundan öncələrə aiddir).
   
   YENİ ASİYAnın yeddi sayında nəşr olunan bu, Azərbaycan haqqında çox obyektiv silsilə-serial yazılar bir Azərbaycanlı yazar və vətəndaş kimi məni sevindirməyə bilməz.
   
   "DƏNİZ DALĞALANACAQ" başlığının altında gedən yazıda Maaruf Özülkün Azərbaycana gedişi Naxçıvandan olduğu üçün, bunu həm məqsədli etmiş, həm də iqtisadi baxımdan bir az asan olacağını düşünmüş. Və özünün yazdığı kimi bunların heç biri ona qismət olmamış.
   
   Məqsədi bu olub ki. Nahçıvanda bəzi adamlarla görüşsün, amma o çətin günlərin ab-havası bunu həyata keçirməyə mane olmuş. Belə izah edir Maaruf Özülkü: "Ot zaman hələ Naxçıvanda olan Ebülfez Elçibeylə görüşmək istəyimizi bildiririk. Pis hava şərtləri səbəbiylə bir neçə gün sonra görüşə biləcəyimizi söylədilər.Gözləyəcək vaxtımız olmadığından dərhal Naxçıvan hava limanına çatıb Bakı təyyarəsinə yetişməyə çalışırıq. Ancaq Naxçıvandan Bakıya getməyin o qədər asan olmadığını gündüz saat 11.00-dən gecə saat 02.00-yə qədər hava limanında gözlədikdən sonra anlayırıq".
   
   Bu məqamda bir Azərbaycan atalar sözü fikirimə gəlir: ÖZÜ YIXILAN AĞLAMAZ.
   
   Silsilə-serial yazının ikinci hissəsindəki başlıq bir ürək ağrısı gətirir. Bir ağı misrasını xatırladan "GEDƏN GƏLMİR ACEP NƏDƏNDİR?" sözləri Maaruf Özlkünün ŞƏHİDLƏR XİYABANINDA rastlaşdığı bir Azəri Türkü olan oğulunu, cavanını Qarabağda şəhid verən ananın sözləridir. Artıq neçə ildir sürən Qarabağ döyüşü Türk müxbirinin də ürək ağrısına səbəb olur. Belə izah edir Maaruf Özülkü, "... Hamı uzun çəkən bu həngamənin döyüş deyil, bir-birini öldürmək olduğunu söyləyirlər.
   
   Yaşlı bir qadın: "GƏNCLƏRİMİZİ DÖYÜŞƏ DEYİL, ÖLÜMƏ GÖNDƏRİRİK" deyir.
   
   Yəni "GEDƏN GƏLMİR ACEP NƏDƏNDİR" tragediyası burada da yaşanır.
   
   "BU KİMLƏRİN SƏHVİDİR" yarım başlıqdakı yazıda o dövrün rəhbərlərinin "YANLIŞ ADAMLARLA YOLA ÇIXMANIN FATURASINI AĞIR ÖDƏDİ" məntiqinə sığınan müxbir, mənim fikrimcə dəqiq bir nəticəyə gələ bilmişdir. Amma Maaruf Özülkünün bu sözlərini də, yəni mənim ürəyimdən olan aşağıdakı fikirlərini də hörmətli oxucuların diqqətinə təqdim etmək istəyirəm. Təbii ki, bizə görə bir az mübahisəli görünsə də və ya burada məhz hər hansı bir şəxsiyyət nəzərdə tutulmasa da bir türk jurnalistinin gendən baxışı aşağıdakı sözlərə bir az da olsa haqq qazındırır ":Türk Respublikalarında idarəçi mövqeyindəki insanların çoxu köhnə SSCB Kommunist Partiyasının üst səviyyəsində vəzifə almış, gizli kəşfiyyat şefi KQB-də önəmli vəzifələr allmış adlardan meydana gəlir. Belə bir mühitdə TƏK XALQIN DƏSTƏYİLƏ İQTİDAR OLMAQ ÇOX ÇƏTİN.
   
   Maaruf Özülkünün bu silsilə-serial yazısının ən əhəmiyyətli tərəflərindən bir də budur ki, o tək bir siyasi fikirlərini yox, eyni vaxtda Azərbaycanın elm adamları və yazarları ilə də danışmış, bu yöndə də uğurlu yazılar yaza bilmişdir.
   
   Türkologiya Professoru Nizami Caferovla söhbət buna danılmaz bir nümunədir.
   
   Şübhəsiz Maaruf Özülkü çox dəqiq bir müşahidə qabiliyyətinə malikdir. Buna Masavat Xalq Partiyası lideri İsa Kamberovla danışıq bütün detallarıyla açıqlayır.
   
   Bu yazıların geniş şərhini izah etmək üçün imkanımız çox. Amma izah etmək bir şe, öz gözlərinlə oxumaq, şərh etmək ayrı bir mövzu. Vaxt tapıb bu yazılarla tanımaq bugünkü Azərbaycanın bəzi problemlərinə cavab tapmaq deməkdir.
   
   Mən öz adımdan Azərbaycana göstərdiyi bu qayğı üçün hörmətli Maaruf Özülküyə minnətdarım.
   
   
   
   Maaruf Özülkünün
   
   şeirlərindən
   
   
   
   Onun qədər
   
   sevəmədim
   
   
   
   Anasız həyat heçdir
   
   Yaşanacaq yol deyil.
   
   Onunla açıldı gözüm
   
   Onsuz həyatım səfil.
   
   
   
   Bir baxması var mənə
   
   Ürəyimi alası
   
   Əzər günahlarımı
   
   Qaşlarının çatması.
   
   
   
   Əllərini açınca
   
   Tanrıya var bənzəri
   
   Eləsinə istər ki,
   
   Cavabsız qalmaz səsi.
   
   
   
   Mənə gəl deməsi var
   
   Sarılması,öpməsi var
   
   Qürbət onsuz yaşanır
   
   Onla qürbət bilinməz.
   
   Mütəvazi yaşarkən
   
   Yox, yoxdur süfrəsinə
   
   Təmizindən-halalından
   
   Gönüldən verər sənə.
   
   
   
   Dua ilə, şəfqət ilə
   
   Hey yanımda, canımda
   
   Sağımda təbəssümü
   
   Solda həyacanımda.
   
   
   
   Özümü mən sevmədim-
   
   Heç sevə bilmərəm də
   
   Onun kimi-onun qədər...
   
   
   
   Anasız həyat heçdir
   
   Yaşanacaq yol deyil.
   
   Onunla açıldı gözüm
   
   Onsuz yaşanmaz ay,il.
   
   
   
   
   
   Bir çocuk böyüyür
   
   
   
   Bir çocuk,
   
   əli anasının əlində
   
   Həyata başlamaqda
   
   Yatacaq,qalxacaq
   
   Ah keşkə
   
   Sevməyi heç unutmasa...
   
   
   
   Layları bitsin artıq
   
   Bir çocuk böyüyəcək
   
   İməkləməkdən qalxacaq
   
   Yeriməyə başlayacaq
   
   Yıxıla-yıxıla,
   
   büdrəyə-büdrəyə...
   
   
   
   Bir çocuk
   
   anlayacaq həyatı
   
   Mızıldamadan,
   
   qımıldamadan
   
   Öncə görəcək
   
   nə var irəlidə
   
   Soruşanda tələsməyəcək,
   
   alanda tələsməyəcək
   
   Əmzikləri itələyəcək
   
   o totuq əlləriylə
   
   Əqrəb girəcək beyninə
   
   Girdabına düşəcək
   
   neyçinlərin
   
   Soruşacaq için-için
   
   Səfərə çıxılacaq
   
   göz-ağıl dünyasında
   
   Əlində fənər olacaq
   
   Sətir-sətir bu dünya...
   
   
   
   Bir çocuk, qocaman
   
   adam olacaq
   
   Cahan qocalmadan əvvəl
   
   Güləcək-güldürəcək
   
   Gül qoxusu damlayacaq.
   
   
   
   Bir çocuk,
   
   ulduzlara baxmaqda
   
   Gözlərinin içi parlayır
   
   Dünya kiçilmiş,
   
   yalınlaşmış
   
   Ona yaxınlaşsın deyə.
   
   Ana qucağı isə
   
   bir yumşaq yorğan olur..
   
   Qarşılıqsız sevincə.
   
   
   
   

TƏQVİM / ARXİV